Məhkəmə qərarları › İş №2-1(102)-2126/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2126/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2126/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə (üçüncü şəxslər X5 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: donor olmağa icazənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı (üçüncü şəxslər X5 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ta beliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”) “X1 iddiaçının böyrək transplantasiyası üzrə donoru olmasına icazə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 2-1(107)-184/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 1. “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən Şəki rayonu Şin kəndində yaşayan 1993-cü il təvəllüdlü İddiaçı xəstəxananın hemodializ şöbəsində “Xroniki qlomerulonefrit, xroniki böyrək çatışmazlığı, V mərhələ proqramlı dializ” diaqnozu ilə xx.xx.2021-c i il tarixindən hemodializ seansları qəbul edir.

2. İddiaçı ilə qohumluq əlaqəsi olmayan X5 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə yazaraq, İddiaçı böyrək köçürülməsi üçün özündən orqan götürülməsinə etiraz etmədiyini bildirmişdir.

3. X1 arvadı X4 da xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində ərinin donor olmasına etiraz etmədiyini bildirmişdir.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyası, əlaqələndirici qurumun təqdimatı və həkim komissiyasının qərarı əsasında 10 avqust 2023-cü il tarixdə X1 donor olub-ola bilməməsi barədə məsələyə baxmış və onun donor ola bilməməsi barədə qərar qəbul etmişdir. Qərar belə əsaslandırılmışdır ki, donor və resipient arasında dostluq münasibəti öz təsdiqini tapmamamış, resipient özünü implusiv aparmış, transplantasiyanın əvəzli olmasına dair əsaslı şübhələr yaranmışdır.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi iddiaçıya xx.xx.2023-cü il tarixli məktub göndərərək, ilkin müraciətinin təmin olunmasından imtina edildiyini bildirmişdir. 6. “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli arayışında göstərilir ki, Şəki rayonu Şin kəndində yaşayan 1993-cü il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində müayinə olunmuş, “Başqa rubrikalarda təsnif olunan xəstəliklər zamanı demensiya”, “Xroniki nefritlik sindrom” diaqnozu ilə xəstədir və xəstə hazırda psixoloji sarsıntılar keçirdiyi ü çün ünsiyyətə qoşula bilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdeh “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası”nın 10 avqust 2023-cü il tarixli, 20 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir

8. İddiaçı 10 yanvar 2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “X1 iddiaçının böyrək transplantasiyası üzrə donoru olmasına icazə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolunun qərarda dı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə təmin edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı il tarixdən etibarən böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir və 2021-ci ilin noyabr ayından etibarən xəstəliyinin proqres etməsi nəticəsində hemodializ olunmağa başlamışdır. İddiaçı xəstəliyinin aradan qaldırılması məqsədilə böyrək transplantasiya etmək üçün müvafiq sənədləri toplayaraq cavabdeh orqana müraciət etmişdir. İddiaçı donor olmaq istəyən şəxs olan X1 onun dostu olduğunu qeyd etmişdir. Lakin cavabdeh orqan iddiaçının müraciətinə baxaraq, transplantasiya edilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir.

10. Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2-1(116)-2696/2023 nömrəli qərardadı ilə X12 inzibati məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir.

11. Şəki İnzibati Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2-1(116)-469/2024 nömrəli (X8) qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin üzərinə İddiaçı böyrək transplantasiyası edilməsi üzrə X1 donor olmasına icazə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyi qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya böyrək transplantasiyasının zəruriliyi qoyulmuş diaqnoz və işin halları ilə sübuta yetirilmiş, cavabdeh tərəfindən bu hal mübahisələndirilməmiş, öz faktiki hərəkəti ilə (müvafiq komissiyaya təqdimat verilməsi) belə zərurəti təsdiq etmişdir. Lakin inzibati orqan iddiaçını n arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

13. Cavabdeh Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya X3 apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 21(116)-469/2024 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin olunmamasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Apellyasiya icraatı zamanı Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 mart 2024-cü il tarixli, 2-1(107)-184/2024 nömrəli qərardadı ilə cavabdehin ərizəsi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi, əsl cavabdeh Azərbaycan Respublikası Səh iyyə Nazirliyi ilə əvəz edilmişdir.

15. Bundan başqa, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının eyni tarixli qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi iş üzrə inzibati məhkəmə icrааtınа üçüncü şəxs qismində cəlb edilmişdir.

16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 2-1(107)-184/2024 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi: X2, hakimlər: X10 və X7) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şəki İnzibati Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2-1(116)-469 /2024 nömrəli qərarı İddiaçı böyrək transplantasiyası edilməsi üzrə X1 donor olmasına icazə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin üzərinə qoyulması hissəsində dəyişdirilmiş, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə İddiaçı böyrək transplantasiyası edilməsi üzrə X1 donor olmasına icazə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyi qoyulmuşdur.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh orqan donor və resipient arasında dostluq münasibətinin öz təsdiqini tapmamasına və transplantasiyanın əvəzli olmasına dair yaranmış əsaslı şübhələri təsdiq edəcək hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, resipientin özünü impulsiv aparması iddiaçının tələbindən imtina üçün əsas ola bilməz. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası” haqqında Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində canlı donordan donor orqanın götürülməsinə məhdudiyyətlər nəzərdə tutulmuşdur. Həmin maddədə nəzərdə tutulmuş məhdudiyyətlər məhkəmə araşdırması zamanı hazırkı iş üzrə donor V.Mustafazadəyə münasibətdə aşkar olunmamışdır. Digər tərəfdən Qanunun 4-cü maddəsində qeyd olunur ki, orqan donorluğu və transplantasiyası qanunçuluq, humanizm, könüllülük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanır. Komissiyanın müsbət qərar qəbul etməkdən imtina əsası transplantasiyanın əvəzli olmasına dai r yaranmış şübhələrdən ibarətdir. Komissiya şübhəyə əsasən qərar qəbul etsə də hüququn ümumqəbulolunmuş prinsiplərinə görə şübhə sübuta yetirilmədiyi halda şəxsin xeyrinə həll olunmalıdır.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 2-1(107)-184/2024 nömrəli qərarını ləğv edib, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış məhkəmələr öz qərarlarında iş materiallarına əlavə edilmiş Orqan Donorluğu və Transplantasiyası üzrə Etika Komissiyasının 10 avqust 2023-cü il tarixli, 14 nömrəli Protokolundan çıxarışa y er verməmiş, sübutların qiymətləndirilməsi mərhələsində onu nəzərə almamış, hüquq prinsiplərinin tətbiqində ciddi pozuntuya yol vermişdir. Qanunverici orqan müvafiq qanunu qəbul edərkən yaxın qohum olmayan şəxslərin donor və resipient qismində çıxış etdikləri hallarda Qanunun 4-cü maddəsində nəzərdə tutulan prinsiplərin pozulması ilə bağlı suiistifadə hallarının qarşısını almaq məqsədilə xüsusi təsisatın, “Etika komissiyası”nın yaradılması və tərkibinə psixoloq və hüquqşünasın daxil edilməsinin zəruriliyini bəyan etmişdir. Qanunun tətbiqi və təfsiri zamanı ən effektiv üsul həmin qanunun qəbul edilməsində qarşıya qoyulmuş məqsədin müəyyən olunması çıxış edir. İşə baxan məhkəmələr isə qrammatik təfsir metoduna üstünlük verməklə, müvafiq Qanunun 29.2-ci maddəsinə istinad etmiş, həmin maddədə nəzərdə tutulduğu kimi 18-ci maddədə nəzərdə tutulmuş məhdudiyyətlərin müəyyən edilmədiyini əsas gətirmişdir. Qeyd edilməlidir ki, adı keçən Qanunun 18-ci maddəsində sadalanan məhdudiyyətlərin mövcud olub-olmamasını müəyyənləşdirmək peşəkar psixoloq və hüquqşünasdan ibarət tərkibdə Komissiya təsis edilməsini şərtləndirmir. Deməli, burada məqsəd onların iştirakı ilə tərəflər (donor və resipient) arasındakı emosional və mənəvi əlaqənin olmasını, nəticədə Qanunun 4-cü maddəsindəki prinsiplərə uyğun olaraq bu əlaqənin həm psixoloji, həm də hüquqi mənada araşdırılmasından ibarətdir. Bu məqsədlə peşəkar psixoloq və hüquqşünaslardan ibarət tərkibdə təsis edilmiş komissiyada iddiaçı resipient və donor üçüncü şəxslə söhbətlər aparılmış, sual-cavab formasında həyata keçirilən müzakirə ilə X1 donor o la bilməsinə dair mənfi rəy verilmişdir. Müvafiq protokolda donor və resipient namizədləri tərəfindən onlara ünvanlanan suallara verdikləri cavablar öz əksini tapmışdır. İddiaçı dostu Vüqar Mustafazadə ilə 3-4 il əvvəl adi qaydada tanış olduqlarını bildirmiş, eyni sualı Vüqar Mustafazadə isə fərqli formada cavablamışdır. Belə ki, sonuncu kənddə baş verən qəza zamanı yaralandığını, Şamonun ona kömək edərək xəstəxanaya apardığını və bu formada tanış olduqlarını bildirmişdir. Bundan başqa İddiaçı Vüqar Mustafazadənin hərbi xidmətdə olub-olmaması barədə məlumatsız olduğunu, telefonunda onunla dostluq əlaqələrini təsdiq edəcək heç bir fotoşəkillərinin olmadığını qeyd etmişdir. Vüqar Mustafazadə isə ailəsinin 8 nəfərdən ibarət olduğunu, aylıq gəlirinin 350-400 manat civarında olduğunu, donor olm aqda tək məqsədinin savab qazanmaq olduğunu qeyd etmişdir. Göründüyü kimi, donor olmaq səbəbinin sadəcə dini inancla əlaqələndirilməsi (dostluq əlaqələrinin vurğulanmaması), tərəflərin ifadələrindəki ziddiyyətlər və resipientin maddi və ailə vəziyyəti müvafiq Qanunun 4-cü maddəsində sadalanan prinsiplərə riayət olunmayacağını və təmənnasızlıq prinsipinin pozulması barədə əsaslı şübhələrin yaranmasını təsdiq edir. Tərəflərin suallara verdikləri cavablar, dostluq əlaqələrini təsdiq edə biləcək ən kiçik sübutu təqdim edə bilməmələri məhkəmələr tərəfindən nəzərə alınmamış, şübhələrin mötəbər sübutlarla cavabdeh orqan tərəfindən təsdiq edilməməsinə istinad edilmişdir. Qeyd edilməlidir ki, hüquqşünas və psixoloqdan ibarət tərkibdə təşkil olunmuş komissiya istintaq orqanı deyildir. Qərar qəbul edilməsi zamanı sadəcə donor və resipient namizədlərlə aparılmış müzakirələrə istinad edə bilərlər. Şübhələri təsdiq edən mötəbər dəlil də məhz həmin müzakirəni özündə ehtiva edən protokoldan çıxarışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 20.

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

41. Sağlamlığın qorunması hüququ Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.... 22. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun Peambula Əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakte rli tədbirlərin məcmusundan ibarətdir. Bu Qanun əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri arasında yaranan münasibətləri tənzimləyir. Maddə

1. Əhalinin sağlamlığının qorunmasının əsas prinsipləri Əhalinin sağlamlığının qorunmasının əsas prinsipləri aşağıdakılardır: Əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti; əhalinin sağlamlığının qorunması sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi; tibbi-sosial yardımın hamı üçün mümkünlüyü; sağlamlığın itirilməsi zamanı vətəndaşların sosial müdafiəsi. Maddə

10. Vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sağlamlığının qorunm ası hüququ Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Maddə

40. İnsan orqanlarının və toxumalarının donorluğu və transplantasiyası İnsan orqanlarının və toxumalarının donorluğu və onların transplantasiyası sahəsində münasibətlər “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. 23. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası” haqqında Qanun Maddə

1. Əsas anlayışlar.... 1.1.4. İnsan orqanlarının transplantasiyası – sübutlu təbabətə əsaslanan bütün digər müalicə üsulları effekt vermədikdə insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün cərrahiyyə əməliyyatı aparmaqla xəstəliyi olan şəxsdə olmayan və ya funksiyası nı itirmiş orqanların donordan alınmış orqanlarla əvəz edilməsi; 1.1.5. orqan donorluğu – donor orqanların transplantasiya məqsədilə canlı insandan, yaxud meyitdən götürülməsi, donorun diaqnostik müayinəsi, ölümdən sonra donorluq zamanı donor orqanların funksionallığının təmin edilməsi, donor orqanların saxlanması və daşınması, idxalı və ixracı üzrə fəaliyyət; 1.1.6. donor – orqanları transplantasiya məqsədi ilə götürülən canlı insan, yaxud meyit;... Maddə

4. Orqan donorluğu və transplantasiyanın əsas prinsipləri 4.1. Orqan donorluğu və transplantasiya qanunçuluq, humanizm, könüllülük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanır. Maddə

9. Orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsi 9.1. Orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməs i müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı əlaqələndirici qurum tərəfindən həyata keçirilir. 9.2. Əlaqələndirici qurum orqan donorluğu və transplantasiya ilə bağlı informasiya təminatını həyata keçirir, o cümlədən tibb müəssisələrindən məlumatların toplanılmasını təmin edir, vahid dövlət informasiya bazasını aparır, donor orqanların resipiyentlərə verilməsi ardıcıllığını təmin edir, habelə orqan donorluğu və transplantasiya sahəsində fəaliyyəti koordinasiya edir. 9.3. Əlaqələndirici qurum orqan donorluğu və transplantasiya fəaliyyətini həyata keçirə bilməz. Maddə

11. Transplantasiya üzrə koordinator 11.1. Orqan donorluğu və transplantasiya sahəsində işlərin əlaqələndirilməsi və monitorinqin aparılması donor orqanın götürülməsini və transplantasiyanı həy ata keçirən tibb müəssisələrinin transplantasiya üzrə koordinatoru tərəfindən həyata keçirilir. 11.2. Transplantasiya üzrə koordinator ali və ya orta ixtisas tibb təhsilli mütəxəssisdir. 11.3. Transplantasiya üzrə koordinator:... 11.3.3. canlı donordan bu Qanunun 17.1-ci maddəsinə uyğun olaraq məlumatlandırılmış razılıq alır və həmin məlumatları vahid dövlət informasiya bazasına daxil edir; Maddə

14. Transplantasiyanın zəruriliyi haqqında qərar 14.1. Xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olub-olmamasını transplantasiyanı həyata keçirən tibb müəssisəsinin təşkil etdiyi, tərkibində həkimtransplantoloq olan transplantasiya üzrə həkim komissiyası müəyyən edir. Həkim komissiyasının xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının zəruriliyi və onun resipiyentlərin reyestrinə d axil edilməsi barədə və ya orqan transplantasiyası üçün tibbi göstərişlərin olmaması barədə qərarı üç nüsxədən ibarət protokolla rəsmiləşdirilir. Həkim komissiyasının qərarının bir nüsxəsi 3 (üç) iş günü müddətində şəxsin özünə və ya onun qanuni nümayəndəsinə, bir nüsxəsi əlaqələndirici quruma təqdim edilir (göndərilir), digər nüsxəsi isə şəxsin tibbi sənədlərinə əlavə edilir. 14.2. Xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olub-olmamasının müəyyən edilməsi üçün tibb müəssisəsinə göndərişin forması, tibb müəssisəsinin həkim komissiyasının qərarının forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Maddə

16. Canlı donordan donor orqanın götürülməsi qaydası və şərtləri 16.1. Digər tibbi üsullarla və meyit donor orqanları vasitəsi il ə insan həyatının xilas edilməsi və ya sağlamlığının bərpası mümkün olmadıqda resipiyentə canlı donordan donor orqanların transplantasiyasına yol verilir. 16.2. Canlı donordan resipiyentə transplantasiyanın həyata keçirilməsinin zəruriliyi və mümkünlüyü transplantasiyanı həyata keçirən tibb müəssisəsinin təşkil etdiyi, həkimtransplantoloq, anestezioloq-reanimatoloq və resipiyentin müalicə həkimi, eləcə də zəruri olduqda digər ixtisaslı həkimlərin iştirak etdiyi həkim komissiyasının qərarı ilə, tibbi müayinə nəticələri, o cümlədən tibbi göstəriş olarsa gen və toxuma tipləndirməsi nəticələri əsasında müəyyən edilir. Həkim komissiyasının qərarı protokolla rəsmiləşdirilir və canlı donorun tibbi sənədlərinə əlavə edilir. 16.3. Canlı donordan transplantasiya məqsədilə donor orqanın götürülməsinə həkim komissiyasının qərarında donor orqanın götürülməsi nəticəsində canlı donorun sağlamlığının geriyə dönməyən pozulmasına, əmək qabiliyyətinin uzunmüddətli itirilməsinə gətirib çıxaran, əlilliyin müəyyən olunması ilə nəticələnən ciddi zərərin dəyməyəcəyi və transplantasiya üçün tibbi əks göstərişlərin olmaması qeyd olunduğu halda yol verilir. 16.4. Canlı donordan transplantasiya məqsədilə donor orqanın götürülməsinin zəruriliyinə və mümkünlüyünə dair həkim komissiyasının qərarının forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 16.5. Canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır: 16.5.1. canlı donor resipiyentin yaxın qohumu olduğu halda, qohumluq əlaqəsi müvafiq sənədl ərlə təsdiq olunmalıdır; 16.5.2. yaxın qohum olmayan canlı donordan orqanın götürülməsi bu Qanunun 29.2ci maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir; 16.5.3. canlı donor transplantasiya ilə bağlı sağlamlığı üçün baş verə biləcək ağırlaşmaların mahiyyəti ilə tanış olmalıdır; 16.5.4. canlı donor orqanların götürülməsinə kənar təsir olmadan, könüllü qərar verdiyinə dair yazılı şəkildə məlumatlandırılmış razılığını bu Qanunun 17.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada bildirməlidir. 16.6. Hər hansı şəxsi orqanlarının götürülməsinə məcbur etmək qadağandır. Maddə

17. Canlı donorun məlumatlandırılmış razılığı 17.1. Donor orqanın götürülməsindən əvvəl canlı donor arvadının (ərinin) və ya digər yaxın qohumlarının birinin şahidliyi ilə bu Qanunun 1.1.10-cu maddəsində müəyyən edilmiş qaydad a məlumatlandırılmış razılıq ərizəsini yazıb imzalamalıdır. Məlumatlandırılmış razılıq ərizəsinin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 17.2. Canlı donor və onun məlumatlandırılmış razılığına dair məlumatlar canlı donorların reyestrinə daxil edilir. Maddə

18. Canlı donordan donor orqanın götürülməsinə məhdudiyyət 18.1. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəlikləri olan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır. 18.2. 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədi ilə orqan və toxumaların (sümük iliyi və kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır. 18.3. 18 yaşına çatmayan şəxsdən sümü k iliyi və kök hüceyrələrinin götürülməsinə onun valideynlərinin razılığı ilə yol verilir. 18.4. Resipiyentin tabeliyində olan və ondan maddi-mənəvi asılılığı olan şəxslərdən, həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlardan, hərbi əsirlərdən, habelə bu Qanunun 18.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, tam fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır. 18.5. Canlı donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqanlardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükə, yaxud onun sağlamlığında bərpa olunmaz pozuntular yaranmasın. Maddə

29. Orqan donorluğu və transplantasiya üzrə eti ka komissiyası. 29.1. Yaxın qohum olmayan canlı donorlardan donor orqanın götürülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tərkibində psixoloq və hüquqşünas olan Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası (bundan sonra – etika komissiyası) yaradılır. 29.2. Etika komissiyası donorun şəxsiyyətini, orqan donorluğuna razılığının könüllülüyünü və bu Qanunun 18-ci maddəsinin tələblərinə uyğunluğunu müəyyən edir və şəxsin donor olub-ola bilməməsi barədə müvafiq qərar qəbul edir. 29.3. Etika komissiyasının tərkibinə həkim-transplantoloqun və transplantasiyanın təşkilində hər hansı formada iştirak edən şəxslərin daxil edilməsinə yol verilmir. 29.4. Etika komissiyasında müraciətlərə əlaqələndirici qurumun təqdimatı və həkim komissiyasını n qərarı əsasında baxılır. 24. “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası Qaydası”

2. Donor orqanların götürülməsi 2.1. Donor orqanların götürülməsi orqan və ya toxumaların transplantasiyası məqsədilə çıxarılması üçün aparılan cərrahi əməliyyatdır. 2.2. Canlı donordan donor orqanların götürülməsi Qanunun 16-cı və 18-ci maddələrinin, meyit donordan donor orqanların götürülməsi isə Qanunun 21-ci və 25-ci maddələrinin tələblərinə əməl etməklə cərrahi əməliyyat yolu ilə həyata keçirilir. Meyit donordan transplantasiya məqsədilə orqanlar götürülərkən bir neçə cərrahiyyə briqadasının eyni vaxtda və ya ardıcıl şəkildə işləməsinə yol verilir. 25. “İnzibati icraat haqqında” Qanun Maddə 2.0.7. Diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzif əli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

26. Azərbaycan Respublikasının İnzibati Prosessua l Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmi n səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətind ə müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismə n) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Mə hkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən, yəni qərarın ləğv edilməsi hissəsində təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

30. Vətəndaşın tibbi yardım almaq hüququ sağlamlığın qorunması hüququna daxil olmaqla, vətəndaşı hüquqları sistemində vacib yer tutur. Bu hüququn təminatlarından biri də tibbi yardıma çatımlıq təşkil edir.

31. Orqan və ya toxumaların transplantasiyası “İns an orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunla tənzimlənir. Bu qanun ürək, ağciyər, böyrək və s. orqan və toxumaların transplantasiyasını əhatə edir. Qanuna əsasən orqan donorluğu və transplantasiyası qanunçuluq, humanizm, könüllülük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanır. Orqanın köçürülməsi canlı insandan, yaxud meyitdən götürülmə yolu ilə mümkündür. Lakin canlı donorun 18 yaşına çatmış olması vacib şərtdir. Həmçinin heç bir halda insan orqanları alğı-satqı predmeti ola bilməz. Daha bir zəruri şərt – donorun orqanın görülməsinə razılığının olmasıdır. Hər hansı şəxsi orqanlarının götürülməsinə məcbur etmək qadağandır. Orqan və toxumanın trpansplantasiyası, ağır xəstə olan şəxslərə həyatını xilas etmək və ya sağlamlığını bərpa etmək imkanı v erir. Lakin bu üsul ağır hüquqi və etik nəticələrlə müşayiət olunur. Transplantasiya üzrə yaranan münasibətlərin spesifik xüsusiyyətləri, bu sahənin kriminallaşdırılması təhlükəsi yaradır. Buna görə də qanunda resipientin və donorun hüquqlarının qorunması üçün bir sıra məhdudiyyətlər müəyyən edilmiş, cinayət qanunvericiliyində bu sahədə qanunazidd əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.

32. Donorluq aşağıdakı etik tələblərə cavab verməlidir: 1. könüllülük (donorun resipiyentin tabeliyində və ondan maddi-mənəvi asılılığı olmasından qaynaqlanan təsir səbəblərinin olmaması); 2. donorun maliyyə marağının, kommersiya xarakterli razılaşmanın istisna olunması; 3. donorun orqanın götürülməsinə dərk edilmiş, şüurlu razılığı.

33. Donorluğun məhz bu şərtlər çərçivəsində həyata keçirilm əsini təmin etmək məqsədi ilə, yaxın qohum olmayan canlı donorlardan donor orqanın götürülməsi məqsədilə Etika komissiyası yaradılır. Etika komissiyasının vəzifəsi donorun şəxsiyyətini, orqan donorluğuna razılığının könüllülüyünü və donordan orqan götürülməsini qadağan edən halların olub-olmamasını müəyyən etmək və şəxsin donor olub-ola bilməməsi barədə müvafiq qərar qəbul etməkdir.

34. Bu baxımdan işin məhkəmələr tərəfindən müəyyən olunan işin hallarından görünür ki, iddiaçı uzun müddətdir xroniki böyrək çatışmazlığından əziyyət çəkir və hazırda hemodializ olunmaqdadır. Təqdim olunmuş həkim diaqnozuna əsasən ona böyrək transplantasiyasının aparılması zəruridir. İddiaçının və donor Vüqar Mustafazadənin müraciəti əsasında cavabdeh inzibati orqan tərəfindən orqan donorluğu və transplantasiya üzrə Etika komissiyasına təqdimat verilmiş, Komissiya tərəfindən 10 avqust 2023-cü il tarixdə V.Mustafazadənin donor ola bilməməsi barədə qərar çıxarılmışdır. Komissiya təqdim olunmuş sənədləri araşdırıb, inzibati icraat çərçivəsində donoru və resipienti dinləyib belə nəticəyə gəlib ki, transplantasiyanın əvəzli olmasına dair əsaslı şübhələr möcvuddur. Komissiya tərəfindən qərar qəbul edilərkən donorun şəxsiyyətini, orqan donorluğuna razılığının könüllülüyünü və bu Qanunun 18-ci maddəsinin tələblərinə uyğunluğunu müəyyən edərək şəxsin donor olub-olmamasına qiymət vermişdir.

35. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının hüquqi marağı və məqsədi böyrək transplantasiyası edilməsi üçün X1 donor olmasına icazə verilməsinə nail olmaqdan ibarətdir.

36. Apellyasiya instansiyası məhkəm əsi Etika komissiyasının xx.xx.2023-cü il tarixli qərarına hüquqi qiymət verərək, iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməməsi nəticəsinə gəlməklə iddia tələbini təmin etmişdir.

37. Göründüyü kimi istər birinci instansiya məhkəməsi, istər apellyasiya məhkəməsi işə baxarkən Etika komissiyasının iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən onun həyata keçirdiyi səlahiyyətlərin diskresion yaxud qapalı səlahiyyətlər olmasına qiymət vermədən donor və resipient arasında dostluq münasibətinin öz təsdiqini tapmaması və transplantasiyanın əvəzli olmasına dair yaranmış əsaslı şübhələrin təsdiq edilməməsi nəticəsinə gəlmişdir.

38. Nəzərə alınmalıdır ki, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz.

39. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz.

40. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən y oxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir.

41. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan normalarının məzmunundan aydın olur ki, inzibati orqan qanunun tələblərinə riayət etməyə, diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur.

42. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri sayır ki, Etika komissiyasının həll etməli olduğu məsələ və qəbul etməli qərar, iddiaçının konstitusion hüququ olan sağlamlığı qorumaq və tibbi yardım almaq hüququna birbaşa təsir etdiyinə görə, Komissiyanın qərarı tam qanuni olmalıdır.

43. Etika komissiyasının qərarı hər bir halda qanunla nəzərdə tutulmuş şərtlər ə cavab verməli, ictimai marağa uyğun olmalı və iddiaçının hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlıq təmin edilməlidir.

44. Kollegiya qeyd edir ki, Etika komissiyasının qərarının mübahisələndirildiyi hallarda məhkəmə nəzarəti qaydasında aparılan yoxlama iki mühüm istiqaməti əhatə edir - qərarın prosessual təminatlara riayət edilməklə qəbul olunub-olunmadığını yoxlamaq və qərarın mahiyyəti üzrə qanuniliyini yoxlamaq.

45. Prosessual təminatlara riayət olunub-olunmadığına qiymət verilməsi istiqamətində aparılan yoxlama Etika komissiyasının məsələyə baxılması zamanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraat aparıb-aparmadığını müəyyənləşdirməyə yönəlir. Həmin icraat qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməklə aparılmadıqda, xüsusən icraat zamanı yol v erilmiş prosessual mahiyyətli pozuntular yekun qərara təsir edə biləcək keyfiyyətdə olduqda lazımi icraatın aparılmadığından söz etmək mümkündür. Bu kimi vəziyyətlərdə, bir qayda olaraq, lazımi icraatın aparılmasının təmin edilməsi üçün məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla məsələyə yenidən baxılması öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair qərar çıxarılmalıdır. Bu mənada, Etika komissiyasının qərarının prosessual təminatlara riayət edilməklə qəbul edildiyini müəyyənləşdirmək baxımından məhkəmələr daha geniş yoxlama səlahiyyətinə malikdirlər. Lakin bu zaman nəzərə alınmalı olan əsas məsələlərdən biri sözügedən prosessual mahiyyətli pozuntuların məhz yekun qərara təsir edə biləcək keyfiyyətdə olmasıdır.

46. Etika komissiyasının qərarının mahiyyət üzrə qanuniliyinə qiymət v erərkən isə ilk növbədə, inzibati orqanın bu vəziyyətlərdə diskresion səlahiyyətlər həyata keçirdiyi nəzərdə saxlanılmalıdır. Bundan başqa, baxılan məsələyə münasibətdə diskresion səlahiyyətlər əsasında qəbul edilmiş qərar “əsaslı şübhələrin” mövcudluğuna da əsaslana bilər. Bu nöqteyi nəzərdən, inzibati orqanın diskresion səlahiyyətlərə əsaslanan fəaliyyəti zamanı “əsaslı şübhə” meyarından istifadə etməklə qəbul etdiyi qərarın qanuniliyinin yoxlanması zamanı bir qədər fərqli standart və yanaşma tələb edilir. “Əsaslı şübhə” qənaətinin açıq-aşkar əsaslandırılmadığı təqdirdə, diskresion səlahiyyət əsasında qəbul edilmiş qərarın qüvvədə saxlanması, məhkəmə icraatının pozulmuş hüquqların səmərəli müdafiəsi məqsədlərinə uyğun ola bilməz. Məhkəmələr, Etika komissiyasının qərarında “əsaslı şübhə ”nin mövcudluğu nəticəsinə gəlinərkən real faktiki hallardan çıxış edilibedilmədiyini yoxlamalıdırlar. Başqa sözlə, əsaslı şübhə tərəflərə aid edilə biləcək real faktiki hallara söykənməli, həmin halların əldə edildiyi mənbələr bəlli olmalı və icraatın gedişində araşdırmanın predmetini təşkil etməlidir. Qeyd edilən tələblərə riayət edilməklə gəlinmiş “əsaslı şübhə” hazırkı məsələyə münasibətdə inzibati orqanının qərarının əsaslandırıldığı nəticəsinə gəlmək üçün yetərlidir.

47. Belə ki, donorun təmənnasızlığı barədə “əsaslı şübhə” olduğuna dair Komissiyanın gəldiyi nəticə donorla resipientin dostluq münasibətinin sübut olunmamasına əsaslanmışdır. Qeyd olunmalıdır ki, sağlamlıq, orqanizmin bütövlüyü hər bir şəxsdə olduğu kimi donor üçün də həyati əhəmiyyətə malikdir. İnsanın öz sağlam orqanı nı bağışlamaq barədə qərarı, sağlamlığına risk törətməklə müşayiət olunur. Buna görə də, insanın öz sağlam orqanının bağşlamaq barədə gəldiyi qərar, həyatda qəbul edilən adi qərarlardan fərqli olaraq, çox ciddi (eyni zamanda sağlam düşüncəyə, cəmiyyətdə rəğbətlə qarşılanan şəfqətə əsaslanan motivlərlə qəbul edilən) bir əsasa söykənmiş olmalıdır. Təsadüfi deyildir ki, qanunverici yaxın qohum olmayan canlı donorun niyyətinin məhz etik əsaslarının yoxlanması üçün xüsusi bir qayda müəyyən etmişdir. Buna görə Komissiya donorun iddiaçı ilə emosional bağlılığını, özlərinin əsaslandırdıqları dostuq münasibərlərinin olubolmamasını araşdırmış və bu münasibətlərin olmaması nəticəsinə gəlmişdir.

48. Bu mənada, kollegiya hesab edir ki, apellyasiya məhkəməsi qərar qəbul edərkən sözügedən qaydada yoxlama və qiymətləndirmə aparmamışdır. Ona görə də, apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 21(107)-184/2024 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar