Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-212/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Cavabdehnə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: məhkəmə qərarına əsasən Köçürüldüyü evdə pasport qeydiyyatına alınma GİRİŞ HİSSƏ 28.01.2020 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və X4 ibarət tərkibdə, İddiaçı və vəkili X1, 3-cü şəxs DDDDDDDDDi oğlunun və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdərəsinə qarşı və 3-cü şəxslər: X5 və SSSSSSSni oğluna qarşı məhkəmə qərarına əsasən köçürüldüyü e vdə pasport qeydiyyatına alınması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından 3-cü şəxslər tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdərəsinə qarşı və 3-cü şəxslər: X5 vəSSSSSSSSSi oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçını və azyaşlı övladı X3 ünvan 1 ünvanına pasport qeydiyyatına alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakim E.Məmmədov; iş No 2-1(81)-2090/2019) iddi anın təmin edilməsi; iddiaçının azyaşlı övladı xx.xx.2011-ci il təvəllüdlü X6 ilə birlikdə ünvan 2 ünvanına pasport qeydiyyatına alınması vəzifəsinin cavabdeh İdarəyə həvalə edilməsi qərar alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə (sədrlik edən V.Ağayev, hakimlər A.Nuriyeva və C.Yusifov; iş № 2-1(103)1986/2019) 3-cü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan 3-cü şəxslər kassasiya şikayəti verərək, qərarı ləğv edərək iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri 3-cü şəxslə rin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi mübahisəli qərarı qəbul edərkən, maddi və prosessual hüquq normalarını əhəmiyyətli dərəcədə pozmuş və düzgün tətbiq etməmişdir, həmçinin işin hallarını qanunamüvafiq qaydada araşdırmamışdır, nəticədə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən 3-cü şəxsin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarını ləğv edərək, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən 3-cü şəxs SSSSSS vəkilin dediklərinə uyğun izah at vermişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçının vəkili S.Qasımov kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən İddiaçı vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh İdarənin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsas ən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçının azyaşlı övladı ilə birlikdə pasport qeydiyyatına alınmasını istədiyi Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Baksol küçəsində yerləşən 17A saylı fərdi yaşayış evi onun keçmiş əri X2 atası Səfərov Qənimət Qəni oğluna məxsus olsa da, evin hüquqmüəyyənedici sənədləri yoxdur. Lakin məhkəmə qətnaməsinə əsasən həmin evə dair sonuncunun yaşamaq hüququ tanınaraq, pasport qeydiyyatına alınmışdır. İddiaçı xx.xx.2010-cu il tarixdə N.Səfərov ilə ailə qurduqdan sonra həmin ünvana gəlin köçərək, orada yaşamışdır. Daha sonra məhkəmə qərarına əsasən azyaşlı övladı ilə birlikdə yaşadığı ünvana pasport qeydiyyatına alınsa da, lakin üçüncü şəxslər tərəfindən həmin məhkəmə qərarı sonradan mübahisələndirilərək, yuxarı instansiya tərəfindən ləğv edildiyindən, qərarın icrasına dönüş edilərək iddiaçının azyaşlı uşağı ilə birlikdə həmin ünvana pasport qeydiyyatı ləğv edilmişdir. Lakin bununla belə sonradan iddiaçı tərəfindən verilmiş iddia tələbi üzrə qəbul edilmiş məhkəmə qətnaməsinə əsasən onun azyaşlı uşağı ilə birlikdə həmin ünvana köçürülməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır və iddiaçı hazırda azyaşlı uşağı ilə birlikdə sözügedən ünvanda yaşayır və buna görə də yaşadığı ünvana pasport qeydiyyatına alınmasını istəyir. İddiaçı azyaşlı övladı ilə birlikdə yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı cavabdeh İdarəyə müraciət etsə də, həmin inzibati orqan «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsi əsas gətirilərək, müraciətin təmin edilməsindən imtina edilmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edi lmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətnin təmin edilməsinən imtina etməsi əsassız və qanunsuzdur, əksinə iddiaçının iddia tələbi əsaslı olmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2, və 5-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1, 12.2, 12.3 və 12.4-cü maddələrinə uyğun olduğundan 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqı nda» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlə rinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. İş üzrə müəyyən edilir ki, iddiaçı yuxarıda qeyd edilən ünvana qeydiyyata alınması üçün ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd kimi qanuni qüvvəyə minmiş qətnaməni cavabde h şöbəyə təqdim etsə də, cavabdeh əsassız olaraq iddiaçını həmin evə qeydiyyata almaqdan imtina etmişdir. Eyni zamanda, 3-cü şəxslərin dəlilləri işin materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, 3-cü şəxslərin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əs as olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: 3-cü şəxslər X5 və SSSSSS oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-212/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-212/2020
28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver