Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2124/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2124/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X1 ibarət tərkibdə, İddiaçı iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “xxxx 1978-ci il tarixdən xxxx 1979-cu il tarixədək Bakı şəhər 20 nömrəli Texniki Peşə Məktəbində, xxxx 1982-ci il tarixdən x xxx 1985-ci il tarixədək Rusiya Federasiyası Kirsanov Mülki Aviasiya Peşə Məktəbində əyani təhsil aldığı illərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-217/2019 saylı qərarından Cavabdeh və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun xxx 1978-ci il tarixdən xxxx 1979-cu il tarixədək Bakı şəhər 20 nö mrəli Texniki Peşə Məktəbində, xxxx 1982-ci il tarixdən xxxx 1985-ci il tarixədək Rusiya Federasiyası Kirsanov Mülki Aviasiya Peşə Məktəbində əyani təhsil aldığı illərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(84)-274/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə İddiaçı xxxx 1978-ci il tarixdən xxxx 1979-cu il tarixədək Bakı şəhər 20 nömrəli Texniki Peşə Məktəbində, xxxx 1982-ci il tarixdən xxxx 1985-ci il tarixədək Rusiya Federasiyası Kirsanov Mülki Aviasiya Peşə Məktəbində əyani təhsil aldığı illərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmuşdur (hakim – R.Məcidov). Şəki Apellyas iya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 21(107)-217/2019 saylı qərarı ilə (sədrlik edən G.Q,Abbasov, hakimlər R.R.Rəfiyev və M.R.Hüseynov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(84)-274/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-217/2019 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələblərinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, işin bütün halları tam və hərtrəfli araşdırılmamış, şəxsin əyani təhsil almasını müəyyən edən yalnız diplom olduğundan, arxiv sənədlərinə əsasən şəxsin əyani təhsil almasını müəyyən etmək mümkün olmadığından cavabdeh tərəfindən iddiaçının müraciəti haqlı olaraq rədd edilmiş, lakin məhkəmə tərəfindən işə baxılarkən “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin, İPM-nin 11, 12, 13, 15, 90.1, 91, 92, 95-ci maddələrinin tələbləri pozulmuşdur. Tərəflərin izahatları İddiaçı əhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPMnin 67.1-ci maddəsinə əsasənizahatı dinlənilmədi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlillə ri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması ki mi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-217/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xxxx 1978-ci il tarixdən xxxx 1979-cu il tarixədək Bakı şəhər 20 nömrəli Texniki Peşə Məktəbində elektrik qaynaqçısı peşəsi üzrə təhsil almış və onun adına xxxx1979-cu il tarixdə **** nömrəli attestat hazırlanmışdır. Bundan başqa iddiaçı xxxx 1982-ci il tarixdən xxxx 1985-ci il tarixədək Rusiya Federasiyası Kirsanov Texniki Peşə Məktəbində təyyarə və aviamühərrikin texniki istismarı ixtisası üzrə tam kursu bitirmiş və ona Dövlət İxtisas Komissiyasının xxxx 1985-ci il tarixli qərarı ilə texnik-mexanik ixtisası verilərək adına xxxx 1985-ci il tarixli ET seriyalı ***** nömrəli diplom hazırlanmışdır. İddiaçı təhsil aldığı illərin onun sosial sığorta stajına daxil edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xxxx 2018-ci il tarixli ***** nömrəıli məktubla təhsil müddətinin sosial sığorta stajına daxil edilməsinin mümkün olmamasını bildirmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuş, hansı vaxtdan pensiya təyin edilməsindən və pensiya hüququ yaranmasından asılı olmayaraq xxxx 1956-cı il tarixdə qüvvə yə minmiş və xxxx 1992-ci ilədək qüvvədə olmuş “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununun 109-cu maddəsinin i) bəndinə görə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərində təhsil müddəti şəxsin iş stajına daxil edilməlidir, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir, iddiaçının təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir, qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında “təhsil müddətinin əmək stajına daxil edilməməsi” pensiya hüququ yaranmış şəxsə deyil, hazırda təhsil a lan şəxsə şamil edilməlidir, ona görə də “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir, təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yarandığı vaxtla müəyyən edilə bilməz. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. İddiaçının təhsil aldığı vaxt qüvvədə olmuş “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununun (xxxx 1956-cı il tarixdə qüvvəyə minmiş və xxxx 1992-ci ilədək qüvvədə olmuş) 109-cu maddəsinin i) bəndinə görə, ali, orta ixtisas və texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına d axil edilir. xxxx 1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin ğ) bəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. xxxx 2006-cı il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər; - 4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə gö rə əmək pensiyası növləri müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Apellyasiya Məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edildiyindən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən hazırda qüvvədə olan qanunvericiliyi həmin dövrə tətbiq etmək mümkün deyildir, cavabdehin ağırlaşdırıcı hallara istinad edərək əyani təhs il müddətini sosial sığorta stajına daxil etməməsi konstitusion normanın pozulmasıdır. Bundan başqa, iddiaçının əyani təhsil aldığı müddət onun artıq qazanılmış hüququdur. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası “Əmək pensiyaları haqqında” Qanunda “təhsil müddətinin əmək stajına daxil edilməməsi” halının pensiya hüququ yaranmış şəxsə deyil, hazırda təhsil alan şəxslərə şamil edildiyini, Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununun (xxxx 1956-cı il tarixdə qüvvəyə minmiş və xxxx 1992-ci ilədək qüvvədə olmuş) 109-cu maddəsinin i) bəndinə görə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta i xtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edildiyini nəzərə alaraq kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi ilə bağlı dəlillərini əsassız hesab edir. Bundan əlavə, kassator kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçının təhsil aldığı müddəti təsdiq edən yalnız diplom vardır və arxiv sənədləri yoxdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, iddiaçı tərəfindən təqdim edilmiş və iddiaçının təhsil almasına dair sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən kassatorun dəlilləri əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Ş əki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-217/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-217/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2124/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2124/2019
24.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver