Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2124/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi; müddətin bərpasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 17 saylı regional ərazi filialı) qarşı “pensiyanın ye nidən hesablanması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-173/2019 nömrəli, 2019-cu il 19 iyun tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
1. İddiaçı 2018-ci il 6 fevral tarixdə Şəki İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya, 2006-cı il 1 yanvar tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə və 2010-cu il 1 yanvar tarixə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə əsasən və 1976-1988-ci illərdə Ermənistanda Mədənçıxarma sahəsində işlədiyini nəzərə alaraq Dövlət Statistika Komitəsinin təsdiq etdiyi “İqtisadi f əaliyyət növləri Təsnifatı” üzrə mədənçıxarma sənayesinin 2005-ci ilin yekunlarına görə 507,30 manat nominal əmək haqqı ilə təyin olunmuş pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin 2-1(84)-424/2018 saylı, 2018-ci il 27 aprel tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçının 1976-1988-ci illərdə Ermənistanda Mədənçıxarma sahəsində işlədiyi nəzərə alınaraq Dövlət Statistika Komitəsinin təsdiq etdiyi “İqtisadi fəaliyyət növləri üzrə orta aylıq nominal əmək haqqı cədvəli”nə əsasən işçilərin orta aylıq mədənçıxarma sənayesi üzrə 2005-ci ilin yekunlarına görə 507,30 manat olmaqla pensiyanın yenidən hesablanması öhdəliyi qoyulmuşdur.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğ v olunmasını və iddianın təmin olunmamasını xahiş etmişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)295/2018 nömrəli, 2018-ci il 13 iyun tarixli qərarı ilə birinci instansiya məhkəməsinin 2018-ci il 27 aprel tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın təmin olunmamasını xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(102)-1757/18 saylı, 2018-ci il 27 noyabr tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2018-ci il 13 iyun tarixli qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasın ın 2-1(107)173/2019 nömrəli, 2019-cu il 19 iyun tarixli qərarı ilə birinci instansiya məhkəməsinin 2018-ci il 27 aprel tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
8. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
9. İddiaçının və vəkilinin nəzərinə çatdırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 iyun tarixli qərarı iddiaçının Şəki İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış 2019-cu il 27 noyabr tarixli ərizəsinə əsasən 2019-ci il 27 noyabr tarixdə ona təqdim olunmuşdur. Lakin həmin qərardan kassasiya şikayəti 2021-ci il 6 sentyabr tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Az ərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra Apellyasiya Məhkəməsinə təqdim olmuşdur. Prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim edilməsi təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar edilmişdir.
10. İddiaçı məhkəməyə ərizə təqdim edərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 iyun tarixli qərarından üzrlü səbəblərdən vaxtında kassasiya şikayəti verilməmişdir. Belə ki, həmin ərəfədə pandemiya ilə əlaqədar iddiaçının səhhətində yaranan probleml ərlə əlaqədar qanunvericilikdə nəzərdə tutulan müddətdə kassasiya şikayəti verilməmişdir. Həmçinin, iddiaçı məhkəmənin qərarını aldıqdan sonra Konstitusiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmiş və həmin məhkəmədən ona cavab verildikdən sonra aydın olmuşdur ki, kassasiya şikayəti ilə aidıyyətı məhkəməyə müraciət edilməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
11. İPM: Maddə 23.1 Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən ol unmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
13. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.
14. İddiaçı ərizənin əsası kimi qeyd edir ki, pandemiya səbəbi ilə iddiaçının səhhətində yaranan problemlərlə əlaqədar qanunvericilikdə nəzərdə tutulan müddətdə kassasiya şikayəti verilməmişdir.
15. Məhkəmə kollegiyası ərizənin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, yuxarıda qeyd olunduğu kimi mübahisələndirilən məhkəmə qərarı i ddiaçının 2019-cu il 27 noyabr tarixli ərizəsinə əsasən 2019-ci il 27 noyabr tarixdə ona təqdim olunmuş, həmin qərardan şikayət verilmə müddəti 2019-cu il 27 dekabr tarixdə başa çatmışdır. Həmin bir aylıq müddət ərzində iddiaçının istinad etdiyi halın (pandemiyanın) baş verdiyi istisna edilir. Digər tərəfdən, iddiaçının həmin bir aylıq müddət daxilində (prosessual müddət başa çatmamış) başlayan və şikayətin verildiyi günədək davam edən xəstəliyinə dair hər hansı sübut da təqdim olunmamışdır.
16. Qərardan vaxtında şikayət verilməsi imkanını mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı digər hal müəyyən olunmamışdır.
17. Beləliklə, prosessual müddətin buraxılmasında iddiaçı təqsirsiz olmamışdır.
18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Pros essual müddətin bərpasına dair ərizə rədd edilir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)173/2019 nömrəli, 2019-cu il 19 iyun tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.