Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2124/2022 22.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1953-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Döv lət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 avqust 2022-ci il tarixli, 2-1(103)-1511/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. НЗ seriyalı ******* saylı hərbi bileti ilə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2. xx.xx.1970-ci il tarixli, 831 saylı Attestatı ilə müəyyən olunmuşdur ki, iddiaçı təhsil müddəti bir il olan Şəki 43 saylı şəhər texniki peşə məktəbini traktorçu maşinist sənəti üzrə bitirmişdir.
3. BT seriyalı, 052391 saylı Diplomu ilə müəyyən olunmuşdur ki, iddiaçı 1978-ci ildən xx.xx.1981-ci ilədək Şəki kənd təsərrüfatı texnikumunu aqronomluq ixtisası üzrə bitirmişdir.
4. İddiaçıya məxsus 125 saylı Kolxozçunun əmək kitabçası ilə müəyyən olunmuşdur ki, xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1986-cı il tarixdən xx.xx.1998-ci il tarixədək Şəki rayonu Qaradağlı kənd “Azərbaycan” kolxozunda, xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək Şəki “İliçin xatirəsi” bağçılıq müəssisəsində işləmişdir.
5. Azərbaycan Respublika Dövlət X3 xx.xx.2021-ci il tarixli 332 saylı arxiv arayışı ilə müəyyən olunmuşdur ki, iddiaçı Şəki rayonu Qaradağlı kənd “Azərbaycan” kolxozunda işləyərkən qazandığı 1970-ci il üzrə adam günü 14 gün, 1971-ci il üzrə adam günü 8 3 gün, 1972-ci il üzrə adam günü 80 gün, 1974-cü il üzrə adam günü 12 gün, 1975-ci il üzrə adam günü 298 gün, 1976-cı il üzrə adam günü 220 gün, 1977-ci il üzrə adam günü 233 gün, 1978-ci il üzrə adam günü 244 gün, 1979-cu il üzrə adam günü 118 gün, 1985-ci il üzrə adam günü 16 gün, 1986-cı il üzrə adam günü 245 gün, 1987-ci il üzrə adam günü 279 gün, 1988-ci il üzrə adam günü 307 gün, 1989-cu il üzrə adam günü 305 gün, 1990-cı il üzrə adam günü 306 gün, 1991-ci il üzrə adam günü 306 gün, 1992-ci il üzrə adam günü 308 gün, 1993-cü il üzrə adam günü 308 gün, 194-cü il üzrə adam günü 307 gün, 1995-ci il üzrə adam günü 309 gün, 1996-cı il üzrə adam günü 305 gün təşkil etmişdir.
6. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
7. Cavab deh 3 iyul 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, xx.xx.1975-ci il tarixində tərtib olunmuş kolxozçunun əmək kitabçasının surətinə, Dövlət X3 xx.xx.2021-ci il tarixli №332 saylı arxiv arayışına, H3 seriyalı ******* saylı hərbi biletin, texniki peşə təhsili haqqında 831 saylı attestatın surətinə əsasən iddiaçının sığorta stajı 22 il 8 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, qeyd olunan sığorta stajına uyğun pensiya kapitalı 17268,73 manat olmaqla qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pens iya kapitalı qeydə alınmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
8. İddiaçı 9 avqust 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin üzərinə xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1953-cü il tarixdə Şəki şəhərində anadan olmuş, orta məktəbi bitirdikdən sonra xx.xx.1969-cu il tarixən xx.xx.1970-ci il tarixədək Şəki 43 saylı texniki peşə məktəbində traktorçu maşinist ixtisası üzrə tam kursu bitirmiş, xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Şəki rayonu Qaradağlı kənd “Azərbaycan” kolx ozunda kolxozçu işləmiş, xx.xx.1979-cu il tarixdən Şəki “İliçin xatirəsi” bağçılığında memirator vəzifəsinə təyin edilmiş, xx.xx.1985-ci il tarixdən ərizəsinə əsasən Şəki “İliçin xatirəsi” bağçılığından işdən azad edilmiş, xx.xx.1985-ci il tarixdən xx.xx.1997-ci il tarixədək kolxozda kolxozçu işləmişdir. Bu fakt iddiaçıya məxsus diplomla, hərbi biletlə, əmək kitabçası və arxiv arayışı ilə tam təsdiqini tapır. İddiaçıya məxsus sənədlərdən görünür ki, ümumilikdə iddiaçının 26 ilə yaxın əmək stajı vardır. 2007-ci il tarixdən İİ qrup əlillik təyin edilmiş, 2021-ci il tarixdə əlilliyi kəsildiyindən, xx.xx.2021-ci il tarixdən ona sosial pensiya təyin edilmişdir. Halbuki, həmin vaxtdan iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir.
10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etm işdir. Etirazda göstərilmişdir ki, iş materiallarına əsasən iddiaçının xx.xx.1969-cu il tarixdən xx.xx.1970-ci il tarixədək təhsil aldığı dövr (1 il), xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək işlədiyi dövr (5 il 11 ay 15 gün) sosial sığorta stajına daxil edilmişdir. Şəki rayon Dövlət Arxivi tərəfindən verilmiş 342 nömrəli, xx.xx.2021-ci il tarixli arxiv arayışında göstərilən illərdə "Azərbaycan kolxozu”nda və “Şəki İliçin xatirəsi adına bağçılıq birliyi”ndə müəyyən edilmiş minimum əmək iştirakı normasının kişilər üçün 220 olduğunu nəzərə alaraq iddiaçının arxiv arayışında göstərilən illər əsasında müəyyən olunan sosial sığorta stajı aşağıdakı qaydada hesablanmışdır: 1975-1978-ci illər üzrə 4 il, 1986-1996-cı illər üzrə 11 il, digər illər üzrə isə 9 ay olmaqla ümumilikdə 15 il 9 ay. Həmçinin iddiaçının sığorta stajına uyğun olaraq pensiya kapitalı 17268.73 manat olmaqla qanunvericiliklə tələb olunan 28800 manatdan pensiya kapitalından azdır. Belə olan halda iddiaçının ümumilikdə sığorta stajı 22 il 08 ay təşkil edir. Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır.
11. Bakı İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2-1(112)-1881/2022 nömrəli qərarı (hakim: X6) ilə iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.1969-cu il tarixdən xx.xx.1970-ci il tarixədək təhsil aldığı dövr (1 il), xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək işlədiyi dövr (5 il 11 ay 15 gün), 1970-1979 və 1985-1996-cı illərdə işlədiyi dövr (16 il 2 ay 5 gün) so sial sığorta stajına daxildir ki, ümumilikdə iddiaçının sığorta stajı 23 il 1 ay 20 gün təşkil edir. iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən tələb olunan qanunla müəyyən edilmiş pensiya yaşına çatsa da, tələb olunan pensiya kapitalına malik olmaması, eyni zamanda bu kapital toplanmadığı təqdirdə tələb olunan 25 il sığorta stajına qarşı 23 il 1 ay 20 gün sığorta stajına malik olduğuna görə, yuxarıda qeyd olunan normalara əsasən iddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malik olmadığından iddia təmin oluna bilməz.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının 5 avqust 2022-ci il tarixli, 2-1(103)-1511/2022 nömrəli qərarı (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X1 və X5) ilə Bakı İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının ümumi iş stajını 23 il 1 ay 20 gün müəyyən etsə də iddiaçının xx. xx.1972-ci ildən xx.xx.1974-cü ilədək keçmiş SSRİ-nin ərazisində hərbi xidmətdə olduğu illəri ümumi iş stajına daxil etməmişdir. Həmin müddət iddiaçının ümumi iş stajına daxil edildikdə iddiaçının ümumi iş stajı 25 il 1 ay 20 gün olur. Bundan əlavə, iddiaçı 2004, 2005, 2006, 2007, 2008, 2009 və 2010-cu illərdə VÖEN üzrə sosial sığorta haqqı ödəmişdir, bu ödənişlər onun iş stajına əlavə edilərək ümumi iş stajı hesablananda nəzərə alınmalı idi. b. kassasiya şikayətinə etirazın dəlilləri
18. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapi talı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal bax ımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmadığından qəbul edilən məhkəmə qərarı ləğv olunmalıdır.
24. İddiaçı cavabdehin üzərinə xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulmasını məhkəmədən xahiş etmişdir. 25. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüquq unun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması.
26. Şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1953-cü il təvəllüdlüdür və qanunla müəyyən edilmiş pensiya yaşına çatması işin mübahisələndirilməyən halıdır.
27. Hazırkı mübahisə iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün azı 25 il sığorta stajının mövcudluğu ilə bağlıdır.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş pensiya yaşına çatsa da, tələb olunan pensiya kapitalına malik olmaması, eyni zamanda bu kapital toplanmadığı təqdirdə 25 il sığorta stajına qarşı 23 il 1 ay 20 gün sığorta stajına malik olduğuna görə, yuxarıda qeyd olunan hüquq normasına əsasən iddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malik olmadığından iddia təmin oluna bilməz.
29. İddiaçı kassasiya şikayətində qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi onun ümumi iş stajını 23 il 1 ay 20 gün müəyyən etsə də, xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilədək keçmiş SSRİ-nin ərazisində hərbi xidmətdə olduğu illəri ümumi iş stajına daxil etməmişdir. Həmin müddət ümumi staja daxil edildikdə, ümumi iş stajı 25 il 1 ay 20 gün olur.
30. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyas ı məhkəməsi işin hallarına düzgün qiymət verməmiş, iddiaçının ümumi iş stajını düzgün müəyyən etməmişdir.
31. İşin halları ilə müəyyən olunur ki, iddiaçı təhsil müddəti bir il (xx.xx.1969xx.xx.1970) olan Şəki 43 saylı şəhər texniki peşə məktəbini traktorçu maşinist sənəti üzrə bitirmiş, 1970-ci ildə 14 gün, 1971-ci ildə 83 gün, 1972-ci ildə 80 gün kolxozda işləmiş, xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı həmçinin 1978-ci ildən xx.xx.1981-ci ilədək Şəki kənd təsərrüfatı texnikumunu aqronomluq ixtisası üzrə bitirmişdir, lakin bu dövrdə o həm də əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1986-cı il tarixdən xx.xx.1998-ci il tarixədək Şəki rayonu Qaradağlı kənd “Azərbay can” kolxozunda, xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək Şəki “İliçin xatirəsi” bağçılıq müəssisəsində işləmişdir.
32. Həmçinin Azərbaycan Respublika Dövlət X3 xx.xx.2021-ci il tarixli 332 saylı arxiv arayışı ilə müəyyən olunmuşdur ki, iddiaçı Şəki rayonu Qaradağlı kənd “Azərbaycan” kolxozunda işləyərkən qazandığı 1970-ci il üzrə adam günü 14 gün, 1971-ci il üzrə adam günü 83 gün, 1972-ci il üzrə adam günü 80 gün, 1974-cü il üzrə adam günü 12 gün, 1975-ci il üzrə adam günü 298 gün, 1976-cı il üzrə adam günü 220 gün, 1977-ci il üzrə adam günü 233 gün, 1978-ci il üzrə adam günü 244 gün, 1979-cu il üzrə adam günü 118 gün, 1985-ci il üzrə adam günü 16 gün, 1986-cı il üzrə adam günü 245 gün, 1987-ci il üzrə adam günü 279 gün, 1988-ci il üzrə adam günü 307 gün, 1989-cu il üzrə ada m günü 305 gün, 1990-cı il üzrə adam günü 306 gün, 1991-ci il üzrə adam günü 306 gün, 1992-ci il üzrə adam günü 308 gün, 1993-cü il üzrə adam günü 308 gün, 194-cü il üzrə adam günü 307 gün, 1995-ci il üzrə adam günü 309 gün, 1996-cı il üzrə adam günü 305 gün təşkil etmişdir.
33. Beləliklə, iddiaçının iş stajı aşağıdakı kimi olmuşdur: o xx.xx.1969 – xx.xx.1970-ci il üzrə (texniki peşə məktəbində təhsil aldığı dövr) +1 il o 1970-ci il üzrə - 14 gün kolxoz o 1971-ci il üzrə – 83 gün kolxoz o 1972-ci il üzrə – 80 gün kolxoz o xx.xx.1972 – xx.xx.1974-cı illər üzrə (hərbi xidmət illəri) + 2 il o 1974-cü il üzrə – 12 gün kolxoz o 1975-ci il üzrə – 298 gün kolxoz (norma (220 gün) tam ödənilib) +1 il o 1976-cı il üzrə – 220 gün kolxoz (norma (220 gün) tam ödənilib) +1 il o 1977-ci il üzrə – 233 gün kolxoz (norma (220 gün) tam ödənilib) +1 il o 1978-ci il üzrə – 244 gün kolxoz (norma (220 gün) tam ödənilib) +1 il o 1979-cu il üzrə – 118 gün kolxoz o xx.xx.1979-xx.xx.1985-ci illər üzrə “İliçin xatirəsi” bağçılıqda işlədiyi müddət + 5 il 11 ay 6 gün o 1986-ci il – 245 gün kolxoz (norma (220 gün) tam ödənilib) +1 il o 1987-ci il –279 gün kolxoz (norma (220 gün) tam ödənilib) +1 il o 1988-ci il – 307 gün kolxoz (norma (220 gün) tam ödənilib) +1 il o 1989-cu il – 305 gün kolxoz (norma (220 gün) tam ödənilib) +1 il o 1990-cı il – 306 gün kolxoz (norma (220 gün) tam ödənilib) +1 il o 1991-ci il – 306 gün kolxoz (norma (220 gün) tam ödənilib) +1 il o 1992-ci il – 308 gün kolxoz (norma (220 gün) tam ödənilib) +1 il o 1993-cü il – 308 gün kolxoz (norma (220 gün) tam ödənilib) +1 il o 1994-cü i l – 307 gün kolxoz (norma (220 gün) tam ödənilib) +1 il o 1995-ci il – 309 gün kolxoz (norma (220 gün) tam ödənilib) +1 il o 1996-cı il – 305 gün kolxoz (norma (220 gün) tam ödənilib) +1 il
34. İddiaçının adam günü normasını tam ödəmədiyi illər üzrə iş stajı aşağıdakı kimi olmuşdur: Adam günü normasını toplamadığı illər (1970,1971,1972,1974, 1979) üçün hesablama: 14+83+80+12+118=307 gün; 307*12/220=16.7= + 1 il, 4 ay, 21 gün
35. Beləliklə, hazırkı qərarın 33 və 34-cü bəndlərində göstərilən ümumi iş stajı toplamda yuxarıda qeyd olunan normaların tələbi olan 25 il ümumi iş stajından çox, yəni 25 il 4 ay 2 gün olmuşdur.
36. İddiaçının 1 yanvar 2006-cı il tarixə qədər yuxarıda göstərilən dövrlər nəzərə alınanda, onun 25 ildən çox sosial sığorta stajı mövcud olduğundan qanunvericiliklə müəyyən olunmuş yaş həddinə çatdığına görə pensiya hüququ yaranmış olur.
37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməli, iddiaçıya xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 avqust 2022-ci il tarixli, 2-1(103)-1511/2022 nömrəli qərarı ləğv edilsin. İddi a təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar qətidir.