Məhkəmə qərarları › İş №2-1(102)-2128/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2128/2019

25.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2128/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “təhsil aldığı illərin sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 aprel tarixli 2-1(107)-259/2019 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşi n halları: İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1976-cı il 1 sentyabr tarixdən 1978-ci il 1 iyul tarixədək 1 №-li Bakı Tibb Məktəbində təhsil aldığı müddətin iş stajı kimi hesablanması və ona 2017-ci il 20 fevral tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 12 fevral tarixli 2-1(84)-133/2019 nömrəli qərarı ilə iddiaçının 1976-cı il 1 sentyabr tarixdən 1978-ci il 1 iyul tarixədək 1 №-li Bakı Tibb Məktəbində təhsil aldığı müddətin iş stajı kimi hesablanması və ona 2017-ci il 20 fevral tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 aprel tarixli 2-1(107)-259/2019 nömrəli qərardadı ilə şikayət üzrə apellyasiya mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki,apellyasiya şikayətində qərarın ləğvi üçün əsas olan faktlar, sübutlar, dəlillər əsaslandırılmamış, həmçinin şikayətdə göstərilmiş məhkəmə aktının tarixi hazırkı işlə uyğunluq təşkil etməmişdir. Qeyd edilən nöqsanların aradan qaldırılması təklif olunsa da, cavabdeh qeyd edilən nöqsanları aradan qaldırmamışdır. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə İPM-in 81-8 4-cü maddələrinin tələblərini pozaraq cavabdehin apellyasiya şikayətini mümkün saymamış və şikayətin icraata qəbulundan qanunsuz olaraq imtina etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərardadının təqdim olundu ğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 85.2-ci maddəsinin tələbinə əsasən, şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. İPM-in 85.3-cü maddəsinin tələbinə əsasən, şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İPM-in qeyd edilən maddələrinin tələbləri cavabdeh tərəfindən təmin olunmadığından, apellyasiya şikayətindəki çatışmazlıqların aradan qaldırılması cavabdehə təklif olunmuş, lakin cavabdeh həmin çatışmazlıqları aradan qaldırmamış, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadı əsaslıdır, şikayətin dəlilləri qərardadın ləğv edilməsinə əsas vermir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 aprel tarixli 2-1(107)-259/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidi r. Sədrlik edən: Hakimlər: imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov Z.M.Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar