Məhkəmə qərarları › İş №2-1(102)-2119/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2119/2023

24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2119/2023 24.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, uşağa qulluq illərinin sosial sığorta stajına daxil edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1967-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbay can Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2023-cü il tarixli, 2-1(105)-407/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan SSR X3 Təhsil Komitəsi tərəfindən verilmiş 25 iyul 1985-ci il tarixli diploma əsasən iddiaçı 01 sentyabr 1984-cü il - 25 iyul 1985-ci il tarixlərdə kompressor qurğuları üzrə maşinist peşəsi üzr ə orta texniki peşə məktəbində tam kursu bitirərək ümumi orta təhsil almışdır.

2. İddiaçıya məxsus əmək kitabçasındakı qeydlərə əsasən iddiaçı xx.xx.1985-ci ildən xx.xx.2013-cü ilədək, xx.xx.2013-cü il tarixdən hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olur. 3. “Doğum haqqında şəhadətnamə”yə əsasən X2 xx.xx.1998-ci ildə anadan olmuşdur və onun “anası” qrafasında İddiaçı adı qeyd edilmişdir. 4. “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodu Kadrlar şöbəsinin 75 və 76 saylı 20 aprel 2022-ci il tarixli arayışlarında qeyd edilmişdir ki, iddiaçı 05 avqust 1985-ci ildən 31 dekabr 2005-ci ilə kimi və 01 yanvar 2006-cı il tarixdən 10 dekabr 2013-cü il tarixə kimi “Azərikimya” İstehsalat Birliyinin keçmiş Üzvi sintez zavodunun məişət və sənaye çirkab sularının təmizlənməsi sexində kompre ssor, nasos qurğu maşinisti peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının X bölməsinin 2-ci bəndinin 1080AO20 şifrinə əsasən 2 saylı siyahısında sadalanan çirkab sənaye sularının neytrallaşdırılması və tənzimlənməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 8-ci bölməsinin 8.3.2-ci bəndinə əsasən siyahısında sadalanan çirkab sənaye sularının neytrallaşdırılması və tənzimlənməsi istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 19 avqust 2022-ci il tarixli məktubunda “Əmək pensiyaları haqqında” Qanunun 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş 9.1-ci maddəsinə istinad edilərək qeyd edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 55.920,00 manat təşkil edir. Buna görə də həmin tarixədək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Sözügedən Qanunun qüvvədə olan 9.1-ci maddəsinə əsasən qadınlara münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş (hazırda 58 yaş) çatdıqdan sonra iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məsələsinə baxılac aqdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1985-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində “Azərikimya” İstehsalat Birliyi keçmiş “Üzvi Sintez” zavodunun məişət və sənaye çirkab sularının təmizlənməsi sexində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1998-xx.xx.2001-ci il və xx.xx.2001-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Bu fakt “Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialı ilə “Azərikimya” İstehsalat Birliyinin “EtilenPolietilen” zavodunun birgə aktı ilə təsdiq edilmişdir. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edi ldiyindən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövr üzrə ödənişsiz məzuniyyətdə olduğu müddəti iş stajına daxil etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə uşağı xx.xx.1998-ci il təvəllüdlü X1 xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilədək qulluq etdiyi (işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət) müddətin onun ümumi iş stajında nəzərə alınmaqla 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən on a güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, imtina qanunsuz və əsassızdır. 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000- ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Sadalanan hüquq normalarının qarşılıqlı təhlilinə görə 2 nömrəli Siyahı üzrə onun 50 yaş+2 yaş=52 yaşdan güzəştli şərtlə pensiya hüququ yaranır. Yuxarıda bəhs edilən normaların təhlilinə yaxud “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı ilə qədər iddiaçının 2 nömrəli Siyahıda qeyd edilən peşədə on il işləməsi təsdiq edilərsə və 20 il ümumi stajı olarsa, onun (50+2) 5 2 yaşdan güzəştli şərtlə pensiya hüququ yaranmış olacaqdır. O, xx.xx.1967-ci ildə anadan olmuşdur. Etilen-Polietilen Zavodunun xx.xx.2022-ci il tarixli 75 nömrəli arayışında qeyd olunmuşdur ki, xx.xx.1985-ci ildən xx.xx.2005-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin keçmiş “ Üzvi sintez” zavodunun məişət və sənaye çirkab sularının təmizlənməsi sexində nasos qurğu maşinisti vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il tarixli 320 saylı qərarının 10-cu bölməsinin 2-ci bəndinin 1080A020 şifrinə əsasən 2 saylı siyahısında sadalanan çirkab sənaye sularının neytrallaşdırması və təmizlənməsi istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Cəmi 1 il 10 aydır. Etilen-Polietilen Zavodunun xx.xx.2022-ci il tarixli 76 nömrəli aray ışında qeyd olunmuşdur ki, xx.xx.2006-ci ildən xx.xx.2013-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi sintez” zavodunun məişət və sənaye çirkab sularının təmizlənməsi sexində kompressor, nasos qurğu maşinisti vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 -ci il tarixli 12 nömrəli qərarın 8-ci bölməsinin 8.3.2. bəndinə əsasən siyahıda sadalanan çirkab sənaye sularının neytrallaşdırılması və təmizlənməsi istehsalatında güzəştli şərtlərlə pensiya təmin etmək hüququ verir. Cəmi 8 il 5ay 1 gün təşkil edir. Həmin arayışlarda qeyd edilən güzəştli şərtlərlə pensiya 20 ildən artıqdır. Etilen - Polietilen Zavodunun 75, 76 saylı arayışlarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq o lunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş tələb edilən 10 ildən güzəştli şərtlərlə imtiyazlı iş stajı təsbit olunmuşdur. Onun uşağı X2 xx.xx.1998-ci ildə anadan olmuşdur. Yəni xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilə kimi “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “e” bəndinə əsasən, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət onun iş stajı ümumi iş stajına əlavə edilir. Əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi iddiaçının 31 dekabr 2005-ci il tarixinədək ümumi iş stajı 20 ildən artıq 21 il 3 ay 22 gün, güzəştli şərtlərlə on ildən artıq 20 il 4 ay 26 gün iş stajı vardır.

8. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tə rəfindən təmin edilməməlidir. Belə ki, iddiaçı 11 may 2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. İddiaçının müraciəti araşdırılmış, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmadığı müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 55920,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 34400,68 manat təşkil edir. Beləliklə iddiaçının: 1) Şəxsiyyət vəsiqəsinə əsasən 55 yaşı vardır; 2) Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 29 iyun 2022-ci il tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Buna görə də həmin tarixədək iddiaçı ya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Həmçinin, iş materiallarına əlavə olunmuş arayışa əsasən, iddiaçın xx.xx.1985-10.2013-cü il tarixləri arasındakı dövr ərazində “Azərkimya” İstehsalat Birliyi keçmiş “Üzvi sintez” zavodunun məişət və sənaye çirkab sularının təmizlənməsi sexində işləməsi qeyd olunmuşdur. İddiaçının adıçəkilən müəssisədəki iş stajına ad məlumatların yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1998-xx.xx.2001-ci il və xx.xx.2001-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərazində ödənişsiz məzuniyyətdə olması müəyyən edilib. Bu fakt Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialı ilə “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun birgə aktı ilə təsdiq edilmişdir. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığ orta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövr üzrə ödənişsiz məzuniyyətdə olduğu müddəti iş stajına daxil etmək mümkün olmamışdır.

9. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-727/2023 nömrəli qərarı ilə (hakim L.E.Mirzəyeva) iddia qismən təmin edilərək iddiaçının xx.xx.1998ci il təvəllüdlü X1 xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilədək işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddətin onun sosial sığorta stajı kimi nəzərə alınmaqla ona 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən ödənilməsi öhd əliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

10. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.1998-cixx.xx.2001-ci il və xx.xx.2001-xx.xx.2001-ci il tarixləri arasında xx.xx.1998-ci il təvəllüdlü X1 işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddəti onun sosial sığorta stajının hesablanması zamanı nəzərə almamışdır. İddiaçı tələbində həmin dövrlərin də sosial sığorta stajı kimi nəzərə alınmasını xahiş edir. Cavabdeh inzibati orqanın qeyd olunan dövrlərin iddiaçının sosial sığorta stajı kimi nəzərə alınmasından imtinası əsassız olmuşdur..

11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 17 may 2023-cü il tarixli, 2-1(105)-407/2023 nömrəli qərarı ilə (hakimlər: G.İ.Cabbarova - sədrlik edən və məruzəçi, H.Ç.Babayeva və Z.T.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-727/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun, eləcə də id dia dair etiraz ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin ed ilir. Maddə 32.1-1. əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

19. Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerin dən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən, həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işçilərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” 23. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas s ənəd hesab edilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” X. “Kimya istehsalı” bölməsinin 2-ci bəndi 2110A020 şifri:....çirkab sənaye sularının neytrallaşdırılması və tənzimlənməsi....

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 s aylı qərarının 8-ci bölməsinin 8.3.2-ci bəndi: çirkab sənaye sularının neytrallaşdırılmasında və təmizlənməsində zərərli buxar və qazların zərərsizləşdirilməsində;

27. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şi kayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsin in qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdir ilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

32. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan şərtlərin iddiaçıya münasibətdə ödənilməsi ilə bağlı məsələ, yəni iddiaçının ümumi iş stajına malik olması, xüsusən də onun işlədiyi peşənin güzəştli şərtlərlə əmək pensiyası hüququ verə n peşə qismində müvafiq siyahıda nəzərdə tutulması və həmin peşə üzrə güzəştli iş stajını toplaması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıda kıları qeyd etməyi zəruri sayır.

36. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdı rılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

37. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə v ə təqdim etdiyi sübutlarla bağlı deyildir.

38. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən İPM-in 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir. 39. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

40. Bu qərarın 18-19-cu bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: İddiaçının ən azı 20 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 10 ilinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajının, yəni ümumi iş stajının və güzəştli pensiya hüququ verən stajın həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanılması.

41. İşin apell yasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.2005-ci il tarixədək tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Üzvi sintez” zavodunun məişət və sənaye çirkab sularının təmizlənməsi sexində nasos qurğu maşinisti peşəsində işləmişdir. Bu hal həm əmək kitabçası, həm də iş yerindən verilmiş arayışla öz təsdiqini tapmışdır. Həmçinin, iddiaçı 01 sentyabr 1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək kompressor qurğuları üzrə maşinist peşəsinə dair təhsil almışdır.

42. Nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən qeyd edilən halların təkzib edilməsinə dair heç bir dəlilə istinad edilməmiş, heç bir sübut təqdim edilməmişdir.

43. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən ed ilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Odur ki, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

44. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısının “Kimya istehsalı” adlanan 10-cu bölməsinin 2-ci bəndinə (Şifr 2110A020 (....çirkab sənaye sularının neytrallaşdırılması və tənzimlənməsi....) aid olduğuna dair müvafiq arayış iddiaçının işlədiyi müəssisə tərəfindən məhkəməyə təqdim olunmuş və iş üzrə materiallara əlavə olunmuşdur.

45. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının xx.xx.1998-xx.xx.2001-ci il və xx.xx.2001-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərazində ödənişsiz məzuniyyətdə olduğu müddətin iddiaçının iş stajına daxil edilməsinin mümkün olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının uşağına qulluq etdiyi dövrlər olan xx.xx.1998-xx.xx.2001-ci il və xx.xx.2001-xx.xx.2001-ci illəri əhatə etməklə, ümumilikdə 3 il müddəti əhatə edir. Qeyd edilən dövrlərdə qüvvədə olan qanunvericiliyin tələbinə görə işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq, ümumi iş stajına daxil edilir.

46. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının işləmədiyi dövr (ödənişsiz məzuniyyətdə olduğu dövr) məhz körpə uşağına qulluq etməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, məsələnin həlli zamanı “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 6 mart 2018- ci il tarixli Qanunun 1-ci maddəsinin məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silinməsi ilə bağlı müddəaları da nəzərə alınmalıdır.

47. Cavabdehin imtinasının pensiya kapitalı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu “V ətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən qazandığından, həmin qanunla isə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərti tələb edilmədiyindən, cavabdehin pensiya kapitalı ilə bağlı dəlili də əsassız sayılmalıdır.

48. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün bu qərarın 18-19-cu bəndlərində istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənildiyi işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Başqa sözlə, iddiaçı tələb olunan ümumi və xüsusi stajı xx.xx.2006-cı il tarixinə kimi toplamış və həmin normalarla müəyyən olunmuş müvafiq yaş həddinə çatmışdır. Apellyasiya məhkəməsi tərəfində n iddiaçının ümumi və güzəştli stajı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq dövrlərdə qüvvədə olmuş normaların tələblərinə uyğun hesablanmışdır.

49. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı inzibati orqana xx.xx.2022-ci il tarixdə müraciət etdiyindən, əvvəlki dövrdə müraciət etməsi və ya müraciət etməməsinin səbəblərinin üzrlü olması halı müəyyən edilmədiyindən, pensiyanın hesablanması və ödənilməsi ilə bağlı iddiaçının inzibati orqana müraciətindən üç il əvvəl tarixdən, yəni xx.xx.2019-ci il tarixdən hesablanmalı və ödənilməlidir.

50. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı olmuşdur. O dur ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə apellyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğundur.

51. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

52. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2023-cü il tarixli, 2-1(105)-407/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar