Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2129/2023 04.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: prokurorluq orqanlarında qulluq etmiş şəxsin pensiyasının yenidən hesablanmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhal inin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli, 2-1(103)-1486/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. DSMF-nin Səbail rayon şöbəsinin xx.xx.2010-cu il tarixli, 25 nömrəli qərarına əsasən iddiaçıya ilk dəfə xx.xx.2009-cu il tarixdən əmək pensiyası təyin edilmişdir.
2. İddiaçının xx.xx.2021-ci il tarixdən prokurorluq orqanlarında qulluğuna xitam verilməsi ilə əlaqədar sonuncu dəfə cavabdehin xx.xx.2021-ci il tarixli, **********2 nö mrəli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanmışdır.
3. Həmin hesablanma ilə razılaşmayan iddiaçı ona təyin edilmiş pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müvafiq olaraq 21 aprel 2022-ci il tarixli, **********7 nömrəli məktub ünvanlayaraq pensiyanın yenidən hesablanmasından imtina etmişdir.
4. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının müraciətində göstərdiyi prokurorluq orqanlarının işçilərinə 1 avqust 2020-ci il tarixindən ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə işləyən pensiyaçı kimi ona ödənilmiş əmək pensiyasının müəyyən edilməsi üçün vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının hesablanması zamanı əsas götürülən dövr ərzində (xx.xx.2007-xx.xx.2009-cu il tarixləri arasındakı dövrl ər) ona ödənilməmişdir. Qeyd olunanları nəzərə alaraq, sözügedən əlavənin xx.xx.2009-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə hesablanmış pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Prokurorluq orqanlarında qulluğuna xitam verilməsi ilə əlaqədar 17 may 2021-ci il tarixindən əmək pensiyasının yenidən hesablanması zamanı vaxtilə işlədiyi vəzifələr üzrə orta aylıq əmək haqqı müəyyən edilərkən yuxarıda qeyd olunan 1 aylıq vəzifə maaşı miqdarında pul təminatı qulluq keçdiyi son 24 ayın 9 ayı ərzində iddiaçıya ödənildiyindən həmin ayların sayına mütənasib olaraq əmək pensiyasına tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasına əlavələrin prokurorluq orqanlarında qulluğun son 24 ayı (xx.xx.2019-cu il-xx.xx.2021-ci il) ərzindəki əmək haqqının orta aylıq məbləğini, tutduğu vəzifələr üzrə (15 ay Baş Prokurorluğun idarə rəisi, 9 ay Baş prokurorun böyük köməkçisi) əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanması, bununla bağlı ödənilməli və ödənilmiş pensiya məbləğləri arasında yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbinin əsaslandırılmasında işin hallarına istinad etmiş və əlavə olaraq göstərmişdir ki, cavabdehin arqumenti əsassızdır, Konstitusiya Məhkəməsinin əsl mövqeyinin düzgün anlaşılmaması üzərində qurulmuşdur, qanun normasının düzgün tətbiq edil məməsinə, Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun təsbit etdiyi “qanunun zamana görə qüvvəsi” prinsipinin, pensiya qanunvericiliyinin tətbiqinə dair vahid məhkəmə təcrübəsinin, sağlam düşüncənin və məntiqin tələblərinin nəzərə alınmamasına əsaslanmışdır. Cavabdeh Konstitusiya Məhkəməsinin iradəsini düzgün qiymətləndirməyərək, onun “əmək haqqındakı sonrakı artım”ın pensiyaçının faktiki aldığı və faktiki olaraq məcburi dövlət sosial sığortasına cəlb olunmuş pul məbləği ilə məhdudlaşdırılmasından ibarət olduğunu bildirmişdir. Cavabdehə müraciətində əmək pensiyasına əlavələrin prokurorluq orqanlarında qulluğun son 24 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğini, Azərbaycan Respublikası Nazirlər Kabinetini n “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli qərarı, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanuna 27 aprel 2021-ci il tarixli 308-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş yeni məzmunlu 21.2-1-ci maddə (21.2-1. Prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar) ilə müəyyən edilmiş əmək haqqındakı sonrakı artımları nəzərə almaqla hesablanmasını xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsində (Maddə 26. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması) göstərilir ki, “2017ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”. Bu normada əmək pensiyasına əlavələrin yenidən hesablanmasının şəxsin bu artımları əvvəllər almasından asılı olmaması prinsipini təsbit edir. Əlavələrdəki “sonrakı artımlar” və “indeksləşdirmə” sözlərinin arasındakı “və” bağlayıcısı göstərir ki, əmək pensiyalarının yenidən hesablanması zamanı indeksləşdirməyə tətbiq edilən yanaşma (işçi tərəfindən faktiki alınmamış maliyyə vəsaitindən hesablanma) əlavələrdəki sonrakı artımlara da tətbiq edilməlidir.
7. Cavab deh tərəfindən təqdim edilmiş iddiaya dair yazılı etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh etiraza əlavədə qeyd etmişdir ki, iddiaçının 17 may 2021-ci il tarixindən prokurorluq orqanlarından azad olunması ilə əlaqədar Mərkəzi Filial tərəfindən prokurorluq orqanlarının sabiq əməkdaşı kimi əmək pensiyası yenidən hesablanmışdır. İddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı orta aylıq məbləği 1562,50 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 703,13 manat, rütbəyə görə əlavəsi 145,00 manat, bir aylıq vəzifə maaşı miqdarında əlavədən hesablanan pul təminatı 571,88 manat (son 24 ay ərzində cəmi 9 ay (baş prokurorun böyük köməkçisi) aldığı üçün 1525,00x9/24), digər növ əlavələri 2331,54 manat olmaqla o rta aylıq əmək haqqı 5314,05 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında" Qanunun 20.8.2-ci maddəsinə əsasən 36 il 3 ay 17 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (5314,05 manat) 80 faizi – 4251,24 manat məbləğində müəyyən edilərək iddiaçının müvafiq kart hesabına köçürülür.
8. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2-1(112)-8387/2022 nömrəli qərarı (hakim H.A.Ağalarov) ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, prokurorluq orqanlarının işçilərinə 1 avqust 2020-ci il tarixindən ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə vaxtilə işlədiyi vəzifələr üzrə orta aylıq əmək haqqı müəyyən edilərkən son 24 ayın 9 ayı ərzində iddiaçıya ödənildiyindən həmin ayların sayına mütənasib olaraq əmək pensiyasına tətbiq edilmişdir. Sözügedən əlavənin 9 ay ərzində iddiaçıya ödənilməsi işin mübahisəsiz halıdır. İddiaçı hazırda həmin əlavənin əmək haqqındakı sonrakı artım kimi qiymətləndirilməklə, prokurorluq orqanlarında qulluğun son 24 ayı (xx.xx.2019xx.xx.2021-ci il) ərzindəki əmək haqqının orta aylıq məbləği hesablanarkən 9/24 nisbətində (faktiki alınan 9 aya münasibətdə) deyil, 24 ay üzrə nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması tələbini irəli sürür.
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarında yekunda bu nəticəyə gəlinmişdir ki, “Əmək pensiyaları haqqında” Qan unun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq qeyd etmişdir ki, şəxsə pensiya təyin edilərkən və ya yenidən hesablanarkən işlədiyi dövrdə təyinat (status) baxımından almadığı əlavələrə edilən artımlar nəzərə alına bilməz. Konkret hazırkı iş üzrə, iddiaçı prokurorluq orqanlarının işçilərinə 1 avqust 2020-ci il tarixindən ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni aldığından, onun əmək pensiyası yenidən hesablanarkən nəzərə alınmışdır. Lakin iddiaçının qeyd etdiyi kimi, tam həcmdə deyil onun f aktiki aldığı 9/24 nisbətində nəzərə alınması ilə bağlı cavabdehin mövqeyi qanuni və əsaslıdır. Belə ki, sözügedən əlavə iddiaçının qeyd etdiyi kimi əmək haqqındakı “sonrakı artım” deyil, qulluğun son 24 ayında əmək haqqına sonradan daxil olan yeni növ ödəncdir. İddiaçı həmin əlavəni əsas götürülən son 24 ayın cəmi 9 ayında almış və sosial sığorta haqqı ödənmişdir. İddiaçının həmin əlavənin 24 ayın hamısı üçün, tam həcmdə (24/24) nəzərə alınması barədə dəlilləri əsassızdır. Əks yanaşma son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğinin müəyyən edilməsi barədə müddəanı əhəmiyyətsiz edər.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məh kəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli, 2-1(103)-1486/2023 nömrəli qərarı (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və P.A.Hüseynov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2-1(112)-8387/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəs inin dəlilləri ilə eynilik təşkil edir. İddiaçı əlavə olaraq göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarı tətbiq edilməli olmayan normativ xarakterli aktdır. Belə ki, onun pensiya hüququ (onun mübahisələndirilən hissəsi) “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinə əsaslanır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında bu maddə (20.8-ci maddə) ilə bağlı heç bir şərh verilməmişdir. Bu qərarın mətnində sadə axtarışla müəyyən etmək olar ki, orada “20.8” rəqəmi, ümumiyyətlə, yoxdur. Bu qərarın məzmununda “sonrakı artım” anlayışı “hərbi qulluqçularının təminat xərciliyi” kontekstində (Qanunun 1.0.5-ci maddəsi) işlədilir. Prokurorluq işçiləri “təminat xərcliyi” almırlar və təbii ki, bu xərcliyə “sonrakı artımı” da almırlar. Göründüyü kimi, apellyasiya məhkəməsi tamamilə başqa sahənin hüquqi tənzimlənməsinə aid olan normativ xarakterli aktın müddəalarını heç bir hüquqi əsas olmadan prokurorluq işçisi kimi onun pensiya hüququnun təmin olunması zəminində tətbiq etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli, 2-1(103)-1486/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlay ışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;... Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr... 20.8. Bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir....
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarı:... 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur....
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahi sənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallar da 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əs aslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “M əzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Apellyasiya instansiya məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Kassasiya şikayətinin dəlillərinə əsasən iddiaçı hesab edir ki, apellyasiya məhkəməsi tamamilə başqa sahənin hüquqi tənzimlənməsinə aid olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1. 0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarının müddəalarını heç bir hüquqi əsas olmadan prokurorluq işçisi kimi onun pensiya hüququnun təmin olunması zəminində tətbiq etmişdir.
28. İddiaçının dəlillərinə görə Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsi ilə bağlı heç bir şərh verilməmişdir.
29. Kassasiya şikayətinin qeyd edilən dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər tamamilə əsassızdır. Belə ki, hazırkı qərarın 18-ci bəndində qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun qərarının nəticə hissəsində birmənalı şəkildə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəasına şərh verilmiş və göstə rilmişdir ki, “sonrakı artımlar” pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.
30. Göründüyü kimi iddiaçı barəsində tətbiq edilməli olan “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinə də (həmin maddədəki “sonrakı artımlar” müddəasına) Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən Qərarında şərh verilmişdir.
31. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
32. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanma dığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli, 21(103)-1486/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.