Məhkəmə qərarları › İş №2-1(102)-212/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-212/2021

24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-212/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 24.02.2021 Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə və Hüseynova Ülkər Hamlet qızının katibliyi cavabdehin vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon Şöbəsinə qarşı “işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 21(107)-360/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur və hazırda Zaqatala rayonunda yaşayır.

2. İddiaçı xx.xx.1975-xx.xx.1990-cı illərdə müxtəlif müəssisələrdə işləmişdir.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh mürac iətin təmin olunmasından imtina etmiş və xx.xx.2020-ci il tarixli məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, onun xx xxxx 2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı və 25 il sığorta stajı mövcud deyil. Bu səbəbdən də yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyə uyğun olaraq mümkünsüzdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “xx.xx.1990-cı il tarixdən xx.xx.2007-ci il tarixinədək X2 işlədiyim müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır k i, xx.xx.1975-ci ildən başlayaraq müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşlədiyi müddətlər əmək kitabçasında qeyd olunub. Lakin cavabdeh orqan onun X2 işlədiyi xx.xx.1990-cı ildən xx.xx.2006-cı il tarixədək olan müddətin əmək kitabçasında qeyd edilmədiyini əsas gətirərək pensiya təyin olunmasından imtina etmişdir.

6. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-816/2020 nömrəli qərarı ilə (hakim İlqar Cabbarov) iddianın təmin edilməsi, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin üzərinə İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2006-cı il tarixədək X3 işlədiyi 15 il 2 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edi lməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 21(107)-360/2020 nömrəli qərarı ilə (hakimlər V.Məlikov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və İ.Şükürov) Şəki İnzibati Məhkəməsinin xx xxxx 2 020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ MƏHKƏMƏ a. Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində deyilir ki, Zaqatala rayon dövlət arxivinin 51 saylı, xx.xx.2020ci il tarixli arayışdan iddiaçının xx.xx.1990-cı ildən xx.xx.2006-cı il tarixinədək X2 əmək fəaliyyətinin olması öz təsdiqini tapsa da, iddiaçının həmin dövrdəki əmək stajı davamlı və fasiləsiz olmamışdır. Belə ki, arayışdan da göründüyü kimi iddiaçı 1991-ci ilin sentyabr oktya br və noyabr aylarında, 1992-ci ilin yanvar fevral, mart, aprel və dekabr aylarında, 1994cü ilin dekabr ayında, 1997-ci ilin noyabr ayında, 2001-ci ilin yanvar fevral, mart, aprel aylarında, 2002-ci ilin mart və aprel aylarında və 2004-cü ilin dekabr ayında əmək haqqı almamışdır. Bu səbəbdən həmin dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməməlidir.

13. Təqdin edilmiş arxiv arayışında 1998, 1999, 2000-ci illərə dair heç bir məlumat öz əksini tapmamışdır və həmin dövrə aid staj şübhəli olduğuna və öz təsdiqini tapmadığına görə sosial sığorta stajı olaraq hesablana bilməz. 14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci və 21.1-ci maddələrinə görə, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmən dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. b. Kassasiya şikayətinə etirazlar

15. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

17. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏ N HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 19. “Əmək pensiyaları haqqında” Qanun Maddə

2. Sosial sığorta stajı-əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığor ta stajı olduqda (bu qanun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (2017-ci il iyulun 1-dək olan redaksiya). Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2016-cı il yanvarın 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... Maddə 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq öt ən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

20. «“Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları» 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.... 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 21. "Vətəndaşların pensiya təminatı haqqında" Qanun (1974-cü ildən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur) Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını subut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiy a instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanıla caqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, iddia tələbinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi təşkil etmişdir. Ona görə də işin halları bu normanın dispozisiya şərtləri əsasında araşdırılmalıdır.

27. Bu normaya görə o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki, həmin şəxs:

1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun.

28. İddiaçının pensiya yaşına çatması işin mübahisəsiz halıdır.

29. İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2006-cı il tarixədək X2 əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu, X1 rayon Filialının xx.xx.2020-ci il tarixli 51 nömrəli arxiv arayışı, xx.xx.2020-ci il tarixli aktla öz təsdiqini tapır.

30. İddiaçının əmək fəaliyyətinin əvvəlki dövründə, yəni xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” qanun, əmək kitabçasını iş stajını müəyyən edən əsas sənəd kimi qəbul edirdi.

31. Hazırda qüvvədə olan «“Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçi rilməsi və ödənilməsi Qaydaları»nın 3.2.1-ci bəndi də 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını müəyyən etmək üçün əmək kitabçasını mötəbər sübut kimi qəbul edir.

32. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş sta jını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.

33. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sən ədlərə əsasən müəyyən edilir.

34. İddiaçının X2 işlədiyi 1990-cı ildən xx.xx.2006-cı ilədək dövrün 1998, 1999 və 2000ci illərinə aid arxiv sənədlərinin olmaması barədə cavabdehin dəlili qərarın ləğvi üçün əsas deyildir. Çünki müəssisənin həmin dövrə aid kitabları arxivə təhvil verilməmişdir. Lakin iddiaçının xx.xx.1990-cı ildə həmin müəssisədə işə qəbul edilməsi və xx.xx.2017-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi arxiv sənədləri ilə müəyyən olunur.

35. Məhkəmə kollegiyası qeyd olunan əsaslardan çıxış etməklə hesab edir ki, apelyasiya məhkəməsi işin halları üzrə düzgün nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üşün əsaslar müəyyən olunmur.

36. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 21(107)-360/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar