Məhkəmə qərarları › İş №2-1(102)-212/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-212/2023

03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-212/2023 03.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “Tural-İ-91” şirkətinin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı “Tural-İ-91” şirkətinin (VÖEN: **********) cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi orqanının qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli, 2-1(103)-518/2022 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən iddiaçıda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən noyabr 2015-oktyabr 2018 dövrləri üzrə “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 27 dekabr 2018-ci il tarixli, **********173052 nömrəli qərar qəbul edilmişdir.

2. Cavabdehin 24 dekabr 2019-cu il tarixli, **********174253 nömrəli “Səyyar vergi yoxlaması aktı”na əsasən iddiaçıda aparılan səyyar vergi yoxlaması 28 dekabr 2018-ci ildə başlanmış, 24 dekabr 2019-cu ildə başa çatmışdır. Yoxlamanın nəticələri üzrə yoxlanılan dövrdə mənfəət vergisi bəyannaməsində göstərilən vergi məbləğinin 151 536,31 manat azaldılmasına görə 75 768,16 manat məbləğində maliyyə sanksiyasının, ƏDV bəyannamələrində göstərilən vergi məbləğinin 66,64 manat azaldılmasına görə 33,32 manat məbləğində maliyyə sanksiyasının, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozularaq təsisçiyə nağd qaydada qaytarılmış 2 719 830,54 manat məbləğində pula görə 271 983,05 manat maliyyə sanksiyasının tətbiq edilməsinə dair təkliflər irəli sürülmüşdür. 3. 24 dekabr 2019-cu il tarixli, **********174253 nömrəli “Səyyar vergi yoxlaması aktı” üzrə hesablanmış vergilərin düzgünlüyünün daxil olmuş sənədlər əsasında yenidən araşdırılması barədə cavabdeh tərəfindən “Ə lavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********197582 nömrəli qərarı qəbul edilmişdir.

4. Cavabdehin 29 mart 2020-ci il tarixli, **********174253 nömrəli “Səyyar vergi yoxlaması aktı”na (cavabdehin təqdim etdiyi sənədlərə əsasən 1 aprel 2020-ci il tarixli) əsasən iddiaçıda aparılan səyyar vergi yoxlaması 28 dekabr 2018-ci ildə başlanmış, 24 dekabr 2019-cu ildə başa çatmışdır. Yoxlamanın nəticələri üzrə yoxlanılan dövrdə mənfəət vergisi bəyannaməsində göstərilən vergi məbləğinin 154 788,66 manat azaldılmasına görə 77 394,33 manat məbləğində maliyyə sanksiyasının, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozularaq təsisçiyə nağd qaydada qaytarılmış 2 719 830,54 manat məbləğində pula görə 271 983,05 manat mal iyyə sanksiyasının tətbiq edilməsinə dair təkliflər irəli sürülmüşdür.

5. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18 may 2020-ci il tarixli, **********199902 nömrəli qərarında göstərilmişdir ki, “Tural-İ-91” şirkəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında 1 aprel 2020-ci il tarixli, **********174253 nömrəli akta və 12 may 2020ci il tarixli, **********109400 nömrəli sənədə əsasən iddiaçıya 2015-2017-ci illərin mənfəət vergisi üzrə 154 788,66 manat əlavə vergi hesablanmış, cəmi 324 792,5 manat maliyyə sanksiyası (2017-ci ilin azaldılan mənfəət vergisi üzrə 52 809,45 manat, Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 271 983,05 manat) tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin rəis müavini X1 qəbul etdiyi xx.xx.2020-ci il tarixli, **********197582 nömrəli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərarının qanunsuz hesab edilməsi, həmin qərarın ləğv edilməsi, cavabdehin rəis müavini X1 “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qəbul etdiyi xx.xx.2020-ci il tarixli, **********199902 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğ ul olaraq ölkəyə qida məhsulları idxal edirlər.

8. Cavabdehin xx.xx.2018-ci il tarixli **********173052 nömrəli qərarına əsasən 2015-ci ilin 1 noyabr tarixindən 2018-ci ilin 31 oktyabr tarixinə qədər olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, xx.xx.2019-cu il tarixində növbədənkənar səyyar vergi yoxlamasının nəticələrinə dair **********174253 nömrəli akt tərtib edilmişdir.

9. Hələ yoxlama dövründə tələb olunan hər bir sənəd yoxlamaya təqdim edilmiş, bunlarla yanaşı, tələb olunan bütün sənədlər onlayn qaydada cavabdeh inzibati orqana göndərilmişdir. Sözügedən, xx.xx.2019-cu il tarixində tərtib edilmiş **********174253 nömrəli aktın surəti müəssisəyə 2020-ci ilin fevral ayının əvvəllərində təqdim edilmiş, aktla tanış olaraq, göstərilənlərlə razı olmadıqlarına dair aktda qeydlər etmişlər. xx.xx.2020-ci il tarixində onlara xx.xx.2020-ci il tarixli, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında **********197582 nömrəli qərar təqdim olunmuş və qərara alınmışdır ki: 1) xx.xx.2019-cu il tarixli **********174253 nömrəli səyyar vergi yoxlaması aktı üzrə hesablanmış vergilərin düzgünlüyü daxil olmuş sənədlər əsasında yenidən araşdırılsın; 2) Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi müddəti (otuz) iş günü müəyyən edilsin. xx.xx.2020-ci il tarixində elektron poçt vasitəsilə Baş idarənin rəis müavini X1 “Səyyar vergi yoxlaması” aktının təqdim edilməsi barədə məktubunu və ona əlavə edilmiş xx.xx.2020-ci il tarixli, **********174253 nömrəli yeni aktını almışlar.

10. Bunlarla yanaşı, xx.xx.2020-ci il tarixində cavabdehin onlara verilməyən qərarın əsası nda təmin edilmiş, “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********691700 nömrəli, tarixsiz, üzərində tarix yazılmayan tələbnaməni elektron poçt vasitəsilə almışlar. Bundan sonra da xx.xx.2020-ci il tarixində, vergi orqanının əməkdaşları tərəfindən cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********199902 nömrəli qərarını və **********691700 nömrəli, “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə” müəssisəyə təqdim edilmişdir. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********199902 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, iddiaçı üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2020-ci il tarixli **********174253 nömrəli aktına və xx.xx.2020-ci il tarixli **********109400 nömrəli sənədə baxaraq, vergi ödəyicisi tərəfindən 2015-ci, 2016-cı, 2017-ci illər üzrə mənfəət vergisinin azaldılması və “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinin pozulmaqla faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halı istisna olmaqla) digər ayırmaları 2017-ci və 2018-ci il tarixdə nağd qaydada ödənilməsi müəyyən edilmişdir. Qeyd olunan qərarla iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi (Vergi məsuliyyətinin nədən ibarət old uğuna aydınlıq gətirilməmişdir) qərara alınmışdır.

11. Qərarın 3-cü bəndində, digər qeydlərdə göstərilmişdir ki, xx.xx.2020-ci il tarixli **********174253 nömrəli “Səyyar vergi yoxlaması aktı”nın əsassızlığı barədə vergi ödəyicisinin şikayət ərizələrində göstərilənlər yoxlama zamanı əldə edilmiş digər sənədlərlə birlikdə araşdırılmış və araşdırma zamanı vergi ödəyicisinin şikayət ərizələrində göstərilənlər öz təsdiqini tapmamışdır. 12. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********199902 nömrəli qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, əsasında hazırkı, əsassız və qanunsuz “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********199902 nömrəli qərar qəbul edilmiş **********174253 nömrəli səyyar vergi yoxlaması aktı, xx.xx.2020-ci il tarixli deyil, xx.xx.2019-cu il tarixli **********174253 nömrəli “Səyyar vergi yoxlaması” aktıdır. xx.xx.2020-ci il tarixli, **********174253 nömrəli “Səyyar vergi yoxlaması Aktı”nın əsasında tərtib edildiyi “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında **********197582 nömrəli qərarı” da Bakı İnzibati Məhkəməsində şirkət tərəfindən mübahisələndirilmişdir. Səyyar vergi yoxlaması 30 gün müddətində keçirilməli olduğu halda, Akt-dan görünür ki, yoxlama 304 gün dayandırılmış və 30 iş günü (yəni 51 gün) müddət artırılmış, bununla da yoxlama 355 gün müddətində aparılmışdır. Cavabdehin etirazları:

13. Cavabdeh iddia tələbinə qarşı təqdim etdiyi yazılı etirazda göstərmişdir ki, vergi orqanının xx.xx.2019-cu il tarixli **********173052 nömrəli qərarına əsasən iddiaçının vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama xx.xx.2020-ci il tarixli **********174253 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Vergi ödəyicisinin səyyar vergi yoxlaması aktını imzalamaqdan imtina etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********199902 nömrəli Qərar qəbul etmişdir. Həmin qərar xx.xx.2020-ci il tarixində vergi ödəyicisinə təqdim olunmuşdur.

14. Beləliklə, vergi ödəyicisinə hesablanmış vergiləri n məbləği aşağıdaki kimi olmuşdur: Mənfəət vergisi üzrə: Vergi ödəyicisi 2015- 2017-ci illər üzrə gəlir və xərcinin uçotunu kassa metodu aparmışdır. Yoxlama zamanı sənədlər yoxlamaya təqdim edilmiş, lakin vergi ödəyicisinin gəliri yoxlama ilə öz təsdiqini tapmamışdır. Şirkətin 2015-2017-ci illər üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli (əlavə və dəyişikliklər 04 aprel 2003cü il tarixli 42 nömrəli) Qərarı ilə şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin çəkdiyi xərcləri (ƏDV nəzərə alınmadan) əsasında hesablanmışdır.

15. Şirkət tərəfindən 2015-ci il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində müəs sisənin ümumi gəlirləri 261.835,98 manat, gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 289.969,31 manat (əmək haqqı – 26.589,14 manat, sosial sığorta haqları 5.849,58 manat, malın dəyəri 239875,37 manat, icarə haqqı 13 114,20 manat, enerji xərci 89,50 manat, qaz xərci 100,00 manat, yanacaq xərci 1 220,00 manat, su və kanalizasiya xərci 56,00 manat, rabitə xərci 686,44 manat, bank xərci 2 324,58 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 64,50 manat), zərər 35 506,06 manat bəyan etmişdir. Yoxlama zamanı vergi ödəyicisinin xərclərinin 289 969,31 manat olduğu öz təsdiqini tapmışdır. Yoxlama ilə 2015-ci il ((289 969,31/100)*20)=57 993,86 manat mənfəət hesablanmışdır. Vergi ödəyicisinin 2014-cü il üzrə 13 307,56 manat zərəri və 2015-ci il üzrə 6 572,73 manat mənfi məzə nə fərqi nəzərə alınmaqla ((57 993,86 - (13 307,56 + 6 572,73)= 38 113,57) 2015-ci il üzrə hesablanmış 38 113,57 manat mənfəətdən 20% dərəcə ilə 7 622,71 manat mənfəət vergisi hesablanmışdır.

16. Müəssisə tərəfindən 2016-cı il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində müəssisənin ümumi gəlirləri 925 203,72 manat, gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 892 651,85 manat (əmək haqqı - 13 611,51 manat, sosial sığorta haqları - 2 994,53 manat, malın dəyəri - 848 199,04 manat, icarə haqqı - 6 780,69 manat, enerji xərci - 117,00 manat, qaz xərci - 50,00 manat, yanacaq xərci - 1 600,00 manat, su və kanalizasiya xərci - 5,00 manat, rabitə xərci - 538,30 manat, bank xərci - 17 070,03 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər - 488,33 manat, amortizasiya x ərci - 1 156,00 manat), vergiyə cəlb olunan mənfəət 32 551,87 manat, keçmiş illərin zərəri 48 813,62 manat, mənfəət vergi 0,00 manat bəyan etmişdir. Yoxlama zamanı vergi ödəyicisinin xərclərinin 892 651,85 manat olduğu öz təsdiqini tapmış və 2016-cı il ((892 651,85/100)*20) = 178 530,37 manat mənfəət hesablanmışdır. Vergi ödəyicisinin 2016-cı il üzrə 29 204,90 manat müsbət məzənnədən gəliri nəzərə alınmaqla ((178 530,37 +29 204,90)= 207735,27) 2016- cı il üzrə hesablanmış 207735,27 manat mənfəətdən 20% dərəcə ilə 41 547,05 manat mənfəət vergisi hesablanmışdır.

17. Müəssisə tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində müəssisənin ümumi gəlirləri 2 924 192,44 manat, gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 2 863 354,33 manat (əmək haqqı - 20 975,95 man at, sosial sığorta haqları - 4 614,70 manat, malın dəyəri - 2 777 870,91 manat, icarə haqqı - 36 676,50 manat, ezamiyyə xərci - 180,00 enerji xərci - 181,80 manat, qaz xərci - 50,00 manat, yanacaq xərci - 100,00 manat, rabitə xərci - 67,71 manat, bank xərci - 19 827,66 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər - 731,64 manat, amortizasiya xərci - 1 988,00 manat, gəlirdən çıxılan vergilər və yığımlar (əmlak vergisi) - 89,46 manat), vergiyə cəlb olunan mənfəət 58 466.83 manat, keçmiş illərin zərəri 16 261,75 manat, mənfəət vergi 8441,02 manat bəyan etmişdir. Yoxlama zamanı vergi ödəyicisinin xərclərinin 2 863 354,33 manat olduğu öz təsdiqini tapmış və 2017-ci il ((2 863 354,33/100)*20) = 572 670,87 manat mənfəət hesablanmışdır. Vergi ödəyicisinin 2017-ci il üzrə 2 371.28 manat mənfi məzənnədən gəliri nəzərə alınmaqla ümumilikdə 570.299.59 manat (572 670,87 - 2 371,28) mənfəətdən 20% dərəcə ilə 114.059,92 manat mənfəət vergisi hesablandı. Yoxlama ilə müəssisə tərəfindən 2017-ci il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 105.618,90 manat (114059,92 - 8441,02) az hesablanması müəyyən edildi. Müəssisə tərəfindən hesablanmış mənfəət vergisi nəzərə alınmaqla 2015-2017-ci illər üzrə ümumilikdə 154.788,66 manat əlavə mənfəət vergisinin hesablanması təklif olunur. Nağdsız hesablaşmalar haqqında qanunun tələblərinin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyası üzrə: Yoxlama zamanı təsisçi tərəfindən müəssisəyə verilən borcun təsisçiyə nağd qaydada qaytarılması halı aşkar edilmiş və pulların verilməsi kassa məxaric orderi ilə rəsmiləşdirilmişdir. Müəssisənin təsisçisi və direktoru eyni şəxsdir və fiziki şəxs kimi vergi uçotuna dayanmışdır və VÖEN-nə malikdir (Abdıyev İslam Babaşxan oğlu (VÖEN:**********).

18. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əlavə dəyişiklik edilməsi haqqında qanunla Vergi Məcəlləsinə 58.7-1-ci maddə əlavə olunmuş və bununla da “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunun pozulmasına görə sanksiyalar müəyyən olunmuşdur. Həmin Qanun 21 may 2017-ci il tarixində dərc edilmiş və dərc edildiyi gündən sonra yaranan münasibətlər tətbiq edilmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən VM-nin 58.7-1.6-cı maddəsinin yəni nağdsız hesablaşmalar haqqında qanunun tələbləri pozulmaqla faizsiz pul vəsaitlərini (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi hal istisna olmaqla) digər ayarmaları nağd qaydada ödəyən və qəbul edən şəxsə qanunun tələbləri pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala 1-ci dəfə yol verdikdə 10 faiz, 2-ci dəfə yol verdikdə 20 faiz və 3 və daha çox dəfə yol verdikdə 40 faiz miqdarında maliyyə sanksiyası tətbiq edilir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən 2017-ci ilin may ayının 21-dən sonra xx.xx.2017-ci ilədək olan əməliyyatlarının həcmi 1 877 083,05 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 842 747,49 manat ümumilikdə aparılan əməliyyatları həcmi 2 719 830,54 manat olmuşdur.

19. Yoxlama ilə nağd qaydada təsisçiyə qaytarılan məbləğin 10% miqdarında yəni 271.983,05 manat miqdarında maliyyə sanksiyası təklif edilmişdir. Bel əliklə, yoxlama zamanı mənfəət vergisi üzrə 154.788,66 manat əlavə hesablama aparılmışdır. Mənfəət vergisi üzrə 52.809,45 manat, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası qanunun pozulmasına görə 271.983,05 maliyyə sanksiyası hesablanmışdır. Ümumilikdə 154.788,66 manat vergi, 324.792,50 manat maliyyə sanksiyası hesablanmışdır. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Həmin Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ö dəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

20. Bakı İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(112)-1124/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında iddiaçının xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə mənfəət vergisi üzrə ödənilməli məbləğin miqdarı ilə bağlı sual qoyulmuşdur.

21. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/1918 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən yoxlama ilə Vergi Məcəlləsinin tələblərinin gözlənilməməsi və təqdim edilmiş iş materiallarında olan sənədlərə (elektron qaimə-fakturalar, qaimə fakturalar, kassa mədaxil orderləri, bank çıxarışları, YGB-lər, kassa qəbzləri, ödəniş tapşırıqları və s.), məlumatlara əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə dövlət büdcəsinə az hesablanmış 154.788,66 manat məbləğində mənfəət vergisinin düzgün olmaması müəyyən olunur. Yəni sənədlər və bəyannamə məlumatları nəzərə alınmaqla iddiaçı “Tural-İ-91” şirkətinin xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə mənfəət vergisi üzrə kənarlaşması (az hesablanması) müəyyən olunmur. Həmçinin təqdim edilmiş iş materiallarında şirkətin xx.xx.2020-ci il tarixinə 29.448,42 manat məbləğində artıq ödənişin olması öz əksini tapmışdır. Yəni şirkət tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə dövl ət büdcəsinə ödənilməli olan mənfəət vergisi üzrə borc məbləği müəyyən olunmur.

22. Bakı İnzibati Məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1124/2021 nömrəli qərardadı (hakim N.İ.Abıyev) ilə iddiaçının iddiası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********197582 nömrəli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərarının qanunsuz hesab edilməsi və həmin qərarın ləğv edilməsi hissəsində mümkün sayılmamışdır.

23. Bakı İnzibati Məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1124/2021 nömrəli qərarı (hakim N.İ.Abıyev) ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehin iddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəl b edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********199902 nömrəli qərarı, şirkətə 154.788 (bir yüz əlli dörd min yeddi yüz səksən səkkiz) manat 66 (altmış altı) qəpik məbləğində əlavə mənfəət vergisinin hesablanması və həmin məbləğə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 52.809 (əlli iki min səkkiz yüz doqquz) manat 45 (qırx beş) qəpik məbləğində maliyyə sanksiyasının tətbiq olunması hissəsində ləğv edilmiş, iddianın qalan hissədə təmin olunmamışdır.

24. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması nəticəsində cavabdeh vergi orqanı iddiaçıya səyyar vergi yoxlaması ilə əhatə olunan hesabat dövrləri üzrə mübahisələndirilən mənfəət vergisinin hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamaları n əsaslı olmasını sübuta yetirə bilməmiş, əksinə iş materiallarına əlavə edilmiş mühasibatlıq sənədləri və Məhkəmə Ekspertiza Mərkəzinin hazırki iş üzrə ekspert rəyi əsasında iddiaçı tərəfindən yoxlama ilə əhatə olunan hesabat dövrləri ərzində dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin düzgün hesablandığı və hər hansı kənarlaşmaya (vergilərin az hesablanması hallarına) yol verilmədiyi müəyyən edilmişdir.

25. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, yoxlama zamanı vergi ödəyicisi tərəfindən 2017-ci ilin may ayının 21-dən sonra xx.xx.2017-ci ilədək olan əməliyyatlarının həcmi 1.877.083,05 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 842.747,49 manat, ümumilikdə aparılan əməliyyatların həcmi 2.719.830,54 manat olduğu müəyyən olunmuş və nağd qaydada təsisçiyə qaytarılan məbləğin 10% miqdarında yəni 271.983,05 manat miqdarında maliyyə sanksiyası tətbiq edilmiş və bu zaman qanunvericiliyin tələbləri pozulmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, mübahisələndirilən qərarın həmin hissədə ləğv olunması hissəsində iddia əsassızdır və təmin oluna bilməz.

26. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın qismən – iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin edilməsini xahiş etmişdir.

27. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın qismən – iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli, 2-1(103 )-518/2022 nömrəli qərarı (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və S.İ.Bəktaşi) ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1124/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

30. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın qismən – iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və həmin hissədə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

31. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tam rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) iddiaçının kassasiya şikayətinin dəlilləri

32. İddiaçı hesab edir ki, səyyar vergi yoxlamasının keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi Vergi Məcəlləsinin 38-ci, 39-cu maddələri ilə tənzimlənir ki, bu maddələrin tələbləri də cavabdehin rəhbərləri tərəfindən kobud şəkildə pozulmuşdur, qanunsuzluqlara yol verilmişdir. Belə ki, səyyar vergi yoxlaması 30 gün müddətində keçirilməli olduğu halda, aktdan görünür ki, yoxlama 304 gün dayandırılmış və 30 iş günü (yəni 51 gün) müddət artırılmış, bununla da yoxlama 355 gün müddətində aparılmışdır. Buna görə də, səyyar yoxlama müddətinin artırılma qərarının gün ilə deyil, iş günü ilə aparılmasına dair çıxarılan qərara müvafiq vəzifəli şəxslər tərəfindən aydınlıq gətirilməlidir, izah verilməlidir, səbəbi göstərilməlidir. Belə bir pozuntuya yol verilməsi, səyyar vergi yoxlamasının da əvvəlin dən sonuna qədər pozuntu ilə keçirilməsi deməkdir.

33. Bundan da az qanun pozuntusu sayılmayan hallardan biri də odur ki, cavabdeh Vergi Məcəlləsinin 56-cı maddəsinin tələblərini də bilərəkdən, kobud şəkildə pozmuş, qanun pozuntusuna yol verilmişdir. Belə ki, Vergi Məcəlləsinin 56-cı maddəsinə görə, vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Amma aktda, mənfəət vergisinin hesablanmasına dair tərtib edilmiş 2.1-ci bənddə, 2015-ci və 2016-cı illər üzrə vergi orqanı tərəfindən iddiaçıya əlavə vergi hesablanmış və maliyyə sanksiyası tətbiq edilmişdir.

34. Bununla yanaşı, iddiaçının hüquqlarını pozan, saxtalaşdırılmış, qərəzli aktda ”Yoxlama zamanı vergidən yayınma halları müəyyən edildikdən” sonra, qeyd edildiyi halda, vergidən yayınma hallarının necə, nəyə əsasən, hansı sənədlərlə və hallarla müəyyən edildiyi göstərilməmişdir.

35. O cümlədən, 9/1918 saylı xx.xx.2021-ci il tarixli ekspert rəyindən də görünür ki, iddiaçının eyni yoxlama dövrünə dair eyni nömrəli, lakin başqa-başqa tarixli 3 ədəd səyyar vergi yoxlama aktı tərtib olunmuşdur. Həmçinin hər üç yoxlama aktında yoxlamanın başlanma tarixləri eyni olmuş, xx.xx.2019-cu il tarixli aktla müəyyən edilmiş vergi məbləği ilə xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli aktla müəyyən olunmuş vergi məbləği arasında fərq vardır. Yəni Vergi Məcəlləsinin tələbləri gözlənilməmişdir. 36. xx.xx.2020-ci il tarixində Elektron poçt vasitəsilə Baş idarənin rəis müavini X1 “Səy yar vergi yoxlaması” aktının təqdim edilməsi barədə məktubunu və ona əlavə edilmiş xx.xx.2020-ci il tarixli, **********174253 saylı yeni aktını almışlar. Yəni, məlumatları olmayan, üzünü belə görmədikləri **********174253 saylı “Səyyar vergi yoxlaması” aktını indi yeni tarixlə, xx.xx.2020-ci il tarixi ilə xx.xx.2021-ci il tarixində almışlar. Bir müddət keçmiş, cavabdehin rəis müavini, baş vergi xidməti müşaviri X1 xx.xx.2020-ci il tarixli, **********174253 nömrəli aktına və xx.xx.2020-ci il tarixli **********109400 nömrəli sənədə baxıb müəyyən etdiyi və Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq qəbul etdiyi qərarın surətini almışlar. Yəni indi də məlum olmuşdur ki, artıq iddiaçının bilmədiyi, görmədiyi, tanış olmadıqları üçüncü akt vardır ki, nömrəsi həmin nömrə, tarixi is ə artıq xx.xx.2021-ci il tarixlidir.

37. Vergi Məcəlləsinin 48-ci maddəsinin tələbinə müvafiq tərtib edilməyən, yəni qanunun tələbi pozulmaqla tərtib edilmiş xx.xx.2020-ci il tarixli, **********109400 saylı protokol əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********199902 saylı qərar əsassız və qanunsuzdur, həmçinin, Vergi Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozmaqla qəbul edilmişdir.

38. İddianın təmin edilməyən hissəsi ilə bağlı iddiaçı qeyd edir ki, təsisçi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə bankdan kredit olaraq faizlə götürdüyü, təsis etmiş olduğu hüquqi şəxsin hesabına qoymuş olduğu vəsait, harasa, kiməsə ödəniş üçün nəzərdə tutulmamışdır. Yəni, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.6-cı maddəsinin tələblərini pozmaqla faizsiz pul vəsaitlərini, digər ayırmaları nağd qaydada ödəyən və qəbul edən şəxsə şamil olunur. İddiaçının fəaliyyəti üçün onun hesabına təsisçi tərəfindən qoyulmuş pul faizli puldur, bankdan kredit olaraq götürülmüş puldur, hər hansı ödəniş öhdəliyinə və ya ayırmaya ödənməmişdir, qəbul edilməmiş, qaytarılmamışdır.

39. Bakı İnzibati Məhkəməsinin öz vəzifəsini yerinə yetirməməsinə apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Yoxlamanın 1 il müddətinə aparılması, 3 nəfər yoxlayıcının biri-birini əvəz etməsi (dəyişdirilməsi), 3 ədəd eyni nömrəli, müxtəlif tarixli aktların tərtib edilməsi, nəticədə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qanunazidd hərəkətlərə yol verilməsi, söz ügedən qərarın, digər hissəsində də özünü göstərməkdədir. Yəni, qərarın faizsiz pul vəsaitlərinin (Vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların həmin vəsaitləri verənlər tərəfindən nağd qaydada verilməsi və qəbul edilməsi halına görə nağd qaydada qaytarılmış (qanunun tələbləri pozulmaqla aparılmış əməliyyatın məbləği) 2719830,54 manat dəyərində pul vəsaitinə tətbiq olunacaq 10 faizi həcmində, yəni 271983,05 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində də, iddiaçıya qarşı qanunsuzluq edilmişdir.

40. Bunlarla yanaşı, cavabdeh Vergi Məcəlləsinin 53.3-cü maddəsinin tələbini pozaraq, saxtalaşdırmış olduğu akt əsasında, Vergi Xidmətinin digər idarəsi tərəfindən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai araşdırılması Baş İdarəsi tərəfindən cinayət işi başlamalarına nail olmuşdur.

41. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qəbul etdiyi xx.xx.2020-ci il tarixli, **********199902 nömrəli qərarının “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinin iddiaçının təsisçisi tərəfindən pozulması hissəsini qanuni cəhətdən əsaslandırmamış, birinci instansiya məhkəməsinin qeydini əsas tutmuş, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3 və 3.4.6-cı maddələrini hazırkı mübahisəyə düzgün tətbiq etməmişdir.

42. Belə ki, iddiaçı şirkət 1995-ci ildə təsis olunmuş, həmin vaxtdan fəaliyyət göstərir. X2 Babaşxan oğlu 20 05-ci ildən fiziki şəxs kimi VÖEN almış və bu VÖEN əsasında 2014cü ilə qədər fəaliyyət göstərmişdir. 2014-cü ildən 2021-ci ilə qədər onun fəaliyyəti rəsmən dayandırılmış, yəni o, vergi orqanına yazılı müraciət etməklə VÖEN-i dayandırmış, həmin dövrdə vergi ödəyicisi olmamışdır. Odur ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələbləri təsisçi tərəfindən pozulmamışdır. Təsisçinin iddiaçı şirkətə vəsait verməyi vergi ödəyicisi kimi deyil, şirkətin təsisçisi olaraq edilmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi öz vəzifəsini yerinə yetirməmiş, işin nəinki faktiki hallarını araşdırmamış, eyni zamanda, cavabdehin səlahiyyətlərindən istifadə edərək etdiyi özbaşınalıqlara, bu özbaşınalıqlar əsasında tərtib etdiyi saxta, həqiqəti əks etdirməyən, hazırkı hallara uyğun gəlməyən, eyni nömrəli, 3 tarixi olan 3 ədəd akta istinad etməklə, iddiaçının hüquqlarını kobud şəkildə pozan Bakı İnzibati Məhkəməsinin əsassız və qanunsuz qərarını qüvvədə saxlamışdır. b) cavabdehin kassasiya şikayətinin dəlilləri

44. Cavabdeh hesab edir ki, məhkəmə kollegiyası hüquqi müəyyənlik prinsipinin tələblərini qərar qəbul edərkən gözləməmiş, ümumi cümlələr ifadə edərək mövqeyini tam əsaslandırmamışdır. Belə ki, məhkəmə kollegiyası Vergi Məcəlləsinin 67.1, 67.2 və 67.4cü maddəsinin tələblərini düzgün şərh etməmiş, ümumi şəkildə həmin normaları tətbiq edərək fikrini ifadə edə bilməmişdir. Yəni, bu normaları tətbiq etməklə məhkəmə kollegiyasının gəldiyi nəticəni anlamaq mümkün deyildir. Gəlinən nəticə ilə hüquqi mövqe üst-üstə düşmür. Məhkəmə kollegiyası vergi qanunvericiliyinin tələblərini yanlış şərh etmiş, həm işin faktiki halları baxımından düzgün mövqe sərgiləməmiş, həm də maddi hüquq normalarının qarşılıqlı təhlilini apara bilməmişdir.

45. Mübahisə predmeti olan inzibati akt kameral vergi yoxlamasının deyil, səyyar vergi yoxlamasının nəticəsi olaraq qəbul edilmişdir. Bu baxımdan vergi orqanı tərəfindən vergilər hesablanarkən Vergi Məcəlləsən 37-ci maddəsi haqlı olaraq tətbiq edilməmişdir. Məhkəmə kollegiyası isə yanlış olaraq və işin faktiki halları ilə heç bir əlaqəsi olmadığı halda iş üzrə Vergi Məcəlləsinin 37-ci maddəsini tətbiq etmişdir ki, bu da tərəfin yekun məhkəmə qərarının şübhə doğurmaması hüququnun kobud şəkildə pozulması ilə nəticələnmişdir. Məhkəmə kollegiyası iş üzrə heç bir araşdırma aparmamış, birinci instansiya məhkəməsinin yanlış tətbiq etdiyi maddi hüquq normala rını olduğu kimi qərara köçürmüşdür.

46. Bundan başqa, məhkəmə kollegiyası “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.6, 2.1.10 və 2.1.11-ci maddələrini, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 1.1 və 2.2-ci bəndlərini iş üzrə tətbiq etməli olmadığı halda tətbiq etmişdir.

47. Kassator qeyd edir ki, hüquqi məsələlər barədə rəy bildirmək və qiymətləndirmə aparmaq, maddi hüquq normaların tətbiqini həyata keçirmək məhkəmələrin səlahiyyətidir. Məhkəmə kollegiyası hüquqi məsələlər barədə rəy verən ekspert idarəsinin rəyini mötəbər hesab edərək qəbul etdiyi məhkəmə aktının əsaslarını şübhə altına a lmışdır. Tərəflərin hərəkətlərinin qanunauyğun olub-olmamasını qiymətləndirmək birbaşa məhkəmənin səlahiyyətidir. Ekspert iş üzrə tədqiqat aparmamış, məhkəmələr isə həmin yanlış məlumatları görməzdən gələrək sözügedən ekspert rəyini mötəbər sübut hesab etmiş və həmin rəy nəticədə qərarın əsasını təşkil etmişdir. Sözügedən ekspert rəyi iş üzrə mötəbər sübut hesab edilə bilməz. Məhkəmə kollegiyası tərəfindən prosessual fəallıq prinsipinə əsasən ekspert və yoxlayıcı şahid qismində çağırılıb dindirilməli olduğu halda məhkəmə kollegiyası obyektiv həqiqətin müəyyən olunması üçün heç bir addım atmamışdır. Məhkəmə kollegiyası üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutlar və mötəbər hesab etdiyi sübutları qiymətləndirməmişdir. c) kassasiya şikayətinə etirazın dəlilləri

48. İddiaçı cavabdehin kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

49. Cavabdeh iddiaçının kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli, 2-1(103)- 518/2022 nömrəli qərarının “Nağdsız hesablaşmalar haqqında” Qanunun pozulmasına görə 271 983,05 manat miqdarında maliyyə sanksiyasının tətbiqinin ləğvi hissəsində və cavabdehin müvafiq vəzifəli şəxsləri barəsində xüsusi qərardad çıxarmaqla prokurora məlumat verilməsi hissəsində təmin edilməməsinə münasibətdə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

50. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;... Maddə

24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə;... 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə;... Maddə

38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: § nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçiril məsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; § səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə;... Maddə

39. Səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yo xlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. 39.3. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə ( onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. 39.5. Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrıayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır.... Maddə

49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması 49.1. Səyyar vergi yoxlamasının materiall arına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi.... 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərard a vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur.... 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır.... Maddə

53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir.... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyini n pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir.... 51. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Nağdsız qaydada həyata keçirilən hesablaşmalar 3.1. Nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur: 3.1.1. bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar; 3.1.2. ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar; 3.1.3. birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar. 3.2. Hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər. 3.3. Bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında ) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.... 3.4. Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir:... 3.4.6. faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması;...

52. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkə mə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam form ada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat ve rilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

53. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

54. İddiaçının şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarı nın iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi, cavabdehin şikayətində isə həmin qərarın iddianın təmin edilən hissədə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

55. İddiaçının kassasiya şikayəti qərarın qismən ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Apellyasiya instansiya məhkəməsinin qərarı iddianın təmin edilməmiş hissəsində ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

56. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarından müəyyən olunur ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 27 dekabr 2018-ci il tarixl i, **********173052 nömrəli qərarı qəbul edilmiş, iddiaçı üzrə 28 dekabr 2018-ci ildə növbədənkənar səyyar vergi yoxlaması başlamış və 24 dekabr 2019cu ildə başa çatmışdır. Bununla bağlı cavabdeh tərəfindən 24 dekabr 2019-cu il tarixli, **********174253 nömrəli “Səyyar vergi yoxlaması aktı” tərtib edilmişdir.

57. Daha sonra, cavabdeh 24 dekabr 2019-cu il tarixli, **********174253 nömrəli “Səyyar vergi yoxlaması aktı” üzrə hesablanmış vergilərin düzgünlüyünün daxil olmuş sənədlər əsasında yenidən araşdırılması barədə “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********197582 nömrəli qərarı qəbul etmişdir.

58. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilən və iddiaçının imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etdiyi 29 mart 2020-ci il tarix li, **********174253 nömrəli “Səyyar vergi yoxlaması aktı” elektron qaydada iddiaçıya göndərilmişdir.

59. İddiaçının hazırkı iş üzrə mübahisələndirdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18 may 2020-ci il tarixli, **********199902 nömrəli qərarın qəbul edilməsinin əsasında isə iddiaçı şirkət üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında 29 mart 2020-ci il tarixli deyil, 1 aprel 2020-ci il tarixli, **********174253 nömrəli akt göstərilmişdir.

60. Cavabdeh orqan tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən 1 aprel 2020-ci il tarixli, **********174253 nömrəli “Səyyar vergi yoxlaması aktı”nın iddiaçıya təqdim edilməsi və ya iddiaçının həmin aktı imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etməsi b arədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

61. İddiaçının kassasiya şikayətinin başlıca dəlili ona təqdim edilməyən 1 aprel 2020ci il tarixli, **********174253 nömrəli “Səyyar vergi yoxlaması aktı”na əsasən onun vergi məsuliyyətinə cəlb edilməsinin qanunsuz olması təşkil edir.

62. İddiaçı apellyasiya şikayətində üç fərqli səyyar vergi yoxlaması aktının olmasına, vergi məsuliyyətinə cəlb edilmə barədə qərarın onlara təqdim edilməyən və məlumatlı olmadıqları 1 aprel 2020-ci il tarixli səyyar vergi yoxlaması aktına istinad etməsinə dair dəlillər gətirsə də, apellyasiya instansiya məhkəməsi həmin dəlillərə münasibət bildirməmiş, işin hallarında qeyd olunan ziddiyyətlərin aradan qaldırılması üçün müfəssəl araşdırma aparmamışdır.

63. Beləliklə, apellyasiya instansiyası məh kəməsinin qərarı iddianın təmin edilməyən hissəsində İPM-in 12.1, 12.2, 58.3, 58.7, 82 və 87.8-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

64. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilməyən hissəsində prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan iddiaçının şikayəti iddianın tam təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

65. Cavabdehin kassasiya şikayətinin dəlillərinə gəldikdə, şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

66. Məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan tərə findən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1-ci maddəsindən irəli gəlir.

67. Hazırkı işdə İPM-in 70.1-ci maddəsinin tətbiqi üçün əsaslar mövcuddur. Belə ki, cavabdehin mübahisələndirilən qərarı mənfəət vergisinin hesablanması və ona müvafiq maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində qanuna zidd olmaqla yanaşı, iddiaçının hüquqlarını pozur.

68. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normasının (Vergi Məcəlləsinin 37 və 67-ci maddələri) düzgün tətbiq edilmədiyi barədə şikayətin dəlilinə gəldikdə, məhkəmə kollegiyası c avabdehin şikayətində ifadə etdiyi dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün yetərli əsas kimi qəbul etmir. Belə ki, həmin səhv və dəlillər cavabdehin mübahisələndirilən inzibati aktının qanuna zidd olduğuna və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğuna dair məhkəmə kollegiyasının gəldiyi nəticəyə təsir etmir.

69. Bu qənaət, həmçinin İPM-in 96.7-ci maddəsinin tələbindən irəli gəlir. Həmin normaya görə, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir.

70. İPM-in 14.1-ci maddəsinin tələbinə görə isə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati or qan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı işdə bu, baş vermədiyindən cavabdehin şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının iddianın təmin edilən hissəsində ləğvinə əsas vermir.

71. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin olunur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli, 21(103)-518/2022 nömrəli qərarı qismən – iddianın təmin edilməmiş hissəsində ləğv edilir. İş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilmir. Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-c i il tarixli, 21(103)-518/2022 nömrəli qərarı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar