Məhkəmə qərarları › İş №2-1(102)-2124/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2124/2020

01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2124/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpağın təyinatının ilkin çıxarışdakı kimi qeyd edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının direktoru X1 və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məs ələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (“xxxx” ASC və Şəki rayon X3 üçüncü şəxs olmaqla) İddiaçı MMC-yə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın dəyişdirilib torpaq sahəsinin kateqoriyası bölməsində müvafiq dəyişiklik edilərək torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) “kənd təsərrüfatı təyinatlı” sözlərinin əvəzinə ilkin çıxarışda olduğu kimi “digər təyinatlı torpaqlar” kimi qeyd olunmaqla yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-197/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Şəki rayonu X2 qərarına əsasən, bələdiyyə mülkiyyətində olan “Digər təyinatlı torpaqlar” kateqoriyasına aid 10 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə qanunla müəyyən edilmiş qaydada İddiaçı MMC-nin mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinə İddiaçı MMC-nin adına, xx.xx.2015-ci il tarixdə, RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Çıxarışda torpaq sahəsinin kateqoriyasının kənd təsərrüfatı təyinatlı olduğu qeyd edilmişdir.

2. İddiaçı cavabdehə müraciət edərək Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən 10 ha torpaq sahəsinə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışda dəyişiklik edilərək torpaq sahəsinin kateqoriyası hissəsində “digər təyinatlı torpaqlar” qeyd olunmas ını xahiş etmişdir.

3. Cavabdeh **********64 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, İddiaçı MMC-yə ərazi idarəsində mövcud olan elektron kadastr məlumat bazasına uyğun olaraq xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın dəyişdirilib torpaq sahəsinin kateqoriyası bölməsində müvafiq dəyişiklik edilərək torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) “kənd təsərrüfatı təyinatlı” sözlərinin əvəzinə ilkin çıxarışda olduğu kimi “digər təyinatlı torpaqlar” kimi qeyd olunmaqla yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki rayonu, X2 müvafiq qərarına əsasən, bələdiyyə mülkiyyətində olan “Digər təyinatlı torpaqlar” kateqoriyasına daxil olan 10 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə qanunla müəyyən edilmiş qaydada İddiaçı MMC-nin mülkiyyətinə verilmiş və torpaq sahəsinə dair hüquqlar RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Qeyd olunan 10 ha ərazidə müasir əkin qaydalarına uyğun olaraq meyvə bağı salınmışdır. Meyvə bağında əkilən meyvə ağacları əmələ gəlmiş, bar vermişdir. Meyvə bağından toplanmış meyvələrin yerləşdirilməsi və emalı üçün ərazidə müəyyən tikintilərin inşa edilməsinə ehtiyac ya ranmışdır. Sənədlər araşdırılarkən məlum olmuşdur ki, X2 mülkiyyətində olmuş və İddiaçı MMC-nin mülkiyyətinə verilmiş torpaq sahəsinə mülkiyyət hüququna dair sənəd - çıxarış verilərkən həmin çıxarışda torpağın kateqoriyası “Digər təyinatlı torpaqlar” kimi qeyd edilmişdir. Lakin torpaq sahəsi İddiaçı MMC-nin mülkiyyətinə verildikdən sonra həmin torpaq sahəsinə cavabdeh tərəfindən hüquqi sənəd (çıxarış) verilərkən heç bir əsas olmadan torpaq sahəsinin kateqoriyası dəyişdirilərək, “Kənd təsərrüfatı təyinatlı torpaqlar” kimi qeyd olunmuşdur. Bu hal ərazidə meyvə bağına xidmət edilməsi və toplanmış meyvənin emalında müəyyən tikintilərin inşa edilməsinə maneçilik yaradır. Bu məqsədlə cavabdehə müraciət edilsə də, cavabdeh müraciətin təmin olunmasından əsassız olaraq imtina etmişdir.

6. Cavabde h iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, xx xxxxxx 2014-cü il tarixli kadastr xəritəsindən çıxarışda və xx xxxxxx 2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin planı və ölçüsünə uyğun olaraq torpaq sahəsinin kateqoriyası digər təyinatlı, məqsədli istifadə növü sahibkarlıq kimi göstərilmişdir. DTXK-nın Şəki rayon Hərrac və Müsabiqə Komissiyasının xx xxxxxx 2015-ci il tarixli 11 saylı hərrac protokolunda torpaq sahəsinin uqodiyası kənd təsərrüfatı göstərildiyindən, sözügedən protokol və Şəki 2 saylı DNK-nın xx xxxx 2015-ci il tarixli, 4Ə-181 saylı alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC-nin adına verilmiş xx xxxx 2015-ci il tarixli, A002045 saylı torpaq sahəsinin planı və ölçüsündə və hüquqların dövl ət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin təyinatı kimi “kənd təsərrüfatı təyinatlı” torpaqlar, məqsədli istifadə növü “sahibkarlıq" göstərilmişdir.

7. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-119/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim: İ.H.Cabbarov) “xxxx” ASC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

8. Üçüncü şəxs “xxxx” ASC iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, halhazırda "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən, İddiaçı MMC-nin mülkiyyətində olan, ümumi sahəsi 10.0 ha kənd təsərrüfatı təyinatlı torpaqların (Reyestr № **********04) “xxxx” ASC-nin xeyrinə tam şəkildə yüklülükdə qalması şərtilə, torpağın təsvirində (təyinatında) dəyişiklik edil məsinə etiraz edilmir.

9. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-119/2020 nömrəli qərarı ilə (hakim: İ.H.Cabbarov) iddia tələbi təmin edilərək, DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə İddiaçı MMC-yə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın dəyişdirilib torpaq sahəsinin kateqoriyası bölməsində müvafiq dəyişiklik edilərək torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) “kənd təsərrüfatı təyinatlı” sözlərinin əvəzinə ilkin çıxarışda olduğu kimi “digər təyinatlı torpaqlar” kimi qeyd olunmaqla yeni çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd olunan torpaq sahəsinə bələdiyyənin mülkiyyət hüququ qeydə alınarkən ləğv edilmiş DTXK tərəfindən verilmiş rəy və torpaq sahəsinin plan-ölçüs ü sənədinə əsasən torpaq sahəsi kənd təsərrüfatına yararsız sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olmuş, bundan sonra iddiaçının mülkiyyət hüququ qeydə alınanda torpaq sahəsi kənd təsərrüfatı təyinatlı, kolluq ərazi olmaqla uqodiyası sair torpaqlara aid edilmişdir. Uqodiyası “sair” olan torpaqlar Torpaq Məcəlləsinin 12-ci maddəsində qeyd olunmamışdır. Belə ki, kənd təsərrüfatı yerlərinə(uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Həmçinin, həmin torpağa dair X2 adına verilən xx.xx.2014-cü il tarixli çıxarışda torpaq sahəsi “digər kateqoriyalı torpaqlar” kimi göstərilmşdir.

11. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək qərarın lə ğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-197/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: V.İ.Məlikov v\ E.Ş.Hüseynov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-119/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri:

15. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının dəqiqliyinə cavabdehdir. 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən, qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanı olduğundan və DTXK-nın Şəki rayon şöbəsinin Hərrac və Müsabiqə Komissiyasının xx xxxxxx 2015-ci il tarixli, 11 saylı hərrac protokolunda torpaq sahəsinin təyinatı kənd təsərrüfatı göstərildiyindən sözügedən protokol və Şəki 2 saylı DNK-nın xx xxxx 2015-ci il tarixli, 4Ə-181 saylı alqısatqı müqaviləsi əsasında İddiaçı MMC-nin adına verilmiş xx xxxx 2015-ci il tarixli, A 002045 saylı torpaq sahəsinin planı və ölçüsündə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin təyinatı qanunvericiliyin tələblərinə uyğun olaraq “kənd təsərrüfatı təyinatlı torpaqlar” kimi göstərilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı işt irakçılarının izahatları:

18. Məhkəmə kollegiyasının iclasında iddiaçının direktoru və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə və üçüncü şəxslərə təqdim edilmiş məhkəmə bildirişində onların nümayəndələrinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9 Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə

12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfat ı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icr a hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir.

5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar. Maddə 22.1 Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Maddə 56.2 Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsər rüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. 21. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. 22. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7.1 Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.2 Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 4.1 Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1.2 Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Maddə 140 Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Maddə 414.2. Hər racın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Maddə 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Maddə 414.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, h ərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 9 4.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mü mkün hesab edilmişdir.

27. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

30. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından verdiyi kassasiya şikayətində göstərmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən, qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanı olduğundan və DTXK-nın Şəki rayon şöbəsinin Hərrac və Müsabiqə Komissiyasının xx xxxxxx 2015-ci il tarixli, 11 saylı hərrac protokolunda torpaq sahəsinin təyinatı kənd təsərrüfatı göstərildiyindən, sözügedən protokol və Şəki 2 saylı DNK-nın xx xxxx 2015-ci il tarixli, 4Ə181 saylı alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC-nin adına verilmiş xx xxxx 2015-ci il tarixli, A 002045 saylı torpaq sahəsinin planı və ölçüsündə, eləcə də daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin təyinatı qanunvericiliyin tələblərinə uyğun olaraq “kənd təsərrüfatı təyinatlı torpaqlar” kimi göstərilmişdir.

31. Kassasiya şikayətinin bu dəlilinə münasibət bildirərə rkən qeyd olunmalıdır ki, iş materiallarında olan xx xxxx 2014-cü il tarixli 583 nömrəli mütəxəssis rəyindən və 584 nömrəli arayışdan görünür ki, şərti yararsız olan sahibkarlıq məqsədi ilə Şəki rayonu X2 mülkiyyətinə aid 10.0 ha torpaq sahəsinin hərrac qaydasında satılması barədə Şəki rayonu X3 xx.xx.2014-cü il tarixdə qərar qəbul etmiş, həmçinin tərtib edilmiş torpaqayırma sənədləri mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığından torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanması məqsədəmüvafiq hesab edilmişdir.

32. Şəki rayonu X2 adına verilmiş xx.xx.2014-cü il tarixli çıxarışda sözügedən 10.0 ha torpaq sahəsinin təyinatı ”digər kateqoriyalı torpaqlar” kimi göstərilmişdir.

33. X3 mülkiyyətində olan həmin torpaq sahəsini xx.xx.2015-ci il tarixdə hərrac vasitəsi ilə İddiaçı M MC-yə satmış, sonuncuya verilən A seriyalı 002045 nömrəli xx.xx.2015-ci il tarixli çıxarışda isə həmin torpaq sahəsi “kənd təsərrüfatı təyinatlı torpaqlar” kimi qeyd olunmuşdur.

34. Eyni zamanda, xx.xx.2020-ci il tarixli, ŞM-025 mütəxəssis rəyində iddiaçının adına hazırlanmış çıxarışda qeyd olunmuş 10 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı, kolluq ərazi olmaqla uqodiyası sair torpaqlara aid olduğu, məhkəmə predmeti olan torpaq sahəsi üzərində bələdiyyənin hüquqları qeydə alındığı zaman ləğv edilmiş DTXK tərəfindən verilmiş rəy və torpaq sahəsinin plan və ölçü sənədinə əsasən torpaq sahəsinin kənd təsərrüfatına yararsız sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olması göstərilmişdir.

35. Həmin rəydə qeyd edilən halların aydınlaşdırılması üçün Azərbayc an Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC Şəki Layihə Tədqiqat İdarəsinin rəisi İlkin Süleymanov və mühəndisi İlkin Salamov apelyasiya instansiyası məhkəməsinə dəvət edilmişlər. Məhkəmə iclas protokolundan görünür ki, mühəndis İlkin Salamov izahatında bildirmişdir ki, İddiaçı MMC-nin adına hazırlanmış xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunmuş 10.0 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı, kolluq ərazi olmaqla uqodiyası sair torpaqlara aiddir. Həmçinin, mütəxəssis bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis qarşısında həmin torpaq sahəsinin kateqoriyası (uqodiyası), təyinatı bar ədə sual qoyulmadığından mübahisəli torpaq sahəsinin hansı torpaq kateqoriyasına aid olması barədə araşdırma aparılmamışdır. Lakin sözügedən torpaq sahəsi üzərində bələdiyyənin hüquqları qeydə alındığı zaman ləğv edilmiş DT və XK tərəfindən verilmiş rəy və torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən, həmin torpaq sahəsinin kənd təsərrüfatına yararsız sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olması müəyyən edilir.

36. Bununla yanaşı, apelyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında 3-cü şəxs Şəki rayon X2 sədri izahatında bildirmişdir ki, göstərilən mübahisəli torpaq sahəsi özəlləşdirilən və müsabiqə vasitəsi ilə alqı-satqı həyata keçirilən zaman digər təyinatlı torpaq sahəsinə aid edilmişdir.

37. Şəki rayon X3 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışda Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən hazırlanmış RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarışda və daşınmaz əmlakın kadastr xəritəsində torpaq sahəsinin kateqoriyasının “digər təyinatlı torpaqlar”, istifadə növünün isə “sahibkarlıq” kimi qeydiyyata alındığı göstərilmişdir.

38. Cavabdeh tərəfindən iddia ərizəsinə münasibət bildirilməsi barədə xx xxxxxxx 2019-cu il tarixli məktubda da qeyd edilmişdir ki, xx xxxxxx 2014-cü il tarixli kadastr xəritəsindən çıxarışda və xx xxxxxx 2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışda torpaq sahəsinin planı və ölçüsünə uyğun olaraq torpaq sahəsinin kateqoriyası “digər təyinatlı”, məqsədli istifadə növü “sahibkarlıq” kimi göstərilmişdir.

39. Cavabdehin etirazlarının və kassasiya şi kayətinin dəlili ondan ibarət olmuşdur ki, DTXK-nın Şəki rayon şöbəsinin Hərrac və Müsabiqə Komissiyasının xx xxxxxx 2015-ci il tarixli, 11 saylı hərrac protokolunda torpaq sahəsinin təyinatı kənd təsərrüfatı göstərildiyindən, sözügedən protokol və Şəki 2 saylı DNK-nın xx xxxx 2015-ci il tarixli, 4Ə181 saylı alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC-nin adına verilmiş xx xxxx 2015-ci il tarixli, A 002045 saylı torpaq sahəsinin planı və ölçüsündə, eləcə də daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin təyinatı qanunvericiliyin tələblərinə uyğun olaraq “kənd təsərrüfatı təyinatlı torpaqlar” kimi göstərilmişdir.

40. Kassasiya şikayətində qeyd edilən bu dəlillə razılaşmayan məhkəmə kollegiyası bildirir ki, torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilərkən ona aid kadast xəritə sində və çıxarışda torpağın təyinatı “digər təyinatlı torpaq” kimi göstərildiyindən DTXK-nın Şəki rayon Hərrac və Müsabiqə Komissiyası xx xxxxxx 2015-ci il tarixli, 11 saylı hərrac protokolunda torpağın təyinatını onun ilkin təyinatından fərqli qaydada müəyyənləşdirə bilməzdi.

41. DTXK-nin Şəki rayon Hərrac və Müsabiqə Komissiyasının fəaliyyəti yalnız alqısatqı prosesini həyata keçirməkdən ibarət olmuşdur. Müsabiqə protokolunda torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı qeyd edilməsi isə torpağın hüququ statusuna münasibətdə hüquqmüəyyənedici akt deyildir. Müsabiqə protokolu sadəcə hərracın nəticəsini özündə əks etdirən sənəddir. Belə ki, Daşınmaz Əmlakın Dövlət reyestrı tərəfindən hazırlanmış RX seriyalı ******* nömrəli və xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarışda və daşınmaz əmlakın kadastr xəritəsində torpağın kateqoriyası “digər təyinatlı torpaqlar”, istifadə növü isə “sahibkarlıq” kimi qeydiyyata alındığından, bu qeydiyyat ləğv edilmədən torpağın statusuna münasibətdə onun məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin verdiyi kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-197/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar