Məhkəmə qərarları › İş №2-1(102)-2118/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2118/2020

24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2118/2020 24.11.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin rəddi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdar əsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1519/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Ünvan1 ünvanda yerləşən 1200 kv.m. torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlakı Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3950/2019 saylı xx.xx.2019cu il tarixli qərarı ilə iddia təmin edilmiş və Ünvan1 ünvanda yerləşən 1200 m2 torpaq shaəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlakı Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiy a məhkəməsindəki icraat

3. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixində məhkəməyə xx.xx.2020-ci il tarixli, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatət daxil olmuşdur.

4. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmədən ərizənin təmin edilməsini və Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-3950/2019 saylı qərarının ləğv edilməsi və Bakı şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin, Sabunçu rayonu Nardaran qəsəbə Bələdiyyəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlə t Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi, ekspertiza təyin edilməsi və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq İddiaçı iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

5. Ərizənin əsası kimi iddiaçı tərəfindən müvafiq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı İdarəyə rəsmi müraciətin daxil olmadığı göstərilmişdir

6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3950/2020 saylı qərardadı ilə (hakim - F.İ.Mədətli) yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə və məhkəmə qərarının dayandırılması barədə vəsatətin rədd edilməsi qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, ərizəçi yeni açılmış ha lların əsası olaraq müvafiq ünvanda təkrar və ətraflı aparılmış yoxlama-ölçü işləri zamanı sözügedən torpaq sahəsinin X2 sovxozunun ərazisində yerləşdiyinə istinad etmişdir. Halbuki, cavabdehin iddiaçıya ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə də sözügedən torpaq sahəsinin X2 sovxozunun ərazisində yerləşməsi səbəbi imtina məktubunun əsasını təşkil etmişdir. Bundan başqa, xx.xx.2019-cu il tarixli məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iştirak etmiş, iş materialları ilə yaxından tanış olmuş, işin halları barədə kifayət qədər məlumatlı olmuş, lakin sözügedən məsələ ilə bağlı heç bir fikir bildirməmiş, iddia ərizəsinə dair etiraz təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hazırkı ərizəni məhkəmə qərarının icrasının ləngidilməsi kimi qiymətləndirmişdir.

8. Qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3950/2020 saylı qərardadının ləğv edilməsini, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə və məhkəmə qərarının dayandırılması barədə vəsatətin təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1519/2020 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – V.M.Ağayev, hakimlər – A.B.Nuriyeva və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3950/2020 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanı lması qərara alınmışdır.

10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ərizəçi, iddiaçı tərəfindən müvafiq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı İdarəyə rəsmi müraciətin daxil olmadığına istinad etsə də, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı qeyd olunan tələblə bağlı cavabdeh inzibati orqana ərizə ilə xx xxxx 2019-cu il tarixdə müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə cavab verilmədiyindən xx xxxxxxxx 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir.

11. Məhkəmə qərardadını iddiaçı xx.xx.2020-ci il tarixində, cavabdeh xx.xx.2020-ci il tarixində almışdır.

12. Məhkəmə qərardadından cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1519/2020 nömrəli qərardadının ləğv edilməsini, İdarə tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-3950/2019 nömrəli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə müvafiq ünvanda təkrar və ətraflı aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi X2 sovxozunun ərazisində yerləşir. Lakin bununla bağlı X2 sovxozu tərəf indən iddiaçının adına verilmiş və qanunvericiliyin tələblərinə uyğun olan hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.

14. Qeyd olunan hallar daha əvvəl məlum olmadığından məhkəmə tərəfindən araşdırılmamış və nəticədə düzgün və ədalətli qərarlar qəbul edilməmişdir. Qeyd olunan hallar birinci instansiya məhkəməsində işə baxılarkən məlum olmadığından yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün əsasdır.

15. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi yuxarıda qeyd olunan hallar əsassız olaraq nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamış, ekspertiza keçirilməsi və üçüncü şəxslərin cəlb edilməsi barədə idarənin vəsatətləri təmin edilməmiş, qanunvericiliyin tətbiqində səhvə yol verilmiş, işə aid olan qanunvericilik normaları tətbiq edilməmiş, tətbiq edilən qanunvericilik normaları düzgün təfsir edilməmiş, iş materialları və şikayətdə qeyd olunan əsaslar məhkəmə tərəfindən düzgün və ətraflı araşdırılmamış və nəticədə qanunsuz və ədalətsiz qərarlar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.

20. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə icraatın təzələnməsi üçün bu Məcəllənin 10 0-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.

21. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhk əmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, xx.xx.2019-cu il tarixli şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iştirak etməsinə baxmayaraq iddia ərizəsinə dair etiraz təqdim etməmişdir. Eyni zamanda məhkəmənin 2-1(82)-3950/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından şikayət verilmədiyindən qərar icraya yönəldilmişdir.

26. Cavabdehin yeni açılmış halların əsası kimi bu dəlilə ist inad etmişdir ki, müvafiq ünvanda aparılan təkrar və ətraflı yoxlama-ölçü işləri nəticəsində sözügedən torpaq sahəsinin X2 sovxozunun ərazisində yerləşdiyi məlum olmuşdur.

27. Lakin cavabdeh nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində bu dəlillə bağlı hər hansı bir sübut təqdim etməmiş, ərizəsinə bu dəlili təsdiq edən hər hansı sübut əlavə etməmişdir. Belə olan halda, hazırkı qərarın 1920-ci bəndlərində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından cavabdehin ərizəsi təmin oluna bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün hər hansı bir əsas yoxdur.

28. Kassasiya şikayətinin dəlillərində də cavabdeh aşağı instansiya məhkəmələrində bildirdiyi halları təkrarlayaraq həmin halların yeni açılmış halla r üzrə icraata dair ərizənin təmin edilərək icraatın təzələnməsi üçün əsas olduğunu bildirmişdir.

29. Lakin bununla bağlı apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ərizəçinin istinad etdiyi hallar yeni açılmış hal kimi qiymətləndirilə bilməz, habelə həmin hallara istinad edilməklə məhkəmə qərarı ləğv edilə bilməz.

30. Beləliklə, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyidirilmədən qüvvədə saxlanılmalıdır.

31. Qeyd olunanlara və İPM-in 96.8-ci maddəsinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1519/2020 nömrəli qərardadı dəyişdi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar