Məhkəmə qərarları › İş №2-1(102)-213/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-213/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-213/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərara izah verilməsi barədə ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin qismən ləğv olunması, iddiaçının işə bərpa edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə iddiaçı tərəfindən verilmiş “qərara izah verilməsi” barədə ərizə üzrə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2740/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək müqaviləsinin xitam verilməsinə dair çıxarılmış xx.xx.2018-ci il tarixli, **********3 nömrəli əmrin qismən (iddiaçıya aid olan hissədə) ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün yekun məhkəmə qərarı çıxan günədək əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1168/2020 nömrəli qərarı ilə, iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhal inin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, **********3 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilmiş, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilmiş, İddiaçı işdən azad edildiyi vaxtdan yekun məhkəmə aktı qəbul olan vaxtadək, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

3. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)604/2021 nömrəli qərarı ilə təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2021ci il tarixli, 2-1(102)-2210/2021 nömrəli qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-604/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1168/2020 nömrəli qərarı qanuni qüvvəsini aldığından xx.xx.2022-ci il tarixli məktubla icra edilməsi üçün cavabdehə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı 2 mart 2022-ci il tarixdə həmin qərara izah verilməsi üçün Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarında “əmək haqqı” termini işlədildiyi üçün məcburi işburaxma dövrü üçün yalnız vəzifə maaşı hesablanaraq ödəniləcəkdir, hesablamaya digər ödənişlər, yəni sta ja görə, ixtisas dərəcəsinə görə əlavələrin və mükafatların ödənilməsi daxil olmayacaqdır. Bu səbəbdən “əmək haqqı” ifadəsinə izah verilməlidir.

8. İddiaçı daha sonra ərizəyə əlavə təqdim edərək, əmək haqqının hansı müddətə ödənilməsi hissəsində də qərara izah verilməsini xahiş etmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, yekun məhkəmə aktı xx.xx.2020-ci il deyil, Ali Məhkəmənin qərarı ilə, yəni xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir.

10. Cavabdeh ərizəyə qarşı etiraz təqdim edərək bildirmişdir ki, mübahisələndirilən məhkəmə aktının qərar hissəsində “İddiaçı işdən azad edildiyi vaxtdan yekun məhkəmə aktı qəbul olan vaxtadək, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin” qeyd edilmişdir. Mətndən göründüyü kimi qərarda fikir dəqiq ifadə edilmiş, qeyd edilmiş tarixə tam aydınlıq gətirilmişdir. “Əmək haqqı” ifadəsinə izah verilməsi ilə bağlı qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Lakin “Dövlət qulluğu haqqında” AR Qanunda əmək haqqı terminindən istifadə edilməmişdir. Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hiss əsinə əsasən Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin dövrdə iddiaçının qüvvədə olan əmək müqaviləsində ona hər hansı əmək haqqı əlavəsi və ya mükafatın ödənilməsi qeyd edilməmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Əmək Məcəlləsində qeyd edilmiş qaydada bağlanılmış əmək müqaviləsinə əsasən Nazirlikdə çalışmışdır. “Dövlət qulluğu haqqında” AR qanununun 28.7- ci maddəsinə əsasən Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiy yəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilən əmək fəaliyyəti dövründə İddiaçı dövlət qulluqçusu kimi məvacib deyil, Əmək Məcəlləsinə uyğun olaraq Əmək haqqı ödənilmişdir. Həmçinin, iddiaçı tərəfindən qeyd edilən əmr mübahisələndirilərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(102)- 2447/2018 saylı qərarı hələ qəbul edilməmişdir. Hətta qəbul edilmiş olsaydı belə, qeyd edilən qərarla 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 aprel 2018-ci il tarixli qərarı qüvvədə saxlanılmış və həmin qərarda isə yalnız Nazirliyin üzərinə İddiaçı daimi dövlət qulluğuna qəbul edilməsi vəzifəsi qoyulmuşdur. Göründüyü kimi Məhkəmə qərarında “dövlət məvacibi” deyil “əmək haqqı” ifadəsindən istifadə etməkdə haqlı olmuşdur. Həmçinin İddiaçı ərizəsində mükafatların məbləğinin ona ödənilməli olduğunu qeyd etmişdir. Qeyd edilən məsələ ilə bağlı Ali Məhkəmənin 20 noyabr 2020-ci il tarixli 2-1(102)-2004/20 nömrəli iş üzrə qərarında ətraflı izah verilmişdir. Həmin qərarın 47-ci hissəsində qeyd edilir ki, Qanunvericilik müddəlarından göründüyü kimi, dövlət qulluqçusunun mükafatlandırılması onların qulluq keçdiyi orqanın rəhbərinin mülahizəsinə əsasən həll edilir. Başqa sözlə qanunvericilikdə dövlət qulluqçusunun hər bir halda pul mükafatı ilə təltif ediləcəyini müəyyən edən birmənalı norma yoxdur, bu, dövlət qulluqçusunun fəaliyyətinə onun rəhbərinin diskresion səlahiyyətdən çıxış edərək verəcəyi qiymətdən asılıdır. Bu mənada, mükafat qanunun birbaşa göstərişinə əsasən dövlət qulluqçusuna ödənilən əlavə olmadığından iddiaçıya məcbu ri iş buraxma müddəti üçün mükafatın ödənilməsi qanuni hesab edilə bilməz.

11. Bakı İnzibati Məhkəməsinin (hakim H.A.Ağalarov) 2-1(112)-1168/2020 saylı 25.5.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 21(112)-1168/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qərarına “məcburi iş buraxma müddətinin yekun məhkəmə aktı qəbul olan vaxtadək, yəni 14 dekabr 2021-ci il tarixədək hesablanmalı olması və həmin müddət üçün dövlət məvacibinin ödənilməli olması” kimi izah verilmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçını 2015-ci il 10 dekabr tarixdən daimi dövlət qulluğuna qəbul etmək öhdəliyi qüvvədə olan məhkəmə qərarına əsasən mövcud olmuşdur, məcburi işburaxma dövrü üçün də vəzifə maaşı deyil, dövlət məvacibi ödənilməlidir və mə hkəmə qərarının da bu şəkildə icra edilməli olması nəzərə alınmalıdır.

13. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.İ.Bəktaşisədrlik edən, A.S.Hüseynov və A.Ə.Hüseyn) 11 oktyabr 2022-ci tarixli, 2-1(103)2740/2022 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 25.5.2022 tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassa siya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxan zaman Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsinin tələblərinə riayət etməmişdir. Həmin maddəyə əsasən məhkəmə qərarın məzmununu dəyişdirmədən ona izah verməli idi. Qanuni qüvvəyə minən məhkəmə qərarında məcburi iş buraxma müddətinin hansı dövrü əhatə etməsi konkret olaraq “xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək” göstərildiyi halda apellyasiya instansiya məhkəməsi bu faktı gözardı edərək fərqli nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə “hazırkı iş üzrə yekun məhkəmə qərarı, məhz cavabdehin apellyasiya və kassasiya şikayətləri üzrə məhkəmə icraatının sonunda qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kolleg iyasının 14 dekabr 2021-ci il tarixli, 21(102)-2210/2021 nömrəli qərarı olmuşdur.” Belə olduqda, qanuni qüvvəyə minən qərarın nəticəvi hissəsi nəzərə alınmalı idi. Qanuni qüvvəyə minən qərarın nəticəvi hissəsində isə “İddiaçı işdən azad edildiyi vaxtdan yekun məhkəmə aktı qəbul olan vaxtadək, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi” qərara alınmışdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6.8-ci bəndinə əsasən qərarın nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir (24 noyabr 2005-ci il tarixli, 0 4 saylı Qərar). Lakin apellyasiya instansiyası məhkəməsi imperativ hüquqi qüvvəyə malik olan qərarın nəticəvi hissəsini təhrif etmiş və nəticə etibarilə prosessual qanunvericiliyin tələblərinə zidd olaraq qərarın məzmununa dəyişiklik etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. İnzibati Prosessual Məcəllə: Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisən in düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə t ələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

19. Mülki Prosessual Məcəllə Maddə

230. Qətnamənin və ya qərardadın izah edilməsi 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1168/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında “məcburi işburaxma müddəti” və “əmək haqqı” ilə bağlı məsələyə izah verilməsini məhkəmədən xahiş etmişdir.

24. Məcburi işburaxma müddəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi məcburi iş buraxma müddətinin yekun məhkəmə qərarı çıxan günədək hesablanması olmuşdur, iddia da tam təmin edilməklə yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılmış və iş üzrə yekun məhkəmə qərarı da kassasiya instansiyası məhkəməsinin qərarı olmuşdur, onda məcburi iş buraxma müddətinin də yekun məhkəmə aktı qəbul olan vaxtadək, yəni 14 dekabr 2021-ci il tarixədək hesablanmalı olması nəzərə alınmalıdır. 25. “Əmək haqqı” ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, məhkəmədən iddiaçının 2015-ci il 10 dekabr tarixdən daimi dövlət qulluğu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müqavilə əsasında işə qəbul olunduğu, yəni 2015-ci il 10 dekabr tarixdən daimi dövlət qulluğuna qəbul edilməyi cavabdeh Nazirliyin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 aprel 2018-ci il tarixli, 2-1(81)-2142/2018 nömrəli qərarı ilə iddianın təmin edilməsi, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müqavilə əsasında işə qəbul olunduğu 2015-ci il 10 dekabr tarixdən etibarən daimi dövlət qulluğuna qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

26. Göründüyü kimi, iş üzrə tələbin təmin olunduğuna dair məhkəmə aktı qəbul olunarkən cavabdeh inzibati orqanın iddiaçını 10 dekabr 2015-ci il tarixdən daimi dövlət qulluğuna qəbul etmək öhdəliyi qüvvədə olan məhkəmə qər arına əsasən mövcud olmuşdur. Bu səbəblə, cavabdeh iddiaçı ilə əmək müqaviləsinin müddətli bağlandığına, dövlət qulluqçusu kimi məvacib deyil, Əmək Məcəlləsinə uyğun olaraq əmək haqqı ödənilməsinə istinad edə bilməz.

27. Məhkəmə qərarına izah verilərkən qərarın məzmunu dəyişdirilmədən Əmək Məcəlləsinin və “Dövlət qulluğu haqqında” Qanunun tələbləri təmin edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı əvvəlki vəzifəsinə bərpa edildiyindən işdən azad olunduğu gündən əvvəlki vəzifəsinə bərpa olunduğu günə qədər əvvəllər aldığı əmək haqqı və əmək haqqına əlavələr ona ödənilməlidir. Cavabdeh şikayətində məhkəmə qərarının icra olunduğunu və icra edilmiş qərarın izahına yol verilmədiyini bildirsə də, məhkəmə qərarının olduğu qaydada icra edilməsi işdə olan sənədlərlə sübuta yetməmişdir.

28. Qeyd olun anlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin 2-1(112)-2740/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2740/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar