Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2129/2021 30.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi; “dokermexanizator” peşəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs inin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.08.2021-ci il tarixli, 2-1(103)-2028/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, 01.09.1980-ci ildən 28.04.1981-ci ilə qədər Bakı şəhəri, 14 №-li Texniki peşə məktəbində qaynaqçı ixtisası üzrə təhsil almış, 04.10.1981-ci ildən 26.04.1983-cü ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur.
2. İddiaçı 26.05.1983-cü ildən 09.09.1983-cü ilə qədər Bakı Gəmi təmiri zavodunda mexaniki sexdə 2 -ci dərəcəli qaz qaynaqçısı, 06.10.1983-cü ildən 11.11.1983-cü ilə qədər Bakı Dəniz Ticarəti Limanında yük rayonunda doker mexanizator şagirdi, 11.11.1983-cü ildən 05.12.1983-cü ilə qədər sahildə yük rayonunda doker mexanizator şagirdi, 05.12.1983-cü ildən 16.12.1983-cü ilə qədər yük rayonunda doker mexanizator şagirdi, 16.12.1983-cü ildən 25.01.2016-cı ilə qədər doker mexanizator, 25.01.2016-cı ildən hazırki vaxta qədər isə "X” MMC-də doker-mexanizator vəzifəsində işləyir.
3. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 02.09.2020-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh 18.09.2020-ci il tarixli, **********8 saylı məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və imtinanın əsası kimi iddiaçının 01.01.2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az təşkil etməsi göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək ona 57 yaşı tamam olduğu, yəni 20.11.2019-cu il tarixdən güzəştli yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın imtinası əsaslı deyil. İşlədiyi "doker mexanizatorları” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı il ə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 2 nömrəli Siyahısı”da qeyd olunmasa da, Nazirlər Kabinetinin 06.10.2008-ci il tarixli 236 №-li qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 №-li qərarında 21 saylı bölmənin 21.2 bəndinin “C” yarımbəndinə əlavə edilmişdir. Hesab edir ki, qeyd edilən hal onun hüquqi vəziyyətini yaxşılaşdırdığından onun iddiaçıya münasibətdə geriyə qüvvəsi tətbiq olunmalı və bununla da iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalı dır. 01.01.2006-cı ilə qədər təhsil, hərbi xidmət və iş stajı daxil olmaqla 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajı mövcuddur.
6. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi onun 01.01.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 06 ay 00 gün) təşkil edir. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi qeyd edilmişdir. Qeyd edilənlərə əsasən, cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi.
7. Bakı İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli 2-1(112)-4293/2021 nömrəli qərarın a əsasən (hakim Aytən Oruczadə) iddia təmin edilmiş, İddiaçı pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu 20.11.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixədək təhsil dövrü, hərbi xidmət dövrü də nəzərə alınmaqla 25 il 1 ay 27 gün ümumi, 22 il 6 ay 8 gün güzəştli iş stajı mövcuddur.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 05.08.2021-ci il tarixli, 21(103)-2028/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Azər Hüseynov, hakimlər – Səadət Bəktaşi və Vidadi Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli 2-1(112)-4293/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
11. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Məhkəmə qərarı cavabdehə 26.08.2021-ci il tarixində təqdim edilmişdir.
13. Cavabdeh 09.09.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.08.2021-ci il tarixli, 2-1(103)-2028/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİ N TƏRƏFLƏRİN MÜLAHİZƏLƏRİ VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinə görə “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinə uyğun olaraq güzəştli şərtlərlə pensiya təyin edilə bilməsi üçün iddiaçı 01.01.2006-cı il tarixinədək 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajına malik olmalı idi. İddiaçı isə müvafiq tələblərə cavab vermir. Belə ki, iddiaçının qeyd olunan tarixə qədər ümumi iş stajı 24 il 6 ay təşkil edir. Bundan başqa, iddiaçı müvafiq güzəştli iş stajına malik deyil. Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahıya baxılsa aydın olar ki, iddiaçının işləmiş olduğu doker-mexanizator vəzifəsi Siyahıda mövcud deyil, buna görə də 01.01.2006-cı il tarixində iddiaçının 12 il 6 ay güzəştli iş stajı mövcud deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Tərəflərin mülahizələri
16. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.
17. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.
18. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci ma ddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
20. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ ve rən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
21. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti 22. “Əmək pensiyaları haqqında ” Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 23. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avq ustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. 24. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. 25. 01.10.1956-cı ildə qüvvəyə minmiş və 23.09.1992-ci ilədək qüvvədə olmuş “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununun 109-cu maddəsində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 33-cü bölməsindən (“Ümumi peşələr”) görünür ki, qaz qaynaqçısı (23200000—11620) güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci bölməsindən (“Nəqliyyat”) görünür ki, limanlarda yükün aşırılması işlərində çalışan kompleks briqadaların mexanizatorları (doker-mexanizatorlar) peşəsi güzəştli şərtlərlə yaşa görə əmə k pensiyası hüququ verən zərərli və ağır iş şəraiti olan peşələr sırasına daxil edilmişdir.
28. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
29. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır.
30. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
31. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, ape lyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Hazırkı qərarın 19-23-cü bəndlərində sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 01.01.2006-cı il tarixinədək onun 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajının olması tələb olunur. Kassator ona istinad edir ki, iddiaçının tələb edilən ümumi və güzəştli iş stajı yoxdur. Məhkəmə kollegiyası kassatorun dəlillərini əsassız hesab edir.
36. Belə ki, işin apel lyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 01.09.1980-ci ildən 28.04.1981-ci ilə qədər peşə təhsili almış, 04.10.1981-ci ildən 26.04.1983-cü ilə qədər hərbi xidmətdə olmuşdur. Hazırkı qərarın 21-ci və 24-25-ci bəndlərində göstərilən normaların məzmununa uyğun olaraq həmin dövrlər iddiaçının ümumi iş stajına əlavə edilməlidir.
37. Eyni zamanda, iddiaçının 26.05.1983-cü ildən 09.09.1983-cü ilədək işlədiyi 2-ci dərəcəli qaz qaynaqçısı vəzifəsi hazırkı qərarın 26-cı bəndindən göründüyü kimi Nazirlər Kabinetinin 2 nömrəli Siyahısına uyğundur.
38. İddiaçı 06.10.1983-cü ildən 16.12.1983-cü ilədək doker mexanizator şagirdi, 16.12.1983-cü ildən-01.01.2006-cı ilədək doker mexanizator vəzifələrində işləmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin dövrləri id diaçının güzəştli iş stajına aid etmişdir. Kassator isə həmin vəzifənin Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli Siyahılarında yox, 23.01.2007-ci il tarixli Siyahısında qeyd olunmasına istinad edərək məhkəmənin mövqeyinin əsassız olduğunu bildirir.
39. Bu dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının çalışdığı “doker-mexanizator” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən siyahılarda nəzərdə tutulmamışdır. Lakin həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na 06.10.2008-ci il tarixli 12 nömrəli qərara əsasən daxil edilmişdir.
40. Göründüyü kimi, qanunvericinin iradəsini həyata keçirən səlahiyyətli dövlət orqanı (“Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı) 06.10.2008-ci il tarixli Qərarı ilə həmin vaxtadək də mövcud olmuş “doker-mexanizator” peşəsinin əmək şəraiti xüsusilə zərərli və ağır iş olduğunu tanımış və təsdiq etmişdir. İddiaçı da həmin qəraradək “doker-mexanizator” peşəsində 12 il 6 aydan artıq işləmişdir.
41. Qeyd olunan hüquqi mövqe oxşar işlər formalaşmış məhkəmə təcrübəsinə əsaslanır və Ali Məhkəmənin oxşar işlər üzrə əvvəlki qərarlarında öz əksini tapmışdır (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 22.05.2020-ci il tarixli, 2-1(102)-799/2020 nömrəli qərarı). Həmin mövqeyə uyğun olaraq “doker-me xanizator” şagirdi ilə “doker-mexanizator” vəzifələri faktiki olaraq eyni funksiyaları yerinə yetirdiyindən “doker-mexanizator” şagirdi kimi iddiaçının işlədiyi illər də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına əlavə edilməlidir.
42. Göründüyü kimi, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən müəyyən edilmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixədək təhsil dövrü, hərbi xidmət dövrü də nəzərə alınmaqla 25 il 1 ay 27 gün ümumi, 22 il 6 ay 8 gün güzəştli iş stajı mövcuddur. İddiaçının tələb edilən ümumi və güzəştli iş stajının olmaması barədə kassatorun dəlilləri əsassızdır. Sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinaya əsas olan faktiki halların mövcudluğunu s übut edə bilməmişdir.
43. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.08.2021-ci il tarixli, 2-1(103)-2028/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.08.2021-ci il tarixli, 21(103)-2028/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.