Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2125/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X24rşı iş üzrə QƏRARİ Açar sözlər: üçüncü şəxs kimi icraata cəlb etmə barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X14 və X2 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, özünün inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması barədə vəsatət verən şəxs X26, üçüncü şəxs Şəki rayon Turan Bələdiyyəsinin sədri X19 və onların vəkili X5 iştirakı ilə, İddiaçı (bun dan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X31 (bundan sonra cavabdeh) qarşı “Şəki rayonu Turan Bələdiyyəsinin xx xxxxx 2006-cı il tarixli 04 nömrəli qərarı ilə 35 il müddətə icarəsinə verilmiş 65 ha örüş torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması və icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-160/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından üçüncü şəxs qismində cəlb olunması barədə vəsatət verən şəxs X26 və üçüncü şəxs Şəki rayon Turan Bələdiyyəsinin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şəki rayonu Turan Bələdiyyəsinin xx xxxxx 2006-cı il tarixli 04 nömrəli qərarı ilə 35 il müddətinə icarəsinə verilmiş 65 ha örüş torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması və icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X11, 2-1(84)-621/2019 saylı iş) x xxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia qis mən təmin edilərək cavabdehin üzərinə Şəki rayonu Turan Bələdiyyəsinin xx xxxxx 2006-cı il tarixli 4 nömrəli qərarı ilə 35 il müddətinə icarəsinə verilmiş X=692395,4645 Y=4524404,4546, X=692414,6526 Y=4524184,3052, X=692425,9277 Y=4524160,4110, X=692459,0875 Y=452390,4179, X=692465,7545 Y=4523824,8079, X=692458,6082 Y=4523718,6230, X=692424,8830 Y=4523613,3461, X=692389,5597 Y=4523589,7022, X=692334,4937 Y=4523817,0787, X=692331,2633 Y=4524129,6616, X=692349,0427 Y=4524208,7861, X=692350,3730 Y=4524402,1668, X=692428,2697 Y=4523610,5832, X=692424,1388 Y=4523718,3779, X=692470,0204 Y=4523826,1831, X=692464,0302 Y=4523928,9432, X=692429,4430 Y=4524214,4095, X=692431,9687 Y=4524219,2049, X=692487,3472 Y=4524173,6355, X=692522,6448 Y=4524146,6053, X=692710,0565 Y=4524108,4164, X=692867,8984 Y= 4524092,0752, X=692888,1749 Y=4524024,6093, X=692953,0203 Y=4523843,4398, X=692954,9327 Y=4523734,5940, X=692972,1687 Y=4523700,3676, X=692822,4031 Y=4523686,4917, X=694050,6486 Y=4523723,2963, X=694028,7618 Y=4523714,5161, X=694007,5686 Y=4523698,3669, X=693997,2739 Y=4523687,0834, X=693931,1616 Y=4523590,8116, X=693956,6114 Y=4523518,2259, X=693954,6996 Y=4523507,4004, X=693946,0970 Y=4523497,5741, X=693535,5953 Y=4523370,1012, X=693495,0443 Y=4523367,5908, X=693398,0999 Y=4523394,1344, X=693349,0287 Y=4523542,4469, X=693673,8872 Y=4523525,6153, X=693846,2287 Y=4523490,1922, X=693860,0761 Y=4523730,7053, X=693964,7364 Y=4523733,2295, X=693314,0658 Y=4523632,1883, X=693394,9822 Y=4523385,8815, X=693495,0095 Y=4523363,1041, X=693536,7138 Y=4523365,8033, X=693917,4591 Y=4523482,1715, X=6941 95,6533 Y=4522990,0026, X=694087,1746 Y=4523041,2137, X=693890,9069 Y=4523140,4922, X=693755,2219 Y=4523035,7575, X=693494,3473 Y=4522872,3127, X=693488,3556 Y=4522879,8466, X=693379,7519 Y=4522941,4626, X=693375,7385 Y=4522974,3056, X=693233,3458 Y=4523027,6875, X=693210,8349 Y=4522976,9740, X=693177,7617 Y=4522974,3558, X=693206,3654 Y=4523110,7165, X=693228,2364 Y=4523390,8410, X=693263,2564 Y=4523568,1314, X=693284,6068 Y=4523567,1610 koordinatlar daxilində yerləşən 65 ha örüş torpaq sahəsinin Şəki rayon Turan Bələdiyyəsi tərəfindən tərtib edilmiş və təsdiqlənmiş sxemə uyğun iddiaçının adına torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması və həmin torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına daşınmaz əmlakın dövlət reyes trindən çıxarışın verilməsi vəzifəsinin qoyulması qərara alınmış, iddia qalan hissədə rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
3. X26 x xxxxxx 2019-cu il tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək məhkəmənin x xxxxxxx 2019-cu il tarixli 2-1(84)-621/2019 nömrəli qərarının ləğv edilməsi və özünün inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, Şəki rayon Turan Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 4 nömrəli qərarı və xx.xx.2010-cu il tarixli 7 nömrəli icarə müqaviləsi əsasında örüş məqsədilə 60 ha torpaq sahəsi və həmin bələdiyyənin xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarı və xx.xx.2015-ci il tarixli 8 nömrəli icarə müqaviləsi əsasında örüş məqsə dilə 120 ha torpaq sahəsi 5 il müddətinə ona icarəyə verilmişdir. Həmin torpaq sahələri bu günədək onun istifadəsindədir.
5. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X15, 2-1(84)-621/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X26 ərizəsinə xx.xx.2010-cu il tarixli 07 nömrəli, xx.xx.2015-ci il tarixli 08 nömrəli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə”lərin, həmçinin, 2 ədəd xx.xx.2008-ci il tarixli "X18 məxsus kompleks ətrafında olan örüş torpaq sahəsinin sxemi"nin, 2 ədəd "Şəki rayonu Turan qəsəbəsinin "Yurd yeri" adlanan ərazisində yerləşən örüş sahəsinin sxemi"nin, X26 tərəfindən Şəki Rayon Turan Bələdiyyəsinə 200 manat icarə örüş sahəsi vergisi ödənilməsi barədə xx.xx.2019-cu il t arixli qəbzin, 360 manat məbləğlə bağlı Şəki Rayon Turan Bələdiyyəsi tərəfindən X20 verilmiş xx.xx.2015-ci il tarixli AAE-028935 nömrəli kassa mədaxil orderinin qəbzinin təsdiq olunmamış kserosurətlərini əlavə etmişdir. Əvvəla, torpaq sahəsi ilə bağlı X26 tərəfindən məhkəməyə təqdim edilmiş həmin sənədlər iddiaçıya torpaq sahəsinin ayrıldığı vaxtdan sonrakı illərə aiddir. İkincisi isə, X20 ayrılmış torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi onun təqdim etdiyi sənədlərlə müəyyən edilmir.
7. X7 İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadından apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatətinin təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraa t
8. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X16məruzəçi, Rəfiyev Rövşən Rafiq oğlu və X8, 2-1(107)-717/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərardadla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq X17 apelyasiya şikayətini təmin etməmiş, xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirmədən saxlamışdır.
9. Məhkəmə hesab etmişdir ki, Şəki Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli 1(075)- 33/2018 saylı hökmü Fuad Abbasovun şikayəti üzrə hazırda baxılan iş üzrə preyudisial əhəmiyyət daşıyır. Belə ki, həmin hökm ilə Fuad Abbasovun 2017-2018-ci illərdə Turan Bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququnun olmaması, o cümlədən icarə müqaviləsinin olmaması müəyyən edilmişdir. Fuad Abbasov açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə Turan Bələdiyyəsinin mülkiyyətindən torpaq əldə etməmişdir. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, Fuad Abbasovun mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı hər hansı iddia irəli sürmək üçün hüququ yoxdur. Belə olan halda, Şəki Rayonu Turan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 04 nömrəli qərarı ilə İddiaçı 35 il müddətinə icarəsinə verilmiş 65 ha örüş torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması və icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə tələbinin təmin edilməsi barədə Şəki İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxxx 2019-cu il tarixli 2-1(84)-6 21/2019 nömrəli qərarı ilə ərizəçi Fuad Abbasovun maraqlarına toxunulması, hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmir.
10. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadından X3 şikayəti vermişdir. c) kasasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X6-məruzəçi, Quliyev Zakir Müslüm oğlu və X12, 2-1(102)-593/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə X1 şikayəti qismən təmin edilərək, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir.
12. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxan aşağı instansiya məhkəmələri ilkin olaraq iddiaçının üzərində icarə hüququnu qeydiyyata aldırmaq istədiyi torpaq sahəsi ilə ərizəçinin ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin üst-üstə düşməsi məsələsinə aydınlıq gətirməli, bu məsələnin araşdırılması xüsusi bilik tələb etdiyindən ekspertiza təyin etməli, torpaq sahələrinin üst-üstə düşməsi təsdiq edildiyi halda, Fuad Abbasovu üçüncü şəxs kimi məhkəmə icraatına cəlb etməli, bundan sonra Fuad Abbasov tərəfindən təqdim edilmiş icarə müqaviləsinə və bələdiyyə qərarlarına, o cümlədən işin digər hallarına hüquqi qiymət verməli idilər. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
13. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X21-məruzəçi, X13 və X4, 2-1(107)-160/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərardadla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq X17 apelyasiya şikayətini təmin etməmiş, xx xxxxxx 2019-cu il tarixli qərardadını baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirmədən saxlamışdır.
14. X26 və Şəki rayon Turan Bələdiyyəsi həmin qərardaddan xx xxxxxxxx 2020ci tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişlər. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
15. Şəki rayon Turan Bələdiyyəsinin kasasiya şikayətinin dəlillərinə görə bələdiyyənin sədri məhkəmə kollegiyasının iclasında çıxış edərkən hər iki tərəfə verilmiş icarə müqavilələrinin Şəki rayonu Turan Bəl ədiyyəsində qeydiyyata alınmadığını bildirsə də, Şəki Apelyasiya Məhkəməsinin hakimi onun izahatını təhrif edərək həmin izahatdan iddiaçının xeyrinə istifadə edərək iddiaçının adına olan icarə müqaviləsinə də aid olan hissələri (yəni həmin müqavilənin də heç bir yerdə qeydiyyatda olmaması kimi halları) çıxarmışdır.
16. Üçüncü şəxs kimi işə cəlb edildikdən sonra işə Turan Bələdiyyəsinin iştirakı ilə yenidən baxılması üçün işi birinci instansiya məhkəməsinə göndərməli olduğu halda Şəki Apelyasiya Məhkəməsi bunu etməmişdir.
17. X1 şikayətinin dəlillərinə görə Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi barədə Ali Məhkəmənin müvafiq qərarında Şəki Apelyasiya Məhkəməsinin qarşısında iddiaçının iddia etdiyi torpaq sahəsi ilə F.Abbasovun istifadəsində ol an və icarə müqaviləsi əsasında əkdiyi torpaq sahəsinin üstüstə düşməsi barədə ekspertizanın keçirilməsi göstəriş verilməsinə baxmayaraq Şəki Apelyasiya Məhkəməsi tam fərqli bir ekspertiza seçərək Fuad Abbasova məxsus icarə müqaviləsində olan imzanın keçmiş bələdiyyə sədri Narıngül Heydərova tərəfindən icra edilib-edilməməsi barədə ekspertiza təyin etmişdir. Ekspertizanın keçirilməsinə isə əsas kimi iddiaçının vəkilinin hədə qorxu ilə Narıngül Heydərovadan alınmış ərizə göstərilmişdir. X10 sonradan ərizə yazaraq sözügedən müqaviləni özünün imzaladığını və ondan əvvəlki bələdiyyə sədri olmuş qaynatası Əziz Heydərovun isə mətnini yazdığını qeyd etmişdir.
18. Bundan başqa Narıngül Heydərova məhkəmə iclasında verdiyi ifadəsində bələdiyyəyə məxsus möhürün daima onda olduğunu bildirməsinə baxmay araq Şəki Apelyasiya Məhkəməsi öz qərardadında Narıngül Heydərova tərəfindən deyil, başqası tərəfindən imzalandığını əsas gətirdiyi icarə müqaviləsinin Narıngül Heydərovada olan möhürlə təsdiqlənməsi kimi hallara qiymət verməmişdir. Necə ola bilərdi ki, başqası tərəfindən imzalanmış icarə müqaviləsi Narıngül Heydərova təhkim olunmuş möhürlə möhürlənsin? Həm də Narıngül Heydərova notariat qaydasında ərizə verərək və məhkəmədə yeni izahatında müqaviləni özü imzaladığını təsdiq etmişdir.
19. Qanunla ekspert rəyi məhkəmə üçün məcburi xarakter daşımadığı halda məhkəmə qısa yolla gedərək öz qərarında əsassız ekspert rəyinə əsaslanaraq rəyə uyğun qərar verib işi yekunlaşdırmaq qərarına gəlmişdir.
20. Turan Bələdiyyəsi apelyasiya məhkəməsinin sonuncu iclasında üçüncü şəxs qismində cəlb edilmişdir. Bələdiyyə üçüncü şəxs kimi işə cəlb edildikdən sonra işə onun iştirakı ilə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərməli olduğu halda iddiaçının işi pozulmasın deyə Şəki Apelyasiya Məhkəməsinin hakimi bilərəkdən bunu etməmişdir. Bu isə böyük qanun pozuntusu olmaqla yol verilməzdir. Əsasən Ali Məhkəmə öz qərarında bunu göstərib tələb etmişdir.
21. Ali Məhkəmənin göstərişi məcburi olduğu halda Şəki Apelyasiya Məhkəməsi bu göstərişə iddiaçının xeyrinə tutmuş olduqları mövqeyin pozulmaması üçün əməl etməmiş, yəni iddiaçının iddia etdiyi torpaq sahəsi ilə Fuad Abbasovun istifadəsində olan və icarə müqaviləsi əsasında əkdiyi torpaq sahəsinin üst-üstə düşməsi barədə ekspertizanın keçirilməsi barədə qərardad qəbul etməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri 2
2. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. X26 və Şəki rayon Turan Bələdiyyəsinin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
24. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq
25. İnzibati Pros essual Məcəllə: Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəx s barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəm ə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası m əhkəmələri üçün məcburidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
27. Kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
28. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
29. Məhkəmə ko llegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə düzgün riayət etməmişdir.
30. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
31. İddiaçı cavabdehə qarşı “Şəki rayonu Turan bələdiyyəsinin xx xxxxx 2006-cı il tarixli 04 nömrəli qərarı ilə 35 il müddətinə icarəsinə verilmiş 65 ha örüş torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması və icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin x xxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia q ismən təmin edilmişdir.
32. Qərar qəbul edildikdən sonra F.Abbasov ərizə ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək məhkəmənin x xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və özünün inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir.
33. F.Abbasov hesab etmişdir ki, Şəki rayon Turan Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 04 nömrəli qərarı və xx.xx.2010-cu il tarixli 07 nömrəli icarə müqaviləsi əsasında örüş məqsədilə 60 ha torpaq sahəsi və həmin bələdiyyənin xx.xx.2015-ci il tarixli 04 nömrəli qərarı və xx.xx.2015-ci il tarixli 08 nömrəli icarə müqaviləsi əsasında örüş məqsədilə 120 ha torpaq sahəsi 5 il müddətinə ona icarəyə verilmişdir. Həmin torpaq sahələri bu günədək onun istifadəsindədir. İddiaçının mübahisə açdığı torpaq sahəsi ilə onu n istifadəsində olan torpaq sahəsi üst-üstə düşür.
34. Ali Məhkəmənin İnzibati kollegiyası xx xxxxxx 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, “işə baxan apelyasiya instansiya məhkəməsi F.Abbasov tərəfindən təqdim edilmiş icarə müqaviləsinə və bələdiyyə qərarlarına hüquqi qiymət vermiş, Şəki Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli 1(075)- 33/2018 saylı hökmü ilə müəyyən edilmiş hallara istinad etmiş, nəticədə F.Abbasovun mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı hər hansı iddia irəli sürmək üçün hüququ olmamasını qeyd etmişdir.
35. Halbuki, işə baxan aşağı instansiya məhkəmələri ilkin olaraq iddiaçının üzərində icarə hüququnu qeydiyyata aldırmaq istədiyi torpaq sahəsi ilə ərizəçinin ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin üst-üstə düşməsi məs ələsinə aydınlıq gətirməli, bu məsələnin araşdırılması xüsusi bilik tələb etdiyindən ekspertiza təyin etməli, torpaq sahələrinin üst-üstə düşməsi təsdiq edildiyi halda, F.Abbasovu üçüncü şəxs kimi məhkəmə icraatına cəlb etməli, bundan sonra Fuad Abbasov tərəfindən təqdim edilmiş icarə müqaviləsinə və bələdiyyə qərarlarına, o cümlədən işin digər hallarına hüquqi qiymət verməli idilər”.
36. Apelyasiya instansiyası məhkəməsi təkrar işə baxarkən Ali Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərarındakı göstərişlərə əməl etməmiş, yenə də torpaq sahəsi ilə bağlı F.Abbasova məxsus sənədlərlə bağlı araşdırma aparmış, Ali Məhkəmənin qeyd olunan göstərişinin icrası olaraq Şəki rayon Turan Bələdiyyəsinin ərazısındən 120 ha torpaq sahəsinin beş il müddətə F.Abbasovun icarəsinə verilməsinə dair Turan Bəl ədiyyəsi ilə F.Abbasov arasında bağlanmış x xxxxx 2015-ci il tarixli 8 nömrəli icarə müqaviləsində “İcarəyəverən” qrafasında olan imzanın həmin zaman bələdiyyə sədri olmuş N.Heydərova tərəfindən imza edilməməsi barədə məsələnin mübahisənin həllinə əhəmiyyətli dərəcədə təsirini nəzərə alıb hesab etmişdir ki, F.Abbasova mübahisə etmək üçün hüquq verən sənəd, yəni icarə müqaviləsi qanuni yolla əldə edilməmişsə, müqavilə tərəflərinin həqiqi iradə ifadəsini daşımamışsa, onda iddiaçıya məxsus torpaq sahəsi ilə F.Abbasovun mübahisələndirdiyi 120 ha torpaq sahəsinin üst-üstə düşüb-düşməsini müəyyən etmək üçün ekspertiza keçirilməsinə zərurət yoxdur.
37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi kasasiya məhkəməsinin göstərişlərinə əməl etmədiyindən kasasiya şikayətləri təmin edilməli, apelyasiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməlidir.
38. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayətləri təmin olunsun. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 24 avqust tarixli 21(107)-160/2020 nömrəli qərardadı ləğv edilsin. İş yeni apelyasiya baxışına göndərilsin. Qərar qətidir.