Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2124/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin Xızı rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hal, müddətin ötürülməsi. ) 05.10.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh DSMF-nin Xızı rayon şöbəsinə qarşı xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistan Respublikası Vardenis rayon “Zod” qızıl mədənində işlədiyi vəzifənin (peşənin) Azərbaycan Respublikası Nazirlər K abinetinin 1993-cü il 21 iyun tarixli 320 N-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahısı”na əsasən güzəştli əmək stajı kimi; xx.xx.1989-cu il tarixdən xx.xx.1977-ci il tarixədək 142 N-li Təmir Tikinti İdarəsində işlədiyi müddətin ümumi iş stajı kimi müəyyən edilməklə sosial sığorta stajına daxil edilərək, 52 yaşdan, yəni 22 aprel 2007-ci il tarixdən güzəştli şərlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistan Respublikası Vardenis rayon “Zod” qızıl mədənində mədənçıxarma sahəsində işlədiyi n əzərə alınaraq orta aylıq əmək haqqının Dövlət Statitstika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq 2005-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq mədənçıxarma sənayesi üzrə 507.3 manat olmaqla pensiyanın hesablanması və hal-hazırki tarixədək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2245/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsinə dair ərizəsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyun 2023-cü il tarixli, 2-1(105)-546/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı q ərarı qəbul etdi. İŞİN HALLARİ
1. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2245/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistan Respublikası Vardenis rayon “Zod” qızıl mədənində işlədiyi vəzifənin (peşənin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 N-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahısı” na əsasən güzəştli əmək stajı kimi; xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək 142 №-li Təmir Tikinti İdarəsində işləd iyi müddətin ümumi iş stajı kimi müəyyən edilməklə sosial sığorta stajına daxil edilərək, 52 yaşdan, yəni 22 aprel 2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistan Respublikası Vardenis rayon “Zod” qızıl mədənində mədənçıxarma sahəsində işlədiyi nəzərə alınaraq, orta aylıq əmək haqqının Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq 2005-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə, işçilərin orta aylıq mədənçıxarma sənayesi üzrə 507,3 manat olmaqla pensiyanın hesablanması və hal-hazırki tarixədək ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yan ında Dövlət Sosial Müdafiə Fondu Xızı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.
2. Həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 21(105)- 374/2017 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
3. Bundan sonra qərar icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xızı rayon şöbəsi məhkəməyə ünvanladığı xx.xx.2017- ci il tarixli 76/2-647 saylı məktubunda qərarın icra edildiyini bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizə ilə məhkəməyə müraciət edərək yeni açılmış hallarla bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2245/2017 saylı xx.xx.2017-ci il tarixli qərarının lə ğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 21(85)-2245/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, iş materiallarında xx.xx.1988-ci il tarixli 78 saylı arayışa görə İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, habelə xx.xx.1979-cu il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistan Respublikası Vardenis rayon “Zod” qızıl mədənində şpurlayıcı (betonçu) peşəsində işləmişdir. Halbuki, "xxxx" ASC tərəfindən Mərkəzi Filialın sorğusuna cavab olaraq ünvanlanmış 01/130 nömrəli xx.xx.2022-ci il tarixli məktubunda vətəndaş İddiaçı Bakı Şin Zavodunda xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Avtokamer sexində 2 dərəcəli ventil əyicisi- doldurucusu, 08.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək təlimatçı sazlayıcı, xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək iqtisadçı, xx.xx.1988ci il tarixdən xx.xx.1988-ci il tarixədək mühəndis proqramist, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarxədək Avtomatik idarəetmə sexində rəis müavini, xx.xx.1990-cı il tarixdən xx.xx.1996- cı il tarixədək sex rəisi vəzifəsində işləmişdir. Bakı Şin zavodu üzrə verilmiş 01 -k saylı xx.xx.2022-ci il tarixli əmrə əsasən Bakı Şin zavodu "xxxx" ASC-yə çevrilmişdir. Göründüyü kimi məhkəmənin qərarında iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1988- ci il tarixədək Ermənistan Respublikası Vardenis rayonu “Zod” qızıl mədənində şpurlayıcı (betonçu) işləməsi müəyyən olunduğu halda, iddiaçının eyni zamanda xx.xx.19 79-cu il taixdən xx.xx.1997-ci il tarixədək Bakı Şin Zavodunda işləməsi faktı "xxxx" ASC tərəfindən verilmiş məktubla təsdiq olunmuşdur. Təbii ki, iddiaçının eyni vaxtd müxtəlif məkanlarda işləməsi qeyri-mümkün olmuşdur. Məhkəmə tərəfindən işə baxılarkən həmin hal məlum olmadığından iddia tələbi təmin edilmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(85)-2245/2017 nömrəli qərardadı (hakim- Vəfa Əzizova) ilə ərizə təmin edilməmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, məhkəməyə ərizə ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən ərizə qanunvericilikdə göstərilən müddətdə baxılması yolveriləndir. Hazırki hald a yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunvericilikdə nəzərə tutulmuş müddət ötürülmüşdür.
8. Cavabdeh qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-546/2023 nömrəli qərardadı (hakimlər: G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov ) ilə apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2-1(85)-2245/2017 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
10. Kollegiya İPM-nin 100-cü, 101-ci, 103.1-ci 103.2-ci və 1 03.3-cü maddələrinə əsaslanaraq birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyun 2023-cü il tarixli, 2-1(105)-546/2023 nömrəli qərardadının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlilləri ərizənin və apellyasiya şikayətinin məzmunu ilə oxşardır. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işi tam araşdırmamış və düzgün əsaslandırma aparmadan qərardad çıxarmış, bununla da prosessual pozuntuya yol vermişdir.Məhkəmə tərəfindən İnzibati Prosessual Məcəllənin 100-cü və 103.1-ci maddələri, düzgün tətbiq edilməmişdir. b) Kassasiya şikayət inə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə. Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-) 96.9. Ali Məhkəmə apellyasiya instansiyası m əhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından biri nin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə
103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə
106. Yeni açıl mış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, cavabdehin şikayəti üzrə kassasiya mümkün hesab edilmişdir.
16. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktlarların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəm əyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər.
18. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı həmçinin tərəfin təqsiri ilə bağlı qanunvericiliyin tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçiyə məlum olmayan, bu səbəbdən onun təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına tə fsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir.
19. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır.
20. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir.
21. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə e dilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. 3 illik müddət keçdikdən sonra icraatın təzələnməsinə dair ərizə yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər.
22. Hazırkı mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 2-1(85)-2245/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(105)374/2017 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.Bundan sonra qərar icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xızı rayon şöbəsi məhkəməyə ünvanladığı xx.xx.2017- ci il tarixli 76/ 2-647 saylı məktubunda qərarın icra edildiyini bildirmişdir.
23. Daha sonra cavabdeh ərizə ilə xx.xx.2023-cü il tarixdə yəni məhkəmə qərarı icra edildiyi gündən 5 ildən artıq vaxt keçəndən sonra məhkəməyə müraciət edərək yeni açılmış hallarla bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2245/2017 saylı xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
24. Bununla bağlı nəzərə almaq lazımdır ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Ərizənin mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış ərizələr məhkəmələr tərəfindən yuxarıda istinad olunan norma da nəzərdə tutulmuş əsaslar baxımından yoxlanılır. Mümkünlük şərtini ödəməyən ərizəyə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Belə yanaşma prosessual qənaət prinsipindən irəli gəlir.
25. Bu qərarın 14-cü bəndində istinad olunan normada nəzərdə tutulmuş müddət yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkünlük şərti kimi qiymətləndirilməlidir. Yəni ərizənin qanunla müəyyən olunmuş müddətdə verilməsi onun mümkünlük şərtinə aiddir. Odur ki, hazırkı mübahisəyə münasibətdə ərizənin müddətə dair normalara əməl olunmaqla verilməsi şərti yerinə yetirilməmişdir. Bu baxımdan ərizə mümkün sayılmamalı və mümkünlük şərti olan müddətinin buraxılması ərizəçinin (cavabdehin) məsuliyyət sferasına aid edilməlidir.
26. Apellyasiya instansiyası məhkəməsi tərəfind ən isə ərizəyə mahiyyəti üzrə baxaraq ərizənin təmin edilməməsi barədə qərardad qəbul etmişdir. Bununla da hazırkı qərarın 14-cü bəndində göstərilən prosessual normaların tələbləri pozulmuşdur. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyun 2023-cü il tarixli, 2-1(105)-546/2023 nömrəli qərardadı ləğv edilməli, cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi mümkün sayılmamalıdır.
27. Şərh olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyun 2023-cü il tarixli, 2-1(105)-546/2023 nömrəli qərardadı ləğv edilsin. Cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi mümkün sa