Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2126/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri Novxanı bağ massivi B1392 ünvanında yerləşən torpa q sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2023-cü il tarixli, 2-1(105)-412/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Novxanı bölgəsində B-1392 nömrəli 0,12 ha-lıq bağ sahəsi və sahəsi 33 kv.m olan 2 otaqdan ibarət bina Sumqayıt şəhər İcra Hakimiyyəti Kommunal X1 Bağ Təsərrüfatı sahəsi tərəfindən iddiaçının icarəsinə verilmiş və tərəflər arasında xx.xx.2003-cü il tarixli 11894 nömrəli bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə müqavilə bağlanmışdır.
2. Sumqayıt şəhər İcra Hakimiyyəti Mən zil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən iddiaçının adına 3115 inventar nömrəli bağ təsərrüfatının texniki pasportu hazırlanmış, torpaq sahəsində yerləşən yaşayış sahəsinə elektrik və qaz xətləri çəkilmişdir.
3. İddiaçı qeyd olunan bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli bildirişlə imtina edərək bildirmişdir ki, xx.xx.2003-cü il tarixli 11894 nömrəli müqavilənin həqiqiliyinə şübhə yarandığı üçün müqavilənin verilməsinə əsas olmuş Sumqayıt şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının Məsələləri üzrə Komissiyanın xx.xx.1996-cı il tarixli 435 nömrəli protokolun təsdiq edilmiş surətinin təqdim edilməsi üçün Dövlət Arxivinin Sumqayıt Filialına sorğu ünvanla nmış, lakin sorğuya cavab olaraq protokol təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri Novxanı bağ massivi B-1392 ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2003-ci il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən Kommunal Təsərrüfat X2 sahəsinin B-1392 nömrəli, 0,12 hektarlıq bağlıq sahəsini almışdır. Qeyd olunan bağlıq sahədə 20 ilə yaxın müddə t ərzində zəruri abadlıq-becərmə işləri görülmüş, bağ sahəsi iki tərəfdən mişarlanmış əhəngdaşı ilə hasarlanmış və ağacların becərilməsi üçün sayğacın su xəttinin çəkilməsini təmin etmişdir. Uzun illər apardığı kultivasiya və becərmə işləri ilə bağda çoxsaylı bəzək kolları, meyvə ağacları yetişdirilmişdir. Bağ sahəsində olan 54 kv.m yaşayış evini restavrasiya edib əsaslı təmir etmişdir. X3 ailəsinə məxsus olan 1392 nömrəli bağla bir hasarın içərisində yerləşir. Bağın suyu, qazı və işığı iddiaçının adına rəsmiləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus olan Novxanı bağ massivində yerləşən B1392 nömrəli, 0,12 hektar torpaq sahəsi üzərində və bağda olan yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin plan ölçüsünün verilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, ərizə ********** nömrəsi ilə qeydə alınaraq baxılmış və əsassız olaraq təmin olunmasından imtina edilmişdir. B-1392 nömrəli bağ sahəsinin ona məxsus olması biri digərini əvəzləməklə yanaşı təsdiqləyən rəsmi sənədlər və əlavələrlə tam təsdiqini tapır. Bütün zəruri sənədlərin mövcud olduğu, tərəfindən həmin torpaq sahəsi uzun illər istifadəsində olduğu halda cavabdehin heç bir əsas olmadan imtina etməsi başa düşülən deyil və qanuni və əsaslı hesab edilə bilməz. Cavabdehin etirazları:
6. Cavabdehin etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın (bildirişin) dəlilləri ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-362/2023 nömrəli qərarı ilə iddia təmi n edilmiş, iddiaçıya məxsus Sumqayıt şəhəri Novxanı bağ massivi, B- 1392 ünvanda yerləşən torpaq sahəsi (B-1392 nömrəli 0,12 ha bağ torpaq sahəsi) üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla çıxarışın və plan ölçüsünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Sumqayıt şəhəri Novxanı bağ massivi, B-1392 ünvanda yerləşən torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarımın qeydiyyata alınmaqla çıxarışın və plan ölçüsünün verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 11894 nömrəli xx.xx.2003-cü il tarixli müqavilənin həqiqiliyinə şübhə yarandığı üçün, müqavilənin verilməsinə əsas kimi qeyd olunan Sumqayıt Şəhər İcra Hakimiyyətinin Bağlar təsərrüfatı nın məsələləri üzrə komissiyanın xx.xx.1996-cı il tarixli 435 nömrəli protokolun təsdiq olunmuş surətinin idarəyə təqdim olunması ilə bağlı Dövlət Arxivinin Sumqayıt Filialına sorğu ünvanlanmış və sorğuya cavab olaraq “Bağ torpaq sahələrinin icarəyə verilməsi, geri alınması qaydaları və şərtləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1996-cı il tarixli 435 nömrəli ümumi sərəncamının təsdiq olunmuş surəti təqdim edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh orqanın sənədlərin həqiqiliyə şübhə etməsi əsası ilə müraciətin təmin edilməsindən imtina etməsi əsaslı olmamışdır. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün hüquqi əsas mövcuddur. Belə ki, cavabdeh öz imtinasının dəlili kimi sözügedən torpaq sahəsinə d air müqavilənin həqiqiliyinə şübhələr olmasını göstərsə də, bu şübhənin nədən ibarət olmasını, şübhənin əsaslarını qeyd etməmişdir. Eyni zamanda həmin müqavilənin qüvvədən düşdüyü müəyyən edilməmiş, cavabdeh tərəfindən də onun qüvvədən düşdüyünü təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Cavabdeh inzibati orqan torpaq sahəsini yerində müayinə etmiş və müvafiq sənədin sürətini məhkəməyə təqdim etmişdir. Torpaq sahəsinin iddiaçının istifadəsində olması müəyyən edilmiş və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edəcək hər hansı məhdudiyyət müəyyən edilməmişdir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-412/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-326/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, müqavilənin bağlanmasına əsas Sumqayıt şəhər İHB-nin xx.xx.1996-cı il tarixli 435 nömrəli protokolu əsas götürülmüşdür. Kollegiya qeyd etmişdir ki, cavabdehin imtinasında və apellyasiya şikayətində “ümumi sərəncam” kimi göstərdiyi Sumqayıt ŞİH-nin xx.xx.1996-cı il tarixli 435 nömrəli sərəncamı ilə “Bağ torpaq sahələrinin icarəyə ver ilməsi, geri alınması qaydaları və şərtləri haqqında Əsasnamə” təsdiq edilmişdir ki, hazırkı işdə də, iddiaçının adına müvafiq bağ sahəsinə dair icarə müqaviləsi məhz həmin Əsasnamənin şərtlərinə uyğun olaraq bağlanılmışdır. Başqa sözlə, müqavilənin bağlanmasına əsas olmuş sərəncam ayrı məzmunda verilməmişdir ki, hazırda da müqavilənin bağlanma əsasının mötəbərliyi şübhə altına alınmış olsun. “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” 11894 nömrəli, 21 avqust 2003-cü il tarixli müqavilə cavabdeh tərəfindən də məhkəmə təqdim edilmişdir. Bununla da, həmin müqavilənin cavabdeh inzibati orqanın arxivində saxlanıldığı müəyyən edilir. Bundan başqa, cavabdeh inzibati orqanın özü tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks e tdirən müayinə (baxış) aktından görünür ki, Sumqayıt şəhəri Bağ təsərrüfatı sahəsi tərəfindən 11894 nömrəli, xx.xx.2003-cü il tarixli müqavilə ilə iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə və faktiki sahəsi 0,12 ha-dır, torpaq sahəsinin bir tərəfi yol, digər tərəfləri qonşudur, bir tərəfi hasarsız, digər tərəfləri mişar daşı ilə hasarlanmış, torpaq sahəsində mübahisəli hal yoxdur, sahə üzərində tikintialtı sahəsi 96 kv.m olan birmərtəbəli bağ evi mövcuddur, yerüstü kommunikasiya xətləri keçmir. Göründüyü kimi, torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə və faktiki sahəsi 0,12 ha olmaqla, hazırda iddiaçının faktiki istifadəsindədir.
12. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə etirazda göstərilənlər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. İddiaçının kassasiya şikayətinə etirazının dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq ic ra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsas sızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiy ası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
20. Şikayətin əsas dəlili ondan ibarətdir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən Kommunal X1 Bağ Təsərrüfatı sahəsi ilə iddiaçı arasında bağlanmış xx.xx.2003-cü il tarixli 11894 nömrəli bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə müqavilənin həqiqiliyi şübhə doğurur, müqavilənin bağlanmasına əsas kimi qeyd olunan Sumqayıt şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının Məsələləri üzrə Komissiyanın xx.xx.1996-cı il tarixli 435 nömrəli protokolu arxivdə mövcud deyildir.
21. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarına görə, iddiaçı ona ayrılmış sahəsi 0,12 ha olan B-1392 nömrəli bağ torpaq sahəsinin sərhədlərini müəyyənləşdirmiş, həmin sahədə yaşayış sahəsi inşa etmişdir. İddiaçının mübahisəli bağ sahəsindən istifadəsi üçüncü şəxslərin hüquqlarını pozmur, naturada özünə ayrılmış torpaq sahəsindən istifadə edir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə predmeti olan bağ sahəsi Sumqayıt şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən Kommunal X1 Bağ Təsərrüfatı sahəsinin xx.xx.2003-cü il tarixli 11894 nömrəli bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə müqavilə əsasında iddiaçının istifadəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.7-ci maddəsinin tələbinə görə, 20 07-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır.
23. İddiaçının əsaslandığı icarə müqaviləsi mübahisələndirilməmişdir və hazırda qüvvədədir.
24. Beləliklə, iddiaçının həmin normadan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
25. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(105)-412/2023 nömrəli qərarı dəyişdirilmə