Məhkəmə qərarları › İş №2-1(102)-2123/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2123/2023

24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2123/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı şirkətinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkün sayılmaması; tərəf olmayan şəxs) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Şirkətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 sayl ı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Şirkətə məxsus kontrakt sahəsinin və eləcə də 2 saylı Mədənin 1-ci sahəsinin ərazisinin hüdudları daxilində X1 mülkiyyətinə torpaq sahəsinin ayrılması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “torpaq sahəsinin planı və ölçüsü” sənədinin və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-486/2023 nömrəli, 30 may 2023-cü il tarixli qərardadından Azərbaycan Respublikasının D övlət Neft Şirkəti (SOCAR) tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Şirkəti cavabdeh Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Abşeron rayonu, Mehdiabad qəsəbəsində, Şirkətə məxsus kontrakt sahəsinin və eləcə də 2 saylı mədənin 1-ci sahəsinin ərazisinin hüdudları daxilində X1 mülkiyyətinə torpaq sahəsinin ayrılması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “torpaq sahəsinin planı və ölçüsü” sənədinin və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-927/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, çıxarışı ləğv edilməsi tələb olunan daşınmaz əmlaklar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sahibliyində və digər üçüncü şəxslərin mülkiyyətində olduğundan, icarə əsasında xidmət göstərən İddiaçı şirkətinin subyektiv hüququnun olmaması səbəbindən iddia mümkün sayılmamışdır.

4. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasın ı xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-486/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış, apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir.

6. Apellyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 81-ci maddəsinə istinadən qeyd etmişdir ki, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdir. Hazırki halda apellyasiya şikayəti verən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) iş üzrə tərəf (iddiaçı və ya cavabdeh) və ya məhkəmə icraatının dig ər iştirakçısı qismində çıxış etməmişdir. Apellyasiya şikayətinin müvafiq dəlilləri baxımından məhkəmə kollegiyası onun üçüncü şəxs qismində cəlb edilməsini məqsədəmüvafiq hesab etməmişdir.

7. Dövlət Neft Şirkəti (SOCAR) kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

8. Kassasiya şikayətində göstərilmişdir ki, İddiaçı Şirkəti iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərkən, iddia ərizəsində üçüncü şəxs qismində X2 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətini qeyd etmişdir. Məhkəmə tərəfindən N.V.Bayramova və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məhkəmə iclaslarının vaxtı və yeri barədə bildirişlər göndərilmişdir. İnzibati Prosessual Məcəllənin tələblərinə görə, Sumqayıt İnzibati Məhkəməsi iddia ərizəsində üçüncü şəxs qismində N.V.Bayramovanın və Dövlət Neft Şirkətinin adlarının qeyd olunmasına baxmayaraq, həmin şəxsləri məhkəmənin müvafiq sərəncamı ilə üçüncü şəxs qismində işə cəlb etməli olduğu halda, bunu etməmiş, nəticədə maraqlı şəxs kimi Dövlət Neft Şirkətinin məhkəməyə çatımlılıq hüququ pozulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən Dövlət Neft Şirkəti üçüncü şəxs kimi işə cəlb edilmədiyi üçün, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini qeyri-mümkün hesab etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

10. Az ərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

81. Apellyasiya şikayəti vermək hüququ Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyası tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasi ya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

11. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir.

12. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəy işdirilməsi üçün əsas müəyyən olunmamışdır.

14. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

15. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apelyasi ya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” xx.xx.2022-ci il tarixli qərardadına əsasən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılmasını təmin etmiş, eləcə də həmin qərardadda ifadə olunmuş hüquqi mövqeyə və formalaşmış məhkəmə təcrübəsinə uyğun qərar qəbul etmişdir.

16. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” xx.xx.2022-ci il tarixli qərardadına əsasən, iddia ərizəsində üçü ncü şəxslərin göstərilməsinə İPM-in 46.2.3-cü maddəsinə uyğun olaraq həmin şəxslərin üçüncü şəxs qismində icraata cəlb edilməli olduğuna dair iddiaçının vəsatəti kimi yanaşılmalıdır. Son nəticədə, istər iddia ərizəsi tərtib edilərkən iddiaçının özü tərəfindən üçüncü şəxs kimi göstərilməsindən, istərsə də, ayrıca vəsatət kimi verilməsindən asılı olmayaraq, məhkəmə, hər bir halda, üçüncü şəxs qismində cəlbetmə məsələsini İPM-in 28-ci və 50.0.6-cı maddələrinə uyğun olaraq bu barədə ayrıca akt formasında qərardad çıxarmaqla həll etməlidir. Çünki, qeyd edilən normalara əsasən sırf iddia ərizəsində göstərildiyinə və ya bu barədə müvafiq vəsatət verildiyinə görə yox, yalnız məhkəmə tərəfindən çıxarılmış cəlbetmə barədə pozitiv qərardaddan sonra həmin şəxs üçüncü şəxs qismində proses iştirakçısı s tatusu qazınmış olur.

17. Göründüyü kimi, məhkəmə qərarının şəxsin qanunla qorunan maraqlarına toxunacağı hallarda, həmin şəxs məhkəmənin təşəbbüsü ilə adi və ya zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməlidir.

18. Bununla yanaşı, bu qərarın 10-cu bəndində istinad olunan normaya əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyası tərəfindən baxılır.

19. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayə t vermək hüququna malikdirlər.

20. İstinad olunan normalara əsasən, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə aktından apellyasiya şikayəti vermək hüququ olan şəxslərin dairəsi məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) şikayət vermək hüququnun olduğunu bildirsə də, həmin normaların tələbləri baxımından məhkəmə aktından yalnız tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər şikayət verə bilər.

21. Hazırkı mübahisəyə münasibətdə apellyasiya şikayəti verən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) hazırki işdə tərəf (iddiaçı və ya cavabdeh) və ya məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs qismində iştirak etməmiş, eləcə də üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməmişdir.

22. Beləliklə, yuxarıda istinad olunan normaların tə ləbləri və işin müəyyən olunmuş halları baxımından apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, kassasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət Neft Şirkətinin kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-486/2023 nömrəli, 30 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar