Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2128/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Nümayəndə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 üzrə Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Nümayəndə (VÖEN:**********) cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2023-cü il tarixli, 2-1(103)1346/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********3320 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fiziki şəxs Nümayəndə sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanda yerləşən “SHANTİ” moda evində operativ vergi nəzarəti həyata keçirilməsi nəzərdə tutulmuşdur.
2. İddiaçıya əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 10 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına gör ə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********4570 nömrəli qərarla 20.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
3. İddiaçıya əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarını pozduğuna görə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********4578 nömrəli qərarla 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli, **********4570 saylı və xx.xx.2021-ci il tarixli **********4578 saylı qərarların ləğv edilməklə 21.000 manat borcu n silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-cı il tarixli **********4570 saylı qərarı ilə 20.000 manat və xx.xx.2021-cı il tarixli **********4570 saylı qərarla 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergilər Departamenti qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, guya o, fəaliyyət göstərdiyi dərzi sexində işçilərlə əmək müqaviləsi bağlamadan fəaliyyət göstərmiş və kassa aparatı olmamışdır. Vergi əməkdaşları xx.xx.2021-ci il tarixdə qəfil obyektə daxil olarkən o, orada olmamışdır. Onlar təxminən elə 10 nəfərə yaxın adamla obyektə daxil olmuş və orada olan aidiyyəti olan və olmayan şəxsləri məcbur edərək burda guya işlədiklərini əsas gət irərək izahatlar yazdırmışlar. Yuxarıda qeyd etdiyi kimi o, vergi yoxlaması zamanı orada olmamışdır. Bacısı orada olmuşdur. Ona zorla akta imza etdirmək istəyiblər. Digər şəxsləri isə aldadaraq onlara özləri yazmaqla imza etdiriblər. Orada olan şəxslər işçi olmayıblar. Bəziləri parça dalınca gəlmiş, bəziləri hər hansı aksessuar götürməyə gəlmişdirlər. Onları işçi kimi qeydiyyata almışlar. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, araşdırma zamanı cavabdehin xx.xx.2021-ci il tarixli **********3320 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə fiziki şəxs Nümayəndə sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanda yerləşən “Shanti” moda evində keçirilmiş operativ ver gi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 (on) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 004791 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə dair akt tərtib edilmiş, akt vergi ödəyicisi tərəfindən imzalanmış və bir nüsxəsi qəbul edilmişdir.
7. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********4570 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 20000 (iyirmi min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamənin vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 14:05-də oxunduğu müəyyən edilmişdir.
8. O cümlədən, operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisi tərəfindən əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 006832 nömrəli aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsinin qəbul edildiyi müəyyən edilmişdir.
9. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********4578 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000,00 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021-ci il tarixli **********9256 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 15:08-də oxunduğu müəyyən edilmişdir.
10. Qeyri-məşğulluğun aradan qaldırılması məqsədilə əmək müqaviləsinin bağlanması işəgötürənlərin başlıca vəzifələrindən biridir. Əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. İşçilər işəgötürən tərəfindən əmək müqaviləsi bağlanmadan onlara ödənilən əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Bundan əlavə, həmin işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi kimi neqativ hallarla rastlaşır və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. Bundan əlavə, vergi orqanı tərəfindən keçirilmi ş OVN tədbiri zamanı gün ərzində kassa qəbzinin təqdim olunmadığı aşkar edilərək qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir.
11. Məlum olduğu kimi vergi ödəyicisinin dövriyyəsini müəyyən etmək üçün kassa məlumatlarından istifadə olunur. Vergi ödəyicisinin cəmi bir məbləği belə kassadan yayındırması vergidən yayındırılan məbləğin ümumilikdə artmasına səbəb olur.
12. İddia ərizəsinə etiraza əlavə edilmiş operativ vergi nəzarəti tədbiri çərçivəsində alınmış vergi ödəyicisi Nümayəndə xx.xx.2021-ci il tarixli izahatında, sahibkarlıq fəaliyyətini həyata keçirdiyi moda evində aşkar edilmiş 10 nəfər işçi ilə aralarında nə əmək nə də xidməti müqavilənin olmadığını, işçilərə əmək haqqının nağd qaydada 250 manat məbləğində ödənildiyini etiraf edərək, buna sə bəb kimi anasının vəfatını bildirmiş, lakin tez bir zamanda bütün işçilərlə əmək müqaviləsinin bağlanacağının təmin ediləcəyini qeyd etmişdir.
13. X1 izahatına əsasən o, xx.xx.2021-ci il tarixdən Nümayəndə tərəfindən “Shanti” moda evinə “tikişçi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 09:00-19:00-dək olduğunu, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini bildirmişdir.
14. Digər bir işçi X4 da öz növbəsində Nümayəndə tərəfindən “xadimə” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının gündəlik 15 manat təşkil etdiyini bildirmişdir.
15. Digər bir işçi X7 xx.xx.2021-ci ildən Nümayəndə tərəfindən “Shanti” moda evinə “tikişçi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 09:00-17:00-dək olduğunu, əmək haqqının iş həcminə uyğun müəyyən edildiyini bildirmişdir.
16. Digər bir işçi X10 xx.xx.2021-ci ildən Nümayəndə tərəfindən moda evinə “dərzi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 09:00-17:00-dək olduğunu, əmək haqqının iş həcminə uyğun müəyyən edildiyini bildirmişdir.
17. Digər bir işçi X8 bir aydır ki, Nümayəndə tər əfindən moda evinə “dərzi tikişçi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 10:00-16:00-dək olduğunu, əmək haqqının iş həcminə uyğun müəyyən edildiyini bildirmişdir.
18. Digər bir işçi X3 Vüqar Ramiz oğlu tərəfindən xx.xx.2021-ci il tarixdə “Shanti” moda evinə “tikişçi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 09:00- 19:00-dək olduğunu, əmək haqqının gündəlik olaraq 10 manat təşkil etdiyini bildirmişdir.
19. Digər bir işçi X5 15 gündür ki, Nümayəndə tərəfindən “Shanti” moda evinə “tikişçi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 09:00-18:00-dək olduğunu, əmək haqqının gündəlik olaraq 10 manat təşkil etdiyini bildirmişdir.
20. Digər bir işçi X6 15 gündür ki, Nümayəndə tərəfindən “Shanti” moda evinə “tikişçi" vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 09:00-18:00-dək olduğunu, əmək haqqının gündəlik olaraq 10 manat təşkil etdiyini bildirmişdir.
21. Digər bir işçi X13 xx.xx.2021-ci il tarixdən Nümayəndə tərəfindən “Şevronların rənglənməsi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti mü qavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 09:30 - 18:30-dək olduğunu, əmək haqqının gündəlik olaraq 10 manat təşkil etdiyini bildirmişdir.
22. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
23. Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2-1(112)-2803/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
24. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iş materiallarında olan xx.xx.2021-ci il tarixli etirafedici izahatından müəyyən olunur ki, Nümayəndə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi h üquqi qüvvəyə minmədən sözügedən fiziki şəxsləri işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da Əmək Məcəlləsinin tələblərini pozduğundan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinə əsasən barəsində maliyyə sanksiyası tətbiq edilmişdir.
25. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2023-cü il tarixli, 21(103)-1346/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2803/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instans iya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
28. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
29. Kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, apellyasiya məhkəməsinin qərarının müddəaları müvafiq olaraq birinci instansiya məhkəməsinin qərarında olduğu kimidir. Belə ki, məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmiş, apellyasiya şikayətində qeyd edilmiş məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi məsələsinə toxunmuşdur. Belə ki, birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsinin qərarlarında da iddiaçının cinayəti törətməsi ilə bağlı etirafına istinad edilmişdir. İs tinad olunan ərizə iddiaçı tərəfindən imzalamamışdır. İddiaçıya başqa ərizə imzalatdırılmışdır. Bunun müəyyənləşdirilməsi məqsədilə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməli olduğu vurğulansa da, bu məsələyə məhkəmə tərəfindən məhəl qoyulmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
30. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazın dəlillərinin əsasını iddiaya qarşı verilmiş etirazda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ
31. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməy ərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı... 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Şikayət qərarın ləğv edilməsi hissəsində təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
35. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
36. İşin materiallarına görə, cavabdehin xx.xx.2021-ci il tarixli, **********3320 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən fiziki şəxs Nümayəndə sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanda yerləşən “SHANTİ” moda evində operativ vergi nəzarətinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
37. Eyni ilə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”-da da yoxlanılan təsərrüfat obyekti kimi 10002 “SHANTİ” MODA EVİ göstərilmişdir.
38. Bunun əksinə olaraq, “Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunma sı vəziyyəti haqqında” xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 006832 №-li Aktda və “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə dair” xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 004791 №-li Aktda operativ vergi nəzarətinin “JANOR” moda atelyesində, DVX seriyalı, 004791 №-li Akta Əlavədə isə “Janoor” tikiş sexində həyata keçirildiyi göstərilmişdir.
39. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 10 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********4570 nömrəli qərarda da qeyd edili r ki, ünvan 2 ünvanda yerləşən “Janoor” moda atelyesində keçirilən operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 10 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək nəticəsi aktla rəsmiləşdirilmiş və akt vergi ödəyicisi tərəfindən imzalanmışdır.
40. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən ziddiyyətli məqamlarla bağlı araşdırma aparmamış, yuxarıda qeyd olunan rəsmi sənədlərdə, o cümlədən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”-da təsbit edilmiş təsərrüfat obyekti ilə operativ vergi nəzarətinin faktiki həyata keçirildiyi obyektin bir ünvanda yerləşən eyni və ya fərqli təsərrüfat obyektləri olmaları məsələsinə ay dınlıq gətirməmişdir.
41. İşin qeyd olunan hallarının araşdırılması ona görə əhəmiyyət kəsb edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əməl edilib-edilməməsi, hazırkı halda, vergi nəzarətinin məhz reyestrdə qeydə alınmış təsərrüfat obyektində həyata keçirilib-keçirilmədiyi (yaxud vergi nəzarətinin faktiki həyata keçirildiyi təsərrüfat obyektinin yoxlamaların vahid məlumat reyestrində qeydə alınmış və çıxarışda göstərilən təsərrüfat obyektinə aid olub-olmadığı) həmin yoxlamanın hüquqi nəticəsinə birbaşa təsir edir.
42. Beləliklə, işin qeyd olunan və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmadığından, bununla da, İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələbləri təmin olunmadığından, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və qeyd olunan prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
43. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2023-cü il tarixli, 21(103)-1346/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.