Məhkəmə qərarları › İş №2-1(102)-2128/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2128/2022

06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2128/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: telefon xəttinin çəkilməsi; bərabərlik hüququnun təmin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-ci il, FİN: xxxxxxx) Cavabdeh MMC-yə qarşı “telefon xəttinin çəkilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 avqust 2022-ci il tarixli, 2-1(103)968/2022 nömrəli qərarında n cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında 0,141 ha torpaq sahəsində yerləşən 86,9 kv.m ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə iddiaçının adına qeydiyyata alınmışdır.

2. İddiaçının telefon xəttinin çəkilməsi ilə bağlı müraciətinə əsasən cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 27 dekabr 2013-cü il tarixli məktubda qeyd edilmişdir ki, 2013-2015-ci illər üzrə tədbirlər planı həyata keçirilir. Tədbirlər Planına uyğun olaraq Cəlilabad rayonunun kəndlərində, o cümlədən iddiaçının yaşadığı ərazidə kabelləşdirmə işləri aparıldıqdan sonra iddiaçıya və digər sakinlərə telefon xəttinin çəkilməsi nəzərdə tutulmuşdur.

3. İddiaçının təkrar müraciətinə əsasən cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 6 oktyabr 2017-ci il tarixli məktubda qeyd edilmişdir ki, hazırda iddiaçının yaşadığı ünvan istiqamətində çəkilmiş kabeldə boş cütlük olmadığı üçün ona telefon çəkilişi üçün texniki imkan yoxdur.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 31 may 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsində telekommunikasiya xidmətinin təminatı ilə əlaqədar texniki imkan məhdud olduğundan hazırda müraciətin təmin edilməsi mümkün deyildir. Qeyd edilən ərazidə telekommunikasiya xidmətinin yüksək səviyyədə göstərilməsi üçün müasir növ texniki avadanlıqlar quraşdırılacaqdır. Texniki avadanlıqlar quraşdırıldıqdan sonra, Cəmiyyətin Cəli labad filialı onlara məlumat təqdim edərək telefon xidmətinin göstərilməsini təmin edəcəkdir. Telefon dirəyi iddiaçının mülkiyyətindən çıxarılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ünvan 2 mənzilinə telefon xəttinin çəkilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

6. İddiaçı qeyd edir ki, ünvan 2 ünvanda yaşayır. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və evin mülkiyyətçisi odur. 2013-cü ildən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etməsinə baxmayaraq, ona məxsus olan evə telefon xəttinin çəkilməsi təmin edilməmişdir. Qon şularının hamısında rabitə xətti mövcuddur. Onun müraciətlərinə cavab olaraq blokda yer olmadığını əsas gətirib bəhanə edirlər. Son dəfə 31 may 2021-ci il tarixində müraciətinə yenə də eyni məzmunlu cavab verilmişdir. Ona məxsus olan evə telefon xəttinin çəkilməsi üçün blokda yerin olub-olmaması onun hüquqlarının pozulması üçün əsas ola bilməz. Onun Konstitusion hüquqları Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və onun strukturu tərəfindən kobud surətdə pozulmuşdur. Cavabdehin etirazları:

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, iddia ərizəsində qeyd edilənlərdən və Cavabdeh MMC tərəfindən iddiaçıya verilmiş cavabdan da göründüyü kimi, telefon çəkilişindən imtina edilməmiş, həmin ərazidə texniki i mkan olmadığından iddiaçının evinə telefon çəkilişinin mümkün olmadığı bildirilmişdir. Bundan əlavə iddiaçıya verilən cavabda texniki imkan yaranan kimi onun evinə telefon çəkiləcəyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Bakı İnzibati Məhkəməsinin (hakim N.İ.Abıyev) 23 noyabr 2021-ci il tarixli, 21(112)-8486/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunverici liklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

10. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Apellyasiya icraatı zamanı məhkəmə tərəfindən cavabdeh orqana Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsi, ev 177 ünvanında yerləşən mənzilə telefon xəttinin çəkilməsinin ləngiməsinin texniki, yaxud digər səbəblərdən olması barədə ətraflı məlumatın verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli sorğu və xx.xx.2022-ci il tarixli təkrar sorğu ünvanlanmasına baxmayaraq, cavabdeh tərəfindən sorğuya heç bir cavab verilməmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və H.Ü.Həmidov) 3 avqust 2022-ci il tarixli, 21(103)-968/2022 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2-1(112)-8486/2021 nömrəli qərarı ləğv olunmuş, iş üzrə yeni qərar elan olunmaqla, iddia təmin edilərək iddiaçı üçün telefon xətti çəkilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, blokda yerin olubolmaması əsası ilə cavabdeh orqan tə rəfindən iddiaçıya məxsus mənzilə telefon xəttinin çəkilməməsi iddiaçının hüquqlarının pozulması deməkdir. Bu isə yolverilməzdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, həmin kənddə iddiaçının qonşularının hamısında rabitə xətti mövcuddur. Kollegiya bununla bağlı qeyd edir ki, iddiaçının qonşularının telefon xəttinin olmasına baxmayaraq, 2013-cü ildən hazırkı dövrə kimi iddiaçıya məxsus mənzilə telefon xəttinin çəkilməməsi onun Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində qeyd edilən bərabərlik hüququnu pozur.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassa siya şikayətində qeyd edilmişdir ki, iddiaçının da vaxtilə mənzilində telefon xətti olmuşdur. Həmin ərazidə mövcud olan telefon xətləri iddiaçının ilk müraciətindən uzun illər əvvəl çəkilmişdir.

16. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar “Sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsinə qoşulma və xidmətlərdən ödənişli istifadə Qaydası”nın 2.1-ci bəndinə əsasən şəbəkəyə qoşulmaq üçün operatora poçtla və ya elektron formada müraciət edilə bilər. Operator müraciət edən şəxsə qoşulma üçün texniki imkan barədə 3 (üç) iş günündən gec olmayaraq məlumat verir.

17. İş materiallarından da göründüyü kimi, Cavabdeh MMC iddiaçını texniki imkanın olmaması barədə məlumatlandırmışdır.

18. Telefon xəttinin çəkilməsi üçün yenidənqurma işlərinin aparılması dövlət proqra mı əsasında həyata keçirildiyindən, bununla bağlı hər hansı işin görülməsi Cavabdeh MMC-nin səlahiyyəti xaricindədir.

19. Artıq uzun illərdir ki, köhnə texnologiya əsasında telefon xidmətləri verilməsi üçün xətt çəkilişinin aparılması dayandırılmışdır.

20. Yeni texnologiya əsasında həmin ərazidə hazırda işlər aparılır və işlər yekunlaşan kimi cavabdehə telefon xəttinin çəkilməsi təmin ediləcəkdir.

21. Bakı Apellyasiya Məhkəməsi iddianı təmin etməklə icrası mümkün olmayan qərar qəbul etmişdir. Belə ki, telefon çəkilişi həmin ərazidə quraşdırılmış və özündə xidmətin verilməsi üçün bütün texniki göstəriciləri birləşdirilən qutular üzərindən aparılır.

22. Həmin qutularda bəlli yerlər mövcud olur və həmin yerlər tutulduqdan sonra yeni xəttin çəkilməsi mümkün olmur. Hazırda Azərbaycan Respublika sında qeyd edilən texnologiya tətbiq edilmədiyindən ölkədə bu avadanlıqlar mövcud deyil.

23. Telefon çəkilişi üçün ölkə ərazisində yeni texnologiyanın tətbiqinə başlanılıb və iddiaçının yaşadığı ərazidə də bu işlər gedir. Quraşdırma işləri başa çatdıqdan sonra, istisnasız olaraq bütün vətəndaşlar bu xidmətdən yararlanacaq.

24. Şikayət əsaslandırılarkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7, 68.2-ci, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli, 004 nömrəli qərarı ilə təsdiq edilmiş “Sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsinə qoşulma və xidmətlərdən ödənişli istifadə Qaydası”nın 1.2, 1.3, 1.5, 2.1-ci bəndlərinə istinad edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

25. İd diaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 004 nömrəli qərarı ilə təsdiq edilmiş “Sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsinə qoşulma və xidmətlərdən ödənişli istifadə Qaydası”: Bənd 1.2. Bu Qayda Azərbaycan Respublikasında sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsinə qoşulma və xidmətlərdən ödənişli istifadə şərtlərini, sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsi operatorları ilə abunəçiləri arasında qarşılıqlı münasibətləri tənzimləyir. Bənd 1.3. xidmətdən istifadə etmək üçün abunəçilərin son telekommunikasiya avadanlığı şəbəkəyə qoşulur; Bənd 1.5. son telekommu nikasiya avadanlığı yaşayış evlərində, mənzillərdə və qeyriyaşayış məntəqələrində qurulur; Bənd 2.1. şəbəkəyə qoşulmaq üçün operatora poçtla və ya elektron formada müraciət edilə bilər. Operator müraciət edən şəxsə qoşulma üçün texniki imkan barədə 3 (üç) iş günündən gec olmayaraq məlumat verir.

27. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası m əhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsasla ndırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetinin yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqb ul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

32. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə işin hallarının tam və hərtərəfli araşdırılması zəruri olan həddə təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

34. Hazırkı iş üzrə cavabdehin mübahisələndirdiyi və kassasiya şikayətində də təkrar olaraq qeyd etdiyi xüsusat telekommunikasiya xidmətinin təminatı ilə əlaqədar texniki imkan məhdud olmasıdır. Belə ki, cavabdeh kassasiya şikayətində qeyd edir ki, telefon çəkilişi həmin əra zidə quraşdırılmış və özündə xidmətin verilməsi üçün bütün texniki göstəriciləri birləşdirilən qutular üzərindən aparılır, həmin qutularda bəlli yerlər mövcud olur və həmin yerlər tutulduqdan sonra yeni xəttin çəkilməsi mümkün olmur.

35. Bununla bağlı, apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla müəyyən edilmişdir ki, iddiaçı ilk dəfə 2013-cü ildən cavabdehə müraciət edərək onun evinə telefon çəkilməsini xahiş etmiş, cavabdeh də həmin dövrdən eyni əsasla – texniki imkanın olmaması ilə bağlı telefon çəkilişindən imtina etmişdir. Buna baxmayaraq, iddiaçı ilə qonşuluqda yerləşən evlər telefon rabitəsi ilə təmin olunmuş və cavabdeh tərəfindən onlara xidmət göstərilməkdədir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ilk müraciətindən (2 013-cü il) sonuncu müraciətinə (2021-ci il) qədər keçən 8 il ərzində cavabdeh texniki imkanın olmadığını, həmin ərazidə telekommunikasiya xidmətinin yüksək səviyyədə göstərilməsi üçün müasir növ texniki avadanlıqlar quraşdırılacağını, yalnız bundan sonra telefon xidmətinin göstərilməsinin təmin ediləcəyini bildirsə də, ötən müddət ərzində iddiaçının müraciətinin təmin edilməsi üçün hər hansı tədbir görməmiş, bununla belə, iddiaçının qonşuluğunda yerləşən abonentlərə xidmət göstərməkdə davam etmişdir. Ona görə də cavabdehin imtinası Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən iddiaçının bərabərlik hüququnun pozulmasına səbəb olmuşdur. Həmin normanın V bəndində qeyd edilir ki, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiy yətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

37. Bilavasitə şikayətdə göstərilən texniki imkanlara dair dəlillərə gəldikdə, yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi bununla bağlı cavabdehə iki dəfə yazılı sorğu göndərsə də, həmin sorğuların heç birinə cavab verilməmiş, apellyasiya instansiyası məhkəməsi öz qənaətini işdə olan materiallara uyğun olaraq əsaslandırmışdır. Bu səbəbdən də məhkəmə kollegiyası şikayətin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir.

38. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 avqust 2022-ci il tarixli, 2-1(103)-968/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar