Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2125/2023 04.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarı ilə satılmış torpaq sahəsi üzərinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarış verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Xızı rayon Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 nömrəli qərarı ilə satılmış Xızı rayonu Xələnc kəndi ərazisində yerləşən 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2023-cü il tarixli, 2-1(105)-510/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Xızı rayon Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 nömrəli qərarı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi satılmış və həmin torpaq sahəsinə dair iddiaçının adına A seriyalı 004689 nömrəli torpaq sahəsinin plan ı və ölçüsü hazırlanaraq X5 kitabında xx.xx.2007-ci il tarixdə 56 nömrə ilə uçota alınmışdır.
2. İddiaçı bələdiyyə qərarı ilə ona satılmış torpaq sahəsi üzərinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli **********22 nömrəli məktubla imtina edərək bildirmişdir ki, Xızı rayon Dövlət Arxivi tərəfindən surəti təsdiq olunmuş bələdiyyə iclasının qərarından çıxarışda iddiaçı ilə bağlı heç bir məlumat qeyd edilməmişdir. Bələdiyyə qərarının həqiqiliyi ciddi şübhə doğurduğundan Ədliyyə Nazirliyinin X4 xx.xx.2021-ci il tarixli sorğu göndərilmiş, sorğuya cavab olaraq sözügedən bələdiyyə qərarının X3 aşkar olunmadığı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xızı rayon Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 nömrəli qərarı ilə satılmış Xızı rayonu Xələnc kəndi ərazisində yerləşən 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xızı rayonunun Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikilməsi üçün Xızı rayonunun Xələnc kəndi ərazisindən 1200 kv m torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 14 07.2007-ci il tarixdə torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş və X6 Kitabında 57-ci nömrə ilə uçota alınmışdır. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün müraciət etmişdir. Lakin cavabdeh orqan ərizənin təmin edilməsindən imtina etmiş və əsas kimi bu torpaq sahəsinə dair bələdiyyə qərarının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X3 aşkar edilməməsini göstərmişdir. Təbii ki, həmin sənədlərin X4 göndərilməsi onun vəzifəsi olmadığı və səlahiyyətinə aid olmadığı üçün bu əsasla onun ərizəsinin təmin edilməsindən imtina olunması tamamilə qanunsuzdur. İddiaçı, bələdiyyə tərəfindən ona ayrılmış həmin torpaq sahəsinə dair sənədlərin Xızı rayon Dövlət Arxivində və Xələnc-Fındığan Bələdiyyəsində olub-ol mamasını müəyyən etmək üçün həmin idarələrə müraciət etmiş və həm Xızı rayon Dövlət Arxivindən, həm də Xələnc-Fındığan bələdiyyəsindən alınmış arayışlarda bu qərarların həm Xızı rayon Dövlət Arxivində, həm də Xələnc-Fındığan bələdiyyəsində olduğu müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə görə bələdiyyələr onlarda olan sənədləri 5 il müddətinə saxladıqdan sonra müvafiq rayon arxivlərinə təhvil verirlər. Xələnc bələdiyyəsi də 2005-ci ildə verilmiş sənədlərin saxlama müddəti keçdiyi üçün təbii ki, onları Xızı rayon Dövlət Arxivinə təhvil vermişdir. Həm Xızı rayon Dövlət Arxivi, həm də Xələnc-Fındığan bələdiyyəsi bu torpaq sahəsinə dair sənədlərin olduğunu təsdiq etsə də, cavabdeh orqan əsassız olaraq iddiaçının ərizəsinin təmin olunmasından imtina etmişdir.
5. Cavabdehin yazılı etirazın ın dəlilləri iddiaçının tələbindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.
6. İşin məhkəmə araşdırması zamanı bələdiyyə qərarı və onun qəbul edilməsi üçün əsas olmuş sənədlərin təqdim edilməsi Xızı rayon Dövlət Arxivindən tələb edilmiş, xx.xx.2022-ci il tarixli məktubla iclas protokolundan çıxarış, qərardan çıxarış, torpaqların alqı-satqısına dair akt, rəy və ödəniş qəbzinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2-1(118)-501/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Xızı rayonu Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 nömrəli qərarı ilə ayrılmış Xızı rayonu Xələnc kəndi ərazisində yerləşən 1200 kv m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya torpaq sahəsinin satılması barədə bələdiyyə qərarının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X3 aşkar edilməməsi halı iddiaçının müraciətinin təmin olunmasından imtina üçün əsas deyildir. Məhkəmə hesab etmişdir ki, torpaq sahəsinin satılmasına dair qərarın X4 göndərilməsi iddiaçının vəzifələrinə və onun məsuliyyət sferasına aid deyildir. İddiaçı üzərinə düşən vəzifəni yerinə yetirmiş, torpaq sahəsinin dəyərini ödəmişdir. Torpaq sahəsinin satılmasına dair bələdiyyə qərarı hazırda qüvvədədir və qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edilməmiş və ya etibarsız hesab olunmamışdır.
9. Bundan başqa torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması və ya alqı-satqı aktını sonradan bağlanması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qa nunun 64.2-ci maddəsi)”
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) 30 may 2023-cü il tarixli, 2-1(105)-510/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2-1(118)501/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsin i xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, 2 saylı Ərazi İdarəsi qanunvericiliyin tələblərinə riayət etməklə təqdim edilmiş sənədlərin dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamış və məlum olmuşdur ki, Xızı Rayon Dövlət Arxivi tərəfindən surəti təsdiq olunmuş bələdiyyə iclasının qərarından çıxarışda İddiaçı ilə bağlı heç bir məlumat qeyd olunmamışdır, Buna görə də Xızı rayonu Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 nömrəli qərarının həqiqiliyinin araşdırılması üçün X4 sorğu göndərilmiş, sorğuya cavab olaraq sözügedən bələdiyyə qərarının mərkəzdə aşkar olunmadığı bildirilmişdir. Bu halda isə ərazi idarəsi haqlı olaraq iddiaçının tələbind ən imtina etmişdir.
15. Bundan başqa qanunvericiliyin tələblərinə əsasən bələdiyyə orqanı torpaq sahəsinin satılması üçün ilk növbədə qərar qəbul edilməli, satışa icazə verildikdən sonra torpaq sahəsinin dəyəri ödənilməli, bundan sonra isə alqı-satqı aktı bağlanmalıdır. Hazırki iş üzrə qanunvericiliyin tələblərinə zidd olaraq birinci alqı-satqı aktı bağlanmış (xx.xx.2005), aktda 134 manatın ödənildiyi qeyd edilmiş, sonra torpaq sahəsinin satılması barədə qərar qəbul edilmiş (xx.xx.2005), sonda isə torpaq sahəsinin dəyəri 134 manat ödənilmişdir (xx.xx.2005). Deməli, Xızı rayon Xələnc bələdiyyəsi tərəfindən torpaq sahəsinin satılması barədə qərar qəbul edilməmiş torpaq sahəsi satılmasına dair alqı-satqı aktı bağlanmış (xx.xx.2015), dəyəri xx.xx.2005-ci ildə ödənildiyi halda xx.xx.2005- ci il tarixli alqı-satqı aktında dəyərinin artıq ödənildiyi göstərilmiş, alqı-satqı aktından sonra (xx.xx.2005) isə torpaq sahəsinin satılması barədə bələdiyyənin qərarı xx.xx.2005-ci il tarixində qəbul edilmişdir. Beləliklə də, bələdiyyənin qərarının mövcud olmasının şübhə altına almaqda 2 saylı Ərazi İdarəsi haqlı olmuşdur.
16. Bundan əlavə Xızı rayonu Xələnc bələdiyyəsinin 03 oktyabr 2005-ci il tarixli 10 nömrəli qərarı ilə iddiaçıya 1200 kv.m. torpaq sahəsi ayrılarkən icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri To rpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;... 19. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasib ətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.... 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (i carəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüq uqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qe ydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddə sində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mü bahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhk əməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hə rtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Xızı rayonu Xələnc kəndində yerləşən 1200 kv.m torpaq sahəsi Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarına əsasən qanunamüvafiq qaydada fərdi yaşayış evi tikmək üçün iddiaçının mülkiyyətinə verilmiş və onun adına torpaq sahəsini planı və ölçüsü sənədi hazırlanaraq X5 kitabında qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaması üçün heç bir əsas olmadığı təqdirdə cavabdeh inzibati orqan “araşdırma” aparmaqla formal və əsassız səbəblər gətirərək hüquqların dövlət qeydiyyatından imtina etmişd ir.
28. Cavabdehin kassasiya şikayətindəki “bələdiyyə iclasının qərarından çıxarışda iddiaçı ilə bağlı məlumatın qeyd olunmaması, bu səbəbdən bələdiyyə qərarının həqiqiliyinin araşdırılması üçün X4 sorğu göndərilməsi və sorğuya cavab olaraq sözügedən qərarın mərkəzdə aşkar olunmaması” ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla işin birinci instansiya məhkəməsi tərəfindən araşdırılması zamanı Xızı rayon Dövlət Arxivinə göndərilmiş sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş bələdiyyənin xx.xx.2005-ci il tarixli iclas protokolundan çıxarışdan görünür ki, 11-ci sırada iddiaçının adı və adının qarşısında 0,12 ha qeydi vardır. Göründüyü kimi, cavabdeh inzibati orqanın “bələdiyyə iclasının qərarından çıxarışda iddiaçı barədə məlumatın qeyd olunmaması” səbəbindən ar aşdırma aparmaq məcburiyyətində qalması ilə bağlı dəlili həqiqəti əks etdirmir. Çünki eyni arxiv idarəsindən məhkəməyə təqdim edilmiş sənədlərdə iddiaçının adı mövcuddur.
29. Mübahisə predmeti olan torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarının Ədliyyə Nazirliyinin X1b-olmamasına gəldikdə isə, əvvəla məhkəmə kollegiyası qeyd edir ki, bələdiyyə qərarının X2maması əsası ilə hüquqların dövlət qeydiyyatından imtina oluna bilməz, çünki qanunvericilikdə hüquqların dövlət qeydiyyatından imtinanın əsasları birmənalı olaraq göstərilmişdir.
30. Bundan başqa bələdiyyə qərarının X4 təqdim edilməsi iddiaçının öhdəliyi, vəzifəsi olmamaqla, təqdim edilməməsinə görə də o məsuliyyət daşıya və bu hal onun vəziyyətini ağırlaşdıra bilməz.
31. Eyni zamanda məhkəmə kollegiyası cavabdeh inziba ti orqanın bələdiyyə qərarının həqiqiliyinin yoxlanılması üçün X4 sorğu göndərməsi istiqamətində apardığı araşdırmaya münasibətdə onu qeyd edir ki, hər hansı bələdiyyə qərarının X4 təqdim edilməsi və mərkəzdə qeydiyyata alınması həmin bələdiyyə qərarının mötəbər, qanunauyğun olması anlamına gəlmir. Həmçinin bələdiyyə qərarının X4 təqdim edilməməsi də həmin qərarın həqiqi olmadığına əsas ola bilməz.
32. Bundan əlavə məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətindəki “qanunvericiliyin tələblərinə zidd olaraq ilk öncə alqı-satqı aktı bağlanması (xx.xx.2005) və sonra torpaq sahəsinin satılması barədə qərar qəbul edilməmiş (xx.xx.2005), sonda isə torpaq sahəsinin dəyəri 134 manat ödənilməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, torpaqların alqı-satqısına dair akt xx.xx.2005-ci il ta rixdə deyil, xx.xx.2005-ci il tarixdə tərtib edilmiş, aktın məzmununda da tərtib edilmə tarixi ilə bağlı qeyd yazılmış və akt həmin tarixdə torpaq şöbəsində 390 nömrə ilə qeydiyyata alınmışdır. Cavabdeh inzibati orqanın qeyd etdiyi xx.xx.2005-ci il tarix isə aktın məzmunundan da göründüyü kimi, iddiaçının torpaq sahəsi alması ilə bağlı müraciət tarixidir. Aktda bu barədə qeyd olmasına baxmayaraq cavabdeh inzibati orqan həmin tarixi aktın tarixi kimi qiymətləndirmiş və yanlış dəlil irəli sürmüşdür.
33. Bundan başqa məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətindəki “icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin alınmaması” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbi baxımından bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövc ud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Lakin rəyin alınmaması yekun inzibati akt olan bələdiyyə qərarının hüquqi qüvvəsinə təsir etmir. Belə ki, iddiaçıya torpaq sahəsi satılması ilə bağlı bələdiyyənin qərarı müvafiq icra hakimiyyəti orqan tərəfindən mübahisələndirilməmişdir və hazırda qüvvədə olan inzibati aktdır.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının 30 may 2023-cü il tarixli, 2-1(105)-510/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.