Məhkəmə qərarları › İş №2-1(102)-2127/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2127/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2127/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, dokermexanizator vəzifəsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyin də Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2000/2021 nömrəli, 05 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür.

2. İddiaçı 01.09.1979-cu il tarixdən 22.07.1982-ci il tarixədək Kürdəmir rayonu, 115 №li kənd orta texniki peşə məktəbində təhsil almış, 16.10.1982-ci ildən 15.11.1984-cü ilə qədər hərbi xidmətdə olmuş, 30.01.1985-ci il tarixdən 29.04.1985-ci il tarixədək Bakı Dəniz Tic arət Limanında doker mexanizator şagirdi, 29.04.1985-ci il tarixdən 25.01.2016-cı ilədək doker mexanizator işləmiş, 25.01.2016-cı il tarixdən hazırki vaxtadək "xxxx" MMCdə doker-mexanizator vəzifəsində işləyir. 3. "xxxx" MMC tərəfindən tərtib edilmiş 16.10.2020-ci il tarixli, TCS-M-032/20 №-li arayışda qeyd edilir ki, iddiaçı həqiqətən 30.01.1985-ci il tarixindən bu günədək - 35 il 8 ay 15 gün güzəştli əmək pensiyası hüququ verən doker-mexanizator vəzifəsində işləmişdir. Hal-hazırda da bu vəzifədə işləyir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 nömrəli qərarında 21 saylı bölmənin 21.2 bəndinin “c” yarımbəndinə əl avə edilən “yükvurmayükboşaltma işlərində çalışan kompleks briqadaların mexanizatorları (dokermexanizatorları)” qeydlərinə görə iddiaçının güzəştli əmək pensiyasına çıxmaq hüququ var.

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını və yaranmış fərqin ödənilməsini xahiş etmişdir.

5. Cavabdeh **********0 saylı, 28 dekabr 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçının işlədiyi doker-mexanizatorları peşəsi güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin 2 saylı siyahısında nəzərdə tutulmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşı tamam olduğu vaxtdan, yəni 14.10.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı ərizəsində göstərmişdir ki, xx.xx.1963-cü ildə Kürdəmir rayonunda anadan olmuşdur. 29. 01.09.1979-cu ildən 22.07.1982-ci ilə qədər Kürdəmir rayonu, 115 №-li kənd orta texniki peşə məktəbində təhsil almışdır. 16.10.1982-ci ildən 10.11.1984-cü ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. 30.01.1985-ci ildən 29.04.1985-ci ilə qədər Bakı Dəniz Ticarət Limanında doker mexanizator şagirdi, 29.04.1985-ci ildən 25.01.2016-cı ilədək doker mexanizator vəzifəsində işləmişd ir. O, 25.01.2016-cı ildən hazırkı vaxtadək "STEVEDORİNG” MMC-də doker-mexanizator vəzifəsində işləyir. Pensiya yaşı tamam olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh ona pensiya təyin olunmasından imtina etmişdir.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil edir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3817/2021 saylı, 05 may 2021-ci il tarixli qərarı ilə (hakim: A.P.Oruczadə) iddia təmin edilmiş, iddiaçıya pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu 14.10.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “doker-mexanizator” şagirdi ilə “dokermexanizator” vəzifələri faktiki olaraq eyni funksiyaları yerinə yetirdiyindən “dokermexanizator” şagirdi kimi iddiaçının işlədiyi dövr də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına əlavə edilməlidir. İddiaçının 01.01.2006-cı ilə qədər təhsil dövrü, hərbi xidmət dövrü də daxil olmaqla 25 il 10 ay 16 gün ümumi və 20 il 11 ay 1 gün güzəştli iş stajı mövcuddur. Göründüyü kimi, hər iki şərt -ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 14.10.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

11. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2000/2021 nömrəli iş üzrə 05 avqust 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: A.S.Hüseynov, hakimlər: S.İ.Bəktaşi və V.M.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(112)-3817/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin mümkünsüz hesab edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarmışdır. Belə ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya hüququ verdiyini iddia etdiyi “4-cü dərəcəli doker-mexanizator”; “3-cü dərəcəli doker-mexanizator”; “2-ci dərəcəli doker-mexanizator”; və “doker-mexanizator” peşələrinin heç biri Azərbaycan Respublikası NK-nın 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına əlavə olunmuş 1 və 2 saylı Siyahıların (bundan sonra Siyahı) heç birində y oxdur. “Doker-mexanizator" peşəsi və digər sadalanan peşələr Siyahılarda yer almadığına görə, iddiaçının bu müddət ərzindəki əmək stajı güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajına daxil ola bilməz.

16. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun qüvvədə olduğu dövrdə iddiaçı, güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, pensiyanın təyini üçün zəruri olan sığorta hadisəsi - nə qanunla yuxarıda qeyd edilən yaş dövrünün tamamlanması, nə də güzəştli şərtlərlə pensiya hüququ verən stajın tamamlanması reallaşmamışdır. Bu mənada, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir.

17. Daha sonra qeyd edilir ki, iddiaçının əmək fəaliyyətinə görə hesablanan sığorta stajının güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi sığorta stajına daxil olduğu iddiaçının əmək kitabçasında qeyd olaraq göstərilməmişdir. Yəni, yalnızca iddiaçının 2008-ci il tarixindən sonrakı dövrdə hesablanan sığorta stajı ona güzəştli şərtlərlə pensiya hüququ verən staj müddətinə daxil edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə gü zəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (q ərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə tərkibi hesab e dir ki, cavabdehin şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İş materiallarından görünür ki, iddiaçı 57 yaşı tamam olduğu vaxtdan, yəni 14.10.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsini xahiş etmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, cavabdeh isə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir.

28. Cavabdeh qeyd edir ki, iddiaçının işlədiyi “doker-mexanizator" peşəsi və digər sadalanan peşələr Siyahılarda yer almadığına görə iddiaçının bu müddət ərzindəki əmək stajı güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajına daxil ola bilməz.

29. Məhkəmə tərkibi kassasiya şikayətinin bu dəlili ilə razılaşmayaraq bildirir ki, iddiaçının işlədiyi “doker mexanizatorları” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 2 nömrəli Siyahısı»nda qeyd olunmasa da, «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının» təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 №-li Qərarında 21 say lı bölmənin 21.2 bəndinin «c» yarımbəndinə əlavə edilmişdir.

30. Aşağı instansiya məhkəmələri əsaslı olaraq hesab etmişlər ki, həmin hal iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından onun iddiaçıya münasibətdə geriyə qüvvəsi tətbiq olunmalı və bununla da iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır.

31. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən göndərilmiş sorğuya "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən göndərilmiş cavab məktubunda qeyd edilmişdir ki, iddiaçı həqiqətən 29.01.1985-ci ildə Bakı Dəniz Limanına (indiki "xxxx" QSC) 174/л saylı əmrə əsasən doker mexanizator şagirdi kimi işə qəbul edilmiş, 696/л saylı 29.04.1985-ci il tarixli əmrə əsasən “4-cü dərəcəli doker mexanizator” vəzifəsinə keçirilmişdir. 1761/л saylı 25.10.1990-cı il tarixli əmrə əsasən müvəqqəti olaraq 3 N-li “manqanın başçısı” vəzifəsinə keçirilmişdir. 2202/л saylı 27.12.1990-cı il tarixli əmrə əsasən imtahan verdikdən sonra “3-cü dərəcəli doker mexanizator” vəzifəsinə təyin edilmişdir. 567/m saylı 26.04.1993-cü il tarixli əmrə əsasən imtahan verdikdən sonra “2-ci dərəcəli doker mexanizator” vəzifəsinə keçirilmişdir. 1127/ш saylı 12.08.1993-cü il tarixli əmrə əsasən “doker mexanizator /növbətçi briqadir” vəzifəsinə təyin edilmişdir. 282/m saylı 29.12.1998-ci il tarixli əmrə əsasən 3 №-li AKB-na “doker mexanizator (briqadir)” vəzifəsinə təyin edilmişdir. 1/040 saylı 25.01.2016-ci il tarixli əmrə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. Onun 29.01.1985-cü il tarixindən 25.01.2016-cı il tarixinədək Cəmiyyətdəki ümumi iş stajı 30 il 11 ay 27 g ün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında “doker mexanizator” vəzifəsi üzrə qeydlər olmasa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 21.2-ci bəndinin c) yarımbəndində qeyd edilən “limanlarda yükün aşırılması işlərində çalışan kompleks briqadaların mexanizatorları (doker-mexanizatorlar)” “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na aid edilmişdir. İddiaçı həmin vəzifədə çalışdığı müddətdə əmək şəraitinə görə əmək haqqına əlavə verilməmiş, lakin əmək şəraitinə görə əlavə məzuniyyətlər (30.01.1985-ci il tarixindən 30.01.2009-ci il tarixinə kimi hər iş ili üçün 6 gün, 30.01.2009-cu il tari xindən etibarən isə hər iş ili üçün 13 gün) verilmişdir.

32. Qeyd edilməlidir ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayı ş (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

33. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.

34. İş materiallarından görünür ki, iddiaçı güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayış təqdim e tmişdir. Arayışda iddiaçının hansı tarixlərdə, hansı işlərdə işləməsi qeyd edilmişdir.

35. Göründüyü kimi, iddiaçı təhsil və hərbi xidmət dövrü də nəzərə alınmaqla 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi peşə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 №-li Qərarında 21 saylı bölmənin 21.2 bəndinin «c» yarımbəndinə əlavədə nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi peşələrə uyğun güzəştli iş stajına dair arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Re spublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b) bəndinə əsasən, onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

36. Cavabdehin kassasiya şikayətinin digər dəlili iddiaçının işlədiyi peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi sığorta stajına daxil edilməsi barədə əmək kitabçasında qeydin olmaması ilə bağlıdır. Məhkəmə tərkibi şikayətin bu dəlilini də əsassız hesab edərək bildirir ki, əmək kitabçasında belə bir qeydin olub-olmaması hazırkı işdəki vəziyyəti dəyişmir.

37. Bəhs edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiy a şikayəti əsassız olduğundan təmin edilməməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2000/2021 saylı iş üzrə 05 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar