Məhkəmə qərarları › İş №2-1(102)-213/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-213/2022

09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-213/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nəsimi rayon şöbəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (vəkil tərəfindən tərtib edilməmiş kassasiya şikayəti) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, İlqar Hüseynov, Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nəsimi rayon şöbəsinə qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi və hesablanmasında 1989-cu ildən 2002 -ci ilə qədər əmək stajının nəzərə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.10.2021-ci il tarixli, 2-1(103)1837/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, əlilliyə görə əmək pensiyasının təyin edilməsi və hesablanmasında 1989-cu ildən 2002-ci ilə qədər əmək stajının nəzərə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 2-1(112)-2341/2020 saylı qərarı ilə (M.Hacıbəyova) iddia təmin edilməmişdir. İddaçı apelyasiya şikayəti verərək h əmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2-1(103)-1803/2020 saylı qərarı ilə (hakimlər, V.Ağayev - sədrlik edən və məruzəçi, A.Nuriyeva və A.Hüseyn) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 2-1(112)-2341/2020 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq Qasımova Təranə Arif qızına əlilliyə görə əmək pensiyasının təyin edilməsi və hesablanmasında 1989-cu ildən 2002-ci ilə qədər əmək stajının nəzərə alınması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28.04.2021-ci il tarixli, 21(102)-687/2021 saylı (hakimlər İ.Şəfiyev-sədrlik edən və məruzəçi, Z.Quliyev və R.Nəbizadə ) qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 2-1(103)-1803/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 01.10.2021-ci il tarixli, 2-1(103)-1837/2021 nömrəli qərarı ilə (hakimlər M.Tağızadə-sədrlik edən və məruzəçi, H.Həmidov və X.Cəmilova) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 11.08.2020-ci il tarixli, 2-1(103)-2341/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək, apelyasiya məhkəməsinin həmin qərarının ləğv olunmasını və işin yen idən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Lakin həmin kassasiya şikayəti vəkil tərəfindən imzalanmamış və vəkilin orderi şikayətə əlavə edilməmişdir. Bu baxımdan iş kassasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına təyin edilmişdir. Məhkəmə kassasiya şikayətinin mümkünlüyünə baxmağı və qərar qəbul etməyi mümkün saymışdır. Əsaslandırma Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya şikayəti mümkün sayılmamalıdır. İPM-in 96.2-ci maddəsinin tələbinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, habelə kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmu ş tələblərə və müddətlərə riayət olunmaqla verilməsi, İPM-in 95.1-ci maddəsində nəzərdə tutulmuş formal tələblərə uyğun şəkildə verilməsi başa düşülür. İPM-nin 90.3-cü maddəsində nəzərdə tutulmuş göndərici normaya əsasən həmin məcəllənin müvafiq fəslində başqa qayda müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında Azərbaycan Respublikası MPM-nin (bundan sonra mətndə - MPM) kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq edilir. Kassasiya şikayətinin forma və məzmununa dair MPM-nin 67.1-ci və 407-ci maddələrində nəzərdə tutulmuş şərtlər də kassasiyanın mümkünlüyü əsaslarına aiddir. İPM-nin müddəalarına zidd olmayan MPM-nin 67.1-ci maddəsinin tələbinə görə kassasiya şikayəti yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Həmin Məcəllən in 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. MPM-nin 407.4-cü maddəsinin tələbinə əsasən şikayətə vəkilin orderi əlavə olunmalıdır. Qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən kassasiya şikayətinin vəkil tərəfindən tərtib olunmadığı və imzalanmadığı, habelə şikayətə vəkilin orderinin əlavə edilmədiyi müəyyən olunmuşdur. Qeyd edilən hal kassasiya şikayətinin mümkün sayılmaması əsaslarına aiddir və şikayətin mümkün sayılmamasını şərtləndirir. Kassasiya şikayəti Ali Məhkəməyə daxil olduqdan sonra məhkəmə kollegiyası İPMnin 96.3-cü maddəsinə əsasən iddiaçının dinlənilmə hüququnu təmin etmək məqsədilə işi kassasiya şikayətinin mümkünlük məsələsinə baxılmasına t əyin etmiş, həmçinin məhkəmənin yardım etmə vəzifələrini müəyyən edən İPM-nin 13-cü və 95-ci maddələrinin tələbinə əsasən, mövcud çatışmazlıqlar konkret qeyd edilməklə ona rəsmi bildiriş və sms xəbərdarlıq göndərilmiş, eyni zamanda ona həmin çatışmazlıqların aradan qaldırılması, yəni məhkəməyə vəkil tərəfindən tərtib olunmuş və imzalanmış kassasiya şikayətinin göndərilməsi təklif olunmuş və bunun üçün ağlabatan müddət təyin olunmuşdur. Həmçinin qeyd edilən çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri iddiaçıya izah edilərək bunun iddianın mümkün sayılmamasına səbəb olacağı bildirilmişdir. Buna baxmayaraq, iddiaçı qeyd olunan çatışmazlıqları aradan qaldırmamış, vəkil tərəfindən tərtib edilmiş və imzalanmış kassasiya şikayətini məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə k ollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin vəkil tərəfindən tərtib olunmadığını və imzalanmadığını, habelə şikayətə vəkilin orderinin əlavə olunmadığını və həmin çatışmazlıqların iddiaçı tərəfindən məhkəmə tərəfindən müəyyən olunmuş müddətdə aradan qaldırılmadığını nəzərə alaraq kassasiya mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. İPM-in 96.3-cü maddəsinə görə kassasiya mümkün sayılmadıqda, Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. İPM-nin 96.3-cü maddəsinə əsasən, şikayətin qəbulundan imtina edildiyi hallarda, apelyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə və İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya ş ikayəti mümkün sayılmır. Kassasiya şikayətinin qəbul olunmasından imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar