Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2121/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü, (müddət)) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi -Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “2020-ci ilin dekabr ayında n müddətsiz ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2023-cü il tarixli, 2-1(105)-565/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya ilk dəfə 2006-cı ildə əlillik təyin edilmiş və hər il bir il müddətinə uzadılmışdır. Sonuncu dəfə 2016-cı ildə 5 il müddətinə əlillik təyin edilmişdir.
2. İddiaçıya sonuncu dəfə verilmiş Forma-88 arayışa əsasən, göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq, göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİL MİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 2020-ci ilin dekabr ayından müddətsiz ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 avqust 1997-ci il tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 12 X3 Komissiyasının qərarına əsasən, iddiaçıya sol uşaqlıq borusunun Cr-i, qara ciyərin piy distrofiyası, xroniki pankreatit,15-51 fəqərəarası osreoxandroz, kəskin kökcük ağrılarla, qarının ön divarının cərrahi əməliyyatından sonra iri diaqnozu ilə 2006-cı il tarixdən ikinci dərəcəli əlillik təyin edilmişdir. 2006-cı il tarixdən başlayaraq 14 yanvar 2016-cı il tarixədək fasiləsiz olaraq 10 il müddətinə müayinədən keçərək ona ikinci dərəcəli əlillik təyin edilmişdir. 01 yanvar 2016-cı il tarixdən 02 dekabr 2020-ci il tarixinə kimi ikinci dərəcəli əlillik təyin edilmişdir. 2021-ci ilin yanvar ayından pensiyanın verilməsi dayandırılmışdır. İkinci dəfə müraciət etməsinə baxmayaraq ona əlillik təyin edilməmişdir.
3. Cavabdehin iddia tələbinə yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt rayonlararası onkoloji dispanserin xx.xx.2006-cı il tari xli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C51-C58 - Qadın cinsiyyət orqanlarının bədxassəli yenitörəmələri => C52 - Uşaqlıq yolunun bədxassəli yenitörəməsi; Diaqnozun mətni: Sol borunun Cr-i (cərrahi və 3 kurs PKT dərman müalicəsindən sonrakı vəz.). İİ dər.anemiya. Qabarıq ANS.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2." səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt rayonlararası onkoloji dispanserin xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C51-C58 - Qadın cinsiyyət orqanlarının bədxassəli yenitörəmələri => C52 - Uşaqlıq yolunun bədxassəli yenitörəməsi; Diaqnozun mətni; Sol uşaqlıq borusunun Cr-i. (kombinə olunmuş müal.sonr.vəz.). Qara ciyərin piy distrofiyası. Xr. pankreatit. L5-S1 fəqərəarası osteoxondroz. kəskin kökcük ağrılarla. Qarının ön divarının cərrahi əməliyyatdan sonrakı iri həcmli yırtığı.; Meyar; 2 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 ” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.Elektron təyinatla xx.xx.2016-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C51-C58 - Qadın cinsiyyət orqanlarının bədxassəli yenitörəmələri => C52 - Uşaqlıq yolununbədxassəli yenitörəməsi;Diaqnozun mətni: Sol uşaqlıq borusunun Cr-i. (kombinə olunmuş müal.sonr.vəz.). Qara ciyərin piy distrofiyası. Xr. pankreatit. L5-S1 fəqərəarası osteoxondroz. kəski n kökcük ağrılarla. Qarının ön divarının cərrahi əməliyyatdan sonrakı iri həcmli yırtığı.; Meyar: 2 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.Sumqayıt rayonlararası onkoloji dispanserinin xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Sol uşaqlıq borusunun Cr-i. (kombinə olunmuş müalicədən sonrakı vəziyyəyt) TxNxMO Histerektomiya və 4 kurs PKT sonrakı vəziyyət.Patohistoloji rəy N 405-12/06. L5-S1 fəqərəarası diskin osteoxondrozu uzun sürən kökcük sindromu ilə. Qabarıq asteno nevrotik sindrom. OU Zəif dərəcəli hipermetropiya. Arterial hipertenziya İİ mər..; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: “Hal hazırkı vəziyyətini qiymətləndirmək üçün Milli Onkologiya Mərkəzində ətraflı müayinə olunub, tibbi arayış alması məsləhət görülür" səbəbi ilə imtina verilmişdir. İddiaçıya sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi – “göndərişin natamam doldurulması, hal-hazırkı vəziyyətini qiymətləndirmək üçün Milli Onkologiya Mərkəzində ətraflı müayinə olunub, tibbi arayış alması məsləhət görülür” olmuşdur. İddiaçı Milli Onkologiya Mərkəzində ətraflı müayinə olunub, tibbi arayış aldıqdan sonra xəstəliyi müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər.
4. Sumqayıt İnzibati Məhkəməsinin (hakim V.E.Əzizova) 10 aprel 2023-cü il tarixli, 2-1(118)-1361/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 2020-ci ilin dekabr ayından müddətsiz ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzəri nə qoyulmuşdur.
5. Birinci instansiya məhkəməsinin əsaslandırması: İddiaçıya təyin edilmiş əsas diaqnoz X1 C57.0 qrafasında “qadın cinsiyyət orqanlarının bədxassəli törəməsi” bölməsinə aid edilmişdir. Ona ilk dəfə əlillik 2006-cı ildə təyin edilmiş və hər il bir il müddətinə uzadılmış, sonuncu dəfə 2016-cı ildə əlillik 5 il müddətinə təyin edilmişdir. İddiaçıya sonuncu dəfə verilmiş Forma - 88 arayışa əsasən, göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq, göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçıda yuxarıda qeyd edilən xəstəliklər və ağırlaşmalar olmasına baxmayaraq, cavabdeh tərəfindən formal ə saslarla ona əlilliyin təyin olunmasından imtina edilməsi qanunsuz olmuşdur. Belə ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən həmin halları nəzərə almamış, bununla da, qanunla ona verilmiş diskresion səlahiyyətlərdən düzgün istifadə etməmişdir.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) 20 iyun 2023-cü il tarixli, 2-1(105)-565/2023 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1361/2023 nömrəli qərar ı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzi fəsinə görə yoxlamağa borcludur. İnzibati prosessual normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Həkim Məsləhət Komissiyasının bildirişinin məzmunundan görünür ki, iddiaçı komissiya tərəfindən müayinə olunmuş və bu barədə göndəriş “Tibbi-sosial ekspert komissiyasının göndərişlərin reyestrinə” daxil edilmişdir. Həmçinin, iş materiallarında olan Forma - 88 arayışın məzmunundan görünür ki, iddiaçının müayinə tarixi xx.xx.2020-ci il, imtinanın əsası kimi hal-hazırkı vəziy yətin qiymətləndirilməsi üçün Milli Onkologiya Mərkəzində ətraflı müayinə olunub, tibbi arayış alması məsləhət görülməsi qeyd edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İndiki halda isə iddiaçının məhkəməyə müraciət etmək hüququ cavabdehin imtinasını aldığı gündən 30 gün ərzində mövcud olduğu halda, iddiaçı iddia ərizəsi ilə məhkəməyə iki il müddət keçdikdən sonra müraciət etmişdir. Həmçinin qeyd olunmalıdır ki, İPM-in 24.4-cü maddəsin ə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İndiki halda prosessual müddətin ötürülməsi ilə bağlı qeyd olunan istisna halların olması aşkar edilmədiyindən və 1 ildən artıq müddət keçdiyindən, İPM-in 24-cü maddəsində nəzərdə tutulmuş hallarla bağlı hüquqi yardım göstərilməsi də mümkün olmamışdır. Eyni zamanda qeyd olunmalıdır ki, iş materiallarında iddiaçının cavabdeh inzibati orqana 12 oktyabr 2022-ci il tarixdə müraciəti etməsinə dair sənəd olsa da, bununla bağlı iş materiallarında müvafiq tibbi göndəriş və Forma-88 arayışı mövcud olmamışdır. Həmçinin, Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə görə, məhkəmələr ilk növbədə iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən həmin hallar araşdırılmamış, iddia müddətinin ötürülüb-ötürülməməsinə iddianın mümkünlük şərti baxımından hüquqi qiymət verilməmişdir. Nəticə etibarilə, iddianın mümkün sayılmaması üçün əsas olduğu halda, birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxaraq, iş üzrə yanlış nəticəyə gəlmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən, iddianın mümkünlük şərtləri bütün məhkəmə icraatı mərhələlərində yoxlanılmalıdır. İddia tələbi yalnız mümkünlük şərtlərinə cavab verdiyi halda, onun əsaslılığının yoxlanılması yolveriləndir. Qeyd olunan halla ra əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbi məcburetmə iddia növü olmaqla, iddia müddəti ötürüldüyündən, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən iddia mümkün sayılmamalıdır. Həmçinin, iddiaçıya izah olunmalıdır ki, iddiaçının yenidən həmin hallarla bağlı cavabdeh inzibati orqana müraciət etmək, habelə cavabdeh inzibati orqan imtina etdiyi və bununla hüquqlarının pozulduğunu ehtimal etdiyi halda, yenidən iddia tələbi ilə inzibati məhkəmə icraatı qaydasında prosessual müddətlərə əməl etməklə məhkəməyə müraciət etmək hüququ vardır.
9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndəriləsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QAR Şİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
10. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, müddət axımı inzibati aktın təqdim və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan başlayır. Belə olan halda, iddiaçının mübahisələndirilən inzibati aktdan nə vaxt məlumatlı olması anını dəqiq müəyyən etmək lazımdır ki, 30 günlük müddətin ötürülüb-ötürülmədiyinə qiymət vermək mümkün olsun. Apellyasiya instansiyası məhkəməsi iddiaçının nə vaxtdan məlumatlı olmasını müəyyən etmədən iddianı mümkünsüz saymışdır. Göndərişin natamam doldurulması səbəbindən müraciətdən imtinanın cavabdeh inzbati orqan tərəfindən iddiaçıya təqdim edilməsi ilə bağlı iş materiallarında sübut yoxdur. Bundan başqa, onun müddətsiz əlillik təyini ilə bağlı müraciətinə cavabdeh tərəfindən cavab verilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya mü vafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə təl əb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir.
16. İlk öncə məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçının hazırki tələbi məcburetmə haqqında iddia növünə aiddir. Belə ki, əlilliyə görə pensiya təyin edilərkən cavabdeh inzibati orqan tərəfindən inzibati akt, yəni qərar qəbul ediləcəkdir.
17. Məhk əmə kollegiyası iddia müddətinin ötürülməsi əsası ilə iddianın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəsini əsaslı hesab etmir. Belə ki, hazırki qərarın 12-ci bəndində sadalanan qanunvericiliyin tələbi baxımından, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
18. Hazırki işin materialları ilə müəyyən olunur ki, iddiaçı növbəti qiymətləndirmə üçün xx.xx.2020-ci il tarixdə müayinə olunmuş, göndərişin natamam doldurulması (səbəb hazırki vəziyyətini qiymətləndirmək üçün Milli Onkologiya Mərkəzində ətraflı müayinə olunub, tibbi arayış alması məsləhət görülür) səbəbi ilə əlilliyin yeni dən təyin olunmasından imtina edilmişdir.
19. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan arayışda iddiaçının xx.xx.2020-ci il tarixdə müayinə olunduğu bildirilsə də, həmin sənədin rəsmi qaydada iddiaçıya hansı tarixdə təqdim edilməsi ilə bağlı iş materiallarında sübut yoxdur. İddiaçı isə belə nəticədən məlumatlı olmadığını və ona müddətsiz ikinci dərəcəli əlillik təyin edildiyini gözlədiyini bildirmişdir.
20. Bundan başqa, iddiaçı ona müddətsiz ikinci dərəcəli əlillik təyin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ərizələrlə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu müraciəti xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana rəsmi qaydada çatdırılmasına baxmayaraq, cavabdeh hərəkətsizlik göstərərək iddiaçının müraciətinə münasibət bildirmə miş, bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir.
21. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi arayışın iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim edilməsi ilə bağlı iş materiallarında sübut olmadığından, iddiaçı rəsmi qaydada cavabdeh inzibati orqana ərizə ilə müraciət etdiyindən, lakin cavabdeh hərəkətsizlik göstərdiyindən və iddiaçı müddət ötürmədən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia mümkün iddiadır və apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaya mahiyyəti üzrə baxılaraq müvafiq qərar qəbul edilməlidir.
22. Beləliklə, iddiaçının kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 0 iyun 2023-cü il tarixli, 21(105)-565/2023 nömrəli qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2023-cü il tarixli, 2-1(105)-565/2023 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.