Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2125/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxs tərəfindən verilmiş “müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair” ərizənin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Ərizəçi Mənzil Tikinti Kooperativi və X1 oğlu) “mənzi lə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 3 sentyabr tarixli, 21(103)-1927/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 2019-cu il 9 sentyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717 ünvanda, 1 saylı binanın 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 94,2 kv.metr olan, 40 saylı mənzil üzərində onun mülkiyyət hüququnun qeydiyyata alın ması, çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 30 sentyabr tarixli, 21(81)-3890/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanda 1 saylı binanın 12-ci mərtəbəsində ümumi sahəsi 94,2 kv.metr olan 40 saylı mənzilin iddiaçının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
3. Ərizəçi Mənzil Tikinti Kooperativi Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsini və inzibati məhkəmə icraatının təzələnməsini xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 14 oktyabr tarixli, 2-1(81)-3890/2019 saylı qərardadı ilə Ərizəçi MTK-nın ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 30 sentyabr tarixli qərarı ləğv edilmiş və Ərizəçi MTK hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 12 noyabr tarixli, 2-1(112)-7146/2020 saylı qərardadı ilə X1 oğlu hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
6. Üçüncü şəxs Ərizəçi Mənzil Tikinti Kooperativi ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə yekun qərar qanuni qüvvəsini alanadək ünvan 2, inşa edilmiş çoxmənzilli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 94,2 kv.m olan 2 otaqlı 40 saylı mənzilin üzərinə həbs qoyulmasını və hə min iş üzrə icrada dönüş barədə qərardad qəbul edilməsini xahiş etmişdir
7. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 2 aprel tarixli, 2-1(112)-2162/2021 saylı qərardadı ilə mənzilin üzərinə həbs qoyulması və icrada dönüş edilməsi barədə üçüncü şəxsin ərizəsi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müvəqqəti xarakterli müdafiə tədbiri çıxarılacaq məhkəmə qərarının gələcəkdə icrasını çətinləşdirən və ya qeyrimüəyyən edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn və məhkəmə qərarının gələcəkdə icrasının təmini məqsədi ilə görülən prosessual hüquqi tədbirdir. İddia tələbi mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi ilə bağlıdır. Belə olan halda əgər gələcəkdə iddia tə min edilərsə ərizədə qeyd olunan tələbin (mənzilin üzərinə həbs qoyulması) gələcəkdə məhkəmə qərarının icrası ilə heç bir bağlılığı və əlaqəsi yoxdur. Digər tərəfdən, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 14-cü maddəsi hüquq barəsində mübahisə barədə məhkəmədən müvafiq məlumatın daxil olduğu halda, qeydiyyatın dayandırılmasını nəzərdə tutur. Eyni zamanda üçüncü şəxsin ərizəsində göstərilən mənzil üzərində həbs qoyulması mülkiyyətçinin istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə mane ola bilər. Həmin əmlakın üzərində sərəncam verilməsinə qadağan qoyulmasına isə, adətən onun başqa şəxsin adına özgəninkiləşdirilməsini ehtiva etdiyindən və hazırkı mübahisə başa çatanadək (bu barədə cavabdeh məlumatlıdır) hər hansı qeydiyyat aparılması qanunla dayandırıldığından, zərurə t yaranmır.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2162/2021 saylı 2021-ci il 2 aprel tarixli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanda 1 saylı binanın 12-ci mərtəbəsində ümumi sahəsi 94,2 kv.metr olan 40 saylı mənzilin iddiaçının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
10. Üçüncü şəxs Ərizəçi MTK 2021-ci il 2 aprel tarixli qərardaddan apellyasiya şikayəti verərək ərizənin təmin olunmasını xahiş etmişdir.
11. Üçüncü şəxs Ərizəçi MTK 2021-ci il 2 aprel tarixli qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 2021-ci il 3 sentyabr tarixli, 2-1(103)-1927/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 2 aprel tarixli qərardadı ləğv edilmiş, ərizə mümkün sayılmamışdır.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülə bilməsi üçün üçüncü şəxs tərəfindən bununla bağlı ayrıca iddia qaldırılmalıdır. Çünki bu tədbir məhz iddiaçının hüquqlarının müdafiəsinə yönəlmişdir. Üçüncü şəxs isə ayrıca iddia qaldırmadan hazırkı icraatın gedişində müvəqqəti xarakterli müdafiə ilə bağlı ərizə vermişdir. Digər tərəfdən, üçüncü şəxsin ayrıca icraatda ərizəçi kimi iddia qaldıranadək belə bir ərizə ilə müraciət etmək hüququ istisna olunmur. Lakin həmin ərizə ilə bağlı onun maddi tələbinin mövcud olması ehtimalı müəyyən olunmalıdır. Hazırkı icraatda belə bir hal da yoxdur.
14. Üçüncü şəxs Ərizəçi MTK həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində qeyd edilmişdir ki, faktiki olaraq apellyasiya məhkəməsi 3-cü şəxs Ərizəçi MTK-nin cavabdehə ərizə ilə müraciət etmədiyi üçün üçüncü şəxs Ərizəçi MTK-nin ərizəsini mümkün saymamışdır. Halbuki, apellyasiya məhkəməsi işin faktiki hallarını təhlil etsəydi, gəldiyi nəticəni əsassız hesab edərdi. Belə ki, işdə olan 2004-cü il 12 oktyabr tarixli, 234 nömrəli Bakı şəhər İcra Başçısının sərəncamından, Bakı şəhəri xəritəsindən çıxarışından, ayrılmış torpaq sahəsinin cizgisindən, ayrıc aktından, 2019-cu il 09 dekabr tarixli, 246 nömrəli istismara icazəsindən, 2019-cu il 6 dekabr tarixli rəyindən, 2020-ci il 24 iyul tarixli Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məktubundan və s. təqdim olunmuş sənədlərdən görünür ki, ünvan 2 ünvanında yerləşən 1 saylı çoxmənzilli yaşayış binası "xxxx" Mənzil Tikinti Kooperativə məxsusdur. Hazırkı iş üzrə iddiaçı mübahisəli mənzilə dair adına çıxarışın verilməsini iddia edir və həmin mənzil üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlamış və mənzilin dəyərini "xxxx" MMC-ə ödəmişdir. Halbuki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumiyyətlə həmin binanın mənzillərinin satılmasına ixtiyarsız idi və hüququ olmamışdır. Bundan əlavə iddiaçı çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etdiyi zaman həmin bina istismara təhvil verilməmişdir. Hazırkı vəziyyətdə mübahisəli mənzilin üzərində həmin iş baxılıb, yekun nəticə qanuni qüvvəsini alana qədər müvəqqəti xarakterli tədbirlər, yəni mübahisəli mənzilin üzərində «həbs» qoyulması tam zəruridir və işin icraatına dönüş verilməlidir. Bundan əlavə, eyni məzmunlu inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 14 iyun tarixli qərardadı üçüncü şəxs tərəfindən verilən şikayət qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin qərardadı ləğv edilmiş və mübahisəli mənzilin üzərində özgəninkiləşdirilməsinə qadağa qoyulması qərara alınmışdır. Bundan başqa digər eyni məzmunlu inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 24 may tarixli qərardadı ilə üçüncü şəxs tərəfi ndən verilən şikayət təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin eyni məzmunlu qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bu kimi fikir ayrılıqları şikayətin təmin olunmasına əsasdır. Daha sonra yuxarıda qeyd edilən Ərizəçi MTK və "xxxx" MMC arasında bağlanılan 2006-cı il 5 mart tarixli müştərək fəaliyyət üçün razılaşdırılma müqaviləsində birbaşa qeyd edilir ki, həmin binada olan mənzillərin satılması yalnız "xxxx" MTK-i hüququna malikdir. Bu halda və işdə olan digər sənədlər birmənalı olaraq "xxxx" MTK-nin mülkiyyət hüquqlarına toxunur. b. kassasiya şikayətinə etirazın dəlilləri
16. Üçüncü şəxs X1 oğlu kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 42.1-ci maddəsinə əsasən üçüncü şəxs başqa şəxsə ünvan lanmış və həmin şəxs üçün əlverişli olan inzibati akta qarşı iddia qaldırdığı hallarda, məhkəmə üçüncü şəxsin ərizəsi əsasında müvəqqəti xarakterli müdafiə barədə qərardad qəbul edə bilər. Azərbaycan Respublikası İPM-nin 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakı hallar əsas sayılır. - Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması - İlkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi
17. Məhkəmə Kollegiyası bu normalara istinad edərək iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədb irlərinin yalnız üçüncü şəxs tərəfindən bununla bağlı ayrıca iddia qaldırdığı halda görülməsinin mümkünlüyü barədə mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Haqlı olaraq qeyd etmişdir ki, bu tədbir məhz iddiaçının hüquqlarının müdafiəsinə yönəlmişdir. Üçüncü şəxs tərəfindən inzibati aktın icrasının dayandırılması növündə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə verilə bilməsi üçün də onun tərəfindən iddia qaldırılmalıdır. Üçüncü şəxsin hazırkı icraatda müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə vermək hüququ olmamışdır. Birinci instansiya məhkəməsi isə bu halı nəzərə almadan ərizəni mahiyyəti üzrə araşdırmaqla həll etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə ərizə mümkün sayılmamalıdır. Göründüyü kimi üçüncü şəxs Ərizəçi MTK-nın kassasiya ş ikayətinin dəlilləri əsassızdır, ona görə təmin edilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə (bundan sonra mətndə-İPM): Maddə 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Maddə 29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə be lə vəzifələr qoya bilər. Maddə 42.1. Üçüncü şəxs başqa şəxsə ünvanlanmış və həmin şəxs üçün əlverişli olan inzibati akta qarşı iddia qaldırdığı hallarda, məhkəmə üçüncü şəxsin ərizəsi əsasında müvəqqəti xarakterli müdafiə barədə qərardad qəbul edə bilər. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsin i yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı ver ilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
22. İPM-in 29-cu maddəsinin müddəalarının tələbinə görə, üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər.
23. Normanın məzmunundan göründüyü kimi, icraata cəlb edilmiş üçüncü şəxsin prosessual vəziyyəti ilə bağlı məhdudiyyətlər mövcuddur. Onun prosessual imkanları tərəflərin ərizə vermək hədləri ilə məhdudlaşır. Yəni cəlb edilmiş üçüncü şəxs hüquqi mübahisənin predmetini müəyyən etmədiyi üçün bu çərçivədən kənara çıxa bilməz. Eyni ilə, cəlb edilmiş şəxs tərəflərin dispozitivlik prinsipinə aid olan hərəkətlərinə (iddiadan imtina edilməsi, barışıq sazişinin bağlanması və s.) qarşı çıxa bilməz. O, hüquqi mü bahisəyə özünün icraata cəlb edildiyi zaman mövcud olan vəziyyətdə daxil olur.
24. Hazırkı halda da, üçüncü şəxsin mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququ tərəflərin tələblərinin həddi ilə məhdudlaşır. Bu yanaşma, həmçinin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı tələbə də aiddir. Başqa sözlə, iddiaçı tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı ərizə verildiyi halda, üçüncü şəxs həmin tələb daxilində öz hüquq və maraqlarına uyğun olaraq həmin ərizəni müdafiə edə və ya ona qarşı etiraz edə bilər, zəruri cəlb etmə zamanı isə, həmin ərizədəki tələb daxilində fərqli tələb irəli sürə bilər. Hazırkı işdə belə hal mövcud deyil.
25. Müvəqqəti xarakterli müdafiə tədbiri də məhz iddiaçının tələbi daxilində, onun (iddiaçının) hüquqlarının qorunması məqsədi ilə ilkin təcili tənzimləməni nəzərdə tutur (İPM-in 43.1.1-ci maddəsi). Bu zaman həm cavabdehin, həm də icraata cəlb olunmuş üçüncü şəxslərin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoyula bilər (İPM-in 40.3-cü maddəsi).
26. Üçüncü şəxsin fərqli və müstəqil tələb irəli sürməsi isə (o cümlədən, müvəqqəti xarakterli müdafiə ilə bağlı) onun ayrıca icraatda mübahisə açması ilə şərtlənir (İPM-in 42.1-ci maddəsi).
27. Göründüyü kimi, İPM müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqini məhz iddiaçının tələbi ilə şərtləndirir.
28. Məhkəmə qərarının icrasında dönüş edilməsi ilə bağlı tələbə gəldikdə, həmin tələb üzrə ərizənin həlli yalnız əsas iddia tələbinin rədd edildiyi halda mümkündür. Hazırkı işdə bu, baş verməmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 3 sentyabr tarixli, 2-1(103)-1927/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.