Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2122/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyini, iş stajının əmək kitabçasında qeyd olunması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına (bundan sonra mətndə cavabdeh) qarşı “iddiaçının16.05.1994-cü il tarixdən 25.10.1998-ci il tarixə kimi X2 zavodunda işləməsinin əmək pensiyasına çıxmaq üçün ümumi sosial sığorta stajına daxil olunması və pensiya hüququnun yarandığı vaxtdan ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-277/2021 saylı, 5 avqust 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.xxx-ci il tarixdə anadan olmuşdur.
2. X9 filialının 18.0 5.2020-ci il tarixli, 23 nömrəli arxiv arayışında qeyd edilir ki, zavodun əmək haqqı cədvəlləri və şəxsi hesab kitabları Filiala təhvil verilməmişdir.
3. İddiaçı 02.11.1974-cü ildən 11.11.1976-cı ilədək Sovet ordusunda hərbi xidmətdə olmuşdur. Əmək kitabçasına əsasən 16.05.1994-cü il tarixdən 25.10.1998-ci il tarixədək X2 zavodunda sex rəisi vəzifəsində işləmişdir.
4. İsmayıllı Rayon Dövlət Arxivinin 08.06.2020-ci il tarixli, 66 nömrəli məktubundan müəyyən edilir ki, zavodun əmək haqqı üzrə hesablaşma kitab və cədvəlləri arxiv fonduna təhvil verilməmişdir.
5. İddiaçı yaşa görə əmək pensiyası təyin olunması ilə əlaqədar 08.06.2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir.
6. Cavabdehin iddiaçıya ünvanladığı 17 iyun 2020-ci il tarixli məktubla ona pensiya təyin olunmasının mümkün olmadığını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı 3 iyul 2020-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 16.05.1994-cü il tarixdən 25.10.1998-ci il tarixə kimi X2 zavodunda işləməsinin əmək pensiyasına çıxmaq üçün ümumi sosial sığorta stajına daxil olunması və pensiya hüququnun yarandığı vaxtdan ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.xxx-ci il tarixdə anadan olmuşdur, İsmayıllı rayonu, Quşencə kəndində yerləşmiş “İnqilab” adına sovxozda 08.05.1974-cü il tarixdən 26.10.1974-cü il tarixinə kimi traktorçu işləmişd ir. 02.11.1974-cü il tarixdən 11.11.1976-cı il tarixə kimi Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 10.01.1977-ci il tarixdən 09.04.1980-cı il tarixə kimi Quşencə kəndində yerləşmiş “İnqilab” adına sovxozda müxtəlif işlərdə işləmişdir. Həmin tarixli əmrlə İsmayıllı rayon avtonəqliyyat təsərrüfatına traktorçu vəzifəsinə keçirilmişdir. 23 mart 1982-ci il tarixdə İsmayıllı rayon avtonəqliyyat təsərrüfatında öz ərizəsi ilə işdən azad olunaraq yenidən, 05.04.1982-ci il tarixdən Quşencə kəndində yerləşmiş “İnqilab” adına sovxozda işə düzəlmişdir. 11.12.1990-cı il tarixdə “İnqilab” adına sovxozdan işdən azad olunaraq 05.01.1991-ci il tarixdə X2 zavoduna işə düzəlmişdir. Həmin müəssisədə 25.10.1998-ci il tarixinə kimi müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı 01.06.2001-ci il tarixdən 01.05.2002- ci il tarixinə kimi 10 saylı Yol-İstismar İdarəsində traktorçu işləmişdir. İddiaçı 04.11.2004-ci il tarixdən 01.02.2006-cı il tarixə kimi yenidən 10 saylı Yol-İstismar İdarəsində sürücü işləmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, ona pensiya təyin edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir.
9. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə əmək pensiyası təyin olunması ilə əlaqədar 08.06.2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Əmək kitabçasındakı “16.05.1994-cü il tarixdən 25.10.1998-ci il tarixə kimi X2 zavodundakı iş stajının yoxlanılması zərurəti yaranmışdır. 16.05.1994-cü il tarixdən 25.10.1998-ci il tarixə kimi X2 zavodunun arxiv sənədləri rayon Dövlət Arxivinə təhvil ver ilmədiyi və harada olması barədə hər hansı məlumat olmadığı üçün həmin dövrün iş stajını yoxlamaq mümkün olmamışdır. İddiaçının əmək kitabçasındakı 16.05.1994-cü il tarixdən 25.10.1998-ci il tarixə kimi X2 zavodunda işləməsinə dair qeydlərin saxtalaşdırıldığına dair əsaslı şübhələr olduğu üçün pensiya təyin edən komissiya həmin dövrlərin ümumi sığorta stajının tərkibinə daxil edilməsini mümkün hesab etməmiş və pensiya təyin edən komissiyanın 11.06.2019cu il tarixli qərarı ilə 25 il ümumi iş stajı olmadığı üçün İddiaçı yaşa görə pensiya təyin olunmasından imtina edilmişdir. İddiaçının adına olan əmək kitabçasında onun 16.05.1994-cü il tarixdən 25.10.1998-ci il tarixə kimi X2 zavodunda işləməsinə dair qeydlərin eyni qələm və eyni xətlə yazılması sübut edir ki, həmin qeydlər 25.10.1998-ci il tarixdən sonrakı dövrdə yazılmışdır. 10. 10 saylı Ərazi Vergilər İdarəsinin 07.12.2020-ci il tarixli, **********605700 nömrəli məktubunda qeyd edilmişdir ki, məktubda adı qeyd olunan hüquqi şəxs X2 Zavodu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 17.08.1994-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.
11. Əmlak Məsələləri Dövlət Xidmətinin 15.12.2020-ci i l tarixli məktubunda qeyd edilir ki, İsmayıllı rayonu, Quşencə kəndi ünvanında yerləşən X2 Zavodu 2003-cü ildə özəlləşdirilmişdir. Müəssisənin rəhbəri 1992ci ilə qədər X11, 1992-2003-cü illərdə isə X3 olmuşdur. Müəssisə 1998-ci ilə qədər meyvə şirələri istehsalı sahəsində fəaliyyət göstərmişdir, hal-hazırda fəaliyyəti yoxdur və adı dəyişdirilməmişdir.
12. Birinci instansiya məhkəməsinin 11.11.2020-ci il tarixində keçirilən icl asında X3 şahid kimi verdiyi ifadəsində iddiaçını 1994-cü ildə sex rəisi kimi işə götürdüyünü, 1998-ci ildə işdən azad etdiyini, əmr kitablarının özündə olmadığını, əmək kitabçasını kadrlar üzrə mütəxəssisin doldurduğunu, özünün isə yalnız imza çəkib möhürlədiyini bildirmişdir.
13. Şəki İnzibati Məhkəməsinin (hakim X4, 2-1(116)-141/2021 saylı iş) 25 fevral 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının 16.05.1994-cü il tarixdən 25.10.1998-ci il tarixə kimi X2 zavodunda işləməsinin əmək pensiyasına çıxmaq üçün ümumi sosial sığorta stajına daxil olunması və pensiya hüququnun yarandığı vaxtdan – 17.05.2020-ci il tarixindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
14. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdehin “X2 zav odunun arxiv sənədlərinin rayon Dövlət Arxivinə təhvil verilməməsi və harada olması barədə hər hansı məlumat olmaması üçün həmin dövrün iş stajını yoxlamağın mümkün olmaması” dəlili əsassızdır. Müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi iddiaçının təqsiri olmadığından ona münasibətdə hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz.
15. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul etməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
16. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X1-məruzəsi, X6 və X7, 2-1(107)-277/2021 saylı iş) 5 avqust 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 25 fevral 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
17. Cavabdeh 22 sentyabr 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
18. Qanunvericiliyə uyğun olaraq cavabdeh tərəfindən iddiaçının 16.05.1994-cü il tarixdən 25.10.1998-ci il tarixədək X2 zavodunda işlədiyi illər üzrə qarşılıqlı yoxlama apararkən müəyyən edilmişdir ki, şəxsin həmin müəssisədə işləməsinə dair əsaslı şübhələr var.
19. Əmək kitabçasında həmin illərə dair qeydlərə baxılarkən görünür ki, onlar yeni tarixlə yazılmışdır. Əmək kitabçasının neçənci ildə doldurulmasına dair şübhələr olduğu və eksper tiza təyin edilməli olduğu halda, bu məsələyə toxunmayaraq və hüquq normalarını pozaraq qərar qəbul etmişdir.
20. Sözügedən dövrün düzgünlüyünü qarşılıqlı yoxlamaq mümkün deyildir.
21. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011 -ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 4.2.7-ci bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanması həyata keçirilir.
22. Şikayətin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 7-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kasasiya şikayətinə qar şı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 24. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 25. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konser nlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. 27. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağan dır.
28. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qər arı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, k asasiya baxışının hədləri
29. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkə məsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının əmək kitabçasında qeyd edilən 16 may 1994-cü ildən 25 oktyabr 1998-ci ilə qədər X2 Zavodunda işlədiyi dövrün müəssisənin hazırda fəaliyyət göstərməməsi və sənədlərin rayon arxivində saxlanılmaması səbəbi ilə həmin dövrü iddiaçının sığorta stajına daxil etməmiş, nəticədə cavabdehin mövqeyinə görə iddiaçının 25 ildən az olmayan stajı yaranmadığından ona pensiya təyin etməkdən imtina olunmuşdur.
33. İddiaçı 16.05.1994-cü il tarixdən 25.10.1998-ci il tarixə kimi X2 zavodunda işləməsinin əmək pensiyasına çıxmaq üçün ümumi sosial sığorta stajına daxil olunması və pensiya hüququnun yarandığı vaxtdan ona əmək pensiyasının təyi n edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddia ilə məhkəməyə müraciət etmiş və yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir.
34. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçının 16.05.1994-cü il tarixdən 25.10.1998-ci il tarixə kimi X2 zavodunda işləməsinə dair əsaslı şübhələr yaranmış, həmin dövrün qarşılıqlı yoxlanması mümkün olmamışdır.
35. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
36. İddiaçı 02.11.1974-cü ildən 11.11.1976-cı ilədək Sovet ordusunda hərbi xidmətdə olmuşdur.
37. İddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, o, 16.05.1994-cü il tarixdən 25.10.1998-ci il tarixədək X2 zavodunda sex rəisi vəzifəsində işləmişdir. 38. 10 saylı Ərazi Vergilər İdarəsinin 07.12.2020-ci il tarixli məktubunda X2 Zavodunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 17.08.1994-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilmişdir.
39. Əmlak Məsələləri Dövlət Xidmətinin 15.12.2020-ci i l tarixli məktubunda qeyd edilmişdir ki, İsmayıllı rayonu, Quşencə kəndi ünvanında yerləşən X2 Zavodunun 2003-cü ildə özəlləşdirilmişdir. Müəssisənin rəhbəri 1992-ci ilə qədər X11, 1992-2003-cü illərdə isə X3 olmuşdur. Müəssisə 1998-ci ilə qədər meyvə şirələri istehsalı sahəsində fəaliyyət göstərmişdir, hal-hazırda fəaliyyəti yoxdur və adı dəyişdirilməmişdir. 40. 1994-1998-ci illərdə X2 Zavodunun fəaliyyət göstərməsi adı çəkilən sənədlərlə təsdiq olunur.
41. İddiaçının da həmin müəssisədə işləməsi barəsində olan əmək kitabçasındakı məlumatlarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, bu məlumatlardan həm əvvəl, həm də sonra iddiaçının başqa iş yerlərində olan fəaliyyəti qeyd edilmişdir və cavabdehin mübahisə açdığı dövrdə iddiaçının iş fəaliyyətinin olmamasına dair mötəbər dəlili olmamışdır.
42. İddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin tələblərinə görə əmək kitabçası iş stajını təsdiq edən sənəddir.
43. Odur ki, iddiaçının X2 Zavodunda 1994-1998-ci illərdə işlədiyi müddəti onun iş stajına daxil etməklə məhkəmə haqlı olmuşdur.
44. Bu dövr də nəzərə alınmaqla iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranan zaman 25 ildən az olmayan stajı olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
45. Odur ki, kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-277/2021 saylı, 5 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.