Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2125/2022 30.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əlillik dərəcəsinin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1983-cü il təvəllüdlü; xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agent liyinə (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb Baş İdarəsi) qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1591/2022 nömrəli, 14 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı əlillik vəziyyəti Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli 4110003AACFG saylı göndərişi əsasında həmin tarixdə qiymətləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik; X3: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N20-N23 - Böyrək daşı xəstəliyi => N20 - Böyrək və sidik axarı daşları => N20.0 - Böyrək daşları; Diaqnozun mətni: Böyrək daşı xəstəl iyi. Xroniki pielonefritin tez-tez kəskinləşməsi və hər iki böyrəyin büzüşməsi. Sol böyrəyin hidronefrozu İİ dərəcə. Obstruktiv uropatiya və reflyuks-uropatiya, Sol böyrəyin hidronefrozu İİ dərəcə. Xroniki obstruktiv pielonefrit, Xroniki pielonefritin tez-tez kəskinləşməsi və hər iki böyrəyin büzüşməsi. Xroniki böyrək xəstəliyi İİ mərhələ, XBÇ-2 dərəcə. Sidik turşusu ditezi. Digər anemiyalar, Nefrogen mənşəli anemiya. Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03,N11.9,N13-N13.9,N14- N14.4,N18-N18...” əsası ilə beş il müddətinə ikinci dərəcə əlillik dərəcəsi verilmişdir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən Azərbaycan Respublik ası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri cənab Hidayət Abdullayevə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 029-3854-1219/5 nömrəli məktuba əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 843 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslığının araşdırılması ilə əlaqədar müraciətinizə baxılmışdır. Bildirilir ki, müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyəti yoxdur və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Bununla əlaqədar göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınmağı xahiş edilmişdir. Məktuba əlavə edilmiş on doqquz vərəqdən ibarət 843 nəfərin adının qeyd edildiyi siyahının 138-ci sırasında İddiaçı adı qeyd olu nmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz olaraq etibarsız hesab edilmiş əlilliyinin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1999-cu ildən xəstədir, yoxlamalardan sonra «sağ böyrəyin mərcanvari daşı və xroniki piolonefrit» diaqnozu qoyulmuşdur. xx.xx.2000-ci il, xx.xx.2011-ci il və xx.xx.2011-ci il tarixlərində üç dəfə açıq və perkutan üsul ilə əməliyyat olunmuşdur. Həmin diaqnoz 2005-ci ildə Hərbi Hospitalda müayinələrdən keçirildikdən sonra təsdiqlənmiş və hərbi xidmətə sülh vaxtı yararsız müharibə vaxtı qismən yararlı maddəsi ilə hərbi xidmətdən azad olunmuşdur. xx.xx.201 7ci ildən əlilliyə görə cavabdeh tərəfindən əmək pensiyası təyin olunmuş və dekabr 2019-cu il tarixə qədər əlilliyə görə əmək pensiyası verilmiş, lakin Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsi heç bir qanuni əsas gətirmədən, təkrar müayinəyə dəvət edilmədən, heç bir inzibati qərar qəbul etmədən əlilliyi etibarsız hesab edilmiş və Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsi tərəfindən əlilliyə görə aldığı əmək pensiyası dayandırılmış, iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Məsələ ilə bağlı xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-2-1(112)-8168/2021 saylı xx.xx.2021-ci ci il tarixləri müraciətləri cavabsız qalmışdır.
5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əlillik dərəcəsinin etibarsız hesab edilməsi ilə ba ğlı hərəkətlərin qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin qanunsuz hesab edildiyi vaxtdan bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
7. Cavabdeh tərəfindən iddiya qarşı yazılı etiraz təqdim edilərək bildirilmişdir, iddiaçıya Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli 4110003AACFG saylı göndərişi əsasında Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03.N11.9,N13-N13.9,N14- N14.4,N18-N18...” əsası ilə beş il müddətinə əlillik dərəcəsi veri lmişdir. Daha sonra, Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, 029-3854-1219/5 nömrəli məktubu ilə müəyyən olunmuşdur ki, iddiaçının nazirliyə aidiyyətinin olmadığı və ona sağlamlıq vəziyyəti üçün verilmiş göndəriş əsassız olaraq tərtib edilmişdir. Bununla əlaqədar olaraq, iddiaçının əlillik müayinəsi xx.xx.2019-cu ildən etibarsız hesab edilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 30 dekabr tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında TibbiSosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətlə ndirilməklə müəyyən edilir. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinə əsas verən göndərişin, göndərişi rəsmiləşdirən tibb idarəsi tərəfindən əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də Əlillik altsistemində iddiaçıya aid qiymətləndirmə etibarsız edilmişdir.»
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8168/2021 nömrəli, 24 sentyabr 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi hazırkı inzibati iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
9. Bakı İnzibati Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinə sorğu verilmiş və həmin sorğuya cavab olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xx.xx.2021-ci il tarixli, 029-3161-1221 nömrəli məktubunda bildiri lmişdir ki, vətəndaş İddiaçı barəsində tərtib edilmiş əlillik dərəcəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə idarəyə daxil olmuş müraciətlərinizə baxılmışdır. Bildirilir ki, DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan poliklinikaların X4 tərəfindən göndərişlər poliklinikalarda tibbi qeydiyyatda duran və nazirliyin Xüsusi Həkim Komissiyası tərəfindən tibbi şəhadətləndirilən şəxslər barədə tərtib edilərək əlillik dərəcəsinin təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində Tibb İdarəsinə bilavasitə tabe olan poliklinikalarda tibbi qeydiyyatda durmayan, XHK tərəfindən şəhadətləndirilməyən vətəndaşlar barəsind ə tərtib olunmuş göndərişlər etibarsız hesab edilmiş və bu barədə ƏƏSMN-nə məlumat verilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8168/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim A.Ə.Əhədova) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Elçin İlyas oğlunun əlillik dərəcəsinin etibarsız hesab edilməsi ilə bağlı hərəkətləri qanunsuz hesab edilməsi, İddiaçı əlillik dərəcəsinin etibarsız hesab edildiyi vaxtdan bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
11. Məhkəmə qeyd etmişdir ki, hazırkı işin hallarından isə müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının əlillik təyinatına əsaslı şübhə olduğu halda onu əyani müayinəyə dəvət etməmiş, iddiaçının əlillik vəziyyətini yoxlamadan əlillik təyinatını etibarsız hesab etmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqan tərəfindən əlillik təyinatının etibarsız edilməsi inzibati icraat normalarının tələblərinə uyğun olmamışdır.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1591/2022 nömrəli, 14 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və iyul məruzəçi/, H.Ü.Həmidov və X.A.Cəmilova) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir.
17. Əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş "əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sən ədlərlə "Əlillik altsistemi" üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Bu qaydaya müvafiq olaraq, əlillik təyinatının ləğv olunması da adı çəkilən əsasnaməyə uyğun olaraq analogiya üzrə şəxsin iştirakı olmadan keçirilə bilər, burada hər hansı bir qanun pozuntusu yoxdur.
18. İddiaçı əlillik təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğu n olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1.”... Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müə yyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün o lmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzib ati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ə rzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Bənd 4.9. Bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. 22. “İnzibati icraat haqqında” Qanun: Maddə
14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxili ndə) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə
28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. Maddə
51. İnzibati icraat haqqında xəbərdar etmə 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Maddə
62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilə r, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə k ollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. X5 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. Belə ki, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli 4110003AACFG saylı göndərişi əsasında qiymətləndirilmiş 5 il müddətinə ikinci dərəcə əlillik təyini edilmişdir. Növbəti müayinə tarixi xx.xx.2022-ci il olmasına baxmayaraq, Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, 029-3854-1219/5 nömrəli məktubu ilə həmin İdarə tərəfindən 843 nəfər barəsində, o cümlədən, İddiaçı adına rəsmiləşdirilmiş göndərişin etibarsız hesab olunması barədə cavabdeh Agentliyə müraciət etmiş, sonuncu da həmin göndəriş əsasında iddiaçıya təyin olunmuş əlillik təyinatını xx.xx.2019-cu il tarixində “Əlillik” altsistemində etibarsız hesab etmişdir.
31. Kassatorun əsas dəlili ondan ibarətdir ki, əlilliyinin etibarsız hesab edilməsi istiqamətində cavabdeh inzibati orqan tərəfindən hər hansı qanunazidd hərəkətə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmamış, belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş "əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə "Əlillik altsistemi" üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Bu qaydaya müvafiq olaraq, əlillik təyinatının ləğv olunması da adı çəkilən əsasnaməyə uyğun olaraq analogiya üzrə şəxsin iştirakı olmadan keçirilə çəkilən əsasnaməyə uyğun olaraq analogiya üzrə şəxsin iştirakı olmadan keçirilə bilər, burada hər hansı bir qanun pozuntusu yoxdur.
32. Kassatorun dəlillərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 20-21-ci bəndlərində göstərilən normaların məzmunundan görünür ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda iddiaçının əlilliyi barədə inzibati aktın etibarsız hesab edilməsi məsələsinə baxıla bilərdi.
33. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından isə görünür ki, 5 il müddətinə əlillik təyinatı aparsa da həmin müddət bitmədiyi halda, cavabdeh iddiaçının etimad etdiyi əlillik təyinatı barədə TSEK-in qərarını, üçüncü şəxsin tək bir məktubu əsasında və əyani müayinəyə cəlb edilmədən təyin olunmuş əlillik dərəcəsini X1 etibarsız hesab etmişdir. Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşd ırmadan, sübutlar toplamadan Əlillik alt sistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir.
34. Bundan başqa, cavabdeh “İnzibati icraat haqqında” Qanunun 28.1.1 və 28.1.2- ci maddələrinin tələbləri baxımından, inzibati orqan kimi, öz təşəbbüsü ilə iddiaçının birbaşa qanuni mənafeyinə toxunduğu nəzərə alınmaqla, onun iştirakını təmin etməklə, inzibati icraat başlamağa borclu idi. Çünki, tibb müəssisəsinin məktubu iddiaçının əlilliyinin “Əlillik Altsistemin”də etibarsız hesab edilməsi üçün əsas sayıla bilməzdi.
35. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən əlilliyin etibarsız hesab edilməsi ilə bağlı davranışı hazırkı qərarın 20-22-ci bəndlərində ki maddələrin tələblərinə uyğun olmamışdır.
36. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikay əti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1591/2022 nömrəli, 14 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.