Məhkəmə qərarları › İş №2-1(102)-212/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-212/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-212/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (hərrac vasitəsi ilə alınmış qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinin hüquqi qeyd iyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 avqust 2021-ci il tarixli, 2-1(103)-69/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Apelyasiya Məhkəməsinin 25 iyul 2012-ci il tarixli, 2(103)-3535/2012 saylı icra vərəqəsinə əsasən 2010-cu ilin aprel ayından başlayaraq qətnamə icra edilən günədək iddiaçılara əmək haqqı qismində ödənilməli olan pul vəsaitinin “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin Bakı təşkilatının hesabına köçürülməsi barədə məhkəmə qərarı icra olunması üçün Səbail rayon İcra Şöbəsinə göndərilmişdir.

2. Səbail rayon İcra Şöbəsinin təqdimatı əsasında Səba il rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli, 8(009)-1771/2014 saylı qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin 25 iyul 2012-ci il tarixli, 2(103)-3535/2012 saylı icra sənədinin icrası ilə əlaqədar borclu “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sahibliyində olan, ünvan 1 ünvanında yerləşən, 339 kv.m ümumi sahəsi olan ayaqqabı sexinin üzərinə həbs qoyulmuş və tələbin həmin əmlaka yönəldilməsi qərara alınmışdır.

3. Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında 65/07 nömrəli protokoluna əsasən, sifarişçi Səbail rayon İcra Şöbəsi tərəfindən ünvan 1 ünvanında yerləşən ayaqqabı sexi ilkin hərrac qiyməti 90000 (doxsan min) manat olmaqla satışa çıxarılmış, alıcı İddiaçı olmuş, əmlakın satış qiyməti 91.150 (doxsan bir min yüz əlli) manat müəyyən edilmişdir.

4. Hərracın yekunl arı üzrə 05 avqust 2015-ci il tarixli əmlakın alqı-satqı müqaviləsinə əsasən Səbail rayon İcra Şöbəsinin sifarişi əsasında "xxxx" MMC və iddiaçı arasında müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı “Azərbaycan Karlar Cəmiyyəti” İB-yə məxsus ünvan 1 ünvanında yerləşən ayaqqabı sexini 91150 (doxsan bir min yüz əlli) manata almış və dəyərini nəğd qaydada ödəmişdir.

5. Səbail rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli, 8(009)-1771/2014 saylı qərardadına əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339 kv.m təşkil edən ayaqqabı sexinin üzərindən Səbail rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli, 8(009)-1771/2014 saylı qərardadı ilə qoyulmuş həbs götürülmüşdür.

6. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Cənub dairəsi küçəsi, 5 ünvanında yerləşən, 339 kv.m ümumi sahəsi o lan qeyri-yaşayış sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh 06 dekabr 2018-ci il tarixli, **********57 saylı məktubla iddiaçının müraciətinin təmin olunmasından sözügedən əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi, qeydiyyatdan keçməmiş daşınmaz əmlak barəsində bağlanan müqavilələrin qanunvericiliyə əsasən etibarsız sayılması səbəbi ilə imtina edildiyini bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 339 kv.m olan qeyri-yaşayış sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestr ində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 2012-ci il tarixli, 2(103)-3535/2012 saylı icra vərəqəsinə əsasən, iddiaçılar X3 aylıq əmək haqqı – 125 (yüz iyirmi beş) manat, X1 aylıq əmək haqqı – 85 (səksən beş) manat, X2 aylıq əmək haqqı – 80 (səksən) manat, X5 aylıq əmək haqqı 80 (səksən) manat olmaqla, 2010-cu ilin aprel ayından başlayaraq qətnamə icra edilən günədək həmin əmək haqlarının iddiaçılara ödənilməsi barədə məhkəmə qərarı icra olunması üçün Səbail rayon İcra Şöbəsinə göndərilmişdir. Səbail rayon İcra Şöbəsinin təqdimatı əsasında Səbail rayon Məhkəməsinin 8(009)-1771/2014 sa ylı, 05 dekabr 2014cü il tarixli qərardadı ilə Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-3535/2012 saylı, 25 iyul 2012-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sahibliyində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 339 kv.m olan ayaqqabı sexinin üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi qərara alınmışdır. Bundan sonra, Səbail rayon İcra Şöbəsi tərəfindən “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sahibliyində olan ayaqqabı sexi hərraca çıxarılmışdır. Hərracın təşkilatçısı "xxxx" MMC olmuşdur. Hərrac Təşkilatının iddia ərizəsinə əlavə edilmiş “Açıq Hərracın nəticələri haqqında” 65/07 saylı protokolundan və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 05 avqust 2015-ci il tarixli müq avilədən görünür ki, “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sahibliyində olan, ümumi sahəsi 339 kv.m təşkil edən ayaqqabı sexi 05 avqust 2015-ci il tarixdə, saat 15:20-da keçirilən hərracda iddiaçı tərəfindən 91150 (doxsan bir min yüz əlli) manata satın alınmışdır. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, həmin əmlakın adına dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən 06.12.2018-ci il tarixli, **********57 nömrəli məktubla ona bildirilmişdir ki, sözügedən əmlak dövlət reyestrində qeydiyyatdan keçməmişdir və qeydiyyatdan keçməmiş daşınmaz əmlak barəsində bağlanan müqavilələr qanunvericiliyə əsasən etibarsız sayılır. Ona görə də həmin əmlak qeydiyyata alına bilməz. Hesab edir ki, cavab dehin imtinası qanunsuz və əsassızdır. Belə ki, həmin qeyriyaşayış sahəsini vicdanlı alıcı kimi qanuni yollarla hərrac vasitəsi ilə əldə etmişdir. Bu səbəbdən də, cavabdehin imtinası qanunsuz və əsassız sayılmalı, həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2-1(81)1327/2019 saylı qərarı ilə (hakim X4) iddia təmin edilmiş, ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 339 kv.m olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçı qeyri-yaşayış sahəsini qanuni əsaslarla əldə etdiyindən cavabdehin imtinası əsassız və qanunsuzdur.

11. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30.07.2019-cu il tarixli, 2-1(103)-1477/2019 saylı qərarı ilə (hakimlər V.Ağayev-sədrlik edən və məruzəçi, C.Yusifov, A.Nuriyeva) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-1327/2019 saylı qərarı ləğv olunmuş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin olunmamışdır.

13. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 23.07.2004-cü il tarixli, 162 saylı əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyi tərəfindən 18.08.2004-dü il tarixdə 3078 nömrə ilə qeydə alınmış “Azərbaycan Respublikasında qeyri-yaşayış fonduna məxsus özəl bina, tikili və qurğuların (onların hissələrinin) dövlət uçotunun aparılması Qaydaları”nın 2.1-ci bəndinə (1-ci yarımbənd) görə özəlləşdirilmiş obyektə (əmlaka) mülkiyyət hüququnu təsdiq edən sənəd-Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş şəhadətnamədir. Lakin işin müəyyən edilmiş hallardan göründüyü kimi, qeyri-yaşayış sahəsinin özəlləşdirilməsini təsdiq edən belə bir şəhadətnamə məhkəməyə təqdim edilməmişdir.

14. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21.01.2020ci il tarixli, 2-1(102)-205/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1477/2019 saylı, 30 iyul 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

16. Kassasiya instansiyasının mövqeyinə görə, iddiaçı qeyri-yaşayış sahəsini qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilat tərəfindən keçirilən açıq hərracın nəticələrinə əsasən əldə etdiyini bildirərək hüququnun qeydə alınmasını xahiş etmişdir. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 5 avqust 2015-ci il tarixli müqavilədə v ə 65/07 saylı protokolda əmlakın adı “Azərbaycan Karlar Cəmiyyəti” İB-yə məxsus ünvan 1 ünvanında yerləşən ayaqqabı sexi kimi qeyd edilmişdir. Məhkəmə tərəfindən adı çəkilən əmlakın həqiqətən “Azərbaycan Karlar Cəmiyyəti” İB-yə məxsus olması araşdırılmamış, “Azərbaycan Karlar Cəmiyyəti” İB işə cəlb edilərək əmlakın əvvəlki statusu barədə araşdırma aparılmamışdır. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 17.08.2021-ci il tarixli, 2-1(103)-69/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Habil Məmmədov) qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2-1(81)1327/2019 nömrəli qərarı ləğv edilmiş, iş ü zrə yeni qərar qəbul edilərək iddiaçının ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 339 kv.m olan qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir.

18. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 162 saylı, 23.07.2004-cü il tarixli əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyi tərəfindən 18.08.2004-dü il tarixdə 3078 nömrə ilə qeydə alınmış «Azərbaycan Respublikasında qeyri-yaşayış fonduna məxsus özəl bina, tikili və qurğuların (onların hissələrinin) dövlət uçotunun aparılması Qaydaları»nın 2.1-ci bəndinə (1-ci yarımbənd) görə özəlləşdirilmiş obyektə (əmlaka) mülkiyyət hüququnu təsdiq edən sənəd Az ərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş şəhadətnamə məhkəməyə təqdim edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə düzgün nəticəyə gəlməmişdir. Onun həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarış olmasa da, həmin əmlak faktiki olaraq onun sahibliyində və istifadəsindədir. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə çıxarışla bağlı müraciət etsə də, etməsə də ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 339 kv.m olan qeyri-yaşayış sahəsinin ona məxsus olmasını əksəriyyət təsdiq edir, həmin əmlakı o qanunvericiliyin təl əbinə uyğun olaraq hərrac vasitəsi ilə 91150 manata almışdır və bu barədə ona Hərrac Təşkilatının “Açıq Hərracın nəticələri haqqında” 65/70 saylı protokol təqdim olunmuşdur. Həmin protokolda da qeyd edilmişdir ki, ondan əvvəl sözügedən əmlakın sahibi “Azərbaycan Karlar Cəmiyyəti” olmuşdur. Səbail Rayon İcra Şöbəsinin təqdimatı əsasında Səbail Rayon Məhkəməsinin 8(009)-1771/2014 saylı, 05 dekabr 2014-cü il tarixli qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3535/2012 saylı, 25 iyul 2012-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sahibliyində olan 339 kv.m sahəsi olan ayaqqabı sexi hərraca çıxarılmışdır. Göründüyü kimi, icra sənədində də qeyd olunur ki, ondan öncə həmin qeyri-yaşayış sahəsi “Azərbaycan Karlar Cəmiyyəti” İcti mai Birliyinin sahibliyində olmuşdur. Həmçinin mübahisəli qeyri-yaşayış sahəsinin “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinə məxsus olmasını məhkəmə iclasında “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin direktoru X6 da təsdiq etmişdir. “Daşınmaz Əmlakın Dövlət reyestr haqqında” qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol. Göründüyü kimi qanunla müəyy ən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Hərrac Təşkilatının “Açıq Hərracın nəticələri haqqında” 65/70 saylı protokol mübahisələndirilməmişdir, hazırda həmin protokol qüvvədədir və həmin əmlakın alınması üçün onun tərəfindən 91150 manat ödənilmişdir. Lakin məhkəmə tərəfindən bu hallara düzgün hüquqi qiymət verilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Maddə

43. Məcburi icra tədbirləri 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Maddə

45. Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Maddə

53. Üzərinə həbs qoyulmuş əmlakın satılması 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalı dır. 53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Maddə

45. Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aş ağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3 maddəsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərti b edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə uyğun olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.= Həmin Məcəllənin 157.1 maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 5 8.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi gös tərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

26. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqd ır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən apelyasiya məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, şikayət təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasla rın qeyd olunmasını zəruri hesab edir.

28. Hazırkı mübahisə iddiaçının əldə etdiyi qeyri-yaşayış sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən müvafiq çıxarışın verilməsi ilə bağlıdır.

29. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Səbail rayon İcra Şöbəsinin təqdimatı əsasında Səbail rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli, 8(009)-1771/2014 saylı qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin 25 iyul 2012-ci il tarixli, 2(103)-3535/2012 saylı icra sənədinin icrası ilə əlaqədar borclu “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sahibliyində olan, ünvan 1 ünvanında yerləşən, 339 kv.m ümumi sahəsi olan ayaqqabı sexinin üzərinə həbs qoyulmuş və tələbin həmin əmlaka yönəldilməsi qərara alınmışdır.

30. Bu qərarın 21-ci bəndində istinad olunan normaya görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Hazırkı mübahisəyə münasibətdə məhkəmə tərəfindən verilmiş icra sənədinin icrası ilə əlaqədar borclu “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin istifadəsində olan ayaqqabı sexi hərrac yolu ilə satışa çıxarılmışdır.

31. Hərrac təşkilatının “Açıq hərracın nəticələri haqqında” 65/07 nömrəli protokolundan və hərracın yekunları üzrə 05 avqust 2015-ci il tarixli əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Səbail rayon İcra Şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinə əsasən iddiaçı “Azərbaycan Karlar Cəmiyyəti” İB-yə məxsus ünvan 1 ünvanında yerləşən ayaqqabı sexini 91150 (doxsa n bir min yüz əlli) manata almış və dəyərini nəğd qaydada ödəmişdir. Bu barədə hərrac təşkilatı və iddiaçı arasında müvafiq müqavilə bağlanmışdır.

32. Bununla bağlı nəzərə almaq lazımdır ki, tələb məhkəmə qərarının icrası ilə əlaqədar məhkəmə qəradadı əsasında əmlaka yönəldilmişdir. Qeyd olunan qeyri-yaşayış sahəsi üzərinə həbsin qoyulması, satışa çıxarılması və hərrac yolu ilə satışının sifariş verilməsi dövlət orqanlarının səlahiyyətlərinə daxildir. Bu baxımdan həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı yol verilmiş pozuntular və onun neqativ nəticələri dövlət orqanlarının təqsirkar davranışına aid olunmalıdır. Belə ki, dövlət orqanları qanunun tələblərinə uyğun davranmağa borcludurlar və səlahiyyətlərinin həyata keçirilməsi zamanı qanunçuluğun təmin olunması da onların məsuliyyət sferasına aiddir.

33. Həmçinin nəzərə alınmalıdır ki, sözügedən əmlakın “Azərbaycan Karlar Cəmiyyəti” İB-nin mülkiyyətində olub-olmamasının, sözügedən əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçib-keçməməsinin müəyyən olunması da iddiaçının deyil, yuxarıda qeyd olunan aidiyyəti dövlət orqanlarının məsuliyyət sferasına və onların vəzifə səlahiyyətlərinə aiddir. İddiaçı hərraca çıxarılmış qeyri-yaşayış sahəsinin borclunun mülkiyyətində olması və dövlət reyestrində qeydiyyatdan keçməsi prezumpsiyasından çıxış etmiş və bunun qanunauyğun olduğuna inanaraq hərracda iştirak etmişdir.

34. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Cənub dairəsi küçəsi, 5 ünvanında yerləşən, ümumi sahəsi 339 kv.m olan qeyri-yaşayış sahəsini hərrac vasitəsi ilə 91150 manata almış və ona Hə rrac Təşkilatı tərəfindən “Açıq Hərracın nəticələri haqqında” 65/70 saylı protokol təqdim olunmuşdur. Həmin protokolda sözügedən əmlakın sahibi kimi “Azərbaycan Karlar Cəmiyyəti” nəzərdə tutulmuşdur.

35. Yuxarıda istinad olunan normanın müddəalarına görə, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.

36. Göründüyü kimi, ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsas sayılır. Bu baxımdan tələbin əmlaka yönəldilməsi barədə məhkəmə qərardadının, hərrac təşkilatının “Açıq hərracın nəticələri haqqında” 65/70 saylı protokolunun və hərracın nəticələrinə dair iddiaçı ilə hərrac təşkilatı arasında bağlanmış müqavilənin maraqlı subyektlər tərəfindən mübahisələndirilmədiyi və həmin sənədlərin qüvvədə olduğu nəzərə alınmalıdır. Başqa sözlə, həmin sənədlər qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Bu mənada açıq hərracın nəticələrinə dair yekun protokol etibarlı hüquqmüəyyənedici sənəd kimi qəbul olunmalı və iddiaçının həmin əmlak üzərində hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.

37. Beləliklə, yuxarıda istinad olunan normalar ın tələbləri baxımından və qeyd olunan səbəblərdən iddiaçının əldə etdiyi əmlak üzərində hüququnun dövlət qeydiyyatına alınmasından imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması və iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinin məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.

38. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia təmin edilməlidir.

39. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.08.2021-ci il tarixli, 21(103)-69/20 21 nömrəli qərarı ləğv edilir. Yeni qərar qəbul edilir. İddia təmin edilir. İddiaçı adına ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 339 kv.m olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar