Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2127/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon Novxanı bağları ərazisindəki 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiy yata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-280/2023 nömrəli, 05 may 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Abşeron rayon Novxanı bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatına yararsız 0,10 ha torpaq sahəsinin satılması ilə bağlı bələdiyyəyə müraciət etmişdir. DTXK-nin Abşeron rayon şöbəsi xx.xx.2003-cü il tarixli, 467 nömrəli məktubla torpaq sahəsinin satılmasına etiraz etmədiyini bildirmiş, ərazi planından torpaq sahəsinə dair çıxarış hazırlanaraq bələdiyyə və DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. Ab şeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 14 nömrəli qərarı ilə bələdiyyənin inzibati ərazisindən 0,10 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir (yerində ölçülüb nişangahlar qoyulduqdan sonra təhvil verilməklə).
2. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Sonuncu iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********21 nömrəli məktubla (bildiriş) bildirmişdir ki, iddiaçıya bələdiyyə qərarı ilə 0,10 ha torpaq sahəsi ayrıldığı halda, DTXK Abşeron rayon şöbəsi tərəfindən verilmiş rəydə torpaq sahəsinin ölçüsü 0,12 ha göstərilmiş, həmçinin alqı-satqı aktı və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyi ərizəyə əlavə edilməmişdir.
3. Həmçi nin müraciətə əlavə edilmiş bələdiyyəyə təhkim edilmiş torpaq sahələrinin baş sxemindən çıxarışda qeyd olunan torpaq sahəsinin konfiqurasiya və ölçüsü ilə bələdiyyənin yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsinin konfiqurasiya və ölçüsü arasında fərq var və sözügedən sxemlər qanuna müvafiq qaydada təsdiqlənməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon Novxanı bağları ərazisindəki 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdı r ki, Novxanı bələdiyyəsinin xx.xx.2003-cü il tarixli,14 nömrəli qərarı ilə Novxanı bağları ərazisində 0,10 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır. Sözügedən torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi barədə cavabdeh inzibata orqana müraciət olunmuş, lakin sonuncu xx.xx.2022-ci il tarixli, **********21 nömrəli məktubla ərizənin icrasından imtina etmişdir. İddiaçının torpaq sahəsinə dair hüquq müəyyənedici sənədləri tam qaydasındadır və aidiyyəti orqanlar tərəfindən lazımi qaydada təsdiq olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.
6. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının müraciətinin təmin olunmasından imtinanın (bildirişin) dəlilləri ilə eynilik təşkil edir.
7. Sumqayıt İnzibat i Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-2503/2022 nömrəli qərarı ilə (hakim İ.R.Burcayev) iddia təmin olunmuş, Abşeron rayonu Novxanı bağları ərazisində yerləşən, ölçüsü 0,10 ha olan torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Novxanı bələdiyyəsi tərəfindən xx.xx.2003-cü ildə torpaq sahəsinin ayrılması haqqında qərar verilmişdir. Alqı-satqı müqaviləsinin bütün ünsürlərini özündə birləşdirən (yəni, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi və torpaq sahəsinin dəyərinin bələdiyyənin hesabına köçürülməsi) hərəkətlərin müqavilənin tərəfləri arasında yerinə yetirilməsi həmin torpaq sahəsi ilə bağlı alq ı-satqı müqaviləsinin rəsmiləşdirilməsi kimi qəbul edilməsi yolveriləndir. Belə ki, qeyd olunan hərəkətlər Novxanı bələdiyyəsinin əmlak sahibi kimi iradə ifadəsini əks etdirir və işin gedişatına bir o qədər də təsir göstərmir. Bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən müvafiq alqı-satqı aktının tərtib edilməməsi o zaman ciddi qanun pozuntusu hesab oluna bilərdi ki, həmin torpaq sahəsi bələdiyyəyə deyil, hər hansı bir fiziki və ya hüquqi şəxsə məxsus olmuş olardı. Nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsi özü-özlüyündə iki tərəfli əqd hesab edilir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357-ci maddəsində nəzərdə tutulmuş (Bəyənmə) tələblər baxımından geriyə təsir qüvvəsinə malikdir. Qeyd olunan torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən bələdiyyənin hesabına köçürülmüş, bələdiy yə isə həmin torpaq sahəsini iddiaçıya təhvil vermişdir. Başqa sözlə, alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi və qüvvədə olması üçün bütün tələblərə riayət olunmuşdur.
9. Məhkəmə Novxanı bələdiyyəsinin xx.xx.2003-ci il tarixli qərarında torpaq sahəsinin 0,10 ha olduğu halda, DTXK-nın Abşeron rayon şöbəsinin rəyində həmin torpaq sahəsinin 0,12 ha qeyd olunması ilə bağlı imtinanı da əsaslı hesab etməmiş və göstərmişdir ki, Novxanı bələdiyyəsi tərəfindən mülkiyyətində olan torpaqların hansı hissədə iddiaçıya satılması tərəflər arasında olan razılaşma əsasında həyata keçirilir və DTXK tərəfindən 0,10 ha deyil, 0,12 ha torpaq sahəsinin satılmasına razılıq verilməsi məhz 0,12 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrılmalı olması anlamına gəlmir. Başqa sözlə, Novxanı bələdiyyəsindən idd iaçıya məhz 0,12 ha torpaq sahəsinin ayrılmasını tələb etmək onun konstitusion hüquqlarının həyata keçirilməsinin məhdudlaşdırılması kimi qəbul edilə bilər. Nəzərə alınmalıdır ki, qeyd olunan torpaq sahəsi başqa torpaq sahələri ilə üst-üstə düşmür və iddiaçıya ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Ona görə də məhkəmə cavabdehin imtinasını bu hissədə də əsassız hesab etmişdir.
10. Bundan başqa Abşeron RİH-nin Memarlıq və Tikinti şöbəsinin rəyinin olmaması və yaxud həmin rəyin qanunsuz olmasına dair müvafiq mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında da öz əksini tapmışdır. Belə olduğu təqdirdə, cavabdehin imtinasının bütün hissələri öz əhəmiyyətini itirmiş olur. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edil miş mübahisə predmeti olan torpaq sahəsinin foto görüntüsündən məlum olur ki, qeyd olunan torpaq sahəsi sənəd üzrə 0,10 ha olmasına baxmayaraq, faktiki olaraq 0,30 ha sahədən artıq ərazini əhatə edir və qeyd olunan torpaq sahəsi daş hasarla əhatə olunmuşdur. Həmin torpaq sahəsinə dair Novxanı bələdiyyəsinin sədri ilə Abşeron RİH-nin Memarlıq və Tikinti şöbəsinin müdiri tərəfindən birgə təsdiq edilmiş yerquruluşu planından çıxarışa əsasən, torpaq sahəsi dördbucaq formasındadır. Lakin daş hasarın daxilində yerləşən 0,30 ha-dan çox olan torpaq sahəsinin 0,10 ha hissəsinin hansı meyarlar əsasında “dördbucaq” formasında olması lazımi qaydada əsaslandırılmamışdır. Nəzərə alınmalıdır ki, 2015-ci ilə qədər fəaliyyət göstərmiş DTXK-nin Abşeron rayon Şöbəsinin Novxanı bələdiyyəsi ilə birgə təsdiq et dikləri mübahisə predmeti olan “torpaq sahəsinin baş sxemindən” görünür ki, qeyd olunan torpaq sahəsi “düzbucaq” (90 dərəcəli) formasında olmaqla 0,10 ha ərazini əhatə edir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, cavabdehin torpaq sahəsinin konfiqurasiyası ilə bağlı gətirdiyi arqument əsassızdır. Cavabdehin bələdiyyə tərəfindən təsdiq edilmiş yerquruluşu planından çıxarışın lazımi qaydada təsdiq edilməməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, bələdiyyələr tərəfindən təsdiq edilmiş yerquruluşu planından çıxarışın forma və məzmunu barədə imperativ xarakter daşıyan hər hansı hüquq norması mövcud deyildir. Nəzərə alınmalıdır ki, yerquruluşu planından çıxarış texniki sənəd olmaqla yanaşı, daşınmaz əmlakın yerləşdiyi yerin müvafiq xəritədə əks olunmuş foto görüntüsüdür. Cavabdeh orqan yerquruluşu planından həmin çıxarışın qanunauyğun qaydada təsdiq edilməsi ilə bağlı hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, inzibati orqan tərəfindən “yerquruluşu planından çıxarışın lazımi qaydada təsdiq edilməməsi” ilə bağlı gətirdiyi arqument onun mülahizələrinə əsaslanmışdır.
11. Cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-280/2023 nömrəli qərardadı ilə (hakimlər: Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/ H.Ç.Babayeva və G.İ.Cabbarova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, S umqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 21(118)-2503/2022 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
13. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, digər dəlillərlə yanaşı cavabdehin imtinasının əsas dəlili torpaq sahəsinin konfiqurasiyası və ölçüsü arasında fərqin olması ilə bağlı olmuşdur. Kollegiya qeyd etmişdir ki, daşınmaz əmlak üzərində hüquqlar dövlət reyestrində qeydə alınarkən onun ölçüləri dəqiq göstərilməlidir və hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan, iddiaçı hüquq müəyyənedici sənədlər əsasında hüquqlarının qeydə alınmasını tələb etdiyi daşınmaz əmlakın ölçülərinin həmin sənədlərdə göstərilmiş ölçülərə uyğun olduğunu sübut e tməlidir. Lakin birinci instansiya məhkəməsi həmin dəlillərlə əlaqədar xidməti vəzifəsinə görə araşdırma aparmayaraq, yalnız iddiaçının təqdim etdiyi fotoşəkillərə istinad etməklə nəticəyə gəlmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən, sübutlar aidiyyəti və mötəbərliyi müəyyən edilməklə qiymətləndirilməlidir, eyni zamanda müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan təqdim edilmiş fotoşəkillərin məhz mübahisəli torpaq sahəsinə aid olması iş materialları ilə müəyyən olunmur. Digər tərəfdən nəzərə alınmalıdır ki, torpaq sahəsinin ölçüləri və konfiqurasiyası fotoşəkillər əsasında deyil, yalnız müvafiq mütəxəssis rəyi ilə müəyyənləşdirilməli olan haldır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinin təqdi m etdiyi Novxanı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 94 nömrəli arayışında Abşeron rayonu Novxanı bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 14 nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsinin Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışda texniki səhvə yol verildiyi, plan-ölçü sənədində 0,12 ha göstərilməsinə baxmayaraq, faktiki olaraq iddiaçıya düzbucaqlı şəklində koordinatlara uyğun olaraq 0,10 ha torpaq sahəsi verildiyi qeyd edilmiş, torpaq sahəsinin koordinatları əks olunmuşdur. Belə olan halda isə, iddiaçının özünün müvafiq torpaq sahəsinə dair təqdim etdiyi sübutlarla məhkəmənin qeyd edilən torpaq sahəsinin ölçüsü və konfiqurasiyası barədə gəldiyi nəticələr arasında da ziddiyyət olduğu müəyyən edilir. Məhkəmə kollegiyası qeyd ed ir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması ilə bağlı yuxarıda sadalanan vəzifələrin yerinə yetirilməməsi, cavabdehin imtinasının və etirazının dəlilləri üzrə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların xidməti vəzifəsinə görə araşdırılmaması və ziddiyyətlərin aradan qaldırılmaması iş üzrə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu ciddi prosessual pozuntular kimi qiymətləndirilməlidir.
14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya m əhkəməsi adına rəsmiləşdirilmiş torpaq sahəsinin ona məxsusluğunun qanunsuz olmasını göstərməklə, faktiki olaraq iddiaçını əmlakından məhrum etmişdir. Apellyasiya məhkəməsinin gətirdiyi dəlillərə nəzər yetirdikdə bəlli olur ki, birinci instansiya məhkəməsi apellyasiya məhkəməsinin qərardadında göstərilən halları araşdırmışdır və onların yenidən araşdırılmasına heç bir zərurət qalmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilə r. Maddə 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar g östərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
19. Bu qərarın 17-ci bəndində istinad olunan normalarda kassasiya şikayəti verilə bilən qərardadların dairəsi müəyyən edilmiş, inzibati məhkəmə icraatının iştirakçılarının yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququ təsbit olunmuş və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan şikayət verilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur.
20. Həmin normaların əlaqəli təfsiri baxımından, inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin edilmədiyi, eləcə də məhkəmə qərardadlarının müstəqil şəkildə mübahisələndirilməsinin İPM-də nəzərdə tutulduğu hallarda şikayət verə bilərlər.
21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən sübutların toplanması ilə əlaqədar əlavə araşdırma aparılmasına zərurət olduğundan, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yəni apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə mahiyyəti üzrə həll edilmədiyindən, işdə iştirak edən şəxslərin, o cümlədən iddiaçının əleyhinə və ya ziyanına hər hansı məhkəmə qərarı qəbul olunmamışdır.
22. Apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məzmunda qərardadın qəbul edilməsi inzibati məhkəmə icraatı nın iştirakçılarının, hazırkı mübahisəyə münasibətdə iddiaçının tələbinin təmin olunmaması nəticəsini doğurmur və onun tələbinin təmin olunmaması anlamında qiymətləndirilə bilməz. Bu baxımdan həmin məzmunda qərardad iddiaçının apellyasiya instansiyası məhkəməsinin sözügedən qərardadından kassasiya şikayəti vermək hüququnu yaratmır.
23. Qeyd edilənlərə əsasən, iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir.
24. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 may 2023-cü il tarixli, 2-1(105)-280/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Kassasiya şikayətinin qəbulundan imtina edilir.