Məhkəmə qərarları › İş №2-1(102)-2129/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2129/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2129/2024 10.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət fonduna aid mənzilin özəlləşdirilməsi; iddia edən şəxsin adının orderdə olmaması; maddi hüquq normalarının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilmə si” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)296/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri 26 Bakı Komissarı adına X9 İcraiyyə Komitəsinin 99/9105 №-li xx.xx.1987-ci il tarixli qərarına əsasən, X6 Badamdar qəsəbəsi, 6012-6014-cü məhəllədə, ev 1, blok 2-də 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 37,04 kv. metr olan 20 №-li mənzilə dair orderin verilməsi, orderə özü, arvadı- X8, qızı-X3 və nəvəsi - X2 daxil edilməsi qərara alınmışdır. 2. 26 Bakı Komissarı adına X9 İcraiyyə Komitəsinin tərəfindən verilmiş 267333 №-li, xx.xx.1987-ci il tarixli orderdə X4 özü, arvadı O.İ.Qurova, qızı E.Paderina, nəvəsi N.Y.Paderina qeyd olunmuşdur.

3. İddiaçı ilə X3 xx.xx.1990-cı il tarixdə (65 №-li akt qeydi) rəsmi nikaha daxil olmuşlar.

4. Mənzilin icarədarı olan X3 Badamdar 4, 3 saylı evin ümumi sahəsi 37,04 kv. metr olan 3 otaqlı 20 saylı mənzilin İddiaçı İsmayıl oğlunun adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir.

5. Badamdar 4, 3 saylı evdə yerləşən ümumi sahəsi 37,04 kv. m. olan 3 otaqlı 20 saylı mənzilin İddiaçı İsmayıl oğlunun adına keçirilməsi qərara alınmışdır. 6. 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 144 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 711/22 №-li xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi Ə.Nəzərov küçəsindəki 3 №-li evin 5-ci mərtəbəsində 37.04 kv. metr olan 3 otaqlı 20 №-li mənzildə yaşayır. Bina 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsusdur. xx.xx.1990-cı ildən qeyd olunan ünvanda qeydiyyatdadır.

7. İddiaçı cavabdehə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 20 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

8. İddiaçının hazırkı tələbi ilə bağlı müraciətinə cavab olaraq DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********81 saylı xx.xx.2022-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, qeyd olunan mənzilin mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvə yə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-c i yaşayış massivi, Əziz Nəsirov küçəsi, ev 3, mənzil 20 ünvanına dair onun mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

10. İddia tələbini onunla əsaslandırılmışdır ki, keçmiş 26 Bakı Komissarı XDSİK Neft Qazçıxarma İdarəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 622 saylı, Sərəncamına əsasən yaşayış sahəsi 37.04 kv. metr olan üçotaqlı mənzil Podarina Elenanın adından iddiaçının adına keçmişdir. 30 ildən artıqdır ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Əziz Nəzərov küçəsi, ev 3, mənzil 20-də yaşayır və qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Arxivinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin arxivlərinə sərəncamı n surət verilməmişdir. Cavabdehin etirazları:

11. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan mənzilə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir.

12. Bununla bağlı vətəndaşa xx.xx.2022-ci il tarixli, **********68 №-li və xx.xx.2022-ci i l tarixli, **********81 №-li cavab məktubları ünvanlanmışdır. 13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. 14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2015-ci il tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət r eyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. 15. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. 16. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə sorğularına cavab:

18. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş BA08465-2022 saylı xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, keçmiş 26 Bakı Komissarı rayon XDS İK-nın (indiki Səbail rayon İH) arxiv fondu üzrə 1990-cı ilə dair sənəd materialları Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin həmin sənədlərdə iddiaçı barədə heç bir məlumat yoxdur.

19. Cavabdeh tərəfindən verilmiş **********21 №-li xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1ci yaşayış massivi, Ə.Nəzərov küçəsi, ev 3, 20 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.

20. Bakı şəhəri Səbail Rayon icra Hakimiyyətinin 5-19/2-2/5-135/202 3 saylı xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 144 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 01/23 saylı xx.xx.2023-cü il tarixli arayışında (surətində) qeyd olunmuşdur ki, Səbail rayonu, Badamdar qəsəbəsi Əziz Nəzərov küçəsi, ev-3, 20 saylı mənzil Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, 3 saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin, 144 saylı Mənzil Kommunal İstismar Sahəsinin balansındadır. “Azərneft”in 26 Bakı Komissarı adına X1 tərəfindən xx.xx.1987-ci il tarixli 267333 saylı order ilə X7 Badamdar qəsəbəsi, kvartal 6012-1014, ev-1, 20 saylı mənzil verilmişdir (Yəni, indiki Səbail rayonu Badamdar qəsəbəsi, Ə.Nəzərov küçəsi, ev-3 mənzil 20-dir). xx.xx.1990-cı i l 622 saylı “Bibiheybətneft”i NQÇİ-nin sərəncamı ilə Podarina Yelenanın adından iddiaçının adına keçirilmişdir. Lakin, X5 adından mənzilin Padarina Yelenanın adına keçməsi haqqında 144 saylı MKİS-də heç bir sənəd yoxdur. Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən, “Azneft” İB-yə aid olan binalar xx.xx.2015-ci ildən onun balansından çıxarılaraq, Bakı şəhəri İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfat Departamenti, 3 saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin, 144 saylı Mənzil Kommunal İstismar Sahəsinin balansına verilmişdir. ünvan 2 ünvanında iddiaçı (1 nəfər) qeydiyyatdadır. Lakin, faktiki olaraq iddiaçı Rusiya Federasiyasının Moskva şəhərində yaşayır.

21. Dövlət Arxivinin Bakı Filialının 3-48-2F/2-03079/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, keçmiş 26 Bakı Komissarı adına X10 İdarəsinin arxiv sənədləri, o cümlədən xx.xx.1990-cı il tarixli, 622 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir.

22. Azərbaycan Respublikası Dövlət Arxivinin 3-48-DA/2-00897/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, 26 Bakı Komissarları adına X10 İdarəsinin sənədləri arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, İddiaçı barədə məlumat verilməsi imkanları xaricindədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

23. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4193/2023 saylı qərarı ilə iddia təmin edilməmişdir.

24. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslıdır.

25. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı ünvan 1 ünvanında yerləşən 20 mənzil üzərində xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etsə də, lakin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş müvafiq sənədlər (Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009- cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair yerli icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi) təqdim olunmamışdır.

26. İddiaçının təqdim etdiyi mənzilə dair xx.xx.1987-ci il tarixli orderdə iddiaçının adının olmaması və 622 №-li, xx.xx.1990-cı il tarixli sərəncamın qanunda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilməməsi, iddiaçının Mə nzil Məcəlləsinin müddəalarına istinadla iddia olunan mənzilə dair hüquq münasibətinin subyekti olmadığı, buradan, həmin mənzili özəlləşdirmək hüququna malik olmadığı müəyyən olunmuşdur.

27. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir.

28. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır.

29. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hü quq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır.

30. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

31. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-296/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4193/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

32. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

33. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

34. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının apellyasiya şikayətinin dəlilini araşdırmadan hesab etmişdir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-4193/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

35. İnzibati işin materiallarından görünür ki, 26 Bakı Ko missarları adına X10 İdarəsinin xx.xx.1990-cı il tarixli 622 N-li sərəncamın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, mənzilin icarədarı olan X3 Badamdar 4, 3 saylı evin ümumi sahəsi 37,04 kv. metr olan 3 otaqlı 20 saylı mənzilin iddiaçının adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Badamdar 4, 3 saylı evdə yerləşən ümumi sahəsi 37,04 kv. m. olan 3 otaqlı 20 saylı mənzilin iddiaçının adına keçirilməsi qərara alınmışdır. 36. 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 144 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 711/22 №-li xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi Ə.Nəzərov küçəsindəki 3 N-li evin 5-ci mərtəbəsində 37,04 kv.metr olan 3 otaqlı 20 N-li mənzil də yaşayır. Bina 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsusdur, xx.xx.1990-cı ildən qeyd olunan ünvanda qeydiyyatdadır.

37. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 23 N-li, xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, xx.xx.1990-cı ildə qeyd olunan ünvanda (ünvan 4nda yerləşən 20 saylı mənzil) yerləşən mənzilin şəxsi maliyyə hesab vərəqi Paderina Yelenanın adından iddiaçının adına dəyişdirilməsi haqqında qərar verilmişdir. Bütün sənədlər qanunvericiliyin tələbinə uyğun olsa da, Bakı Apellyasiya məhkəməsi qanunların tələbini pozaraq yanlış qərar qəbul etmişdir. Məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlillər

38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təqdim etdiyi mənzilə dair xx.xx.1987-ci il tarixli orderdə iddiaçının adının olmaması və 622 N-li, xx.xx.1990-cı il tarixli sərəncamın qanunda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilməməsi, iddiaçının Mənzil Məcəlləsinin müddəalarına istinadla iddia olunan mənzilə dair hüquq münasibətinin subyekti olmadığı, buradan, həmin mənzili özəlləşdirmək hüququna malik olmadığı müəyyən olunmuşdur.

39. Məhkəmənin bu cür mövqeyi həmin mübahisəli mənzilə dair icra hakimiyyəti rolu oynayan Neft Qaz çıxartma idarəsinin xx.xx.1990-cı il tarixli 622 saylı sərəncamına münasibətdə qanunsuzdur.

40. Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il tarixli Fərmanı ilə evə, torpağa, bağa, qaraja və digər daşınmaz əmlaklara hüquqverici səlahiyyətli orqanlarının sərəncamı, qərar, əmr və çıxarışlar daşınmaz əmlakın özəlləşdiri lməsi üçün əsas hesab edilmişdir.

41. Eyni zamanda? Bakı şəhəri İcra Hakimiyyətinin MKT Departamentinin 31 saylı sərəncamı ilə kirayə müqaviləsi İddiaçı İsgəndər oğlunun adına dəyişdirilmişdir. Bu hal məhkəmənin mövqeyinin yanlış olmasını göstərən əsasdır. Qərar qanunsuz olduğundan ləğv edilməlidir.

42. Eyni zamanda, kirayə müqaviləsinin arxivdə olmaması həmin sənədlərin Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən arxiv İdarəsinə təhvil verilməməsidir. Məhkəmədən bu barədə sorğu vermək barədə vəsatət verilmiş, məhkəmə vəsatəti təmin etməmişdir. b) kassasiya şikayətinə etirazın dəlilləri

43. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 44. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsin in, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

45. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 1 31.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 110.1. Prosessual xərclə r ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

46. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir..

47. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

48. Şikayət əsaslıdır və təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 49. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda istinad edilən normalarının məzmunundan göründüyü kimi, qanunverici dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə da ir müvafiq icra hakimiyyəti orqanının sərəncamının, orderin və ya kirayə müqaviləsinin – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan şəxslərin razılıq ərizələri və 2 №-li formada arayış da əlavə edilməklə) mənzilə dair hüququn qeyd alınması üçün əsasdır.

50. İşdən göründüyü kimi, iddiaçının cavabdehə müraciət ərizəsinə mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) və mənzil sahəsinin orderi əlavə olunmuşdur. İddiaçı mənzildə tək qeydiyyatdadır.

51. Həmin sənədlər hazırkı işin materiallarına da əlavə edilmişdir.

52. Mənz ilə dair xx.xx.1987-ci il tarixli orderdə iddiaçının adının olmaması isə vəziyyəti özü-özlüyündə iddiaçının zərərinə dəyişmir. Belə ki, işdən göründüyü kimi, iddiaçı mənzilə 1990-cu ildə ailə üzvü kimi köçdüyünü və yaşayış yeri üzrə qeydə alındığını bəyan edir və bu, işə əlavə olunmuş sənədlərlə təsdiq olunur. 53. 1990-cı ildə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən: İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

54. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir.... İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hü ququ əldə edirlər.

55. Beləliklə, iddiaçı 1990-cı ildə qüvvədə olmuş Mənzil Məcəlləsinin qeyd olunan müddəalarına əsasən köçdüyü mənzildə yaşayış sahəsindən orada yaşamış (o cümlədən, adları orderdə göstərilmiş) digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə etmiş, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun qüvvəyə mindiyi 1993-cü ilədək (və bundan sonra) iddia olunan mənzilə dair hüquq münasibətinin subyekti, buradan, həmin mənzili özəlləşdirmək hüququna malik olmuşdur.

56. İcraat üzrə prosessual xərclər İPM-in 110.1-ci maddəsinə əsasən həll edilir.

57. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-296/2024 saylı qərarı ləğv edilir. İddi a təmin edilir. Cavabdehin üzərinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 3 №-li evin 20 №-li mənzilinin iddiaçının adına özəlləşdirilməsi öhdəliyi qoyulur. İcraat üzrə prosessual xərclər cavabdehə aid edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar