Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2130/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ 30.07.2019 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, Cavabdeh İdarənin vəkili Vəkil oğunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın və plan-ölçü sənədinin verilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2019-cı il tarixli qərarından cavabdeh İdarə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya Bakı şəhəri, Nardaran bağ massivində yerləşən 0,12 ha sahəsi olan 1436 saylı bağ sahəsinin naturada yerinin müəyyən edilərək, döngə nöqtələrinin göstərilməsi; onun mərhum anasının həmin torpapq sahəsinə hüquqlarının qeydiyyata alınmasına dair reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh İdarənin üzərinə qoyulması qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakim R.Kərimli; iş No 2-1(82)-3352/2018) iddianın təmin edilməsi; iddiaçıya Bakı şəhəri, Nardaran bağ massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 1436 saylı bağ sahəsinin naturada yeri müəyyən edilərək döngə nöqtələrinin göstərilməsi, onun mərhum anasının həmin torpaq sahəsinə hüquqlarının qeydiyyata alınmasına dair reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh İdarənin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2019-cı il tarixli qərarı ilə (sədrlik edən H.Həmidov, hakimlər E.Nağıyeva və V.Baxışova; iş № 21(103)-548/2019) apellyasiya şik ayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh İdarə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh İdarənin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsinin mübahisəli qərarı qəbul edərkən, maddi və prosessual hüquq normalarını əhəmiyyətli dərəcədə pozmuş və düzgün tətbiq etməmişdir, həmçinin işin hallarını qanunamüvafiq qaydada araşdırmamışdır, nəticədə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh İdarənin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə iddiaçının nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Proses sual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, Bakı şəhər XDS İK-nin X4 və İstismarı Birliyi nəzdində 205 nömrəli BTK-nın 76 nömrəli orderi ilə Nardaran qəsəbəsində sahəsi 0,12 ha olan 1436 nömrəli bağ sahəsi X5 (iddiaçının anasına) ay rılmışdır. 10 sentyabr 2015-ci il tarixdə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nardaran bağ massivindəki 1436 nömrəli bağ sahəsinə dair X3 adına “Torpaq sahəsinin planı” tərtib olunmuşdur. X6 9 yanvar 2018-ci il tarixdə vəfat etmişdir. Onun ölümü ilə əlaqədar 11 saylı Notariat Kontorunda vərəsəlik işi açılmışdır və bu Kontor yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə 30 mart 2018-ci il tarixli məktub köndərmişdir. Məktubda qeyd olunmuşdur ki, 09 yanvar 2018-ci il tarixdə vəfat etmiş mərhum X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı onun birinci növbə vərəsəsi İddiaçı (iddiaçı) tərəfindən ünvan 1 ünvanlanmış və vərəsənin ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 295 nömrəli BTK nəzdində 1436 nömrəli ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi mərhum X3 adına olmuş, lakin həmin torpaq sahəsinə mülkiyyət huququ onun ölümünə qədər dövlət reyestrində qeydə alınmamışdır. Göstərilənləri nəzərə alaraq, həmin torpaq sahəsinin X3 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi xahiş olunmuşdur. Bundan sonra iddiaçı sözügedən bağ sahəsinin mərhum anasının adına tərtib edilmiş planölçüyə müvafiq olaraq döngə nöqtələrinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etmiş, onun müraciəti baxılmaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edil mişdir. Ccavabdeh İdarə isə 10 may 2018-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, onun həmin bağ sahəsi üzərində yaranmış hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, sözügedən bağ sahəsinin naturada yerinin müəyyən edilməsi DƏDRX tərəfindən mümkün deyildir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, Nardaran qəsəbəsində yerləşən və torpaq sahəsi 0,12 ha ölçüdə bağ sahəsi iddiaçının mərhum anasına Bakı Sovetin XDS İK X4 və İstismarı Birliyinin nəzdində 205 nömrəli BTK- nın 76 nömrəli orderi ilə ayrılmış, həmin order ləğv olunmamış və ya etibarsız hesab edilməmişdir. Ord er hələ də qüvvədə olduğundan bağ sahəsinin iddiaçının mərhum anasının istifadəsinə qanuni əsaslarla ayrıldığını sübut edir. Digər tərəfdən, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret olaraq müəyyən etmiş və 2007-ci il mayın 22-dək yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərüffatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən orderləri belə əsaslardan biri kimi nəzərdə tutmuşdur. Qeyd olunmalıdır ki, cavabdeh İdarə mübahisəli bağ sahəsinə plan-ölçü sənədinin başqa bir şəxsə, yəni X2 verildiyini bildirməklə, onun hazırki işə 3-cü şəxs qismində cəlb edilməsini xahiş etsə də, əslində adı çəkilən şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə və Maştağa Bələdiyyəsinə qarşı məhkəmədə iddia qaldıraraq Nardaran qəsəbəsinə yerləşən mərhum atasına məxsus 30 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınaraq onun adına sənədləşdirilməsini xahiş etmişdir. Sabunçu rayon məhkəməsinin 29 iyun 2006-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən hazırkı iş üzrə iddiaçının mərhum anası maraqlı şəxs qismində apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyun 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Sabunçu rayon Məhkəməsinin 29 iyun 2006-cı il tarixli qətnaməsi ləğv edilmiş və S.Cəbrayılovun iddiası rədd edilmişdir. Göründüyü kimi, S.Cəbrayılovun adına keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən **********0106 nömrəli torpaq sahəsinin planı və ö lçüsü Sabunçu rayon məhkəməsinin 29 iyun 2006-cı il tarixli qətnaməsinin icrası edilməsi nəticəsində tərtib edilmişdir. Həmin sənədin verilməsinə əsas olmuş məhkəmə qətnaməsi qüvvədə deyildir və ləğv olunmuşdur. Bundan başqa, iddiaçının mərhum anası Sabunçu rayon məhkəməsinin 29 iyun 2006-cı il tarixli qətnaməsinin icrasına dönüş edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 dekabr 2017-ci il tarixli qərardadı ilə ilə ərizə təmin edilərək Sabunçu rayon məhKəməsinin 29 iyun 2006cı il tarixli qətnaməsinin icrasına dönüş edilmişdir. Bundan əlavə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 iyun 2011-ci il tarixli qərarı əsasında cavabdeh İdarə tərəfindən mübahisəli torpaq sahəsinə dair iddiaçının anasının adına plan sxem tərtib edilmişdir və həmin sənədlər hal-hazırda qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: -dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; -hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; -hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı oİmayan şəxs müraciət etdikdə; -daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; -daşınmaz əmlak barəsində təs diqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda; -bu Qanunun 14-cü maddəsində əzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göründüyü kimi qanunvericliklə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları müəyyən edilmiş, lakin cavabdeh İdarə qeyd edilən əsasların heç birinə istinad etmədən iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Həmin imtina iddiaçının qaunla qorunan hüquqlarını pozmaqla əsassız və qanunsuz olmuşdur. Eyni zamanda iddiaçının iddia tələbi əsaslı və qanuni olmuş, həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən dzgün olaraq təmin edlmişdir. Belə ki, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşl arın qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə müvafiq olaraq həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə, fərdi yaşayış evlərinin həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasındahazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka üquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin icla sının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) yə xitam verilməsinin övlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh İdarənin kassasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə uyğun olaraq inzibati aktın qəbulundan i mtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək i mkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 13 mart 2019-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı 1 saylı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2019-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2130/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2130/2019
30.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver