Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2119/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (sərəncamın ləğv edilməsi, işə bərpa edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, 17.11.2021 Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı sərəncamının ləğv olunması, işə bərpa və sair tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-241/2021 nömrəli iş üzrə 01.06.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 17 noyabr 2021-ci tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 15 sentyabr 2011-ci il tarixdə Cavabdeh başçısının Gilətağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə qəbul olunmuş. 07.09.2016-cı il tarixdə səhhəti ilə bağlı işdən çıxmaq barədə ərizə vermiş, 29.09.2016-cı ildə sonra işinə bərpa olunmaq barədə ərizə vermiş və 03.10.2016-cı il tarixdə işinə bərpa olunmuşdur. 07 dekabr 2016-cı il tarixdə yenidən işdən çıxmaq barədə ərizə vermiş və cavabdehin sərəncamı ilə işdən azad edilmişdir. Bir müddət sonra işə bərpa olunmaq istəsə də cavabdeh imtina etmişdir. Cavabdehin qərarından narazı qalan iddiaçı məhkəməyə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdehnə qarşı Cavabdeh 07 dekabr 2016-cı il tarixli 94 saylı sərəncamının ləğv olunması, onun Cavabdeh başçısın ın Gilətağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa olunması, məcburi iş buraxma günləri üçün 07.12.2016-cı il tarixdən məhkəmə qərarı icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqının və əmək haqqına nisbətdə müəyyən olunan əlavələrin, mükafatların hesablanaraq ona ödənilməsi barədə ərizə ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
3. İddiaçının iddia tələbini onunla əsaslandırılmışdır ki, o, 15 sentyabr 2011-ci il tarixdə Cavabdeh başçısının Gilətağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə qəbul olunmuş, 07.09.2016-cı il tarixdə səhhəti ilə bağlı işdən çıxmaq barədə ərizə vermiş, lakin 29.09.2016-cı ildə səhhəti normallaşdıqdan sonra işinə bərpa olunmaq barədə Cavabdehnə müraci ət etmiş və Əmək qanunvericiliyinin 69.4-cü maddəsinə müvafiq olaraq xəbərdarlıq müddəti bitmədiyi nəzərə alınaraq o, 03.10.2016-cı il tarixdə işinə bərpa olunmuşdur. 07 dekabr 2016-cı il tarixdə rəhbərliyin ona qarşı kobud davranışı nəticəsində iş yerində kəskin ağrıları baş vermiş, yüksək təzyiqlə onu 4 saylı şəhər poliklinikasına yerləşdirmişlər. Həmin gün o, stress vəziyyətində işdən çıxmağı ilə bağlı ərizə yazmışdır. Məhz güclü ruhi həyəcan vəziyyətində olmağı və yüksək hipertoniyadan əziyyət çəkərək 07.12.2016-cı il tarixdən 10.12.2016-cı il tarixədək Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 4 saylı şəhər poliklinikasında ambulator müalicə olunmuşdur. Sonradan işə bərpa olunmaq istəsə də Cavabdehndən bildirmişlər ki, artıq o, işdən azad olunmuş və onu işə bərpa etməkdən imtina etmiş lər. Bundan sonra o, dəfələrlə əmək kitabçasını, işdən azad olunmaq barədə əmrin və digər hüquqi sənədlərin ona təqdim olunmasını xahiş etsə də həmin sənədlər ona verilməmişdir.
4. Birinci instansiya məhkəməsinin 03.12.2019-cu il tarixli, 2-1(085)1485/2019 nömrəli (sədrlik edən hakim Zaur Pirverdiyev) qərarı ilə iddianın rədd edilməsi qərara almışdır.
5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69, 70, 79-cu maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1, 33.3-cü maddələrinə istinad edərək hesab etmişdir ki, iddia təmin edilməməlidir.
6. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 03.12.2019-cu il tarixli, 2-1(085)-1485/2019 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin ed ilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.07.2020-ci il tarixli, 2-1(105)-171/2020 nömrəli (hakimlər Fərmayıl Zeynallı - sədrlik edən və məruzəçi, Telman Quliyev və Gülnarə Tağızadə) qərardadı ilə Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 2-1(085)-1485/2019 saylı, 03 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsi, İddiaçı Cavabdehnə qarşı cavabdehin 07 dekabr 2016-cı il tarixli, 94 saylı sərəncamının ləğv olunması, iddiaçının Cavabdeh başçısının Gilətağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa olunması, məcburi iş buraxma günləri üçün 07 dekabr 2016-cı il tarixdən məhkəmə qərarı icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqının və əmək haqq ına nisbətdə müəyyən olunan əlavələrin, mükafatların hesablanaraq iddiaçıya ödənilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır.
8. Apellyasiya instansiya məhkəməsi həmin nəticəyə gələrkən, İPM-in 12.1, 35.1-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.
9. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 24.07.2020-ci il tarixli, 2-1(105)-171/2020 nömrəli qərardadının ləğv edilməsini, iddia icraatının mümkün sayılması və işə mahiyyəti üzrə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsindəki icraat
10. Ali Məhkəmənin İnzibati Koll egiyasının 29.09.2020-ci il tarixli, 21(102)-1883/2020 nömrəli (hakimlər İlqar Hüseynov - sədrlik edən və məruzəçi, Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 24 iyul tarixli, 2- 1(105)-171/2020 nömrəli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.06.2021-ci il tarixli, 2-1(105)-241/2020 nömrəli (hakimlər Fuad Məmmədov - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Hökümə Babayeva) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)1485/2019 saylı, 03 dekabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
12. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun işdən çıxmaq niyyəti olmayıb, yalnız güclü ruhi həyəcan, yüksək təzyiq və müalicə aldığı bir vaxtda belə bir ərizə yazmışdır. Ərizədə isə onun əmək münasibətini dayandırmaq istədiyi gün göstərilməyib. Cavabdeh ən azından xəbərdarlıq müddətini gözləməli, bu müddət bitənədək əmək müqaviləsini ləğv etməməli idi. Lakin 07.12.2016-cı il tarixli 94 saylı Sərəncamın çıxarışdan da göründüyü kimi cavabdeh ərizənin sonunda yazdığı 07.12.2016-cı il tarixdə hətta 1 gün keçməsini gözləmədən belə onu işdən azad etmişdir. Halbuki Əmək Məcəlləsinin normalarında n da göründüyü kimi qanunverici işçi ərizə verdikdən sonra xəbərdarlıq müddətinin gözlənməsini, həmin müddət bitməyənədək əmək münasibətlərinin ləğv etməməyi işəgötürənin üzərinə vəzifə kimi qoymuşdur. Səhətində yaranmış müvəqqəti problemlər onun dərhal-ərizə yazdığı gün işdən azad olunmağı üçün əsas hesab oluna bilməzdi. Çünki hətta səhhəti ilə əlaqədar olsa belə ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi gün göstərilmədiyindən cavabdeh xəbərdarlıq müddətini gözləməli idi. Ərizəsindən də göründüyü kimi o, səhhətindəki probleməri müvəqqəti hesab etmişdir, sağalıb işinə qayıdacağına ümidli olmuşdur və ərizə isə xəbərdarlıq xarakteri daşımış, onun əmək münasibətinə xitam vermək arzusu ifadə etməmişdir. Beləliklə bütün bunlar sübut edir ki, cavabdeh əmək qanunvericiliyinin tələbləri ni kobudcasına pozmuş, qanunvericiliyin xəbərdarlıq müddətində işçi ilə əmək münasibətinə xitam verilməsinin yolverilməz olduğu barədə imperativ göstərişlərinə məhəl qoymamış, bütün bunlar isə onun ali qanunu olan Konstitusiya, Əmək Məcəlləsi və digər qanunvericilik aktları ilə ilə müəyyən olunmuş əmək hüquqlarının pozulmasına, onun illərlə işsiz qalmağına səbəb olmuşdur
13. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 01.06.2021-ci il tarixli, 2-1(105)-241/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdehin kassasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, Cavabdeh başçısının 07 dekabr 2 016-cı il tarixli 94 nömrəli Sərəncamı ilə İddiaçı nümayəndə vəzifəsindən öz razılığı ilə azad olunmuşdur. Qanunvericiliyin tələbinə uyğun olaraq İcra Hakimiyyəti tərəfindən bir aylıq xəbərdarlıq müddəti gözlənilmiş, lakin İddiaçı müddəti buraxaraq müraciət etməmişdir. Ona görə də, Gilətağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsinə rayon icra hakimiyyəti başçısının 19 yanvar 2017-ci il tarixli 06 nömrəli Sərəncamı ilə X1 təyin olunmuşdur. İddiaçı qeyd edir ki, hüquqlarının pozulması barədə məlumatlı olmamışdır. Qeyd edirik ki, Cavabdeh tərəfindən qanunvericiliyin tələbləri tam gözlənilmişdir. Sual olunur iddiaçı son hesabı kəsilərkən işdən azad olunduğunu bilməmişdir ki? O, 06 yanvar 2017-ci il tarixdə nümayəndəlikdən təsərrüfat başçısı olması barədə 01 nömrəli arayış almış, Zən gilan rayon Polis şöbəsinə təqdim etmişdir. Arayış alınarkən işdən azad olunması barədə xəbərdarlıq müddəti sona çatmamışdır. Bəs nəyə görə işə bərpa ilə bağlı qeyd olunan vaxt müraciət etməmişdir? Ona görə də, iddiaçının tələbləri əsassızdır. İşləməkdən könüllü imtina etmişdir. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi qeyd edir ki, İddiaçı işdən azad olduqdan sonra əmək kitabçasını və əmrini almaq üçün 2016-cı il 07 dekabr ayında İcra hakimiyyəti aparatında olmuş, arxiv sənədi kimi surəti İcra hakimiyyətində saxlanılmaqla əmək kitabçası və xidməti fəaliyyətinə xitam verilməsi barədə əmr ona təqdim olunmuşdur. Q. Süleymanlı sənədləri əldə etməsi barədə qəbul kitabına imza atmaqdan imtina edərək İcra hakimiyyətini tərk etmişdir. Əmək kitabçası və işdən çıxması barədə əmr ona v axtında təqdim olunmuşdur. Əgər olunmamışdırsa, İddiaçı haradan bilirdi ki, onun əmək kitabçasının surəti sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində arxiv sənəd kimi saxlanılır. Çünki onun iştirakı ilə əmək kitabçasının surəti çıxarılaraq əsli özünə təqdim olunmuşdur. İddiaçı iddia müddətini buraxdığı üçün əmək kitabçasının və işdən azad olunması barədə əmrin ona verilmədiyini bildirir. İddiaçı 07 dekabr 2016-cı ildə öz xahişi ilə ikinci dəfə işdən azad olunub. Həmin gündə işdən azad olunması barədə məlumatı olub. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli qərarı: 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilk in şərt onun mümkün olmasıdır. 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
16. İnzibati Prosessual Məcəllə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haq qında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 96.4 Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
17. Kassasiya şikayət i vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətindəki dəlilləri əsassızdır.
20. Belə ki inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırkı mübahisədə iddiaçının iddia qaldırmaq müddətinin ötürüldüyü üçün iddianın əsaslılı ğının araşdırılmasına imkan vermir.
21. İşdə olan materiallardan müəyyən olur ki, Cavabdeh başçısının 07 dekabr 2016-cı il tarixli 94 nömrəli sərəncamı ilə İddiaçı öz ərizəsinə əsasən Cavabdeh başçısının Gilətağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad olunmuşdur. Hazırda iddiaçı Cavabdeh başçısının 07 dekabr 2016-cı il tarixli 94 nömrəli sərəncamını mübahisələndirərək onun ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.
22. Apellyasiya məhkəməsinin 24.07.2020-ci il tarixli məhkəmə baxışı zamanı iddiaçı mübahisələndirdiyi qərarın mövcudluğundan 20 dekabr 2016-cı il tarixdə məlumatlı olduğunu bildirmişdir. Lakin buna baxmayaraq, iddiaçı hüquqlarına toxunan qərarın mövcudluğundan ən azından 2016-cı ilin dekabr ayından xəbərdar olduğu halda həmin qərarın (mübahisələ ndirdiyi inzibati aktin) ləğvi ilə bağlı məhkəməyə 2019-cu ilin avqust ayında müraciət etmişdir.(qərarın 16-cı bəndi, İPM-in 32.1, 35.1, 38.1-ci maddələri)
23. Göründüyü kimi iddiaçı Cavabdeh 07 dekabr 2016-cı il tarixli 94 saylı sərəncamının ləğv olunması, onun Cavabdeh başçısının Gilətağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa olunması, məcburi iş buraxma günləri üçün 07.12.2016-cı il tarixdən məhkəmə qərarı icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqının və əmək haqqına nisbətdə müəyyən olunan əlavələrin, mükafatların hesablanaraq ona ödənilməsi ilə iddia qaldırmaq müddətini ötürmüşdür.
24. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 01.06.2021-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.06.2021-ci il tarixli, 21(105)-241/2021 nömrəli qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. Qərar qətidir.