Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2125/2024 08.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: ali təhsilə aid kvalifikasiyanın tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1559/2024 nömrəli, 4 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Rusiya Dövlət Sosial Universiteti tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş VSQ ******* nömrəli diploma əsasən, İddiaçı “Maliyyə və kredit” ixtisası üzrə iqtisadçı Peşə-ixtisas dərəcəsi verilmişdir.
2. Həmin diploma əlavəyə görə, İddiaçı Rusiya Dövlət Sosial Universitetində təhsili aldığı müddət ərzində “Maliyyə menecmenti” ixtisaslaşması üzrə 62 fəndən 4 kafi, 22 yaxşı, 5 əla və 31 məqbul qiymətləri almışdır.
3. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ali təhsil sahəsində həmrəylik haqqında dövlətlərarası sazişə müvafiq olaraq, Moskva Dövlət Sosial Universiteti (bundan sonra - ’’MDSU”) ilə "Texnoloq" Elm-istehsalat firması (bundan sonra - "Firma") arasında xx.xx.1996-cı il tarixli birgə fəaliyyət müqaviləsinə uyğun olaraq, xx.xx.1996-cı il tarixli 298 saylı əmr əsasında Firmanın Azərbaycan Respublikasının Bakı şəhərindəki bazasında MDSU-nun Beynəlxalq Sosial Təhsil Mərkəzi (UKP) açılmışdır.
4. İddiaçı xx.xx.2013-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmişdir.
5. Azərbaycan Respublikası Təhsil Nazirliyi xx.xx.2013-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Rusiya Dövlət Sosial Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında (6 il) ərizəçinin həmin ölkədə cəmi 3 gün olması və Rusiya Federasiyasının adıçəkilən ali təhsil müəssisəsinin diploma əlavəsində göstərilən tədris proqramının bu müddət ərzində yerinə yetirilməsinin qeyri-mümkün olması əsası ilə diplomun tanınması mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Rusiya Dövlət Sosial Universiteti tərəfindən iddiaçının adına verilmiş “Maliyyə və kredit” ixtisası üzrə VSQ ******* nömrəli, xx.xx.2011-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh qismində Təhsildə Keyfiyyət Təminatı Agentliyi göstərilməklə iddia tələbinin “Rusiya Federasiyas ı Rusiya Dövlət Sosial Universiteti tərəfindən iddiaçının adına verilmiş VSQ ******* nömrəli, xx.xx.2011-ci il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-2011-ci illərdə Rusiya Dövlət Sosial Universitetinin maliyyə və kredit fakültəsində iqtisadçı ixtisası üzrə təhsil almışdır. İddiaçıya xx.xx.2011-ci il tarixli, VSQ ******* nömrəli diplom verilmişdir. İddiaçı xx.xx.2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmişdir. Lakin Təhsil Nazirliyi tərəfindən diplomun tanınmasından imtina edilmişdir. İmtinaya əsas kimi Rusiya Dövlət Sosial Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında (6 il) iddiaçının həmin ölkədə cəmi 3 gün olması göstərilir. Rusiya Federasiyasının adıçəkilən ali təhsil müəssisəsinin diploma əlavəsində göstərilən tədris proqramının bu müddət ərzində yerinə yetirilməsinin qeyri-mümkün olduğu bildirilir. Hesab edir ki, diplomun tanınmasından imtina əsassızdır.
9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq təhsil aldığı ölkədə qısa müddət ərzində tədris yükünü ye rinə yetirməyi qeyri-mümkün olduğu üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarına uyğun gəlmədiyi müəyyən edilmişdir. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edil mişdir. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur (xx.xx.2011-ci ildə 3 gün) və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür.
10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5585/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5585/2022 nömrəli qərarı ilə (hakim H.Ağalarov) iddia rədd edilmişdir.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçının faktiki olaraq xarici ölkədə olduğu qısa müddət ərzində (ümumilikdə 03 gün) bakalavr pilləsi üzrə proqramın mənimsənilməsi qeyri-mümkündür. Bu müddət həm də Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilin dövlət standartlarına uyğun olmadığı nəticəsini yaradır. İş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olu nmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-719/2023 nömrəli qərarı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, X.Cəmilova və R.Səmədov) birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçının adına Rusiya Federasiyası Rusiya Dövlət Sosial Universiteti tərəfindən verilmiş VSQ ******* nömrəli, xx.xx.2011ci il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının təhsil aldığı təhsil müəssisəsi Rusiya Dövlət Sosial Universitetinin Bakıda yerləşən tədris-məsləhət məntəqəsində ol duğu üçün iddiaçı da məhz Bakı şəhərində təhsil almış, bu səbəbdən də ölkəni tərk etməyə zərurət olmamışdır. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda da hüquqi mövqe bu cür əsaslandırılmışdır (2-1(102)-1671/2021 saylı xx.xx.2021-ci il tarixli Qərar). Belə ki, həmin işlərdən aydın olduğu kimi iddiaçılar Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialında təhsil almışlar, baxmayaraq ki, həmin filial ölkə ərazisində akkreditasiyadan keçməmiş və dövlət lisenziyası əldə etməmişdir, lakin yaranmış məhkəmə praktikasına əsasən qeyd edilən hallar təhsil alan tələbələrin təhsil hüquqlarının pozulmasına səbəb ola bilməz. "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq haqqında xx.xx.2004-c ü il tarixli, 595-İİQ saylı Qanunla Azərbaycan Respublikası xx.xx.1961-ci il tarixli həmin Haaqa Konvensiyasına qoşulmuşdur. Rusiya Federasiyası da Haaqa Konvensiyaya qoşulmuşdur və həmin ölkənin səlahiyyətli orqanı tərəfindən iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla, həmin diplomun qanuniliyi Rusiya Federasiyası tərəfindən tanınmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(102)-2253/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər: İ.Hüseynov sədrlik edən və məruzəçi, N.Rəsulbəyova və X.Məmmədov) apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş və şikayət qalan hissədə təmin edilməmişdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “məhkəmə cavabdeh tərəfindən iddiaçı ilə eyni təhsil müəssisəsində, eyni dövrdə və eyni formada təhsil almış digər şəxslərin diplom üzrə ixtisasının ölkə ərazisində tanınıb-tanınmadığına dair araşdırma aparmamışdır. Belə ki, Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetindən (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) xx.xx.2011-cı ilədək məzun olmuş şəxslərin aldıqları xarici ali təhsil ixtisasların Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh inzibati orqanın inzibati praktikası da nəzərdən keçirilməlidir.” b. Apellyasiya instansiyası mə hkəməsində ikinci icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1559/2024 nömrəli, 4 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, İ.Şirinov və M.Tağızadə) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, İddiaçı adına Rusiya Federasiyası Rusiya Dövlət Sosial Universiteti tərəfindən verilmiş ВСГ ******* nömrəli, xx.xx.2011-ci il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulmuşdur.
20. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh qurum tərəfindən iddiaçının təhsil aldığı təhsil müəssisənin qanunsuz fəaliyyəti ilə bağlı hər hansı mötəbər sübutlar bu məhkəmə icraatında da təqdim olunmamışdır. Məhkəmə kollegiyası hazırkı vəziyyətdə oxşar işlər üzrə inzibati orqanın həm inzibati praktikasını, həm də kassasiya instansiyası məhkəməsinin qərarda adları qeyd olunan inzibati işlərdə sərgilədiyi hüquqi mövqeyini, bunun nəticəsində də formalaşan məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, iddiaçı “diplomunun tanınması və ona ekvivalentlik şəhadətnaməsinin verilməsi”ni tələb etməkdə haqlıdır.
21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
22. Cavabdehin kassasiya şik ayəti onunla əsaslandırılmışdır ki, Rusiya Dövlət Sosial Universitetinin Bakı filialı heç vaxt Azərbaycan Respublikasında akkreditasiyadan keçməmiş, habelə 1 saylı Yerli İqtisad Məhkəməsinin 2007-ci il tarixli akreditasiyasız Bakı filialları ilə bağlı qətnamələrində bu müəssisə barədə məlumat əks olunmamış, əlavə olaraq İddiaçının adıçəkilən filialdan təhsil prosesinə qoşulduğunu iddia etdiyi dövr 2007-ci ildən 2011-ci ilə qədər yəni filialların fəaliyyətinə xitam verən qüvvəyə minmiş məhkəmə qətnamələrinin tarixindən sonraki 4ili əhatə etmişdir.
23. İddiaçının tədris prosesində iştirak etdiyini bildirdiyi “Bilik” Elm-Sosial Mərkəzinin təhsil fəaliyyətləri, xüsusilə xarici dövlətin ali təhsil müəssisəsinin filialı (nümayəndəliyi) qismində fəaliyyəti üzrə Azərbaycan Respublikası qanunverici liyindən yayındığı iş üzrə materiallara baxış keçirərkən müəyyən olunmuşdur.
24. Ali Məhkəmənin İnzibati Kollegiyasından nəzərə alması xahiş olunur ki, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Məhkəmələr baxılmış işlər üzrə qərarları Azərbaycan Respublikası adından çıxarırlar və bu qərarlar Azərbaycan Respublikasında bütün hüquqi və fiziki şəxslər üçün məcburi qüvvəyə malikdir.
25. Buna görə də, Azərbaycan Respublikası ərazisində, xüsusilə Bakı şəhərində qanunsuz şəkildə fəaliyyət göstərmiş filiallarının fəaliyyətinin dayandırılması barədə 2006 və 2007-ci illərdə 1 saylı Yerli İqtisad Məhkəməsinin qəbul etdiyi qətnamələrdən sonrakı dövr üçün də oxşar təşəbbüslərin qanuniliyi və bu müəssisələrdə (məntəqələrdə) əldə edilmiş sənədlərin etibarlılığı məhkəmə tərəfindən qəbul edilərsə, yaranmış məhkəmə təcrübəsi, hazırda da ölkəmizin qanunvericiliyində təhsil fəaliyyəti ilə bağlı müəyyən edilmiş tələb və prosedurlardan (akkreditasiya və dövlət lisenziyası) yayınaraq fəaliyyətini davam etdirən müəssisələrin, habelə gələcəkdə xarici ölkələrdən ixrac olunan kommersiya məqsədi oxşar təşəbbüslər üzrə qanunsuz fəaliyyətinin leqallaşdırılması üçün zəmin yaradacaqdır.
26. Qeyd edir ki, apellyasiya instansiyası Bakı şəhərində Respublika qanunvericiliyinin heç bir əlaqəli tələbinə məhəl qoymadan “təhsil” fəaliyyətləri məşğul olan müəssisədə tədrisin nəticəsində alınmış sənədlərin tanınması barədə qərar verməklə, bundan sonrakı dövr üçün ölkə ərazisində bənzər fəaliyyətlər üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli, 1 67 nömrəli qərarı ilə "Təhsil müəssisələrinin akkreditasiyası Qaydalarının və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununun əlaqəli tələblərinin tətbiqi məhkəmə təcrübəsi ilə hüquqi ziddiyyət yaranması üçün zəmin yaratmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu: 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0.21. Xarici dövlətlərin al i təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biridir. 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.
28. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”: 1.1. Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Re spublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 2.2.2. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. 3.1.4. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. 3.1.8. bu Nizamnamə ilə müəyyən edilm iş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”: 4.1. tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. mü vafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. 4.3. Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır.
30. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həm çinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həc mdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyas ı məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
34. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlillər i mahiyyətcə iddiaya qarşı etirazın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
36. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
37. İşin hallarından göründüyü kimi, iddiaçı Rusiya Federasiyası “Rusiya Dövlət Sosial Universiteti” ali peşə təhsili dövlət təhsili müəssisəsində “Maliyyə və kredit” ixtisası üzrə iqtisadçı Peşə-ixtisası üzrə təhsil almış və xx.xx.2011- ci il tarixdə ВСГ ******* nömrəli bakalavr diplomu verilmişdir. Daha sonra o, müvafiq diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinanın əsasını “Rusiya Dövlət Sosial Universiteti” ali peşə təhsili dövlət təhsili müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd edilən tədris yükünü yerinə yetirməsinin qeyri-mümkünlüyü təşkil etmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, birinci dəfə kassasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman apellyasiya məhkəməsinə qoyulan hüquqi göstəriş ondan ibarət olm uşdur ki, “məhkəmə cavabdeh tərəfindən iddiaçı ilə eyni təhsil müəssisəsində, eyni dövrdə və eyni formada təhsil almış digər şəxslərin diplom üzrə ixtisasının ölkə ərazisində tanınıb-tanınmadığına dair araşdırma aparmamışdır. Belə ki, Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetindən (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) xx.xx.2011-cı ilədək məzun olmuş şəxslərin aldıqları xarici ali təhsil ixtisasların Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh inzibati orqanın inzibati praktikası da nəzərdən keçirilməlidir.”
39. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları araşdırılarkən müəyyən edilmişdir ki, 2011-ci il tarixli, № 003378 qeydiyyat nömrəli Azərbaycan Res publikası Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamənin surətindən müəyyən edilir ki, X2 adına xx.xx.2011-ci ildə Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universiteti tərəfindən verilmiş ali təhsil haqqında BCГ ******* saylı mütəxəssis diplomu Azərbaycan Respublikasında tanınmışdır.
40. Eyni zamanda məhkəmə kollegiyası Ali Məhkəmənin İnzibati kollegiyasının əvvəllər qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 2-1(102)-882/2023 saylı qərarındakı mövqeyini təkrarlayaraq qeyd edir ki, “...Təhsildə Keyfiyyət Agentliyinin məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 00-05-333/TKTA və 00-05-334/TKTA nömrəli məktublarından görünür ki,...Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetindən (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) 2006-cı ilədək məzun olmuş və əldə etdiyi xa rici ali təhsil ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş 56 ərizəçinin xarici ali təhsil ixtisası ölkə ərazisində tanınmış və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilmişdir.”
41. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, cavabdeh qurum tərəfindən iddiaçının təhsil aldığı təhsil müəssisənin qanunsuz fəaliyyəti ilə bağlı hər hansı mötəbər sübutlar bu məhkəmə icraatında da təqdim olunmamışdır. Beləliklə, cavabdeh inzibati orqanın imtinası «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın tələblərinə uyğun olmamışdır.
42. Qanunvericiliyin yuxarıda istinad olunan norma larına görə, ali təhsilə aid kvalifikasiyanın tanınması ilə bağlı apellyasiya məhkəməsi məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
43. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 2-1(103)-1559/2024 nömrəli, 4 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.