Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-212/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi (qəlibçitökücü)) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind ə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşı tamam olduğu tarixdən, lakin pensiya ödənişi xx.xx.2019-cu ildən nəzərə alınmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2023-cü il tarixli, 2-1(105)596/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək təhsil almış, xx.xx.1978-cı il tarixdən xx.xx.1979-cu il tarixədək işləmiş, xx.xx.1979-cu il tarixdən xx.xx.1981 -ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1998-ci il tarixədək (qəlibçi-tökücü və qəlibçi-təmirçi) və xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək işləmişdir.
2. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ilk dəfə xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarla imtina edərək bildirmişdir ki, xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (22 il 11 ay 15 gün (xx.xx.1975-xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981ci il, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il və xx.xx.1982-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Habelə, işlədiyi vəzifələrin 1 nömrəli siyahıda nəzərdə tutulan xüsusilə zərərli və ağır olan işlərə aid olub-olmaması barədə hər hansı məlumat göstərilməmişdir. Bu səbəbdən 1 nömrəli siyahı üzrə güzəştli iş stajının olub-olmamasını müəyyən etmək mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 52 yaşı tamam olduğu tarixdən, lakin pensiya ödənişi xx.xx.2019-cu ildən nəzərə alınmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçının tələbi hazırkı qərarın 1-2-ci bəndlərində sadalanan faktiki hallara istinad edilməklə əsaslandırılmışdır.
5. Cavabdehin iddia tələbinə yazılı etirazının əsasını iddiaçının müraciətindən imtinaya dair cavab məktubda qeyd olunanlar təşkil edir.
6. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: C.B.Məmmədov) 12 may 2023-cü il tarixli, 2-1(118)-1568/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 18 noyabr 2012ci ildən (lakin pensiya ödənişləri 21 aprel 2019-cu ildən ödənilməsi nəzərə alınmaqla) güzəştli şərt lərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahının X Bölməsinin 110100a-19430 şifrlərinə uyğun olmaqla, xx.xx.2006-ci ilə qədər 10 ildən çox güzəştli iş stajına malikdir. Cavabdeh təşkilatın etirazında bildirdiyi arqumentə münasibətdə (yəni, iddiaçının sonuncu iş yerindən müvafiq kodla bağlı arayışın olmaması) məhkəmə qeyd etmişdir ki, aparılan araşdırmalar zamanı oxşar müəssisələri müəyyən etmək mümkün olmadığından və iddiaçının işlədiyi müəssisə ləğv edildiyindən həmin kod arayışının əldə edilməsi mümkün olmamışdır. Lakin qeyd olunan hal, yəni müvafiq kod arayışının olmaması iddiaçının pensiya hüququnun həyata keçirilməsinin məhdudlaşdırılmasına əsas ola bilməz. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Dövlət Arxivinin 13 aprel 2022-ci il tarixli arxiv arayışında iddiaçının Tökmə sahəsinin briqadasında 1-ci dərəcəli qəlibçi-tökücü işləməsi öz əksini tapmışdır. Qeyd olunan vəzifə 1 nömrəli siyahıda öz əksini tapmışdır. Başqa sözlə, iddiaçının vaxtılə işlədiyi müəssisə mövcud olsaydı, həmin müəssisənin məsul əməkdaşı da tələb edilən kod arayışını qeyd olunan 1 nömrəli siyahıya əsasən tərtib edəcəkdi. Arayışda qeyd edilən kod müvafiq vəzifənin xüsusi sahə üçün nəzərdə tutulan siyahıda yerinin as an qaydada tapılmasına xidmət edir. Yəni, şəxsin qeyd olunan sahədə işləməsi onun barəsində tərtib edilmiş əmək kitabçası və iş yeri barədə arayışla öz təsdiqini tapır. Beləliklə də, iddiaçının təhsil, hərbi xidmət və əmək fəaliyyəti ilə məşğul olduğu illəri hesablandıqda, xx.xx.2006-cı ilə qədər onun ümumi əmək stajı 22 ildən çox təşkil edir. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1- ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarında olan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********5 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, iddiaçı 21 aprel 2022-ci il tarixində cavabdehə müraciət etmişdir. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci, 32.1-1-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, iddiaçıya 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələbləri baxımından pensiya məbləğinin ödənilməsi 21 aprel 2019 -cu il tarixdən ödənilməlidir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və E.M.Əhmədov) 15 avqust 2023-cü il tarixli, 2-1(105)-596/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1568/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsin i və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
12. Cavabdehin kassasiya şikayətinin əsasını iddiaçının müraciətindən imtinada, etirazda və apellyasiya şikayətində qeyd olunanlar təşkil edir. Cavabdeh kassasiya şikayətində həmçinin, apelyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozulduğunu, işin hallarının hərtərəfli araşdırılıb hüquqi qiymət verilmədiyini qeyd etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Konstitusiya sı: Maddə
38. Sosial təminat hüququ 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 16. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;... Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisas artırma və yenidən ixtisas keçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;....
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. … Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasını n hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzr ə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan hə ddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Apellyasiya instansiya məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
25. İşin cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən h alı iddiaçının işlədiyi vəzifələrin 1 nömrəli siyahıda nəzərdə tutulan xüsusilə zərərli və ağır olan işlərə aid olub-olmaması barədə hər hansı məlumatın göstərilməməsi və bununla bağlı iş yerindən güzəştli iş stajı barədə arayışın verilməməsindən ibarətdir.
26. Məhkəmə kollegiyası işin mübahisələndirilən hallarına və kassasiya dəlillərinə münasibətdə əvvəla onu qeyd edir ki, iddiaçının işlədiyi qəlibçi-tökücü peşəsi Azərbaycan respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahının Xİ bölməsinin 1110100a-19430 şifrində qeyd olunmuş peşəyə (vəzifə) uyğundur.
27. Aşağı instansiya məhkəmələri düzgün olaraq qeyd etmişlər ki, i ddiaçının işlədiyi müəssisənin ləğv edilməsi, o cümlədən oxşar müəssisənin müəyyən edilməməsi səbəbindən müvafiq kod arayışının təqdim edilməsi iddiaçının hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz. İddiaçının işlədiyi vəzifəyə (peşə) dair məlumatlar aşkar olduğu və bu məlumatlar müvafiq Siyahı üzrə uyğunluq təşkil etdiyi halda, yalnız iddiaçının iradəsindən asılı olmayan səbəblərdən həmin arayışın təqdim edilməməsi sonuncunun hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz.
28. İşin mübahisələndirilməyən halı olsa da, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1960-cı il tarixdə doğulmaqla 52 yaşı xx.xx.2012-ci il tarixdə tamam olmuş və xx.xx.2006-cı il tarixə onun qanunvericiliklə müəyyən edilmiş qaydada 20 ildən artıq ümumi və 10 ildən artıq güzəştli iş stajı tamamlanmışdır.
29. Bundan başqa, məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2012-ci il tarixdən təyin edilsə də, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana ilkin müraciəti xx.xx.2022-ci il tarixdə olduğundan, inzibati orqana müraciətindən üç il əvvəlki vaxtdan, yəni xx.xx.2019-ci il tarixdən ona pensiya ödənişinin hesablanıb ödənilməsi barədə də apelyasiya instansiyası məhkəməsinin mövqeyi düzgün olmuşdur.
30. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2023-cü il tarixli, 2-1(105)-596/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.