Məhkəmə qərarları › İş №2-1(102)-213/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-213/2021

24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-213/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pensiya ödənişinin dayandırılması barədə qərarın ləğv edilərək əvvəlki qaydada əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan ödənişin davam etdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “2-ci qrup əlilliyə görə təyin olunmuş əmək pensiyasının qanunsuz hesab edilərək pensiya ödənişinin dayandırılması barədə xx.xx.2019-cu il tarixli qərarın ləğv edilərək əvvəlki qaydada əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan ödənişin davam etdirilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-366/2020 saylı, x xxxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı q ərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1967-ci ildə anadan olmuşdur. Ona xx.xx.2017-ci il tarixində ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş və xx.xx.2017-ci il tarixli qərarla ona əlilliyə görə pensiya təyin edilmişdir. Lakin cavabdeh orqanın xx.xx.2019-cu il tarixli qərarına əsasən əmək kitabçasında yazılmış qeydlərin şübhə doğurması səbəbi ilə pensiya ödənişi dayandırılmışdır.

2. İddiaçının müraciətinə əsasən cavabdehin iddiaçıya ünvanladığı məktubda qeyd olunur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Daxili Nəzarət şöbəsi tərəfindən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu İsmayıllı rayon şöbəsinin xx.xx.2017-xx.xx.2019-cu il tarixədək olan dövr ə rzində funksional vəzifələrin icrası vəziyyətinin araşdırılması zamanı pensiya işi nöqsanlı hesab edilmiş və əmək kitabçası üzrə xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixinədək “Baksəhiyyə Təmir-Tikinti İdarəsi”-dəki iş stajının yoxlanılması barədə şöbəyə tapşırıq verilmişdir. İş stajının yoxlanılması ilə əlaqədar Nazirlik yanında DSMF-nin Binəqədi rayon şöbəsinə sorğu göndərilmiş, lakin “Baksəhiyyə Təmir-Tikinti İdarəsi”-nin sənədləri mövcud olmadığı üçün yoxlamaq mümkün olmamışdır. Əlilliyə görə pensiya təyinatı məsələsinə şöbənin pensiya təyin edən komissiyasının xx.xx.2019-cu il tarixdə keçirilən iclasında baxılarkən sığorta stajı təsdiq olunmadığı üçün ona əlilliyə görə əmək pensiyası təyin edilməsi mümkün sayılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansi ya məhkəməsindəki icraat

3. İddiaçı xx xxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “2-ci qrup əlilliyə görə təyin olunmuş əmək pensiyasının qanunsuz hesab edilərək pensiya ödənişinin dayandırılması barədə xx.xx.2019-cu il tarixli qərarın ləğv edilərək əvvəlki qaydada əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan ödənişin davam etdirilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1967-ci ildə anadan olmuşdur. Ona xx.xx.2017-ci il tarixində ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş və xx.xx.2017-ci il tarixli qərarla ona əlilliyə görə pensiya təyi n edilmişdir. Lakin cavabdeh orqanın xx.xx.2019-cu il tarixli qərarına əsasən əmək kitabçasında yazılmış qeydlərin şübhə doğurması səbəbi ilə pensiya ödənişi dayandırılmışdır. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış pensiya hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

5. Cavabdehin iddiaya qarşı etirazı imtina məktubuna uyğun tərtib edilmişdir.

6. Cavabdehin məhkəməyə təqdim etdiyi arayışda qeyd olunur ki, iddiaçının müxtəlif idarə və təşkilatlarda işləməklə qazanmış olduğu sığorta stajı 5 il 11 ay 21 gün təşkil edir. Əmək kitabçasında qeyd olunmuş xx.xx.1991 ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan iş stajı ümumi iş stajının tərkibində nəzərə alınmamışdır. Əgər iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan iş stajı təsdiqlənərsə, vətəndaşa əlilliyə görə əmək pensiyası təyin etmək mümkün olacaqdır.

7. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 30245 nömrəli və xx.xx.2020-ci il tarixli 30243/30543 nömrəli rəylərində əmək kitabçasında olan qeydlərin saxta olmaması müəyyən olunmuşdur.

8. Şəki İnzibati Məhkəməsinin (hakim X3, 2-1(116)-81/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, cavabdehin üzərinə iddiaçının əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan ö dənişinin davam etdirilməsi öhdəliyi qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.1967-ci il tarixdə doğulmuş, onun hüququ yarandığı xx xxx 2017-ci il tarixdə 49 yaşı olmuş və həmin tarixdən ona əlilliyə görə pensiya təyin edilməsi üçün 11 il 4 ay sosial sığorta stajı tələb olunur (49 il - 15 il = 34x4ay /12 = 11 il 4 ay). İddiaçının məhkəməyə təqdim etdiyi əmək kitabçasına əsasən isə iddiaçının həmin tarixə tələb olunan 11 il 4 ay sosial sığorta stajı tamamlanır. (mübahisələndirilməyən 5 il 11 ay 21 gün və mübahisələndirilən 7 il 1 ay 12 gün, cəmi 13 il 1 ay 3 gün). Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 30245 nömrəli və xx.xx.2020-ci il tarixli 30243/30543 nömrəli rəylərində əmək kitabçasında olan qeydlərin saxta olmaması müəyyən olunmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əlilliyə görə pensiyasını dayandırmasının səbəbi kimi cavabdeh tərəfindən göstərilən “Baksəhiyyə Təmir-Tikinti İdarəsi”-nin sənədlərinin mövcud olmadığı üçün iş stajının yoxlamağın mümkünsüzlüyü” səbəbi əsassızdır. Çünki, iddiaçının xx.xx.1991 ci il tarixdən xx.xx.1999-cu il tarixədək “Baksəhiyyə Təmir-Tikinti İdarəsi”-də iş stajının nəzərə alınmaması üçün heç bir əsas və ya bunun əksini sübut edən dəlil mövcud deyildir..

10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər Rəfiyev Rövşən Rafiq oğlu-məruzə çi, X2 və X6, 2-1(107)-366/2020 saylı iş) x xxxxxxx 2020-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

12. Cavabdeh xx xxxxxxx 2020-ci il tarixdə qərarın surətini almış, xx xxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

13. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 4.2.7-ci bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanması həyata keçirilir.

14. İş materiallarından da göründüyü kimi sözügedən dövrün düzgünlüyünü qarşılıqlı yoxlamaq mümkün deyildir.

15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 17 №-li qərarın 3.10-cu bəndində göstərilmişdir ki, Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər sosial sığorta stajına şəxs sığortaolunan (xeyr inə sığorta fəaliyyəti həyata keçirilən) olduqda daxil edilir.

16. Bu isə o deməkdir ki, əgər şəxs sığortaolunan deyildirsə və şəxsin xeyrinə sığorta fəaliyyəti olmayıbsa sözügedən müddətlər onun sığorta stajına daxil edilə bilməz. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

19. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildiri şində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 1.0.8. Fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Maddə 1.0.12. Əm ək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. Maddə 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi sosial ekspert komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 12.1. (x xxxx 2017-ci ilə qədərki redaksiya) Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məh dud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Maddə 32.2. Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək k itabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin xx xxxxxxxx 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respubli kası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” 3.1.1-ci bənd. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 24. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

25. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən t am və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

26. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması ü çün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının əmək kitabçası üzrə xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Bakısəhiyyə Təmir-Tikinti İdarəsindəki iş stajının yoxlanılması mümkün olmamış, bu səbəbdən həmin dövr onun sığorta stajına daxil edilməmiş, nəticədə əlilliyə görə pensiya təyin olunması üçün zəruri staja malik olmamışdır.

30. Cavabdehin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

31. İşin hallarından görünür ki, 2017-ci ilin may ayında iddiaçının 2-ci qrup əlilliyi müəyyən edilmiş, 2017-ci ilin oktyabr ayında 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Daxili nəzarət şöbəsinin araşdırması zamanı iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olanı iş stajının nöqsanlı olmasına görə yoxlanılması cavabdehə həvalə edilmiş, cavabdeh həmin dövrdə iddiaçının “Bakısəhiyyə” Təmir-Tikinti İdarəsindəki iş stajını mötəbər sübutla təsdiq edilmədiyinə görə ümumi sığorta stajına daxil etməmiş, bu səbəbdən ona təyin edilmiş pensiyanın ödənilməsi x xxxx 2019-cu il tarixli qərarla dayandırılmışdır. Cavabdeh məktublarında bildirmişdir ki, xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan iş stajı təsdiqlənərsə, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin etmək mümkün olacaqdır.

32. İddiaçının əmək kitabçasından görünür ki, xx xxxxxx 1991-ci il tarixli əmrlə “Bakısəhiyyə” Təmir-Tikinti İdarəsinə 3-cü dərəcəli rəngsaz vəzifəsinə işə qəbul edilmiş, xx xxx 1993-cü il tarixli əmrlə 4-cü dərəcəli rəngsaz keçirilmiş, x xxxx 1993-cü il tarixli əmrdə “Bakısəhiyyə” Təmir-Tikinti İdarəsinin 1 nömrəli Təmir-Tikinti İdarəsi kimi adlandırılmış, x xxxx 1995-ci il tarixli əmrlə səhiyyə obyektlərinin təmiri üzrə 2 nömrəli Təmir-Tikint i İdarəsində 4-cü dərəcəli rəngsaz vəzifəsinə qəbul olunmuş, xx xxxx 1999-cu il tarixli əmrlə idarənin ləğv olunması ilə əlaqədar işdən azad edilmişdir.

33. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli rəyində iddiaçıya məxsus əmək kitabçasında mübahisə olunan dövrlə bağlı yazıların müxtəlif şəxslər tərəfindən icra edildiyi qeyd edilmişdir.

34. İddiaçının iş stajını təsdiq edən sənəd əmək kitabçası mövcud olmuş, əmək kitabçasında xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan müddət qeyd edilmiş, bu müddətdə iddiaçının iş yerinin adı dəyişdirilmiş və ona peşəsinə görə yeni dərəcə verilmiş, bütün bunlar ayrı-ayrılıqda əmək kitabçasında xüsusi yazılmışdır. İddiaçıya məxsus əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, Cavabdeh iddi açıya məxsus əmək kitabçasındakı xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən, bəhs edilən dövrü iddiaçının sosial sığorta stajına aid etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. 35. “İnzibati icraat haqqında” Qanunun tələbinə görə inzibati akt əsaslandırılmalı, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normala rının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt məhkəmə qaydasında ləğv oluna bilər.

36. Cavabdeh iddiaçıya təyin edilmiş pensiyanın dayandırılması barədə x xxxx 2019-cu il tarixli qərarında işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktları göstərməmişdir.

37. Odur ki, cavabdeh tərəfindən inzibati icraat zamanı hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayıldığından məhkəmə tərəfindən haqlı olaraq ləğv olunmuşdur.

38. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 3

9. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-366/2020 saylı, x xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar