Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2128/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin təyini tarixinin dəyişdirilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin xx.xx.2021-ci il tarixdən müddətsiz hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 04 aprel 2024-cü il tarixli, 2-1(103)-1454/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının sağlamlıq vəziyyəti cavabdeh tərəfindən xx.xx.2011-ci il tarixdə qiymətləndirilərək, bürger xəstəliyi qeyrin spesifik arterit, sol dərialtı arteriyasının oukluziyası, sol aşağı ətrafın baldırın 1/3 səviyyəsində amputasiyası, yerişin pozulması diaqnozun mətni ilə 1 il müddətinə ikinci dərəcə əlillik, xx.xx.2014-cü il tarixdə baxılaraq 1 il müddətinə ikinci dərəcə əlillik (diaqnoz: bürger xəstəliyi qeyrin spesifik arterit), xx.xx.2015-ci il tarixdə baxılaraq 1 il müddətinə ikinci dərəcə əlillik (diaqnoz: sol baldırın orta 1/2 amputasion güdülü) təyin edilmiş dir.
2. Daha sonra iddiaçının sağlamlıq vəziyyəti cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdə qiymətləndirilərək bliterasiyaedici trombongit, sol baldırın orta 1/2 amputasion güdülü, sağ aşağı ətrafın İİ-İİİ xroniki işemiyası diaqnozun mətni ilə 5 il müddətinə ikinci dərəcə əlillik (sol baldırın orta 1/2 amputasion güdülü, səbəb: hərbi xidmət dövrü ilə əlaqədar), bundan sonra xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək obliterasiya edən trombangit (bürger xəstəliyi), obliterasiyaedici trombangit, sağ dizaltı arteriyanın stenookkuluziyası, aşağı ətrafın arteriyalarının emboliya və trombozu, baldır arteriyalarının okkluziyası İİİ dərəcə xronik işemiyası, pereferik damarların digər dəqiqləşdirilmiş xəstəlikləri, sağ ətrafın İİ-İİİ dərəcəli xroniki işemiyası, baldırın travmatik amputasiyası, sol baldırın yuxarı 1/3 amputasion güdülü diaqnozun mətni ilə müddətsiz ikinci dərəcə əlillik (2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ-İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ) təyin edilmişdir.
3. İddiaçı əlilliyə görə müvafiq ödənişin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi xx.xx.2021-ci ildən sonra (qanunun qüvvəyə mindiyi tarix) yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan ş əxs hesab edilir. Odur ki, əlilliyin son bitmə tarixi xx.xx.2021-ci il tarixinə təsadüf etdiyindən və əlilliyin bitmə tarixi ilə yeni təyinat tarixi arasında müəyyən edilmiş 6 aylıq müddət ötürüldüyündən əvvəlki dövrə aid ödənişin verilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin xx.xx.2021-ci il tarixdən müddətsiz hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixədək ikinci qrup əlil olmuşdur. xx.xx.2020-ci il tarixdə sağlamlığında yaranmış vəziyyətlə əlaqədar Rusiya Federasiyasın a müalicə üçün getmiş, pandemiya ilə əlaqədar Rusiya Federasiyası ilə sərhədlər bağlanmış, bu səbəbdən müalicəsi bitdikdən sonra Azərbaycana qayıda bilməmişdir. xx.xx.2021-ci il tarixdə əlilliyi dayandırılmışdır. Azərbaycana qayıtdıqdan sonra sənədləri təqdim etmiş və ona yenidən ikinci qrup əlillik təsdiq olunmuşdur. Üzrlü səbəblərdən vaxtında sənədlərini təqdim etmədiyi dövr üzrə əlilliyə görə pensiyanın ödənilməsi ilə bağlı cavabdehə ərizə ilə müraciət etmiş, sonuncu bundan imtina etmişdir.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 il müddətinə, ikinci dərəcə əli llik fasiləsiz olaraq 10 il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilmişdir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 il təyin olunduğu halda, əlilliyin müddətsiz müəyyən edilməsi üçün “Forma 88” tərtib edilərək əlilliyi müəyyən edən orqana göndərilməsi nəzərdə tutulmamışdır. İkinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinin yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 10 il olmasıdır ki, bu şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur. Hesab edir ki, üzrlü səbəblərdən təkrar komissiyada iştirak edə bilmədiyindən, pandemiya zamanı Azərbaycana gələ bilmədiyi dövr üzrə (xx.xx.2021-ci il tarixdən -xx.xx.2022-ci il tarixədək) ona müvafiq pensiya hesablanaraq ödənilməlidir.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını onun la əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə 5 il müddətinə aparılmış əlillik təyinatının müddəti xx.xx.2021-ci il tarixində bitmiş, sonradan iddiaçının əlillik vəziyyətinə Bakı 10 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış, “Diaqnozun mətni: Obliterasiya edən trombangiit [Bürger xəstəliyi], Bürger xəstəliyi Obliterasiyaedici trombangit. Sağ dizaltı arteriyanın stenookkuluziyası. Aşağı ətraf arteriyalarının emboliya və trombozu, Baldır arteriyalarının okkluziyası İİİ dərəcə. Xroniki işemiyası Periferik damarların digər dəqiqləşdirilmiş xəstəlikləri, Sağ aşağı ətrafın ll-lll dərəcəli xroniki işemiyası Baldırın travmatik amputasiyası, Sol baldırın yuxarı 1/3-nin amputasion güdülü; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ - İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80İ80.3, İ83.0-İ83.9);” müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. 8. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 3.3-1-ci bəndinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Göründüyü kimi, iddiaçının əlillik müddəti bitdikdən 1 ildən daha çox zaman keçdikdən sonra qiymətləndirmə üçün növbəti göndəriş daxil olmuşdur.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: G.A.Sevidmalıyeva) 23 noyabr 2023-cü il tarixli 2-1(112)-13887/2023 nömrəli qərarı ilə iddia təmin e dilmiş, iddiaçıya təyin edilmiş əlilliyin xx.xx.2021-ci il tarixdən müddətsiz hesab edilməsi və əlillik altsistemində bununla bağlı qeydlərin aparılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsinin əsaslandırması: 10.1. İddiaçıya xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il tarixlərdə həyata keçirilmiş qiymətləndirmələr nəticəsində bir il müddətinə, xx.xx.2016-cı il tarixdə həyata keçirilmiş qiymətləndirmə nəticəsində beş il müddətinə, xx.xx.2022-ci il tarixdə həyat keçirilmiş qiymətləndirmə nəticəsində müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının xx.xx.2011-ci ildən ikinci dərəcə əlilliyinin olması və fasiləsiz olaraq təyin olunduğu vaxtdan 10 il müddətində mövcud olması işin mübahisəsiz halıdır. xx.xx.2016-cı il tarixdə həyata keçir ilmiş qiymətləndirmə nəticəsində iddiaçıya təyin olunmuş ikinci dərəcə əlilliyin müddəti xx.xx.2021-ci ildə bitmişdir. 10.2. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən, Baldırın travmatik amputasiyası (S 88) müddətsiz əlillik təyin edən xəstəlikdir. Həmin qərarın 20 iyul 2023-cü il tarixinə qədər olan qüvvədə olan redaksiyasına əsasən 11.2.9.4. bir ətrafın amputasion bud/baldır güdülləri və ХАÇ İİ mərhələ, digər ətrafda osteoartropatiya orqanizmin funksiyalarının 80 faiz pozulması olmaqla, müddətsiz əlillik təyin edən xəstəlik olmuşdur. 10.3. İddiaçı dörd dəfə qiymətləndirmədən keçmişdir və onun sol baldırının yuxarı 1/3 hissəsinin amputasiya olunması işi n mübahisəsiz halıdır. Odur ki, qeyd edilən halda xx.xx.2016-cı il tarixində (istərsə də əvvəlki qiymətləndirmələr zamanı) qiymətləndirmə zamanı iddiaçıya müddətsiz deyil, beş illik əlillik təyin edilməsi aydın deyildir. Belə ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən, (2.4.6) bir budun güdülü (Z 89.8), yəni ətrafların olmaması müddətsiz əlillik təyinatına əsas verən xəstəlikdir. 10.4. Məhkəmə eyni zamanda nəzərə alır ki, XBT-10 yeni baxışa əsasən, Z.89 xəstəlik kodu “Ətrafın qazanılma olmaması” başlığı ilə müddətsiz əlillik müəyyən edən “yuxarı və aşağı ətrafların qazanılma olmaması (hər h ansı bir səviyyədə)” xəstəliyini nəzərdə tutur. Həmin redaksiyaya ətrafın itirilməsi: • əməliyyatdan sonra • posttravmatik əlamətləri (yəni qazanılma) sonradan daxil edilmişdir. İddiaçıda da məhz aşağı ətrafın (sol baldırın yuxarı 1/3-nin) əməliyyatdan sonra posttavmatik itirilməsi (amputasiyası) həyata keçirilmişdir. Belə olan təqdirdə, iddiaçıya İİ dərəcə əlillik əvvəlcədən müddətsiz təyin edilməli olduğu halda, ona müddətli təyin olunmuşdur. 10.5. Digər tərəfdən, iddiaçının 10 il müddətinə fasiləsiz İİ dərəcə əlilliyi olduğundan (qeyd edilən konkret sağalmaz xəstəlik) həmin dövrdə qüvvədə olan qaydalara əsasən ona müddətsiz əlilliyin təyininə əsas verir. İddiaçının əlillik müddəti xx.xx.2021-ci ildə bitmiş, xx.xx.2022-ci ilə qədər əlillik təyinatı ilə bağlı özündən asılı olmayan səbəblə rdən müraciət edə bilmədiyindən, qeyd edilən dövrdəki sosial təminat hüquqlarından (pensiya və ya müavinət ödənişindən) məhrum olmuşdur. Odur ki, fasiləsizliyin təmin olunması məqsədilə müddətsiz əlilliyinin məhz həmin xx.xx.2021-ci il tarixdən müəyyən edilməsində iddiaçının hüquqi marağı vardır. Belə ki, onun xx.xx.2021-ci il tarixə artıq qeyd edilən müddətsiz əlillik təyinatına əsas verən sağalmaz xəstəliklə 10 il müddətinə əlil olması işin mübahisəsiz halıdır. 10.6. Məhkəmə iddiaçının həmin dövrdə xüsusi karantin rejiminin mövcudluğu ilə bağlı ölkədə olmaması səbəbindən əlillik təyinatı ilə bağlı müraciət edə bilməməsini, eləcə də Rusiya Federasiyası ərazisində (A.V.Vişnevski adına Respublika Kliniki Xəstəxanası, damar cərrahiyyəsi şöbəsi) həkim müayinəsinin nəticəsində təyyarədə uçuşun tövsiyə edilməməsinə dair dəlillərini (pasportun müvafiq hissələri və təyyarədə uçuşun tövsiyə edilməməsinə dair qeydlə epikrizdən çıxarış məhkəməyə təqdim edilmişdir) nəzərə almışdır. Belə ki, iddiaçıya əlillik təyinatı məhz 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə diaqnozu üzrə aparılmışdır. Odur ki, uçuş zamanı yaranan təzyiq fərqlərinin onun səhhətinə mənfi təsir göstərə biləcəyi böyük ehtimalla mümkündür. 10.7. Odur ki, məhrum olduğu sosial təminat hüquqlarının təmin edilməsi üçün müddətsiz əlilliyinin xx.xx.2021-ci il tarixdən müəyyən olunması onun qanunvericiliklə təsbit olunmuş hüququdur.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə q ərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat 12.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) 04 aprel 2024-cü il tarixli, 21(103)-1454/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
15. Cavabdehin kassasiya şikayətinin dəlilləri onda n ibarətdir ki, iddiaçının əlillik müddəti bitdikdən 1 ildən daha çox zaman keçdikdən sonra qiymətləndirmə üçün növbəti göndəriş daxil olmuşdur. Habelə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1- ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi xx.xx.2021-ci ildən sonra (qanunun qüvvəyə mindiyi tarix) yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Odur ki, əlilliyin son bitmə tarixi xx.xx.2021-ci il tarixinə təsadüf etdiyindən və əlilliyin bitmə tarixi ilə yeni təyinat tarixi arasında qanunvericilikdə müəyyən edilmiş 6 aylıq müddət ötürüldüyündən ona əvvəlki dövrə dair ödənişin verilməsi mümkün deyildir. Göründüyü k imi, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə d air özü qərar qəbul edir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qə rarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslıdır və apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddia rədd edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
21. Hazırkı iş üzrə iddiaçıya sonuncu dəfə xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi, bundan sonra xx.xx.2022-ci il tarixdə müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir.
22. Hazırda iddiaçının hüquqi marağı xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində əlil hesab olunmağa yönəlib.
23. İşə baxan aşağı instansiya məhkəmə lərinin mövqeyinə görə, iddiaçıya hələ əvvəlki qiymətləndirilmə zamanı müddətsiz əlillik təyin edilməli olduğundan, həmçinin iddiaçı əlillik müddətinin bitdiyi dövrdə ölkə xaricində olduğundan və səhhəti ilə əlaqədar Azərbaycan Respublikasına gələ bilmədiyindən, onun müddətsiz əlilliyi sonuncu əlilliyin bitdiyi tarixdən (xx.xx.2021-ci il tarixdən) təyin edilməlidir.
24. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.
25. İlk növbədə qeyd edilməlidir ki, qanunvericilikdə əlilliyə “müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması” kimi anlayış verilmişdir. Şəxs müvafiq icra hakimiyyəti or qanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1 və 3-cü maddələri).
26. Əlilliyin qiymətləndirilməsi vahid məqsədə yönələn zəncirvari, ardıcıl və birinin digərindən asılılığı ilə müşayiət edilən, lakin hər biri müstəqil inzibati icraat qaydasında həyata keçirilən iki mərhələni əhatə edir: - əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi; - tibbi-sosial ekspert komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməklə, əlilliyin müəyyən edilməsi və ya bundan imtina edilməsi ilə bağlı yekun qərar qəbul edilməsi.
27. Şəxsə göndəriş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən verilir.
28. Adıçəkilən Qaydada göndəriş verilməsi üçün bir neçə əsas müəyyən edilmişdir. Bununla belə, aşağıda qeyd edilən hallarda göndəriş təyinatına görə məhz əlilliyin qiymətləndirilməsi məqsədi ilə verilir: - şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) a ydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; - şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş yuxarıda göstərilən müddət gözlənilmədən verilir); - əlillik müddətinin bitməsindən sonra yuxarıdakı bəndlərdə qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi.
29. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi komissiyaya müraciət edir və komissiya şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlər indən çıxarışları toplayaraq müalicənin nəticələrini araşdırır, zərurət olduqda isə diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxsi ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərməklə, son nəticədə göndəriş verir və ya göndərişin verilməsindən imtina edir.
30. Göndərişin rəsmiləşdirilərək müvafiq reyestrə daxil edilməsi ilə əlilliyin qiymətləndirilməsi prosesinin sonrakı mərhələsi olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası ilə tənzimlənən tibbi-sosial ekspertiza fəaliyyəti başlanır. Həmin Qaydaya əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibb i-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Bundan əlavə, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
31. Göründüyü kimi, qanunvericilik əlilliyin təyin edilməsi üçün tibbi göndərişin verilməsini zəruri şərt kimi müəyyən etmiş, həmçinin, əlilliyin təyin tarixini tibbi göndərişin tarixindən asılı olaraq müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, qanunvericiliyin imperativ göstərişinə görə, şə xs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsi).
32. Digər tərəfdən, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna 02 iyul 2021-ci il tarixdə əlavə edilmiş 3.3-1-ci maddə nəzərdə tutur ki, 6 ay ərzində əlilliyin qiymətləndirilməsi həyata keçirilmişsə, birbaşa qanunun göstərişinə görə şəxsə 6 ay daxilində əlilliyin hansı tarixdən təyin edilməsindən asılı olmayaraq, o, əlilliyin müddətinin bitdiyi əvvəlki tarixdən əlilliyi olan şəxs sayılır. Göründüyü kimi, qanunverici aşkar və birmənalı şəkildə əlillik müddətinin bitməsindən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi halında şəxsin əvvəlki dövr üzrə əl illiyi olan şəxs hesab edilməsini təsbit etmişdir. Başqa sözlə, qanunvericiliyin qeyd olunan normasının imperativ tələbi şəxsin 06 aydan artıq “əlil” statusunun itirilməməsi ilə bağlıdır.
33. Yuxarıda qeyd edilən normaların birgə təhlili onu deməyə əsas verir ki, şəxsə əlillik təyin edilməsi üçün tibbi göndəriş olmalıdır, həmin tibbi göndərişin verilməsindən sonra əlillik təyin edilə bilər (başqa sözlə, əlillik təyin tarixi tibbi göndərişin tarixi ilə sıx bağlıdır), yalnız təkrar əlillik son əlilliyin bitmə tarixindən 6 ay ərzində təyin edilibsə, şəxs keçmiş dövr üçün tibbi göndəriş olmadan əlil hesab edilə bilər.
34. Bununla yanaşı, məhkəmə kollegiyası həm də razılaşır ki, 6 ay ərzində şəxsdən asılı olmayan obyektiv səbəblərdən əlilliyin qiymətləndirilməsi üçün tibbi göndərişin alınması m əqsədi ilə müraciət etmə imkanının olmaması və həmin dövr ərzində şəxsin sağlamlıq vəziyyətinin əlilliyə mübahisəsiz və aşkar əsas verməsi halında 6 aylıq müddət keçdikdən sonra da keçmiş dövr üzrə əlillik təyin edilə bilər, yəni əlilliyin təyin tarixi dəyişdirilə bilər.
35. Belə ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” (“Summun jus, summa injuria”).
36. Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi ş əxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunsun, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmasınlar.
37. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda ş ərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər.
38. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakter i, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla, fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir.
39. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir.
40. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir.
41. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalə t, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur.
42. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir.
43. Lakin hazırkı və buna oxşar işlərdə nəzərə alınmalı olan əsas məqam ondan ibarətdir ki, şəxsin əlillik müddəti bitdikdən sonra təkrar əlilliyin təyini üçün hüquqi marağı mövcud olmalı, lakin obyektiv səbəblərdən əlilliyin təyini üçün müraciət imkanı istisna edilməlidir.
44. Hazırkı halda, iddiaçı ona 2016-cı ildə 05 il müddətinə əlillik təyin edilərkən həmin qərarı mübahisələndirməmiş, həmçinin xx.xx.2021-ci il tarixdə əlillik müddəti bitdikdən sonra tibbi göndərişin verilməsi ilə bağlı komissiyaya müraciət etməmiş, 2022-ci ilin iyun ayında müddətsiz əlillik təyin edildikdən 01 il 03 ay sonra məhkəməyə müraciət etmiş, başqa sözlə, ötən dövr üzrə təkrar əlilliyin əldə edilməsi ilə bağlı hər hansı addım atmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının obyektiv səbəblərdən əlilliyin təyini üçün müraciət etmək imkanının olmaması ilə bağlı irəli sürdüyü dəlillər inandırıcı deyil. Belə ki, iddiaçı 2021-ci ildə Rusiya Federasiyasında olduğunu qeyd etsə də, bildirilməlidir ki, o, Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün pandemiya dövründə də ölkəyə gəlişinə mane mövcud olmamışdır. Digər tərəfdən, şəxsin ölkə hüdudlarından kənarda olması onun konstitusion hüququ olan sosial təminat hüququnun realizəsini məhdudlaşdırmır. İddiaçı digər ölkə ərazisində olmaqla da müəyyən tibbi sənədlərlə komissiyaya nümayəndəsi vasitəsi ilə müraciət edə bilərdi. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)1606/2024 saylı iş üzrə qəbul etdiyi qərarındakı (işin hallarına əsasən Türkiyə Respublikasında olan şəxs ona təkrar əlilliyin təyin edilməsi üçün tibbi göndərişin verilməsi ilə bağlı iddia qaldırmışdır) hüquqi mövqeyə görə “23... Digər tərəfdən, şəxsin ölkə hüdudlarından kənarda olması onun konstitusion hüququ olan sosial təminat hüququnun realizəsini məhdudlaşdırmamalıdır...
25. İddiaya mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi cavabdehin imtina məktubunda qeyd edilənlərin tibbi göndərişin verilməsindən imtina üçün əsas təşkil edib-etməməsinə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiy mətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının 2.2-ci bəndinə əsasən tibbi müayinələrin, o cümlədən xəstəlik tarixlərindən çıxarışların və müalicənin nəticələrinin, başqa sözlə, əlilliyə əsas olan diaqnozla bağlı sənədlərin cavabdehə təqdim edilibedilməməsinə (iş materiallarında həmin sənədlər mövcud deyil) və həmin sənədlər əsasında tibbi göndərişin rəsiləşdirilməsinin mümkünlüyünə qiymət verməlidir.”
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2021-ci il tarixdən təkrar əlillik təyini aparıldığı tarixədək olan dövr üzrə əlil statusunun alınmasında hüquqi marağı olmamış və o, bununla bağlı hərəkətsizlik göstərmişdir. Bu hal isə iddiaçı tərəfindən təkrar əlilliyin təyini ilə bağlı müraciətdən subyektiv səbəblərdən imtina edilməsi və sosial təminat hüququnun həmin dövr üçün realizəsində marağın olmaması kimi qiymətləndirilir. Qeyd edilməlidir ki, şəxsin (iddiaçının) hüquqlarının realizəsinə məsuliyyətli yanaşmasını müəyyən edərkən, məhkəmə şəxsin göstərdiyi diqqət, davamlı səylər və vaxtında atdığı addımları araşdırır. Məhkəmə bu standartları qiymətləndirərkən işin faktiki halları və müraciət edənin qarşılaşdığı mürəkkəblikləri, xarici amilləri və çətinlikləri nəzərə alır.
46. Həmçinin, şəxslərin əvvəlki dövr üzrə əlil statusu almaqdakı dolayı hüquqi maraqları həmin dövr üzrə müəyyən sosial ödənişlər almaqdır. Kollegiya qeyd edir ki, müdaxilənin mütənasibliyinin qiymətləndirilməsi baxımından, konkret vəziyyətdə şəxslərdən gözlənilən məsuliyyətli davranışın edilib-edilməməsi konteksində hüquqlarının y arandığı uzun müddət ərzində bu hüquqlarının reallaşdırılması üçün konkret müraciət etməmələri onların həmin vəsaitlərə real ehtiyaclarının olmadığını təsdiq edən hal kimi də qiymətləndirilə bilər.
47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 21(103)-1454/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul olunsun. İddia rədd edilsin. Qərar qətidir.