Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2120/2024 08.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi; reyestrdə qeydin aparılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 2-1(104)-283/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********155312 nömrəli qərardan görünür ki, İddiaçı üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə fevral 2019-yanvar 2022-ci il üzrə növbəti səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. 2. xx.xx.2023-cü il tarixli, **********1559136 nömrəli “Səyyar vergi yoxlaması” aktından görünür ki, 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı üzrə fevr al 2019-yanvar 2022-ci il üzrə əlavə dəyər vergisi, 1-ci rüb 2019-4-cü rüb 2019-cu ilə üzrə MDSS-Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərSumqayıt və Gəncə (0701), 1-cü rüb 2019-cu ilə üzrə sadələşdirilmiş vergi, 20192021-ci il üzrə gəlir vergisi, 1-ci rüb 2019-2-ci rüb 2019-cu ilə üzrə MDSS-Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan (0100), 3- cü rüb 2019-cu ilə üzrə ödəmə mənbəyindən tutulan vergi, 4-cü rüb 2019cu ilə üzrə ödəmə mənbəyindən tutulan vergi, 3-cü rüb 2019-4-cü rüb 2019-cu ilə üzrə muzdla işləyənləri işə götürən sığortaedənlər, 1-ci rüb 2020-4-cü rüb 2021-ci ilə üzrə ödəmə mənbəyindən tutulan vergi, 2019-cu il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, 1-ci rüb 2020-4-cü rüb 2021-ci ilə üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı), 3-cü rüb 2019-4-cü rüb 2019-cü il üzrə MDSS Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112), işsizlik sığortası üzrə rüblük hesabat (fiziki şəxslər) 1-ci rüb 2019-2-cü rüb 2019-cü il üzrə, ödəmə mənbəyindən tutulan vergi 2- ci rüb 2019-ci il üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. 3. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və sığortaedənin vergi q anunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 sentyabr 2023-cü il tarixli, **********176888 nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı əlavə dəyər vergisi üzrə 760.258,64 manat və maliyyə sanksiyası olaraq ona hesablanmış 380.129,33 manat, gəlir vergisi üzrə 373.739,47 manat və maliyyə sanksiyası olaraq ona hesablanmış 186.869,73 manat olmaqla, cəmi 1.700.997,17 (bir milyon yeddi yüz min doqquz yüz doxsan yeddi manat, 17 qəpik) manat vergi borcu hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və sığortaedənin vergi q anunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 sentyabr 2023-cü il tarixli, **********176888 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 11 mart 2022-ci il tarixli, **********155312 saylı qərarına əsasən iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama 28 mart 2022-ci ildə başlanılmış, 29 sentyabr 2023-cü ildə başa çatdırılmışdır. Həmin yoxlamanın nəticəsi olaraq **********155913 saylı, 29 sentyabr 2023-cü il tarixli səyyar vergi y oxlama aktı tərtib edilmiş və həmin aktda iddiaçının cəmi 1.700.997,17 manat məbləğdə vergi məsuliyyətinə cəlb edilməsi təklif olunmuşdur. Cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023cü il tarixli, **********176888 nömrəli qərarına əsasən iddiaçıya əlavə dəyər vergisi üzrə 760.258,64 manat və maliyyə sanksiyası olaraq ona hesablanmış 380.129,33 manat, gəlir vergisi üzrə isə 373.739,47 manat və maliyyə sanksiyası olaraq ona hesablanmış 186.869,73 manat olmaqla, cəmi 1.700.997,17 manat borc hesablanmışdır. Yoxlanılan dövrdə iddiaçı faktiki olaraq içki və tütün məmulatları da daxil olmaqla, ərzaq mallarının topdan satışı, ixtisaslaşdırılmış mağazalarda sair pərakəndə satış, içki və tütün məmulatları da daxil olmaqla ixtisaslaşdırılmış mağazalarda ərzaq məhsullarının pərakəndə satışı ilə məşğul olmuşdur. Cavabdeh təşkilatın həmin qərarı aşağıda qeyd olunanlara əsasən tamamilə qanunsuz və əsassızdır və buna görə də ləğv edilməlidir. İ. Vergi orqanının 11 mart 2022-ci il tarixli, **********155312 saylı qərarında iddiaçinin Gəncə şəhəri, Tağı-Arani küçəsi, İmperial şadlıq sarayının yanı və ünvan 1 ünvanlarda yerləşən 2 mağazasında yoxlama aparılması nəzərdə tutulsa da cavabdeh vergi orqanının işçiləri kobud qanunsuzluğa yol verərək, qərardan kənara çıxmış və iddiaçının 4 mağazasında yoxlama aparmışlar. Bundan başqa, iddiaçının mağazalarında satılan aşağıdakı 4 sahə üzrə – Aksiz markaları ilə markalanma lı olan materialların markalanmadan və ya saxta aksiz markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi (50.1.2.), əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması (50.1.3.), Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi (50.1.7.) və pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi (50.1.12.) məsələləri üzrə yoxlama keçirilməsi nəzərdə tutulduğu halda cavabdeh təşkilat qanunsuz olaraq sahibkarın bütün fəaliyyəti üzrə, yəni d igər sahələr üzrə də yoxlama aparmış və bu hissədə də qərardan kənara çıxmışdır. Bundan başqa, cavabdeh iddiaçıdan həmin mallara dair bütün sənədlərin dərhal təqdim edilməsini təkidlə tələb etmişdir. Halbuki, bu tələb qanunsuz olmaqla yanaşı, həm də həmin sənədlərin dərhal təqdim olunması praktiki olaraq mümkün deyildir. Buna baxmayaraq cavabdeh təşkilatın işçiləri iddiaçıya ciddi təzyiqlər göstərmiş, hədə-qorxu gəlmiş, onun mağazalarındakı komputerlərə qanunsuz olaraq müdaxilələr etmiş və digər qanunsuz hərəkətlərə yol vermişdir. Nəticədə iddiaçı bu qanunsuz hərəkətlərdən stress keçirmiş, təzyiqi yüksək həddə çatmış, vəziyyəti pisləşmiş və təcili tibbi yardıma ehtiyacı yaranmışdır. Cavabdeh təşkilatın işçiləri hətta sahibkara təcili tibbi yardım göstərilməsi üçün həkimlərin çağırılmasına da bir müddət imkan verməmişlər. Cavabdeh təşkilatın işçiləri nəinki iddiaçıya tibbi yardım göstərilməsinə mane olmuş, eyni zamanda onun həmin vəziyyətindən sui-istifadə edərək özünə məlum olmayan bir çox sənədləri onun qarşısına qoyaraq, həmin sənədlərə imza atdırmışlar. Baş verən bu özbaşınalıqlardan sonra iddiaçının sağlamlığı ciddi şəkildə pozulmuş və nəticədə şəkər xəstəliyinə tutulmuşdur. Bundan başqa, vergi orqanının işçiləri sahibkarın komputerlərinə qanunsuz daxil olmuş və guya oradan qara mühasibatlığa aid olan fayl aşkar etmişlər. Lakin həmin faylı iddiaçıya təqdim etməmişlər. Həmin faylın nədən ibarət olduğu, kimin tərəfindən hazırlandığı, haradan götürüldüyü və orada hansı məlumatların qeyd olunduğu da məlum deyildir. Cavabdeh təşkilat bu barədə heç bir araşdırma da aparmada n həmin sənədləri sahibkara məxsus olan qara mühasibatlıq sənədi kimi dəyərləndirmiş və həmin sənədə, həmçinin digər saxta sənədlərə əsaslanaraq iddiaçıya əsassız vergilər hesablamışdır. İddiaçı yoxlama aparılan 4 mağaza üzrə götürdüyü və tərtib etdiyi sənədlərin surətlərinin tanış olmaq üçün ona verilməsini cavabdehdən tələb etsə də, həmin sənədlər ona verilməmişdir. Buna görə də sahibkar indiyədək həmin sənədlərdən məlumatsızdır. Cavabdeh təşkilatın tərtib etdiyi sənədləri indiyədək əldə edə bilmədiyi üçün məhkəməyə həmin sənədlərlə bağlı əsaslı məlumatları və sübutları təqdim edə bilmir. Əgər cavabdeh təşkilat vergi yoxlamasını qanunvericiliyin tələblərinə uyğun qaydada keçirsəydi və iddiaçının vergidən yayınma faktlarını müəyyən edib qanuni şəkildə əsaslandırılmış qərar qəbul etmiş ols aydı, iddiaçı bunu normal qəbul edər və vergi öhdəliklərini qanun çərçivəsində icra edərdi. Lakin cavabdeh təşkilatın nümayəndələrinin bütün qanunsuz hərəkətləri və özbaşınalıqları onu göstərir ki, onlar iddiaçıya qarşı qərəzlidirlər və ona borc hesablanması barədə qəbul etdikləri qərar da tamamilə qanunsuz və əsassızdır. Cavabdeh təşkilatın nümayəndələrinin bu və digər qanunsuz hərəkətlərinin video görüntülərinə dair materialları işə mahiyyəti üzrə baxılan zaman məhkəməyə “fləş – kart” da təqdim edəcəyik. İİ. Cavabdeh tərəfindən keçirilmiş səyyar vergi yoxlaması üzrə tərtib olunan aktlar araşdırılarkən də ciddi uyğunsuzluqların və qanuna zidd hesablamaların aparıldığı müəyyən olundu. Belə ki, səyyar vergi yoxlamasının nəticəsi olaraq cavabdeh tərəfindən əvvəlcə 06 iyun 2023cü il tarixli a kt tərtib edilmiş və həmin aktda vergi və maliyyə sanksiyaları ilə birlikdə ümumilikdə 11.737.398.5 manat dəyərində vergi kənarlaşması olduğu qeyd olunmuşdur. Lakin sonradan həmin akt cavabdeh təşkilatın özü tərəfindən təkrar araşdırılmış və istinad edilən bütün müddəaların səhv olması səbəbindən elə cavabdeh təşkilatın özü tərəfindən də ləğv edilmişdir. Bundan sonra cavabdeh səyyar vergi yoxlamasının nəticəsi olaraq 29.0.2023-cü il tarixli yeni akt tərtib etmiş, lakin həmin aktda da ciddi qanunsuzluqlara yol verilmişdir. Yoxlama ilə iddiaçıya aprel 2019/Yanvar 2022-ci illər üzrə 760.258,64 manat ƏDV, 2020/2021-ci illər üzrə 373.739,47 manat gəlir vergisi olmaqla 1.133.998,11 əlavə vergi hesablanmışdır. Yoxlama aktında əlavə vəsaitlərin hesablanması əsası kimi, aşağıdakı səbəblərə istinad olunmuşdur: 1) İqtisadiyyat Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi (bundan sonra VCİABİ) tərəfindən keçirilmiş operativ vergi nəzarəti zamanı İddiaçı məxsus təsərrüfat subyektindən 05 aprel 2022-ci ildə götürülmüş 4 qutu, 7 ədəd fayl dövriyyə cədvəlləri və 1 ədəd fləş-kart olmaqla elektron fayllar və kağız daşıyıcılarda götürülmüş materiallar üzrə göstəricilər ödəyicinin bəyannamə göstəriciləri ilə müqayisə olunarkən ödəyicinin satış dövriyyələrini hesabatda tam əks etdirməməsi. Bu əsasa görə İddiaçı vergitutulan dövriyyəsi 2020-ci ilin yanvar ayı üzrə 99.810,2 manat, may ayı üzrə 15.828,1 manat, avqust ayı üzrə 474.580,77 manat, oktyabr ayı üzrə 220.212,86 manat, noyabr ayı üzrə 275.296,4 manat, 2021-ci ilin yanvar ayı üzrə 637.278,66 manat, fevral ayı üz rə 227.498,54 manat, mart ayı üzrə 298.022,88 manat, avqust ayı üzrə 40.888,67 manat, sentyabr ayı üzrə 270.024,85 manat olmaqla cəmi 2.559.442,93 manat məbləğində dövriyyəni azaltması qənaətinə gəlməklə, 2020-ci il üzrə 195.431,1 manat, 2021-ci il üzrə 265.268,63 manat olmaqla, cəmi 460.699,72 manat ƏDV hesablanmışdır. Həmçinin, bu əsasa görə gəlir vergisi üzrə dövriyyənin 2020-ci il üzrə 985.918,13 manat, 2021-ci il üzrə 1.473.714,6 manat, cəmi 2.459 632,73 manat azaldılması qənaətinə gəlməklə, 2020-ci il üzrə 197 183,61 manat, 2021-ci il üzrə 176 555,86 manat, cəmi 373 739,47 manat gəlir vergisi üzrə əlavə vəsait hesablanmışdır. Bu zaman vergi orqanı tərəfindən kompüter yaddaşındakı mənbəyi məlum olmayan məlumatlar mahiyyətinə görə “qara mühasibatlıq” sənədlərinə aid edilərək, İddiaçı maliyyə-sahibkarlıq fəaliyyətini əks etdirməsi əsası ilə dəyər hissəsində toplanmış və alınmış məbləğ aparılmış əməliyyatların dəyəri kimi qiymətləndirilmişdir. Vergi orqanı bu məlumata istinadən belə qənaətə gəlmişdir ki, İddiaçı tərəfindən vergi tutulan əməliyyatların dəyəri düzgün müəyyən edilməmiş və nəticədə gəlir vergisi və ƏDVnin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdır. Halbuki, həmin sənədlərdə ümumi şəkildə satılması planlaşdırılan (ehtimal edilən) malların ümumi siyahısı tərtib edilmiş, bu malların satış tarixləri, alıcı vergi ödəyiciləri, alqı-satqı müqaviləsi, malların təhvil verilməsi, ödənişi, tərtib edilmiş qaimə-faktura barədə heç bir məlumat olmamışdır. Göstərilən məlumatları özündə əks etdirməyən elektron yaddaşa istinad etməklə verginin hesablanması isə Vergi Məcəlləsinin 12.1-ci və 83.2-ci maddələrinin tələblərinə zidd olmuşdur. Lakin, elektron məlumatda malların faktiki satışını təsdiq edən heç bir rəsmi məlumat olmadığından, hər hansı gəlir, mənfəət, malların əlavə edilmiş dəyəri, ticarət əlavəsi mövcud olmamışdır. Bu maddənin tələblərindən də bəlli olur ki, vergi yalnız o halda hesablana bilər ki, sadalanmış elementlərin mövcudluğu müəyyən edilmiş olsun. Yəni əgər maddədə sadalanan şərtlərdən biri mövcud deyildirsə, bu halda müəyyən edilməmiş vergilərin tutulmasına yol verilə bilməz. Bu elementdən birinə isə vergitutma obyekti aiddir. Vergitutma obyekti müxtəlif hüquqi faktlar barədə məlumatları bildirir. Hüquqi fakta həmçinin malların təqdim edilməsi aiddir. İddiaçıya münasibətdə mənfəət ver gisi, ƏDV və aksiz vergisinin hesablanmasının əsasını malların satılması və iqtisadi faydanın əldə edilməsi barədə ehtimalları təşkil edir. Cavabdeh vergi orqanı iddiaçıya vergi hesablayarkən normaların tələblərinə əməl etməmiş, vergilərin hesablanması zamanı həmin normalarda təsbit edilmiş əlaqələri məlumatlara deyil, götürülmüş kompüter avadanlığının yaddaşında olan möhürsüz, imzasız, ciddi hesabat blankı hesab edilməyən sənədləri əsas götürmüşdür. Götürülmüş kompyuter yaddaşındakı mənbəyi məlum olmayan məlumatlar vergilərin hesablanması üçün o zaman əsas kimi qəbul edilə bilərdi ki, həmin məlumatlar və qeydlər rəsmi və əlaqəli məlumatlarla, məsələn cavabdehin mülahizəsinə görə, İddiaçı satış aparmış olduğu ehtimal edilən hüquqi və ya fiziki şəxslərdən götürülmüş sənədlərlə (əlaqəli məlu matlarla) məcmu şəkildə təsdiq edilmiş olardı. Həmin fayllardakı məlumatların hansı qaydada bilavasitə vergitutma məqsədləri üçün malların təqdim edilməsi kimi qiymətləndirildiyi məlum deyil. Baxmayaraq ki, formalaşmış məhkəmə təcrübəsinə görə həmin sənədlər və məlumatlar yalnız digər sübutlarla məcmu şəklində öz təsdiqini tapdığı halda vergitutma məqsədləri üçün istifadə edilə bilər. İddiaçı tərəfindən ekspertizaya yoxlamanın predmetinə aid 01.02.19-cu il tarixdən 31.01.22-ci il tarixədək olan dövr üzrə ilkin mühasibat sənədləri, o cümlədən müqavilələr, alqı-satqı sənədləri, mal-material hesabatları, bank və xəzinə sənədləri, gəlir və xərcləri təsdiq edən ilkin mühasibat sənədləri və yoxlamanın keçirilməsi üçün zəruri digər sənədlər təqdim edilmişdir. Qeyd edir ki, həmin sənədlər səyyar v ergi yoxlaması aktının 4-cü səhifəsində qeyd olunduğu kimi, iddiaçı tərəfindən tam olaraq yoxlamaya təqdim edilmiş və yoxlama aktında da hər hansı sənədin iddiaçı tərəfindən yoxlamaya təqdim edilməməsi ilə bağlı hər hansı bir qeyd olmamışdır. Həmin sənədlər iddiaçının dövriyyəsini, vergi öhdəliyini müəyyən etmək üçün kifayət etdiyi halda, vergi orqanı bu sənədlərdən deyil, mənbəyi bəlli olmayan elektron və kağız daşıyıcısında olan məlumatlardan istifadə etməklə əsassız vergilər hesablamışdır. İddiaçının təqdim etdiyi həmin sənədlərin ekspert tərəfindən araşdırılması zamanı vergi tutulan dövriyyəni və vergi öhdəliyini düzgün müəyyən etdiyi təsdiq edilmişdir. Bundan başqa, həmin elektron və kağız daşıyıcısında olan məlumatlar “Mühasibat uçotu haqqında” AR Qanunun 2.1.10 və 2.1.11-ci maddələr inə əsasən dövriyyənin müəyyən edilməsi və verginin hesablanması zamanı istifadə olunan ilkin mühasibat uçotu sənədi kimi də qəbul edilə bilməz. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2017-ci il Q-01N-li əmri ilə təsdiq edilmiş “Maliyyə hesabatlarının Beynəlxalq standartlara və kommersiya təşkilatları üçün Milli Mühasibat uçotu Standartlarına və Kommersiya təşkilatları üçün Milli Mühasibat uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”na əsasən ilkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. İlkin uçot sənədləri əmə liyyatın baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyat başa çatdıqdan sonra tərtib edilməlidir. İndiki halda, elektron və kağız daşıyıcısında olan məlumatlarda yuxarıda göstərilən rekvizitlərin heç biri mövcud olmamışdır. Göründüyü kimi, mühasibat uçotu haqqında qanunvericilikdə “fləş -karta” və ya “qara mühasibatlığa” dair hər hansı bir qeyd və istinad mövcud deyildir. Bununla yanaşı VM-də də “qara mühasibatlıq” anlayışı verilməmişdir. Həmçinin vergi orqanı tərəfindən VM-nin 67.1-ci maddəsində göstərilən hallarda digər əlaqəli məlumatlardan istifadə etməklə, vergi hesablana bilərdi ki, indiki halda bunların heç biri mövcud olmamışdır. Yoxlama zamanı vergi orqanının tələb etdiyi bütün sənədlər yoxlamaya təqdim edilmiş, mühasibat uçotunun aparılmaması və ya mühasibat uçotunun müəyyən edilmiş qaydada aparılmaması, uçot və hesabat sənədlərinin məhv olunması (itirilməsi) kimi hallar müəyyən edilməmişdir. Nə “fləşkart” məlumatlarında, nə də səyyar vergi yoxlaması aktında təqvim ayları üzrə malların anbara mədaxil və məxarici barədə də hər hansı açıqlama verilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, yoxlama aktında “fləşkart”a istinad edilən dövriyyədən gəlir vergisinin hansı qaydada hesablanması qaydası açıqlanmamışdır. Yoxlama aktının 14-cü səhifəsində 2020-ci il üzrə “fləş-kart”a əsasən müəyyən edilən 985 918,13 manat əlavə dövriyyəyə görə 197 183,61 manat əlavə gəlir vergisinin hesablandığı göstərilir. Rəqəmlərin təhlilindən belə nəticəyə gəlinir ki, bu zaman 985 918,13 manatın 20%-i miqdarında gəlir vergisi hesablanmışdır ki, bu hesablama qaydası Vergi Məcəlləsinin 108.1-ci maddəsinə zidd olmuşdur. Belə ki, həmin maddəyə əsasən, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi Məcəlləsinin 96-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Hazırkı halda isə, heç bir xərc araşdırılmadan və nəzərə alınmadan bütün dövriyyəyə 20%-lə gəlir vergisi hesablanmışdır. 2021-ci il üzrə “fləş-kart”a əsasən müəyyən edilən 1.473.714,6 manat əlavə dövriyyəyə görə 176 555,86 manat əlavə gəlir vergisi hesablanmışdır ki, bu halda hesabl anan vergi dövriyyənin 12%-ni təşkil edir. Halbuki, Vergi Məcəlləsinin 101.3- cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur. 2021-ci il üzrə də əlavə gəlir vergisi hesablanarkən, yoxlama aktında verginin hesablanma qaydası açıqlanmamış, xərclərin nəzərə alınıb-alınmaması nəzərə alındığı halda hansı xərclərin və hansı məbləğdə nəzərə alındığı yoxlama aktında göstərilməmişdir. Vergi orqanının hesablamanın əsası kimi istinad etdiyi “İddiaçı məxsus kompüterlərin bazasından və obyektdə yerləşən serverdən alınan məlumatlar üzrə vergi ödəyicisinin dövriyyəsi barədə məlumat”da (elektron cədvəldə) 2019-2022-ci illər üzrə ümumi şəkildə rəqəmlər göstərilmişdir. Cədvəlin sütunların da həmin rəqəmlərin obyektlər üzrə bölgüsü aparılmışdır. Lakin, həmin rəqəmlərin hansı ilkin uçot sənədləri əsasında yığıldığı qeyd olunmamış, müvafiq ilkin uçot sənədlərinin siyahısı (qaimələrin seriya, nömrə və tarixləri qeyd olunmaqla) əks olunmamışdır. Bundan başqa, rəqəmlərin obyektlər üzrə bölgüsünü də təsdiq edən heç bir mühasibat sənədinə istinad olunmamışdır. Belə ki, obyektlərdə qeydiyyatda olan nəzarət kassa aparatı üzrə müvafiq “Z” hesabatları çıxarılmamış, həmin aparatlar üzrə dövriyyələr kassa aparatının hesabatları ilə araşdırılmamış, yalnız ümumi şəkildə, heç bir sənədli əsaslandırma olmadan dövriyyələr müəyyən edilməklə obyektlər üzrə qeyri-müəyyən bölgü aparılmışdır. Həmçinin, vergi orqanı məhkəməyə elektron şəkildə əlyazmalar təqdim etmişdir ki, həmin əlyazmalarda da ü mumi şəkildə dövriyyə rəqəmləri göstərilmiş, həmin dövriyyələri də təsdiq edən heç bir ilkin uçot sənədinə istinad olunmamışdır. Digər elektron cədvəldə isə ümumi dövriyyə, maya dəyəri, mənfəət göstərilmişdir. Cədvəldə göstərilən dövriyyə, maya dəyəri də heç bir ilkin mühasibat sənədi ilə təsdiq olunmamış, heç bir alıcı, satıcı barədə məlumata istinad olunmamışdır. Halbuki, vergi tutulan dövriyyənin və yaranan vergilərin həcminin müəyyən edilməsi qaydaları VM-nin İX-Xİ fəsillərində ətraflı göstərilmiş və “qara mühasibatlıq” sənədlərinə istinad edilməsi VM-də nəzərdə tutulmadığından həmin məlumatlara əsasən hesablanan istənilən vergi öhdəlikləri mötəbər və əsaslı hesab edilə bilməz. Bundan başqa, həmin elektron məlumatlardakı dövriyyələr vergi orqanının qərarı ilə keçirilmiş xronometraj met odu ilə müşahidə zamanı qeydiyyata alınmış dövriyyədən də kəskin şəkildə fərqlənmişdir. Belə ki, xronometraj metodu ilə müşahidənin nəticəsi barədə xx.xx.2020-ci il tarixli 006032 nömrəli yekun akta əsasən 05–19 mart 2020-ci il tarixlərində keçirilmiş müşahidə zamanı 40.916,44 manat orta günlük satış dövriyyəsi müəyyən edilmişdir. Xronometraj metodu ilə müşahidənin nəticəsi barədə xx.xx.2020-ci il tarixli 006033 nömrəli yekun akta əsasən İddiaçı digər obyektində (“Əminə Gold”) 05–19 mart 2020-ci il tarixlərində keçirilmiş müşahidə zamanı 7.997,68 manat orta günlük satış dövriyyəsi müəyyən edilmişdir. Xronometraj metodu ilə müşahidənin nəticəsi barədə xx.xx.2020-ci il tarixli 006026 nömrəli yekun akta əsasən İddiaçı digər obyektində (Gəncə ş. Tağı-Arani küç-də yerləşən “X4”də) 05–19 mart 20 20-ci il tarixlərində keçirilmiş müşahidə zamanı 51.945,57 manat orta günlük satış dövriyyəsi müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə isə “fləşkard” məlumatlarına istinad etməklə 2020-ci ilin mart ayı üzrə xronometraj metodu ilə müşahidə ilə qeydiyyata alınmış dövriyyədən əlavə 135.000 manatadək dövriyyə müəyyən edilmişdir. Bu halda belə qənaətə gəlinir ki, xronometraj metodu ilə müşahidə zamanı vergi əməkdaşları 135.000 manatlıq dövriyyəni müşahidədən yayındırmışlar. Göründüyü kimi, vergi orqanının eyni dövr üzrə yoxlama aktları arasında ziddiyyət yaranmışdır (hesablama cədvəli əlavə olunur). Yuxarıda göstərilən hallar vergi orqanının hesablamasının nə hüquqi, nə də iqtisadi əsalandırmasının olmadığını göstərir. SVY aktı ilə ƏDV üzrə əlavə vəsaitin hesablanmasının digər səbəbi kimi vergi ödəyicisinin bir dəfə əvəzləşdirməyə vermiş olduğu elektron qaimə fakturaları növbəti dövrlərdə təkrarən əvəzləşdirməyə verərək əmtəəsiz əməliyyat aparması göstərilmiş və bu əsasa görə 2019-cu il üzrə 35 329,4 manat, 2020-ci il üzrə 171 396,48 manat, 2022-ci il üzrə 22 922,03 manat, cəmi 229 647,91 manat ƏDV hesablanmışdır. Lakin yoxlama aktında məhz hansı elektron qaimə fakturalar üzrə təkrar əvəzləşdirmə verilməsi, həmin elektron qaimə-fakturaların tarixləri, seriya və nömrələri, əvəzləşdirmənin ilk dəfə hansı hesabat dövründə (təqvim aylarında), təkrar hansı hesabat dövründə verildiyi göstərilməmişdir. Bu səbəbdən də təkrar əvəzləşdirməyə görə yoxlama ilə 229 647,91 manat ƏDV hesablanması əsassız olmuşdur.
3. SVY aktı ilə ƏDV üzrə əlavə vəsaitin hesablanmasının digər səbəbi kimi, SVY zamanı vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti göstərdiyi təsərrüfat subyektlərində keçirilmiş inventarizasiya zamanı vergi ödəyicisinin sahibliyində olan malların ümumi dəyəri 5.637.716,27 manat (ƏDV-siz) göstərilsə də 405.948,18 (ƏDV-siz) manat dəyərində malların əskik gəlməsi göstərilmişdir. Bu zaman əskik gələn mallar yoxlama dövrünün sonuncu hesabat dövrünə, yəni 2022-ci ilin yanvar ayının ƏDV bəyannaməsinə təqdim edilmiş malların dəyərinə əlavə edilməklə 69.911 manat məbləğində əlavə vergi hesablanmışdır. İnventarizasiyanın təyin edilməsi üçün VMnin 38.5.1, 38.5.2, 38.5.3 və 38.5.4-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 12 iyun tarixli 82N-li qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlaması zamanı vergi orqanları tərəfindən inventarizasiya nın aparılması Qaydalarının 2.2, 2.4 və 2.5-ci bəndlərinə əsasən heç bir hüquqi əsas olmadığı halda SVY zamanı 12 saylı ƏVBİ-nin 25.04.22-ci il tarixli **********156942N-li qərarı ilə inventarizasiya təyin edilmişdir. Nəticədə İddiaçı məxsus təsərrüfat subyektlərində inventarizasiyanın keçirilməsi haqqında qanunsuz və əsassız qərar çıxarılmışdır. Qeyd edilməlidir ki, vergi orqanının tərtib etmiş olduğu malların siyahısında Qaydalarda göstərildiyi kimi mədaxil və məxaric sənədləri və ya maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlara deyil, “barkod” məlumatlarına istinad olunmuşdur. Bir sıra hallarda isə cədvəlin “barkod” sütunu boş saxlanılmaqla, heç bir məlumat göstərilməmişdir. Halbuki, nə Vergi Məcəlləsində, nə də yuxarıda qeyd olunan Qaydalarda “barkod”a istinad olunmaqla inventarizasiyanın aparılması barədə heç bir müddəa nəzərdə tutulmamışdır. Bundan başqa, inventarizasiya siyahıları da Qaydalarda göstərildiyi kimi mürəkkəblə və ya diyircəkli qələmlə aydın və dəqiq yazılmaq əvəzinə elektron qaydada “excel” proqramında işlənilmişdir ki, nəticədə də həmin cədvələ yoxlayıcı tərəfindən sonradan qeyri-məhdud şəkildə dəyişiklik, düzəliş edilməsi imkanı yaranmışdır. Qanunvericilik məhz siyahıya sonrakı düzəlişin qarşısının alınması üçün onun mürəkkəblə və ya diyircəkli qələmlə aydın və dəqiq yazılmalı olduğunu təsbit etmişdir. İndiki halda siyahının qanunvericilikdə göstərilən şəkildə tərtib edilməməsi, onun düzgünlüyünü, siyahıya sonradan hər hansı düzəlişin edilməməsini şübhə altına almış olur. İddiaçı səyyar vergi yoxlaması aktını imzalaması və yoxl ama aktı ilə hesablanmış məbləğin müvafiq qrafiklə ödənilməsinə razılıq verməsi ilə bağlı isə bildirilir ki, əvvəla iddiaçı qeyd olunan akta imza atmağa məcbur edilmişdir. Belə ki, səyyar vergi yoxlamasının nəticəsi olaraq vergi orqanı tərəfindən 06 iyun 2023-cü il tarixli akt tərtib edilmiş və həmin aktda vergi və maliyyə sanksiyaları ilə birlikdə ümumilikdə 11.737.398.5 manat dəyərində vergi kənarlaşması olduğu qeyd olunmuşdur. Həmin məbləğlə bağlı ona vergi orqanı tərəfindən mütəmadi olaraq təzyiqlər göstərilmiş və sonradan, yəni 29 sentyabr 2023-cü il tarixdə tərtib edilmiş səyyar vergi yoxlaması aktında qeyd olunan 1.700.997,17 manat məbləğlə razılaşmadığı halda ona birinci vergi yoxlama aktında göstərilən məbləğdə əlavə vergilərin hesablanacağı ilə təhdid olunmuşdur. Buna görə də o, həmin akta imza atmağa məcbur olmuşdur. Həmçinin nəinki aktın imzalanması, hətta yoxlama aktı ilə hesablanmış verginin ödənilməsi belə vergi ödəyicisini yoxlama aktının nəticələrindən şikayət vermək hüququndan məhrum etmir. Bu baxımdan iddia tələbinin təkzib edilməsi əsası kimi vergi orqanının ödəyicinin aktı imzalaması və hesablanmış verginin ödənilməsi ilə bağlı qrafikə imza etməsinə istinad etməsi əsassız və qanunsuz olmuşdur. Bundan başqa, İddiaçı tərəfindən iddia ərizəsinin xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilməsinə baxmayaraq, ötən müddət ərzində vergi orqanı hesablamanın əsasını təsdiq edən heç bir rəsmi sənədi məhkəməyə təqdim edə bilməmişdir. Bundan sonra, İddiaçı verginin hesablanma əsası kimi səyyar vergi yoxlaması aktında göstərilən əsasları təsdiq edən sənədlərin, yə ni VCİABİ tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus olan mağazalardakı komputerdən götürüldüyü iddia edilən “fləş-kart” elektron faylların və kağız daşıyıcısında götürülmüş materialların, yoxlama aktında 2 dəfə əvəzləşdirməyə verilməsi bildirilən elektron qaimə fakturaların siyahısının (nömrə, tarix və məbləğ göstərilməklə), əvəzləşdirmənin 1-ci dəfə və təkrar (2-ci dəfə) verildiyi hesabat dövrlərinin siyahısı, inventarizasiya siyahılarının təqdim edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Lakin vergi orqanı tərəfindən yuxarıda qeyd olunan və heç bir rəsmi sənədə istinad olunmayan, ümumi şəkildə rəqəmlər göstərilmiş cədvəllər təqdim edilmişdir. İş üçün əhəmiyyət kəsb edən sənədlər - ƏDV əvəzləşdirməsinin təkrar verilməsi ilə bağlı tələb olunan siyahılar, hesabat dövrlə ri barədə məlumatlar isə ümumiyyətlə təqdim olunmamışdır. Vergi orqanı tərəfindən həmin sənədlərin məhkəməyə təqdim edilməməsi bir daha təsdiq edir ki, vergi orqanının əldə etdiyi mənbəyi məlum olmayan fayllar vergi ödəyicisi tərəfindən hazırlanmamışdır və ona aid deyildir. Bundan başqa, X1 04 dekabr 2023-cü il tarixli, 138/1 nömrəli rəyi ilə də vergi orqanının fərdi sahibkar barəsində tərtib etdiyi 29 sentyabr 2023-cü il tarixli, **********155913 nömrəli səyyar vergi yoxlaması aktının, həmçinin mübahisələndirilən qərarın tamamilə qanunsuz və əsassız olduğu müəyyən edilmişdir. Həmin rəy etiraza əlavə olunur. İİİ. Yoxlamanın keçirilməsi müddətinin əsassız uzadılması barədə yuxarıda qeyd olunan qanun pozuntuları ilə yanaşı yoxlamanın qanunla müəyyən edilmiş müddətləri də vergi orqanı tərəf indən pozulmuşdur. Belə ki, səyyar vergi yoxlaması 28 mart 2022-ci ildə başlanılmış, 29 sentyabr 2023-cü ildə başa çatdırılmışdır. Göründüyü kimi yoxlama 18 ay davam etdirilmişdir. Yoxlamanın müddəti hər biri 30 gün olmaqla iki dəfə - xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qərarlarla uzadılmışdır. Yoxlama həmçinin xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023- cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli qərarlarla ümumilikdə 271 gün olmaqla, 17 dəfə dayandırılmışdır. Bundan başqa, Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasının nəticələri üzr ə aktın tərtib olunması üçün 10 gün müddət müəyyən edilmişdir. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə isə səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtib olunma müddəti qanunda göstərilən konkret hallarda və yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən 30 iş günündən çox olmayan müddətə uzadıla bilər. Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtib olunma müddəti 26 aprel 2023-cü il tarixli qərarla 30 gün müddətinə uzadılmış, sonradan əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında 07 avqust 2023-cü il tarixli qərar qəbul edilərək, səyyar vergi yoxlaması əlavə olaraq 60 gün müddətinə də uzadılmışdır.
6. Bundan başqa, hazırda iddiaçının 253 nəfər işçisi var, onun bir aylıq əmək haqqı fondu, məcburi ödənişlər də daxil olmaqla, 138 000 (bir yüz otuz səkkiz mi n) manat təşkil edir. Nəzərə alınmalıdır ki, 253 nəfər işçi, həm də 253 ailə deməkdir. Deməli iddiaçının sahibkarlıq fəaliyyəti nəticəsində 253 ailə öz dolanışığını təmin edir. Bundan başqa, iddiaçı öz fəaliyyətini təmin etmək üçün banklardan külli miqdarda kredit götürmüşdür. Hazırda onun banklara təqribən 1.500.000 manat kredit borcu vardır. İddiaçıya qarşı belə bir qərəzli münasibət göstərilərək qanunsuz vergilərin hesablanması və həmin vergi məbləğinin alınması iddiaçının kredit öhdəliklərinin icra edilməməsinə, fiziki və hüquqi şəxslər qarşısında olan öhdəliklərinin yerinə yetirilməməsinə səbəb olacaq ki, bu da onun sahibkarlıq fəaliyyətinin tamamilə dayandırılmasına gətirib çıxaracaqdır.
7. Gəncə İnzibati Məhkəməsinin e-2-1(114)-4760/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 sentyabr 2023-cü il tarixli, **********176888 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İPM-in 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh iddiaçının “qara mühasibatlıq” sənədləri əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Bu onunla əlaqədardır ki, inzibati qanunvericiliyin tələbi baxımından, vergi orqanının inzibati icraat zamanı işin hallarını obyektiv araşdırmaq vəzifəsi vardır (“İnzibati icraat haqqında” Qanunun 24- cü maddəsi). Çünki inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Gəncə Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-283/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər: A.Bayramov /sədrlik edən və məruzəçi/, A.İsgəndərova və R.Mamedov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətlərinin dəlilləri
13. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh inzibati orqanın səyyar vergi yoxlamasının aparılması ilə bağlı hərəkətlərində hər hansı pozuntu aşkar etməmiş, yoxlamanın vergi qanunvericiliyinin müddəaları əsasında aparılmasını şüurlu surətdə dərk edərək onun nəticələrini qəbul etmişdir.
14. Sonradan müvafiq qərarı mübahisələndirməklə, yuxarıda göstərdiyimiz dəlillərə uyğun olmayan mövqe nümayiş etdirməklə, qanuni müəyyən edilmiş vergi öhdəliyinin icrasından yayınmaq iradəsi göstərmişdir.
15. Hesab edir ki, müvafiq məhkəmə kollegiyası işə baxarkən göstərilən bu dəlilləri ciddi arqument kimi qəbul etməli və işin hüquqi müqəddəratını məhz bu faktlar üzərindən aparmalıdır.
16. İş materialına əlavə olunan istinad etdiyimiz cədvəl məlumatları İddiaçı tərəfindən imzalanmış və vergitutma obyektini təşkil edən müvafiq məlumatların mövcudluğu ifadə edilmişdir.
17. Ümumiyyətlə qara mühasibatlıq sənədləri əsasında vergi öhd əliyinin formalaşması ilə bağlı mövcud məhkəmə praktikası da ona əsaslanır ki, vergi ödəyicisindən götürülən məlumatların ona aid olması, məhz onun dövriyyə məlumatlarını təşkil etməsi sübut edilməlidir. Bu xüsusda qeyd olunur ki, sözügedən dövriyyə məlumatları birbaşa iddiaçının özü tərəfindən şəxsən imzalanmış və iradə ifadəsi aydın şəkildə irəli sürülmüşdür.
18. Həmçinin, vergi orqanı VM-nin 83.2.4-cü maddəsinin tələblərinə istinad edərək iddiaçıdan götürülən məlumatları vergi öhdəliyinin müəyyən edilməsi üçün mənbəyi bəlli məlumat hesab etmişdir.
19. İddiaçıdan götürülmüş müvafiq məlumatların yanlış olması, onun dövriyyəsini əks etdirməməsi ilə əlaqədar vergi orqanına hər hansı məlumat daxil olmamış, ümumiyyətlə bu xüsusda hər hansı müraciəti qeydə alınmamışdır.
20. İddiaçı “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydalarının tələblərinə riayət etməyərək mühasibat uçotunu aparmamışdır.
21. ƏDV üzrə hesablanmanın VM-nin 36.3-cümaddəsinə zidd olması ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi hüquqi mövqe də əsaslı deyil.
22. Belə ki, cavabdeh inzibati orqan VM-nin 36.3-cü maddəsinin tələblərini gözləmiş, əlavə dəyər vergisi ilə əlaqədar yoxlamanı iddiaçının son 3 illik dövrü üzrə həyata keçirmişdir.
23. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya məhkəməsinin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 1.1. Azərbaycan Respublikasın ın Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərar ına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. Vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; Maddə 38.7.4. Səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda - xarici ölkədən cavab alınanadək; 38.7.4-1. Vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması ilə əlaqədar olaraq müvafiq məlumatın və ya sənədlərin əldə edilməsi məqsədilə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində vergi orqanının nümayəndəsinin xarici dövlətin ərazisində vergi yoxlamasında iştirak etməsilə bağlı xarici ölkənin səlahiyyətli orqanına müraciət edildikdə - xarici dövlətdə aparılan yoxlama yekunlaşanadək. 38.7.5. Bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda - məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 54.0.1. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. Maddə 62.1. Hə r bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Maddə
64. Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edil miş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyə n əməliyyatlar üzrə məlumatlar. 25. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə
3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alın madan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
26. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəlləni n 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəməni n inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(104)-283/2024 saylı qərarla yuxarıda göstərilmiş nəticəyə gələrkən be lə hesab etmişdir ki, “vergi orqanı tərəfindən yekun qərar qəbul edilən zaman mötəbər sübutlara deyil, “qara mühasibatlıq” sənədlərinə əsaslanaraq iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən bütün əhəmiyyət daşıyan hallar, habelə vergi ödəyicisi üçün əlverişli hallar araşdırılmamış, aydın olmayan hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməmişdir. Cavabdeh orqan yekun qərarı qəbul edərkən işin həqiqi hallarını hərtərəfli araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Beləliklə, inzibati orqan tərəfindən inzibati icraat işin bütün faktiki hallarını hərtərəfli, ta m və obyektiv araşdırmadan, “İnzibati icraat haqqında” Qanunun və Vergi Məcəlləsinin müddəalarının pozulması ilə aparılmışdır.”
30. Məhkəmə kollegiyası ilk öncə apellyasiya məhkəməsinin hazırkı işdə “qara mühasibatlıq” sənədləri ilə əlaqədar olan mövqeyinə, həmçinin cavabdehin kassasiya şikayətindəki həmin məsələyə dair çox diqqət yetirdiyini nəzərə alaraq, hesab edir ki, sözügedən istiqamətdə tam və hərtərəfli araşdırılma aparılmalıdır.
31. Belə ki, məhkəmə kollegiyası qara mühasibatlıq sənədləri əsasında aparılan hesablamalara münasibətdə kassasiya instansiyasının formalaşmış mövqeyini bir daha ifadə edərək qeyd edir ki, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz mənbələrlə birlikdə qiymətləndirilməlidir. Həmçinin, qara mühasibatlıq sənədləri vergiləri n hesablanması üçün yetərli məlumatları əks etdirməlidir. İlk növbədə həmin sənədlərin barəsində hesablama aparılan şəxsə məxsusluğu sübut olunmalı, bununla yanaşı, məlumatların hansı əməliyyatı əks etdirməsi – alış, satış, borc və sairə, təqdim edilən malın (işin, xidmətin) adı, növü, ölçüsü, miqdarı, əməliyyatın dövrü, pul vəsaitinin daxil olubolmaması müəyyən olmalıdır. Lakin hazırki iş üzrə qeyd olunan tələblərə əməl olunmamışdır və bu mənada həmin sənədlərdəki məlumatlar vergilərin hesablanması üçün yetərli sayıla bilməz. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı qərarın 17-ci bəndində istinad olunan oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış mövqeyinə görə, vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istif adə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir.
32. Bu baxımdan cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Bu onunla əlaqədardır ki, inzibati qanunvericiliyin tələbi baxımından, vergi orqanının inzibati icraat zamanı işin hallarını obyektiv araşdırmaq vəzifəsi vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati o rqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi).
33. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun. Belə ki, cavabdeh əldə etdiyi məlumatların həqiqiliyini araşdırmalı, məlumatlar əsasında alıcıları müəyyən etməli, izahatlar almalı, Vergi Məcəlləsi ilə ona verilmiş səlahiyyət çərçivəsində əlavə araşdırma aparmalı idi (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi).
34. Eyni zamanda Vergi Məcəlləsinin tələblərinə əsasən operativ vergi nəzarəti imkanlarından istifadə etməklə, məsələn xronome traj metodu ilə müşahidə apara, bununla da iddiaçının real dövriyyəsini mötəbər sübutlara istinad etməklə müəyyən edə bilərdi. Lakin, cavabdeh yalnız “qara mühasibatlıq” sənədləri əsasında hesablama aparmışdır.
35. Bundan əlavə, həmin sənədlərdə müəyyən rəqəmlər sadalanmış, həmin rəqəmlərlə riyazi əməliyyatlar aparılmışdır ki, qeyd olunan məlumatlar konkret dövr üzrə real istehsal həcmini müəyyən etməyə imkan vermir. Belə ki, həmin məlumatlardan iddiaçının həqiqətən hər hansı əməliyyat aparmasını və bu əməliyyatın onun tərəf müqabili tərəfindən həqiqətən qəbul edilməsini (məs.: alqı satqı, təhvil təslim, xidmət göstərilməsi və s.) müəyyən etmək qeyri-mümkündür.
36. Beləliklə, cavabdeh inzibati orqan kimi yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənmə məli, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmalı, başqa sözlə, iddiaçının real istehsal dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi. Lakin, cavabdeh inzibati orqan bunu etməyərək, əlavə araşdırma aparmadan, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsinin zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir. 37. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci bəndində qeyd edilmişdir ki, Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdır malar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
38. Göründüyü kimi, yuxarıda qeyd olunan qanunun məzmunundan aydın olur ki, yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə, yəni inventarizasiya da bu cür tədbirlərə şamil edilir.
39. Digər tərəfdən qeyd edilməlidir ki, vergi yoxlaması zamanı inventarizasiya keçirilmiş (işin İ cildinin 99-cu səhifəsi), lakin işin İİ cildinin 178-ci səhifəsində olan 28 noyabr 2023-cü il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamala rın vahid məlumat reyestrindən çıxarışdan görünür ki, həmin inventarizasiya reyestrdə qeydiyyatdan keçməyib.
40. Halbuki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda yazılmışdır ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır (3.1). Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan son ra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz (3.2).
41. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”sinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur (1.5).
42. Həmçinin qeyd edilməlidir ki, işin İ cildinin 29-cu səhifəsindən görünür ki, yoxlayıcılardan biri olan X2 xx.xx.2023-cü il tarixdə tərtib edilmiş səyyar vergi yoxlaması aktında imzası mövcud deyildir.
43. Bütün y uxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 fevral 2024-cü il tarixli, 2-1(104)-283/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir