Məhkəmə qərarları › İş №2-1(102)-2120/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2120/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2120/2021 30.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X1 Şəxsin 1 saylı regional ərazi filialına qarşı iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin mümkün sayılmaması; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X1 Şəxsin 1 saylı regional ərazi filialına qarşı “pensiyanın təyin edil məsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.09.2021-ci il tarixli, 2-1(105)-541/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabdeh 02.12.2020-ci il tarixli, **********0 nömrəli məktubla bildirmişdir ki, tələb olunan 25 il sığorta stajına qarşı iddiaçının 22 il 04 ay sığorta stajı olduğundan ona əmək pensiyası təyin edilməsi qanuna ziddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “03.10.1996-cı il tarixdən 22.11.2005-ci il tarixədə k rayonlararası 26 saylı Təmir Tikinti Trestində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və 01.01.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərarın çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, 2020-ci ilin yanvar ayında Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nun Sumqayıt şəhər şöbəsinə ərizə ilə müraciət edərək ona əmək pensiyası təyin edilməsini xahiş etmiş, 06.02.2020-ci il tarixində əmək pensiyasının təyin edilməsindən cavabdeh tərəfindən imtina olunmuş və imtina məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasının Prezidentinin 01 may 2017-ci il tarixli 1352 saylı Fərmani ilə “Əmək pensiyaları haqqında ” Qanunun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Şöbəyə təqdim etdilən şəxsiyyət vəsiqəsinə əsasən o, xx.xx.1955-ci il təvəllüdlü olmaqla yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajına qarşı 22 il 04 ay sosial sığorta stajı olması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Onun 03.10.1996-cı ildən 22.11.2005-ci il tarixədək olan əmək stajının yoxlanılması mümkün olmaması səbəbindən sosial sığorta stajı kimi hesablanması mümkün deyildir”. Hesab e dir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Belə ki, cavabdeh orqan qanunvericiliyin tələblərinə lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Əmək kitabçasında göstərilən iş müddətləri və eyni zamanda rayonlararası 26 saylı Təmir Tikinti Tresti tərəfindən təsdiqlənmiş arayışda göstərilən işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək ona əmək pensiyası təyin olunmalıdır.

4. Sumqayıt İnzibati Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2-1(118)-622/2021 saylı qərarı (hakim Ceyhun Məmmədov) ilə iddia qismən təmin edilmiş, İddiaçı əmək kitabçasında göstərilmiş 03.10.1996-cı il tarixdən 22.11.2005-ci il tarixədək 26 saylı rayonlararası Təmir Tikinti Trestində işlədiyi müddətlər də, sosial sığorta stajına daxil edilər ək, hüququnun yarandığı 01.07.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

5. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2-1(118)-622/2021 saylı qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməklə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

6. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-541/2021 nömrəli, 02.09.2021-ci il tarixli qərardadı (sədrlik edən və məruzəçi hakim – Rəşadət Ağayev, hakimlər – Hökümə Babayeva və İlqar Dəmirov) apellyasiya şikayəti mümkün sayılmamışdır.

7. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh mübahisələndirlən qərarı 03.06.2021-ci il tar ixində qəbul etmişdir. Həmin qərardan şikayətvermə müddəti 05.07.2021-ci il tarixində bitsə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 07.07.2021-ci il tarixində poçt şöbəsinə, 12.07.2021-ci il tarixində Sumqayıt İnzibati Məhkəməsinə daxil olmuşdur.

8. Məhkəmə qərardadı cavabdehə 13.09.2021-ci il tarixində təqdim edilmişdir.

9. Cavabdeh həmin qərardaddan 21.09.2021-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-541/2021 nömrəli, 02.09.2021-ci il tarixli qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin mümkün sayılmaqla baxılması üçün apellyasiya instansiyası məhkəməsinin icraatına qaytarılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ TƏR ƏFLƏRİN MÜLAHİZƏLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

10. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən apellyasiya şikayəti üzrə verilmiş məhkəmə iclasının vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdeh orqanı məlumatlandırmadan məhkəmə prosesini keçirmişdir. Bu səbəbdən, cavabdeh orqan tərəfindən məhkəmə iclasında iştirak edilərək hüquqi mövqeyinin məhkəmənin nəzərinə çatdırılması təmin olunmamış, nəticə etibarilə prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Həmçinin, sözügedən iddia tələbi üzrə müvafiq məhkəmə qərardadında qeyd olunduğu kimi apellyasiya şikayətinin verilməsinin son müddəti 05.07.2021-ci il tarixi olsa da, cavabdeh tərəfindən sözügedən apellyasiya şikayəti müddətin bitməsinə 3 gün qalm ış, yəni 02.07.2021-ci il tarixində poçt şöbəsinin məsul əməkdaşına təhvil verilmişdir. Lakin məhkəmə əsassız olaraq şikayətin 07.07.2021-ci il tarixində poçt məntəqəsinə təhvil verilməsini qeyd etmişdir. Bununla da, apellyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 12.1, 58.7-ci maddələrinin tələblərini pozmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c. Tərəflərin mülahizələri

12. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.

13. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.

14. Ali Məhkəmə ko llegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir.

16. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir.

17. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

18. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

19. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. 21.Apelyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, cavabdeh prosessual müddəti ötürmədən apellyasiya şikayəti vermişdir.

24. Lakin işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, birinci instansiya məhkəməsinin qərarı cavabdeh tərəfindən 03.06.2021-ci il tarixində qəbul edilmiş, apellyasiya şikayəti isə 07.07.2021-ci il tarixində poçt şöbəsinə, 12.07.2021-ci il tarixində Sumqayıt İnzibati Məhkəməsinə daxil olmuşdur (iş v. 76-77).

25. Kassator işə onun iştirakı və məlumatı olmadan baxıldığını bildirsə də, iş materialları ilə müəyyən edilir ki, apellyasiya instansiyası məhkəməsi xidməti vəzifəsindən istifadə etməklə apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün 02.09.2021-ci il tarixə məhkəmə iclasının təyin edilməsi barədə cavabdehə göndərilmiş 04.08.2021-ci il tarixli məhkəmə bildirişində hüquqi yardım göstərərək apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürüldüyünü qeyd etmiş və ötürülmüş prosessual müddətin bərpasına dair müvafiq ərizənin və həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif etmişdir (i.v.78-80). Buna baxmayaraq, cavabdeh tərəfindən müddətin bərpasına dair ərizə və ya müddətin üzrlü səbəbdən burax ılmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir.

26. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq şikayəti mümkün saymamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)541/2021 nömrəli, 02.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-541/2021 nömrəli, 02.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar