Məhkəmə qərarları › İş №2-1(102)-2127/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2127/2022

06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2127/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Cavabdeh2nə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kasasiya şikayətinin mümkünlüyü, şikayət üzrə müddətin buraxılması, şikayətin vəkilsiz tərtib edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2nə qarşı “mənzil kirayə müqaviləsi bağlanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(1*6)-2*57/2*22 nömrəli 19 avqust 2*22-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şika yətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 1 otaqdan ibarət 26 saylı mənzilə dair iddiaçı ilə mənzil-kirayə müqaviləsi bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3296/2*22 saylı, 14.*3.2*22-ci il tarixli qərardadı ilə iddia mümükün sayılmamışdır..

3. Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(1*3)-2*57/2*22 saylı 19 avqust 2*22-ci il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3296/2*22 saylı, 14.*3.2*22-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı 2 sentyabr 2*22-ci il tarixdə apelyasiya məhkəməsinin qərardadını almış, qərardaddan verdiyi kasasiya şikayətini 13 sentyabr 2*22-ci il tarixdə poçta təqdim etmişdir.

6. İddiaçı kasasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə təqdim etməmiş, şikayət vəkil tərəfindən tərtib edilib imzalanmamış və şikayətə vəkilin orderi əlavə edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

7. Mülki Prosessual Məcəllə (bundan sonra MPM): Maddə 4*7.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır... Maddə 4*7.4. Şikayətə vəkilin orderi...əlavə olunur. Maddə. 4*8.1.

3. Kasasiya şikayətinə vəkilin orderi...əlavə edilməmişsə, kasasiya şikayəti qaytarılır.

8. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 2* Təqdimetmə 2*.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdim etmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə

22. Müddətlər 2*.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. (-). Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət ver mənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə

94. Kasasiya şikayəti daxil olduqdan sonra apelyasiya instansiyası məhkəməsinin hərəkətləri 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 1* gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-). Maddə

96. Ali Məhkəmədə icraat 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hü ququ təmin olunmalıdır...

9. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2**7-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”.

10. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməs inin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2***-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. KASSASİYA MÖVQEYİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA MƏHKƏMƏSİNİN

11. İşdə olan sənədlərə görə iddiaçı 2 sentyabr 2*21-ci il tarixdə apelyasiya məhkəməsinin qərardadını almış, qərardaddan verdiyi kasasiya şikayətini 13 sentyabr 2*21-ci il tarixdə poçta təqdim etmişdir. İddiaçı kasasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə təq dim etməmiş, şikayət vəkil tərəfindən tərtib edilib imzalanmamış və şikayətə vəkilin orderi əlavə edilməmişdir.

12. İddiaçının kasasiya şikayəti vəkil tərəfindən imzalanmadığından və vəkilin orderi şikayətə əlavə edilmədiyindən, habelə şikayət qanunla müəyyən edilmiş müddətdə təqdim edilmədiyindən şikayətin mümkünlüyünə baxılması zərurəti yaranmış və bu məqsədlə kasasiya şikayətinin mümkünlük məsələsinə baxılması 28 noyabr 2*22-ci il tarixə təyin edilmişdir. Bu barədə kasasiya şikayətini tərtib etmiş iddiaçıya 2 noyabr 2*22-ci il tarixli məhkəmə bildirişi göndərilmiş, şikayət üzrə müddətin buraxılması və şikayətin vəkil tərəfindən tərtib edilmədiyi, imzalanmadığı qeyd edilərək göstərilən nöqsanın 28 noyabr 2*22-ci il tarixədək aradan qaldırılması təklif edilmiş, əks halda kasasiyanın müm kün sayılmayacağı barədə xəbərdar olunmuşdur.

13. Ali Məhkəmə tərəfindən iddiaçıya məlumat verilərək kasasiya şikayəti ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tələblərə əməl edilməsi ona bildirilmiş, nöqsanlar aradan qaldırılmadığı halda, onun hüquqi nəticələri iddiaçıya izah edilmişdir. Buna baxmayaraq iddiaçı vəkillə tərtib edilmiş kasasiya şikayətini təqdim etməmişdir.

14. Kasasiya şikayətini vəkil imza etmədiyindən və şikayətə vəkilin orderi əlavə olunmadığından, kasasiya şikayəti İPM-in 94.1-ci maddəsində nəzərdə tutulan 1* gün müddətində təqdim edilmədiyindən, həmçinin verilən müddətdə nöqsanlar aradan qaldırılmadığından kasasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.

15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(1*6)-2*57/2*22 nömrəli 19 avqust 2*22-ci il tarixli qərardadından verdiyi şikayət üzrə kasasiya mümkün sayılmasın. Kasasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar