Məhkəmə qərarları › İş №2-1(102)-2129/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2129/2019

21.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2129/2019 21.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası müdafiə nazirinin 26.10.2017-ci il tarixli 0762 nömrəli əmrinin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və digər ödənişlərin ödənilməsi (13 və 14-cü əmək haqqı da daxil olunmaqla), növbəti hərbi rütbənin verilməsi və ona uyğun vəzifəyə təyin olunması, qanunsuz işdən çıxarılma ilə bağlı vurulmuş 3000 manat maddi və 10000 manat məbləğində mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-219/2019 saylı, 11 aprel 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 21 avqust 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, İddiaçı (bundan sonra - iddiaçı)09.08.1999-cu il tarixdən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlamış, 09.11.2016-cı il tarixdən N saylı hərbi hissənin qərargah bölüyündə artilleriya rəisinin idarəetmə tağım komandiri vəzifəsində xidmət etmişdir. İddiaçıya 13.02.2017-ci il tarixdə dərsi düzgün təşkil etmədiyi üçün, 16.02.2017-ci il tarixdə növbəti həftənin dərsinə hazırlanmadığı və sənədləri təqdim etmədiyi üçün bölük komandiri tərəfindən şifahi töhmətlər, 17.02.2017-ci il tarixdə xidməti yerinə çıxmadığı üçün şifahi şiddətli töhmət, 20.02.2017-ci il tarixdə xidməti yerinə çıxmadığı üçün hərbi hissə komandiri tərəfindən şifahi şiddətli töhmət, 24.02.2017-ci il tarixdə gecə dərsində iştirak etmədiyinə görə bölük komandiri tərəfindən şifahi töhmət, 27.02.2017-ci il tarixdə sıra xəttinə gecikdiyinə görə bölük komandiri tərəfindən şifahi töhmət, 17.06.2017-ci il tarixdə xidmətini düz gün təşkil etmədiyi üçün hərbi hissənin rabitə rəisi tərəfindən şifahi töhmət, 22.06.2017-ci il tarixdə xidməti yerinə çıxmadığı üçün və təlimə cəlb olunmaqdan yayındığı üçün bölük komandiri tərəfindən şifahi şiddətli töhmət və 17.08.2017-ci il tarixdə günün nizam qaydasını pozduğu (idmana çıxmadığı və sıraya gəlmədiyi) üçün şifahi şiddətli töhmət verilmişdir. O, barəsində tətbiq edilmiş cəza tədbirləri ilə “hərbi qulluqçunun "həvəsləndirmələri və cəzalandırmaları barədə tanış olma cədvəlində” imza etməklə 10.04.2017 və 15.08.2017-ci il tarixlərdə tanış olmuşdur. İddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə tərəfindən onun barəsində tərtib edilmiş xidməti xasiyyətnamə dən görünür ki, iddiaçı xidmət etdiyi müddət ərzində xidməti vəzifəsini tam qüsursuz və keyfiyyətlə yerinə yetirə bilmir. Rəhbəredici sənədləri bilmir və gündəlik fəaliyyətində onların tələblərini rəhbər tutmur. Hərbi peşəni sevmir və hərbi geyim formasını səliqəli daşımır. Təşkilatçılıq və təşəbbüskarlıq qabiliyyəti yoxdur. Fövqəladə hallar ortaya çıxdıqda şəraiti düzgün təhlil edə bilmir, düşünmə və riskli addımlar atma bacarığı yoxdur. İnandırma qabiliyyətinə malik deyildir. Bilik səviyyəsini və bacarığım artırmaq üçün daim üzərində çalışmır. Yüksək təşkilatçılıq qabiliyyəti yoxdur. Şəxsi heyət arasında tapşırıq və səlahiyyətlərin düzgün bölüşdürmə bacarığı yoxdur, tapşırıqların yerinə yetirilməsi üçün dəqiq tədbirlər planı hazırlaya bilmir. Fikir və düşüncələrini aydın şəkildə ifadə etmək bacarığı yoxdur. Xidmət etdiyi kollektivdə hörməti aşağıdır. Siyasi cəhətdən savadı yoxdur. Dövlət sirrini qorumağı b acarır. 12.08.2017-ci il tarixdə qərargah bölüyü komandiri N nömrəli hərbi hissənin qərargah rəisinə raportla müraciət edərək iddiaçının xidmətində buraxdığı ciddi nöqsanlara görə kiçik zabitlərin şərəf məhkəməsində dinlənilməsi üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş və N nömrəli hərbi hissənin qərargah rəisi tərəfindən yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Vəsatətə əsasən iddiaçının xidməti vəzifəsinin icrasına səhlənkar yanaşması nəticəsində tabeliyində olan bölmənin mənəvi- psixoloji durumunun və intizamının aşağı düşməsi və şəxsi intizamsızlığı məsələsinə 18.08.2017-ci il tarixdə N nömrəli hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsində baxılmış və iddiaçının xidməti vəzifələrinin icrasına laqeyd yanaşması, hərbi intizamının aşağı s əviyyədə olması, gələcək perspektivinin olmaması və özünün şəxsi keyfiyyətlərinin qənaətbəxş olmaması nəzərə alınaraq “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən onun Silahlı Qüvvələrdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. N nömrəli hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsinin 4 nömrəli protokolundan müəyyən edilir ki, zabit yoldaşları, yəni qərargah bölük komandiri, 1-ci tabor komandiri, ƏİK tabor komandirinin müavini-qərərgah rəisi və 2-ci tabor komandiri iddiaçının iş və şəxsi keyfiyyətlərini mənfi xarakterizə edərək onun “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması təkliflərin i irəli sürmüş və qadın hərbi qulluqçuya qarşı etdiyi qeyri etik hərəkətləri zabit ünvanına yaraşmayan, mənəvi dəyərlərlə uzlaşmayan pis əməl kimi qiymətləndirilmişdir. İddiaçı N nömrəli hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsində dinlənildiyi zaman deyilən iradlara heç bir etirazının və narazılığının olmadığını, şəxsi problemlərinin olduğunu nəzərə alaraq başqa hərbi hissələrdən birinə bərabər vəzifəyə köçürülmək istədiyini bildirmişdir. Bundan sonra, 25.08.2017-ci il tarixdə iddiaçı ilə 1-ci söhbət aparılmış və ona verilən suallara cavab olaraq bildirmişdir ki, “Hərbi Xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmasına münasibəti yaxşı deyildir. Çünki o, ehtiyata buraxılmaq istəmir. Ona köməklik göstərilməsinə və Bakı qarnizonu daxilində xidmətini başqa hərbi hissədə davam etdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. 12.09.2017-ci il tarixdə keçirilən 2-ci söhbət zamanı isə iddiaçı ona xidməti uyğunsuzluqla deyil, öz arzusu ilə ehtiyata buraxılmasına imkan yadılmasını xahiş etmişdir. Bundan sonra, N nömrəli hərbi hissənin komandiri 12.09.2017-ci il tarixli təqdimatla iddiaçının xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün vəsatət qaldırmış və bilavasitə rəislərin rəyləri əsasında Azərbaycan Respublikası müdafiə nazirinin 26.10.2017-ci il tarixli 0762 nömrəli əmri ilə iddiaçı “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, bundan sonra o, N nömrəli hərbi hi ssənin 06.11.2017-ci il tarixli, N nömrəli əmri ilə hərbi hissənin siyahısından çıxarılmış, qeydiyyata düşmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinə göndərilmişdir. İddiaçı 13.11.2017-ci il tarixdə yenidən hərbi xidmətə qəbul olunmaq və ya əmrinin əsasının dəyişdirilməsi üçün Müdafiə Nazirliyinə müraciət etmiş, sonuncu 06.12.2017-ci il tarixli məktubla bundan imtina etmişdir. Bununla razılaşmayan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, 03.09.1999-cu ildən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə başlamış, öz xidməti vəzifələrini 18 il layiqincə yerinə yetirmişdir. Dövlətə sadiq olmaqla yanaşı, öz xidməti vəzifə və öhdəliklərini yerinə yetirmiş, xidmət etdiyi döv rdə nizam-intizam pozuntusuna yol verməmişdir. N nömrəli hərbi hissənin komandiri ona qarşı qərəzlilik edərək qanunsuz və əsassız qərar qəbul etmiş və nəticədə mübahisə predmeti olan əmrlə xidməti uyğunsuzluğa əsasən ehtiyata buraxılmışdır. Halbuki, o, xidməti vəzifələrini yerinə yetirərkən heç bir xidməti uyğunsuzluq etməmişdir. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi (bundan sonra - cavabdeh) 30.08.2018-ci il tarixli 11/4740 nömrəli etirazla iddia tələbinə münasibət bildirmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı xidmətdə yol verdiyi intizam pozuntularına görə dəfələrlə intizam qaydasında cəzalandırılmış, intizam cəzalarından nəticə çıxarmadığından N nömrəli hərbi hissənin qərargah bölüyünü n raportuna əsasən onun kiçik zabitlərin şərəf məhkəməsində dinlənilməsi üçün yuxarı komandanlığın qarşısında vəsatət qaldırılmış, 18.08.2017-ci il tarixli kiçik zabitlərin şərəf məhkəməsinin protokoluna əsasən iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Bundan əlavə, kiçik zabitlərin şərəf məhkəməsində iştirak edən zabit heyəti çıxış edərkən bildirmişlər ki, iddiaçı xidmət etdiyi müddət ərzində özünü nizamintizamsız hərbi qulluqçu kimi göstərir, komandir və rəislər tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirməyə səhlənkar yanaşır, vəzifə borcunu bilmir və xidmətində tətbiq etməyi bacarmır, praktiki bacarıqları yoxdur, aşkar olunmuş nöqsanları aradan qaldırmağa səy göstərmir, özünə qarşı tələbkar deyil, ta beliyində olan şəxsi heyətə nəzarət etmir, onların qayğısına qalmır və problemləri ilə maraqlanmır. Yuxarıda qeyd olunan əsaslarla iddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin 26.10.2017-ci il tarixli 0762 nömrəli əmri ilə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Qeyd edilənlərə əsasən cavabdeh iddiaya etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Şəki İnzibati-iqtisadi Məhkəməsinin (hakim: R.A.Məcidov) 24 yanvar 2019-cu il tarixli 2-1 (84)-7/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, xidməti vəzifələrinin icrasına laqeydlik nümayiş etdirən, xidməti vəzifələrinin öhdəsindən gələ bilməyən, xidməti və şəxsi keyfiyyətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətini davam etməyə imkan verməyən iddiaçının “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən xidmətdən ehtiyata buraxılması qanuni olmuşdur. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-219/2019 saylı iş üzrə 11 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: G.Q.Abbasov və M.R.Hüseynov) Şəki İnzibati-iqtisadi Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli 2-1 (84)7/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayəti təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya inst ansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından iddiaçı kassasiya şikayəti verərək, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-219/2019 saylı iş üzrə 11 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsini, işin təkrar apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı xidmət müddətində nizam-intizam pozuntusuna yol verməmişdir. Sonuncu xidmət yerində Bakı qarnizonunda yerləşən N nömrəli hərbi hissənin komandiri polkovnik İdris Məhərrəmov ona qarşı qərəzli və əsassız qərar qəbul etmiş və müdafiə nazirinin 26.10.2017-ci il tarixli, 0762 nömrəli əmri ilə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı mad dəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə ordu sıralarından tərxis edilərək Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı şikayətindədə daha sonra bildirir ki, ailəlidir və himayəsində iki azyaşlı övladı vardır, indiyə kimi mənzillə təmin olunmadığı üçün daim ailə-uşaqları ilə kirayədə yaşamışdır və hazırda da kirayədə yaşayır. xx.xx.1982-ci il təvəllüdlü olmaqla hələ 17 yaşından hərbi xidmətdə olmuşdur. Hazırda da 36 yaşı vardır və hərbçi olduğu üçün başqa bir sahədə peşəkar deyildir. Bu səbəbdən də iş tapmaqda çətinlik çəkir və ailəuşaqlarının dolanışığı ilə bağlı ciddi problemləri yaranmışdır. Bir tərəfdən neçə illər ərzində çətin və şərəfli hərbçi həyatı yaşaması, sonra da heç bir əsas olmadan üzərinə xidməti uyğunsuzluq damğası qoyulması əlbəttə ki, onu həm 2 ildən d ə az müddət qalmış pensiya təminatı hüququndan, həm gələcəkdə başqa bir hərbi qurumda xidməti davam etdirmək, həm də mənzillə təmin olunmaq hüququndan məhrum edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını, apelyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasın ı müəyyən edir. -2-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. -146-cı bəndinə əsasən, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlardan tam şəkildə istifadə edir və bütün vəzifələri daşıyırlar. Hərbi xidmət şəraiti ilə əlaqədar olaraq hərbi qulluqçuların ümumi vətəndaşlıq hüquqlarının məhdudlaşdırılması, habelə onlara əlavə hüquqlar verilməsi və əlavə vəzifələr tapşı rılması «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu, hərbi Nizamnamələr, Azərbaycan Respublikasının digər qanunvericilik aktları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri və bu Əsasnamə ilə müəyyənləşir. Azərbaycan Respublikasına sədaqətlə xidmət etmək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşə hazırlığını daim möhkəmləndirmək. Əsgəri borcunu yerinə yetirərkən özünün bütün qüvvəsini və hətta həyatını əsirgəməmək, hərbi xidmətin ağırlıq və məhrumiyyətlərinə mətanətlə dözmək, vətənin mənafeyi və yuxarı rəislərin əmrləri harada tələb edirsə orada vicdanla xidmət etmək, hərbi, texniki və ixtisas biliklərini daim təkmilləşdirmək, tabeliyində olanlara nümunə olmaq, ona tapşırılan silah və döyüş texnikasını bilmək və ondan bacarı qla istifadə etmək, döyüş və ictimai siyasi hazırlığını təkmilləşdirmək, nizamnamə qaydalarını qorumaq, hərbi intizamı möhkəmləndirmək, həmişə və hər yerdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, öz hərbi hissəsinin şərəfini, döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini və ləyaqətini qorumaq, qanunların, hərbi andın və hərbi nizamnamələrin tələblərinə ciddi riayət etmək, dövlət və ictimai mülkiyyətin qorunmasına qayğı ilə yanaşmaq, yüksək sayıqlıq göstərmək, dövlət sirlərini ciddi qorumaq, vəzifə tapşırıqlarının həllində təşəbbüs və yaradıcılıq, döyüş şəraitində bacarıq nümayiş etdirmək, yüksək şəxsi icraçılıq, böyük komandirlərin və rəislərin əmr və sərəncamlarının vaxtında yerinə yetirilməsi üçün şəxsi cavabdehlik nümunəsi olmaq hərbi qulluqçunun vəzifəsidir. -156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Apelyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçı 09.08.1999-cu il tarixdən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlamış, 09.11.2016-cı il tarixdən N saylı hərbi hissənin qərargah bölüyündə artilleriya rəisinin idarəetmə tağım komandiri vəzifəsində işləmişdir. Ona bölük komandiri, hərbi hissə komandiri və hərbi hissənin rabitə rəisi tərəfindən dəfələrlə şifahi töhmət və şiddətli töhmətlər verilmiş, verilmiş töhmətlərlə tanış edilmişdir. N nömrəli hərbi hissə tərəfindən iddiaçı barəsində verilmiş xidməti xasiyyətnamədə o, mənfi xarakterizə edilmiş, o nun şəxsi və iş keyfiyyətləri qənaətbəxş hesab edilməyərək bildirilmişdir ki, iddiaçı xidmət etdiyi müddət ərzində xidməti vəzifəsini tam qüsursuz və keyfiyyətlə yerinə yetirə bilmir. Rəhbəredici sənədləri bilmir və gündəlik fəaliyyətində onların tələblərini rəhbər tutmur. Hərbi peşəni sevmir və hərbi geyim formasını səliqəli daşımır. Təşkilatçılıq və təşəbbüskarlıq qabiliyyəti yoxdur. Fövqəladə hallar ortayaçıxdıqda şəraiti düzgün təhlil edə bilmir, düşünmə və riskli addımlar atma bacarığı yoxdur. İnandırma qabiliyyətinə malik deyildir. Bilik səviyyəsini və bacarığını artırmaq üçün daim üzərində çalışmır. Yüksək təşkilatçılıq qabiliyyəti yoxdur. Şəxsi heyət arasında tapşırıq və səlahiyyətlərin düzgün bölüşdürmə baçarıqı yoxdur, tapşırıqların yerinə yetirilməsi üçün dəqiq tədbirlər planı h azırlaya bilmir. Fikir və düşüncələrini aydın şəkildə ifadə etmək bacarığı yoxdur. Xidmət etdiyi kollektivdə hörməti aşağıdır. Siyasi cəhətdən savadı yoxdur. Dövlət sirrini qorumağı bacarır. Lakin iddiaçı barəsində görülən intizam tədbirlərindən nəticə çıxarmadığından 12.08.2017-ci il tarixdə qərargah bölüyü komandiri tərəfindən raportla müraciət olunaraq xidmətində buraxdığı ciddi nöqsanlara görə iddiaçının kiçik zabitlərin şərəf məhkəməsində dinlənilməsi üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir. Vəsatətə əsasən 18.08.2017-ci il tarixdə iddiaçının xidməti vəzifəsinin icrasına səhlənkar yanaşması nəticəsində tabeliyində olan bölmənin mənəvi-psixoloji durumunun və intizamının aşağı düşməsi və şəxsi intizamsızlığı məsələsinə N nömrəli hərbi hissənin kiçik zabi tlərinin şərəf məhkəməsində baxılmışdır. N nömrəli hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsində iştirak edən iddiaçının zabit yoldaşları, yəni qərargah bölük komandiri, 1-ci tabor komandiri, ƏİK tabor komandirinin müavini-qərərgah rəisi və 2-ci tabor komandiri iddiaçının iş və şəxsi keyfiyyətlərini mənfi xarakterizə edərək onun “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması təkliflərini irəli sürmüş və qadın hərbi qulluqçuya qarşı etdiyi qeyri-etik hərəkətləri zabit ünvanına yaraşmayan, mənəvi dəyərlərlə uzlaşmayan pis əməl kimi qiymətləndirmişlər. N nömrəli hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsi iddiaçının xidməti vəzifələrinin icrasına laqeyd yanaşmasını, hərbi intizamının aşağı səviyyədə o lmasını, gələcək perspektivinin olmamasını və özünün şəxsi keyfiyyətlərinin qənaətbəxş olmamasını nəzərə alaraq “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən onun Silahlı Qüvvələrdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını qərara almışdır. N nömrəli hərbi hissənin komandiri tərəfindən iddiaçının xidməti vəzifəyə uyğun olmaması əsası ilə xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün vəsatət qaldırılmış və təqdimat verilmişdir. Qeyd edilənlərə əsasən iddiaçının xidməti və şəxsi keyfiyyətləri barədə hərbi hissənin mənfi mülahizəsi, şərəf məhkəməsinin iclasında zabit yoldaşları tərəfindən bildirilən hallar və barəsində tətbiq edilmiş intizam cəzalarının həqiqiliyi ş übhə doğurmur. Bundan əlavə, apelyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hazırkı mübahisənin məhkəmə araşdırması zamanı iddiaçı öz hərəkətləri ilə hərbi hissənin mülahizəsini bir daha təsdiq etməklə eyni zamanda zabit adına yaraşmayan hərəkətlərə yol vermişdir. Çünki, iddiaçı mübahisənin məhkəmə araşdırması zamanı öz şəxsi maraqlarının təmin edilməsi üçün özünün hansı tarixlərdə xəstəxanada müalicədə olmasını bilə-bilə, məhkəməyə həqiqəti əks etdirməyən məlumat daşıyıcısı olan xəstəlik kağızından çıxarış təqdim etmiş və iddia müddətinin ötürülməməsinə dair iddia dəlilləri ilə məhkəmələri yanıltmağa çalışmışdır. Onun bu hərəkəti məhkəmələr tərəfindən müəyyən edilərək hərəkətlərində bilə-bilə saxta sənədlərdən istifadə etmə cinayətinin əlamətləri barədə, Ucar Mərkəzi Rayon Xəstəxanasının vəzifəli şəxslərinin hərəkətlərində isə vəzifə saxtakarlığı cinayətinin əlamətləri barədə prokurorluq orqanlarına məlumat verilməklə xüsusi qərardad çıxarılmış və prokurorluq orqanlarına göndərilmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının barəsində olan hərbi hissənin mülahizəsi, şərəf məhkəməsinin iclasında müzakirə mövzusu olan hallar həqiqəti əks etdirir və iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etməyə uyğun deyildir. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 32.1-c i maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İşin yuxarıda sadalanan hallarını araşdıraraq məhkəmə ko llegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi mübahisələndirilən inzibati aktın (Dövlət Sərhəd Xidməti rəisinin 26.10.2017-ci il tarixli, 0762 saylı əmrinin) qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. İddiaçı tərəfindən kasassiya şikayətində göstərilən arqumentlərin heç bir hüquqi əsası olmadığından həmin şikayət təmin edilə və apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslı qərarı ləğv edilə bilməz. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılar a əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-219/2019 saylı, 11 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar