Məhkəmə qərarları › İş №2-1(102)-213/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-213/2024

09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-213/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödə nişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)1678/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.1982-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və onun iddia etdiyinə görə pensiya ödənişi 1994-cü ilədək davam etmişdir.

2. İddiaçı xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Dost Mərkəzi tərəfindən ərizə ilə müraciət edilərək pensiyasının bərpa edilməsi xahiş edilmişdir.

3. İddiaçının həmin ərizəsinə və sonradan xx.xx.1994-cü il tarixdən 2022-ci ilin aprel ayınadək ödənilməmiş pensiya məbləğinin tam şək ildə ödənilməsi barədə ərizəsinə əsasən ona yaşa görə əmək pensiyası təyin edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli müraciətinə əsasən əmək pensiyasının məbləği xx.xx.2019-cu il tarixdən yenidən hesablanaraq ödənilmişdir.

4. Sonradan iddiaçı yenidən cavabdehə müraciət edərək 1994-cü ilin dekabrın 1dən xx.xx.2022-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin ödənilməsini xahiş etmişdir.

5. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, iddiaçıya Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənəd xx.xx.2005-ci il tarixində verildiyi üçün vətəndaşın yaşa görə əmək pensiyası hüququ həmin tarixdən yaranmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müdd ət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı xx.xx.2022-ci il tarixli müraciəti əsasında Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixindən (müraciət tarixindən 3 il əvvəl) 160,00 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği xx.xx.2019-cu il tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyasının məbləği xx.xx.2019-cu il tarixindən 200.00 manat müəyyənləşdirilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq ic ra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunanlara uyğun olaraq vətəndaş İddiaçı əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixindən 233,20 manata, xx.xx.2021-ci il tarixindən 259,78 manata, xx.xx.2022-ci il tarixindən 268,62 manata çatdırılmışdır. xx.xx.2022-ci il tarixli müraciətə əsasən İddiaçı yaşa görə əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 1994cü ilin dekabrın 1-dən xx.xx.2022-ci il tarixədək ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh qurum bildirir ki, iddiaçı Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən sənədi xx.xx.2005-ci il tarixdən verildiyi üçün vətəndaşın yaşa görə əmək pensiyası hüququ həmin tarixdən yaranmışdır. Bu tamamilə əsasız bir mülahizədir. Nəsirova iddiaçı Azərbaycan Respublikası müstəqillik əldə edən vaxtdan bu günə kimi daimi olaraq Azərbaycan Respublikasında yaşayıb, Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçı Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayonu pensiya təminatı şöbəsi tərəfindən xx.xx.1992-ci il tarixdən (55 yaşdan) əmək təqaüdünə çıxmışdır. Bu o deməkdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşı kimi ona xx.xx.2005-ci il tarixdən deyil, xx.xx.1992-ci il tarixdən pensiya hüququnu qazanaraq əmək pensiyasına çıxmışdır. Sadəcə uzun illərdən sonra pensiyasının bərp a edilməsi üçün iddiaçı xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Dost Xidmətinə ərizə ilə müraciət etmişdir. Cavabdehə ünvanlanmış ərizəyə Azərbaycan Respublikası ƏƏSMN-nin elektron müraciət vərəqəsindən xxxxxxx220002 №-li xx.xx.2022-ci il tarixli çıxarışı da əlavə olunmuşdur. Müraciət vərəqəsinin məzmunu bölməsində qeyd olunur ki, vətəndaş 1927-ci il təvəllüdlüdür, 1994-cü il tarixdən bildirdiyinə görə heç bir növ pensiya və müavinət almır, pensiyanın bərpa edilməsi ilə bağlı müraciət edir. Göründüyü kimi, iddiaçı ona pensiyanın təyin edilməsi barədə deyil, pensiyanın bərpa olunması barədə cavabdehə müraciət etmişdir. Cavabdeh isə bildirir ki, iddiaçıya həmin tarixdə müraciəti əsasında pensiya təyin edilmişdir. Əvvəllər pensiyaya çıxmış şəxs ikinci dəfə yenə də pensiyaya çıxa bilərmi? Cavabd ehin məntiqinə görə ola bilər, lakin qanunvericiliyin tələbinə görə cavab mənfidir. Qanunvericiliyin tələbinə görə iddiaçının əvvəlki illər üzrə yəni, 1994-cü ilin dekabr ayından başlayaraq xx.xx.2022-ci il tarixədək (pensiyanın bərpası üçün müraciət etdiyi gün) almadığı pensiya iddiaçıya ödənilməlidir.

8. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12440/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim A. Abdullayeva) iddia təmin edilməmişdir.

10. Məhkəmə hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq, cavabdeh əvvəlki müddət üçün alınmamış pensiya m əbləğinin müraciət edilən tarixdən - 27 aprel 2022-ci ildən əvvəlki üç illik dövr üçün ödənilməsində haqlı olmuşdur. Çünki qeyd edilən qərardadda “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə də münasibətdə tətbiq edilməsi qərara alınmışdır.

11. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1678/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi M.Tağızadə, hakimlərK.Əkbərov və İ.Şirinov) idd iaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilərək iddiaçıya xx.xx.1994-cü il tarixdən xx.xx.2019-cu il tarixədək ödənilməmiş pensiyanın ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadında əmək pensiyası hüququ yaranmış, lakin təyin olunmamış şəxslərdən bəhs edilir.

14. Lakin iş materiallarında olan pensiya vəsiqələrinin surətlərindən aydın olur ki, iddiaçıya xx.xx.1982-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh orqanda birinci instansiya məhkəməsi kimi iddiaçıya xx.xx.1982-ci il tarixdən pensiya təyin edildiyi nəzərə almamışdır. Yəni, iddiaçı ona pensiya təyin edilməsi üçün deyil, xx.xx.1982ci ildə təyin edilib, daha sonra naməlum səbəblərdən iddiaçının dediyinə görə xx.xx.1994cü ildə dayandırılmış və dayandırıldığına görə xx.xx.2022-ci il tarixədək ödənilməmiş pensiyanın ödənilməsini tələb edir.

15. Hazırkı iddia tələbi üzrə iddianın əsaslı olub-olmamasını iddiaçının cavabdeh orqana müraciət etdiyi tarix deyil, əvvəllər təyin edilmiş yaşa görə əmək pensiyasının ödənilməsinin dayandırılması əsaslarının doğru olub-olmaması müəyyən edir.

16. Məhkəmə kollegiyası cavabdehin etiraz dəlillərini araşdıraraq həmçinin qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsinin xx.xx.2023-cü il tari xli məktubundan görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Bakı şəhəri, Yasamal rayonu, Axverdiyev küçəsi, korpus 568, ev 2, mənzil 43-də, xx.xx.2005-ci il tarixdən hazıradək isə ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Eyni zamanda iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı 1992-2001-ci il tarixlərdə dövlət sərhədindən hərəkəti barədə məlumatın təqdim edilməsi texniki cəhətdən imkan xaricindədir. Bununla yanaşı, İddiaçı 2001-2023-cü illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Bundan başqa işin obyektiv araşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə sorğu verilmiş, sorğuya cavab olaraq məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.1927-ci ildə Rusiya Federasiyasında anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı İddiaçı digər dövlətin vətəndaşlığını əldə etməsinə dair Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə məlumat daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçıya əvvəllər təyin olunmuş və ödənilmiş pensiya ilə bağlı hər hansı məlumatın Fondda olmadığını bildmişdir.

17. Göründüyü kimi iddiaçıya vaxtı ilə ödənilən pensiya ödənişinin dayandırılmasına səbəb olan hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmiş və cavabdeh tərəfindən də hansı səbəbdən ödənişin dayandırılması aydınlaşdırılmamışdır.

18. Əlavə olaraq Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya pensiya ödənişinin dayandırılması vaxtı iddiaçının dediklərinə əsasən xx.xx.1994-cü il tarixdə olmuşdur. Cavabdeh tərəfindən isə bununla bağlı Məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, həmin tarixi dəqiq olaraq müəyyənləşdirmək mümkün olmamışdır. Qeyd edilməlidir ki, iddiaçı tərəf ona pensiya təyin olunduğunu iddia edir və mötəbər sübut hesab edilən pensiya vəsiqələri ilə bunu sübuta yetirir. Lakin cavabdeh inzibati orqan isə bunun əksini sübuta yetirə bilməmişdir. Bu səbəbdən də Kollegiya pensiya ödənişinin dayandırılma tarixini iddiaçı tərəfin dediklərini əsas götürərək xx.xx.1994-cü ildən nəzərə alır.

19. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya vətəndaşlığını təsdiq edən sənəd xx.xx.2005-ci il tarixində verildiyi üçün vətəndaşın yaşa görə əmək pensiyası hüququ həmin tarixdən yaranmışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Yuxarıda qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna u yğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının cavabdeh orqana xx.xx.2022-ci il tarixli müraciəti əsasında Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixindən (müraciət tarixindən 3 İl əvvəl) 160,00 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir.

21. Həmçinin qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən əvvəlki tarixlər üzrə pensiyanın təyin edilməsi və dayandırılması tarixləri barədə mötəbər sübut əldə edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən yalnız iddiaçının dedikləri əsas götürülərək, onun iddia tələbi qanunvericiliyin tələblərinə zidd olaraq şifahi səkildə bildirdiyi ifadəsinə əsasən xx.xx.1994-cü il tarixdən təmin edilmişdir. Məhkəmə qə rarında qeyd olunan 813711 nömrəli pensiya vəsiqəsinin mötəbər hesab edilməsi, qeyd edilən tarixdən iddiaçıya pensiya məbləğinin təyin edilməsi, eləcə də dayandırıldığını iddia etdiyi dövrlə bağlı hər hansı sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə kollegiyası tərəfindən də xx.xx.1982-ci il tarixdən iddiaçıya pensiya ödənişinin həyata keçirilməsi və hansı tarixdən ödənişin dayandırılması ilə bağlı rəsmi və mötəbər məlumat əldə edilməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1678/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikası Konstitusiyası Maddə

38. Sosial t əminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 24. “Əmək pensiyaları haqqında” Qanun Maddə

31. Əmək pensiyasının təyin olunması üçün müraciət və əmək pensiyası təyinatı üçün sənədlərə baxılması müddətləri 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 31.1-1. Bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 31.2. Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti o rqanına təqdim edilir. 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə

32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi mə bləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir 25. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

106. Keçmiş müddət üçün pensiyaların ödənilməsi hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləği bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilir...

26. İnzibati icraat haqqında qanun Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

27. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsini n qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, iş üzrə səhv nəticəyə gəlinmişdir. Buna görə də qərar ləğv edilərək, yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.

31. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdə müraciət edərək, 1994-cü ilin dekabr ayından 2022-ci ilin aprel ayınadək ona pensiya verilmədiyini bildirmiş və pensiyasının bərpa edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən ona “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2019cu il tarixindən (müraciət tarixindən 3 il əvvəl) yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan iddiaçı xx.xx.2022-ci il tarixdə yenidən cavabdehə müraciət edərək almadığı illər üzrə tam olaraq yığılmış və ödənilməmiş pensiyasının ödənilməsini tələb etmiş, lakin cavabdeh 1994-cü ilin dekabrın 1-dən 2022-ci ilin aprel ayınadək ödə nilməmiş pensiyanın tam şəkildə ödənilməsindən imtina etmişdir.

32. Hazırda iddiaçı inzibati orqanın hərəkətini, ona hesablanmış pensiyanın xx.xx.1994-cü il tarixdən 2022-ci ilin aprel ayınadək ödənilməməsinə aid hissədə mübahisələndirir.

33. Məhkəmə kollegiyası ilk növbədə apelyasiya instansiyası məhkəməsinin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadında əmək pensiyası hüququ yaranmış, lakin təyin olunmamış şəxslərdən bəhs edilir» barədə mövqeyi ilə bağlı bildirir ki, işin həlli zamanı təkcə Qanunun 32.1-1-ci maddəsinin müddəaları deyil, həm də əmək pensiyalarının ödənilməsindən bəhs edən 37.7-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Həmin normada qeyd olunur ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

34. Bu normada bəhs olunan “keçmiş müddət üçün alınmamış əmək pensiyası” anlayışı daha geniş olmaqla, təkcə pensiyanın təyin olunması və pensiyanın yenidən hesablanması kimi başa düşülmür. Məhz buna görə Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, Qanunun 32.11-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

35. Bu baxımdan məhkəmə kollegiyası qe yd edir ki, iddiaçının pensiya ödənişinin dayandırıldığı iddia etdiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun keçmiş müddət üçün pensiyaların ödənilməsini tənzimləyən 106-cı maddəsinə əsasən hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləği bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilir.

36. Eyni zamanda hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 37.7-ci maddəsinə əsasən isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

37. Buna görə də hazırki iddianın düzgün həlli üçün inzibati orqanın hərəkətlərinə, “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyasının təyin edilməsi müddətlərini tənzimləyən 32-ci maddəs inin müddəaları işığında qiymət verilməlidir.

38. Qeyd edilməlidir ki, 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə «Əmək pensiyaları haqqında» Qanuna yeni məzmunda 32.11-ci maddə əlavə edilmiş və həmin Qanunun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir.

39. Həmin maddəyə əsasən əmək pensiyalarının onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilməsi təsbit edilmişdir.

40. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli 03/2020-ci tarixli qərarında ifadə olunmuş hüquqi mövqey ə əsasən sosial təminat sahəsindəki münasibətlərin dinamikliyi və cəmiyyətin inkişafından irəli gələn teztez dəyişən ehtiyaclar bu sahədə qanunvericiliyin normalarının dəyişkən olmasına səbəb ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün pozitiv hüquqda birbaşa tənzimlənməməsinə baxmayaraq, əksər milli və beynəlxalq məhkəmələrin hüquq tətbiqetmə təcrübəsində “qazanılmış hüquq” yanaşması tətbiq edilir.

41. Qazanılmış hüquq - yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn va rlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur.

42. İlk növbədə 2017-ci il 01 iyul tarixdən etibarən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunda edilmiş dəyişikliyin mahiyyəti təhlil olunmalı, daha sonra həmin dəyişikliyin şəxslərin qazanılmış hüquqlarına müdaxilə təşkil edib-etmədiyinə, eləcə də yeni tənzimləmənin geriyə şamil edilməsinin yolverilənliyinə qiymət verilməlidir.

43. Ümumən qəbul edilməlidir ki, sosial təminat hüquq sahəsində geniş mülahizə sərbəstliyinə malik oldu ğu səlahiyyətlərdən çıxış etməklə dövlət mövcud qanunvericiliyi yeni retrospektiv (geriyə qüvvəsi) müddəalar vasitəsi ilə tənzimləmək hüququna malikdir. Əmək pensiyası hüququnun yaranma əsaslarının və şərtlərinin düzəlişi və ya yenidən tənzimlənməsi ilə müşayiət olunan belə retrospektiv tətbiq yalnız aidiyyəti şəxslərə hər hansı qaydada mənfi təsir göstərdiyi üçün özü-özlüyündə qazanılmış hüquqların pozuntusu kimi qəbul edilə bilməz. Pozuntu yalnız o zaman olacaqdır ki, retrospektiv tətbiqin yol verilən hədləri və şərtləri aşılmış, onlara riayət edilməmiş olsun.

44. Yeni normativ tənzimləmələrin məqsədi və hədəfləri ilə bağlı qeyd edilməlidir ki, 2017-ci il iyulun 1-dən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Qanuna edilmiş çoxsaylı əlavə və dəyişikliklər ölkəmizdə pensiya təminatı siste mində həyata keçirilmiş köklü islahatların mühüm mərhələsi və vacib tərkib hissəsi olmuşdur.

45. Pensiya təminatı sistemindəki islahatların əsas məqsədlərindən birini pensiya təminatı sisteminin cari, ortamüddətli və uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunması və xərclərin proqnozlaşdırıla bilən olmasını təmin etmək təşkil etmişdir. Bu məqsədlərə nail olmanı təmin etmək üçün seçilmiş vasitələrdən biri də keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğlərinin ödənilməsinə üç illik müddət məhdudiyyətinin gətirilməsi olmuşdur. Yuxarıda şərh olunan hallar nəzərə alındığında kollegiya hesab edir ki, keçmiş dövr üçün alınmamış pensiyalara tətbiq edilən üç illik müddət məhdudiyyəti ilə bağlı yeni tənzimləmələr ictimai maraqları təmin etməyə yönəlmiş legitim məqsədlərə xidmət etmişd ir.

46. Yeni tənzimləmələr əmək pensiyaçılarının hüquqlarına hansı dərəcədə təsir etmişdir və bu təsiri minimuma endirmək üçün hansısa tədbirlər, keçid müddəaları nəzərdə tutulmuş və həyata keçirilmişdirmi? İlk növbədə qeyd edilməlidir ki, sözügedən tənzimləmələr şəxsləri əmək pensiyalarından ümumiyyətlə məhrum etməmiş, yalnız keçmiş dövrlə bağlı alacaqları məbləğləri üç illə məhdudlaşdırmışdır. Bundan başqa, pensiyaçılar keçmiş dövrlə bağlı alacaqlarından da bütövlükdə məhrum edilməmişlər, əvvəlki üç ili almaq hüquqları saxlanılmışdır. Xüsusilə qeyd edilməlidir ki, yeni tənzimləmələri gətirən qanunun özündə birbaşa keçid normaları nəzərdə tutulmasa da, qanunda onun qəbul edildiyi tarixdən daha sonrakı tarixdə qüvvəyə minəcəyi ilə bağlı xüsusi norma olmuşdur. Beləliklə, qanunun müzakirəsi, qəbul edilməsi, dərc edilməsi və qüvvəyə mindiyi tarixlər nəzərə alındığında faktiki olaraq yeni qaydalar dərhal həyata keçirilməmiş, müəyyən keçid dövrü gözlənildikdən sonra tətbiq edilməyə başlanılmışdır.

47. Belə ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixdə qəbul edilmiş, 2017-ci il may ayının 03-də mətbuatda dərc edilmiş, 2017-ci il 01 iyul tarixdən etibarən isə qüvvəyə minmişdir. Bu qaydada faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. M əhz buna görə də, kollegiya hesab edir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur.

48. Kollegiya həmçinin hesab etmişdir ki, yeni tənzimləmələrlə gətirilən tədbirlərin geriyə şamil edilməsi əmək pensiyaçılarını əlverişsiz vəziyyətdə də qoymur. Çünki onlar hər şeydən əvvəl əmək pensiyaçısı olmaq statuslarını saxlayırlar, əmək pensiyasının tamamilə məhrum edilməsi və ya ləğv edilməsi halından söz edilə bilməz. Bundan başqa, pensiyaçılar keçmiş dövrlə bağlı alacaqlarından da bütövlükdə məhrum edilmirlər, əvvəlki üç ili almaq hüquqları qalır. Dolayısıyla, bu kateqoriya şəxslərin itirdikləri məbləğ onların alacaqları vəsaitlərin əhəmiyyətli dərəcədə azalmasına və müvafiq olaraq yaşayış səviyyəsini n son dərəcədə pisləşməsinə də gətirib çıxarmır.

49. Beləliklə, qeyd edilənlərin məcmusuna qiymət verməklə kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin geriyə şamil edilməsi nəticəsində pensiyaçıların mülkiyyət hüquqlarına müdaxilə aidiyyəti şəxsləri qeyri-mütənasib və həddindən artıq ağır yükə məruz qoymamaqla, ümumilikdə cəmiyyətin maraqları ilə fərdi hüquqlar arasındakı ədalətli balansı təmin edir.

50. Keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını inti zamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir.

51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, inzibati orqan iddiaçıya alınmamış pensiya məbləği üzrə fərqin 1994-cü ildən deyil, müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün ödəməkdə haqlı olmuş, iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsini düzgün tətbiq etmişdir.

52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(102)-1678/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosia l Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 1994-cü ilin dekabrın 1-dən xx.xx.2022-ci il tarixədək ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar