Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2119/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarı ilə təyin edilmiş əlilliyin əmək zəmanəti qrafasındakı qeydin dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Eksper tiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müddətsiz olaraq təyin edilməsi” iddia tələbi üzrə məhkəmə qərarının icrası ilə bağlı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2024-cü il tarixli, 21(103)-1943/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli 0280003AAFMA göndərişinə əsasən diaqnozu - Dəqiqləşdirilməmiş hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçirilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar. Postravmatik ensefalopatiya İİ mərhəl ə, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 8-9 dəfə)”, əmək zəmanəti – “ruhi-əsəb gərginliyi tələb olunmayan yüngül işlərdə işləyə bilər” verilməklə xx.xx.2021-ci il tarixdə 5 il müddətinə əlillik təyin edilmişdir.
2. Sonradan iddiaçı məhkəməyə müraciət edərək ona xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 2-ci qrup əlillik təyin edilməsini xahiş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin iş üzrə xx.xx.2021-ci il tarixli 2-1(112)-8104/2021 nömrəli qərarı ilə İddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tib bi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Həmin qərar həm apellyasiya, həm də kassasiya qaydasında cavabdeh tərəfindən mübahisələndirilmiş, məhkəmə aktı dəyişdirilmədən qüvvədə saxlanmışdır.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-8104/2021 nömrəli qərarı icra edlərək ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4.3-cü yarımbəndinə (şizofreniya paranoid psixotik hal (remissiya baş verməyən hal)) müvafiq olaraq xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyü nün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.6-cı bəndinə əsasən, Nazirliyin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X1-sosial ekspert komissiyasının əlillik təyinatına dair qərarı əmək zəmanəti qeyd edilməklə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilir. Əlillik təyinatına əsas verən göndərişdə qeyd olunan diaqnoz və yanaşı xəstəliklərinə (ağırlaşmalara) görə iddiaçı əmək zəmanətsiz hesab edilmiş və belə olan halda heç bir əmək fəaliyyəti ilə məşğu l olmağı məqsədəuyğun deyildir.
5. Mübahisə qərarın icrası ilə bağlı yaranmışdır. Belə ki, cavabdehə görə, həmin qərar xx.xx.2022-ci ildə icra edilmişdir, lakin yanlış icra edilmiş, daha sonra həmin akt xx.xx.2022-ci ildə lazımi qaydada icra edilərək diaqnoz və əmək zəmanəti qrafalarında müvafiq düzəlişlər edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
6. Hazırda mübahisə qərarın icrası ilə bağlı yaranmışdır. Belə ki, cavabdeh bildirir ki, həmin qərar xx.xx.2022-ci ildə icra edilmişdir, lakin yanlış icra edilmiş, daha sonra həmin akt xx.xx.2022-ci ildə lazımi qaydada icra edilərək diaqnoz və əmək zəmanəti qrafalarında müvafiq düzəlişlər edilmişdir.
7. İddiaçı bildirir ki, məhkəmə qərarı tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli 0280003AAFMA göndərişinə əsasən icra olunmalı və onun barəsində qüvvədə olan əlillik zəmanəti “yüngül işlərdə işləyə bilər” kimi saxlanmalıdır.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8104/2024 nömrəli qərardadı ilə (hakim G.Sevdimalıyeva) Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə 22 oktyabr 2021-ci il tarixli qərarının icrası zamanı İddiaçı barəsində əlillik altsistemindəki qeydlərin yalnız Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin müddətsiz olaraq təyin edilməsi ilə bağlı olduğu nəzərə alınması və Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə 22 oktyabr 2021-ci il tarixli qərarının icrası ilə əlaqədar əlillik altsistemində İddiaçı barəsində əvvəlki diaqnoz - “Dəqiqləşdirilməmiş hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçirilmiş kə llə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 8-9 dəfə)”, əmək zəmanəti – “ruhi-əsəb gərginliyi tələb olunmayan yüngül işlərdə işləyə bilər” kimi saxlanması qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarı vaxtında, tam və düzgün icra olunmalıdır. Bu qaydada icra onu nəzərdə tutur ki, qərar vaxtında icra olunmaqla yanaşı, həm də onun məzmununa uyğun icra olunmalı, icra formal deyil, mahiyyəti üzrə baş tutmuş olmalıdır. Müvafiq olaraq borclunun icranı təmin etməyə yönəlmiş hərəkətləri qərarın hədəflədiyi yekun faktiki və hüquqi nəticələri təmin et məlidir.... məhkəmə qərarının icrası iddiaçının iddia qaldırmazdan əvvəlki vəziyyətini ona münasibətdə əlverişsiz şəkildə dəyişdirə bilməz. Hazırda məhkəmə qərarının icrası zamanı məhz qeyd edilən hal baş vermişdir.... Laçın Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib olunmuş Forma 88 - 0280003AAFMA nömrəli göndərişə əsasən iddiaçıya qoyulmuş diaqnoz “dəqiqləşdirilməmiş hərbi əməliyyatlar nəticəsində zədələnmələr. Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçirilmiş kəllə beyin travması baş beyin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 8-9 dəfə)” olmaqla nə qeyd edilən göndə rişdə, nə də məhkəmə qərarında iddiaçının (qərarın icrası nəticəsində diaqnoz qrafasında qeyd edilən) “şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal)” xəstəliyindən əziyyət çəkməsinə dair hər hansı qeyd yoxdur (bax Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə 22 oktyabr 2021-ci il tarixli qərarının 15-ci, 19-cu və 20-ci bəndləri). Məhkəmə araşdırmasının predmeti məhz qeyd edilən göndərişə əsasən göstərilən xəstəliklərin (qərarda göndərişdəki xəstəliklər qeyd edilir və həmin “şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal)” diaqnozu göndərişdə nəzərdə tutulmamışdır) əlilliyin beş il müddətinə deyil, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsi məsələsi olmuşdur.... cavabdeh tərəfində n məhkəmə qərarının icrası nəticəsində diaqnoz və əmək zəmanəti qrafalarındakı qeydlər məhkəmə qərarının icrası ilə əhatə olunmur və Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə 22 oktyabr 2021-ci il tarixli qərarının icrası İddiaçı barəsində əlillik altsistemində diaqnoz və əmək zəmanəti qrafalarındakı qeydlərin dəyişdirilməsi üçün əsas hesab olunmur. Bu səbəbdən əvvəlki vəziyyətdə diaqnoz – “Dəqiqləşdirilməmiş hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçirilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 8-9 dəfə)”, əmək zəmanəti – “ruhi-əsəb gərginliyi tələb olu nmayan yüngül işlərdə işləyə bilər” kimi saxlanmalıdır.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsi və ərizənin rədd edilməsi xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2024-cü il tarixli, 2-1(103)-1943/2024 nömrəli qərardadı ilə (hakimlər: Ş.Məmmədova – sədrlik edən və məruzəçi, E.Əliyev və P.Hüseynov) apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, inzibati orqan əlilliklə bağlı qeyd edilən məlumatlarda hər hansı dəyişiklik aparmağı zəruri hesab edirsə, bunu məhkəmə qərarının icrası qaydasında deyil, inzibati icraat qaydasında aparmalı, bu zaman iddiaçının inzibati icraat zamanı iştirakı və dinlənilməsi hüququnu təmin etməlidir.
13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və ərizənin rədd təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün münasibət bildirilməmiş, iş hərtərəfli və düzgün araşdırılmadan əsassız qərardad qəbul edilmişdir. Belə ki, məhkəmənin 22 oktyabr 2021-ci il tarixli qərarında məhkəmənin təyin etdiyi xəstəliklərin nəticəsindən aydın olmuşdur ki, iddiaçı barəsində həmin xəstəlik lər əsasında iddiaçıya əmək zəmanəti müəyyən edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əmək zəmanəti müəyyən edilməsi mümkün olmamış, Əlillik altsistemində əmək qabiliyyətsizdir qeydi ilə müəyyənləşdirilmişdir. Belə olan halda, iddiaçıda olan xəstəliklər qanunvericiliklə səciyyələnmiş və əmək zəmanəti təyin etmək üçün əsas yaradan xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın qərarı qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. İddiaçının əlilliyinin Əlillik altsisteminə işlənməsi istiqamətində cavabdeh tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmama sına baxmayaraq, məhkəmə qanunsuz olaraq ərizəni təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Ərizəçi kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2024-cü il tarixli, 2-1(103)-1943/2024 nömrəli qərardadını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldı qdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
17. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarı 19. “İnzibat i mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli 10 nömrəli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlə rinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi t ərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Apellyasiya instansiya məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
23. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozu ntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2024-cü il tarixli, 2-1(103)-1943/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.