Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2130/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Mamedovi Pakhradin (İddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Azərbaycan Respublikasının vətəndaşı olmuş, lakin sonradan digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan iba rət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Vəkil2 iştirakı ilə İddiaçı Mamedovi Pakhradin (İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarış, plan və ölçünün verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1998/2021 nömrəli, 30 iyul 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri İcraiyyə Komitəsinin 01.04.1994-cü il tarixli 461 sərəncamı ilə Ləhiş bağlar sahəsində 113 №-li BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 6097a №-li bağ iddiaçıya ayrılmış, Bağlar təsərrüfatının inkişafı və istismarı birliy inin Ləhiş bağlar sahəsindəki 113№-li kooperativi tərəfindən ona 17 №-li order verilmişdir.
2. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən, Ləhiş bağ massivi 6097a saylı bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 1200 kv.m, faktiki sahəsi 831 kv.m. olmaqla, 369 kv.m. azdır. Sözügedən bağ sahəsi yeni çəkilmiş yolun kənarında (5.0 m aralı məsafədə) yerləşir.
3. İddiaçı ilə X1 arasında bağlanmış ilkin alqı-satqı müqaviləsi notariat qaydasında Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən reyestrdə 3M-805 nömrə ilə qeyd olunaraq 01.05.2021-ci il tarixdə təsdiqlənmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin predmetini Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsindəki 6097a nömrəli bağ ünvanında yerləşən, ümumi sa həsi 0.12 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün öhdəliklər təşkil edir. Müqavilənin 2.2-ci bəndinə əsasən, “Alıcı” əmlakın bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan qiymətini, yəni 20.000 (iyirmi min) manatı “Satıcıya” notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir, “Satıcı” isə həmin pulu qəbul edib torpaq sahəsinə hüquqmüəyyənedici sənədləri (çıxarış, texniki pasport) aldıqdan sonra əsas alqı-satqı müqaviləsini rəsmiləşdirməyi öhdəsinə götürür.
4. Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqəyə əsasən, əcnəbinin Azərbaycan dilində soyadı və adı qrafasında: İddiaçı; ingilis dilində surname, given name qrafasında: Mamedov Phakhradin; doğulduğu yer və tarix Gürcüstan, 09.08.1957-ci i l; vətəndaşlığı Gürcüstan qeyd edilmişdir.
5. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 6097a saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, icarə müqaviləsi hazırda xarici ölkənin vətəndaşı olan şəxsin adınadır və bağ sahəsinin azalmasına dair razılıq ərizəsi təqdim edilməmişdir. Bundan əlavə, bağ sahəsi Bilgəh-Kürdəxanı dairəvi yolunun mühafizə zonasında yerləşir. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçülərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 298 nömrəli 11.09.2015-ci il tarixli qərarının 1.2-ci bəndinə əs asən, avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12.5 metr enində müəyyən edilir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin 01.04.1994cü il tarixli 461 saylı sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 6097a saylı bağ sahəsi üzərində hüququnun qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin 0 1.04.1994-cü il tarixli 461 saylı sərəncamı ilə ona 0.12 ha torpaq sahəsi olan 6097 a saylı bağ ayrılmış, Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Ləhiş bağlar sahəsindəki 113№-li BTK tərəfindən bu barədə 17 saylı order verilmişdir. Həmin bağ sahəsi üzərində hüququnun qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, ona imtina cavabı verilmişdir. Hesab edir ki, imtina qanunsuz və əsassızdır.
8. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil edir.
9. Sonradan iddiaçı yazılı ərizə verərək iddia tələbinin dəyişdirilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5422/2021 saylı, 06 may 2021-ci il tarixli qərardadı ilə (hakim: G.A.Sevdimalıyeva) iddianın dəyişdirilməsi qəbul edilmiş, iddia tələbinin “Bakı şəhəri Ləhiş bağ massivində yerləşən 6097a saylı bağ sahəsinin faktiki ölçüsü 831 kv.m. sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınması, çıxarışın və plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilməsi qəbul edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5422/2021 saylı, 06 may 2021-ci il tarixli qərarı ilə (hakim: G.A. Sevdimalıyeva) iddia təmin edilmiş, iddiaçının Bakı şəhəri Ləhiş bağ massivində yerləşən 6097a saylı bağ sahəsinin faktiki ölçüsü 831 kv.m. sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna z iddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, torpaq sahəsi əvəzsiz olaraq iddiaçıya verildiyindən mülkiyyət hüquqlarının qeydiyyata alınmasında onun qanuni gözləntisi vardır.
12. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1998/2021 nömrəli iş üzrə 30 iyul 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: A.S.Hüseynov, hakimlər: M.N.Tağızadə və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5422/2021 saylı, 06 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışd ır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
16. Apelyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı əcnəbi olduğundan qanunvericiliyin tələblərinə əsasən sözügedən torpaq sahəsi üzərində onun mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alına bilməz. Bundan əlavə, müvafiq torpaq sahəsi sənəd üzrə 1200 kv.m qeyd edilsə də, faktiki olaraq 831 kv.m təşkil edir və iddiaçı tərəfindən müvafiq bağ sahəsinin azalmasına dair razılıq ərizəsi təqdim edilməmişdir.
17. Həmçinin, bağ sahəsi Bilgəh-Kürdəxanı dairəvi avtomobil yolunun mühafizə zonasında yerləşir. Qeyd olunan səbəblərə görə, iddiaçının ərizəsinin icrası mümkün olmamış və ona qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
19. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində onun iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 21 “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq ed ilməsi barədə hüquqi aktdır. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;...
22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası...
3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Maddə
49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ...
4. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır.
23. Az ərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahi sə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal ba xımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. İş materiallarından görünür ki, iddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 6097a saylı bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
27. Cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, icarə müqaviləsi hazırda xarici ölkənin vətəndaşı olan şəxsin adınadır, həmçinin qeyd edilən bağ sahəsi B ilgəh-Kürdəxanı dairəvi yolunun mühafizə zonasında yerləşir.
28. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı şəhəri Ləhiş bağ massivində yerləşən 6097a saylı bağ sahəsinin faktiki ölçüsü 831 kv.m. sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınması, çıxarışın və plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
29. Aşağı instansiya məhkəmələri iddiaçının mövqeyi ilə razılaşaraq iddianın əsaslı olduğu qənaətinə gəlmişlər. Hazırda cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş edir.
30. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
31. Bağ sahəs inin Bilgəh-Kürdəxanı dairəvi avtomobil yolunun mühafizə zonasında yerləşməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibət bildirən məhkəmə tərkibi qeyd edir ki, göstərilən bu hal, Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi tərəfindən verilmiş məktubla təkzib edilir. Belə ki, Azərbaycan Avtomobil yolları Dövlət Agentliyinin yolun qorunma (mühafizə) zolağı barədə məktubundan göründüyü kimi, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsinə (Avtomobil yollarının qorunma (mühafizə) zolaqları) əsasən, yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Bu səbəbdən Bilgəh-Kürdəxanı dairəvi avtomobil yolu yaşayış məntəqəsindən keçdiyi üçün (Sabunçu rayonu) sözügedən torpaq sahəsinin (6097a saylı bağ sahəsi) yerləşdiyi ərazidə qorunma (mühafizə) zolağı nəzərə alınmır.
32. İddiaçı əcnəbi olduğundan qanunvericiliyin tələblərinə əsasən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmalı olmaması ilə bağlı kassasiya şikayətinin dəlilinə gəlincə, məhkəmə tərkibi qeyd edir ki, qanunverici əcnəbinin adına torpaq sahəsinə xüsusi mülkiyyət hüquqlarının qeydiyyatını istisna etmir. Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələri üzərində mülkiyyət hüququ vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçə bilər, lakin həmin şəxslər bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq torpaq sahəsini özgəninkiləşdirməlidirlər.
33. T orpaq Məcəlləsinin 49-cu maddəsində əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş, lakin sonradan digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüquqları (gözlənilən mülkiyyət hüququ) ilə bağlı norma öz əksini tapmamışdır.
34. Lakin, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi təsbit edilmişdir. Başqa sözlə, torpaq islahatı zamanı iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmaqla, sözügedən torpaq sahəsi əvəzsiz olaraq ona ve rilmiş, torpaq sahəsi əvəzsiz olaraq ona verildiyindən mülkiyyət hüquqlarının qeydə alınmasına iddiaçının qanuni gözləntisi yaranmış, lakin iddiaçı torpaq üzərində mülkiyyət hüquqlarını qeydə aldırmadan başqa dövlətin vətəndaşlığını qəbul etmişdir.
35. Belə olan halda, məhkəmə tərəfindən qiymət verilməli olan məsələ, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasına qanuni gözləntisinin hazırkı halda ona sözügedən torpaq üzərində mülkiyyət hüququnu qeydə aldırmaq imkanını veribverməməsidir. Bu hala qiymət verilməsi isə mülkiyyət hüququnun anlayışının təhlilini tələb edir.
36. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə x as olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən,... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).
38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi a nlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı).
39. Hazırkı halda, iddiaçı ona məxsus torpaq sahəsi üzərində hüquqlarını qeydə aldır madan vətəndaşlığını dəyişsə də, yuxarıda qeyd olunan hüquqi mövqe baxımından onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına dair legitim gözləntisi olmuşdur və bu gözlənti isə ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmağa hüquqi imkan verir. Belə ki, sözügedən torpaq sahəsi ona qanuni əsaslarla daimi istifadəyə verilmiş (bu hal tərəflər arasında mübahisələndirilmir), eyni zamanda torpaq islahatı zamanı iddiaçının həmin torpaq sahəsini özəlləşdirmək üçün qanuni imkanı olmuş, lakin iddiaçı həmin imkandan istifadə etmədən digər dövlətin vətəndaşlığını qəbul etmişdir. İddiaçının ona verilmiş hüquqlardan vaxtında istifadə etməməsi, artıq əldə edilmiş hüquqlarının itirilməsi ilə nəticələnə bilməz.
40. Lakin iddiaçının hal-hazırda xarici ö lkənin vətəndaşı olması nəzərə alındıqda, Topraq Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulan 1 (bir) il ərzində özgəninkiləşdirmək öhdəliyi iddiaçıya da şamil olunmalıdır və bu məhdudiyyət legitim məqsəd daşıyır, o cümlədən “ədalətli balans”a xidmət edir.
41. Odur ki, mübhisələndirilən qərar dəyişdirilməli, Bakı şəhəri Ləhiş bağ massivində yerləşən 6097a saylı bağ sahəsinin faktiki ölçüsü 831 kv.m. sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının iddiaçı tərəfindən bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin plan və ölçünün verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
42. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi, QƏRARA ALDİ: Cavabdehin verdiyi kassasiya şikayəti qismən təmin ed ilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-379/2021 saylı iş üzrə 06 aprel 2021-ci il tarixli qərarı dəyişdirilsin. İddiaçı Mamedovi Pakhradinin (İddiaçı) Bakı şəhəri Ləhiş bağ massivində yerləşən 6097a saylı bağ sahəsinin faktiki ölçüsü 831 kv.m. sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının iddiaçı tərəfindən bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin plan və ölçünün verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qərar qətidir. Sədrlik edən: Kəmaləddin Bədəlov Hakimlər: Nigar Rəsulbəyova İlqar Hüseynov (xüsusi rəy) Mamedovi Pakhradin (İddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlak ın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (№ 2-1(102)-2130/2021) hakim İlqar Hüseynovun XÜSUSİ RƏYİ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0, 8.0.7-ci maddələrinin iddiaçının hazırkı məzmunda tələbinə (dəqiqləşdirilmiş ərizəyə əsasən “xüsusi mülkiyyət hüququnun qeydiyyata alınması”) münasibətdə tətbiqi ilə bağlı həmkarlarımın qənaəti ilə razı deyiləm. Belə ki, həmin normanın iddia olunan məzmunda tələbə münasibətdə tətbiqini Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48-ci maddəsinin 3-cü bəndinin tələbi istisna edir. Həmin normanın tələbinə görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələ rini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. İddia olunan bağ torpaq sahəsi 1994-cü ildə iddiaçının mülkiyyətinə verilməmişdir. Məhkəmə kollegiyasının “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə istinadı da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Həmin normaya görə (Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi), vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-3-cü hissələrinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Normaların məzmunundan göründüyü kimi, qanunverici vətəndaşların qanuni istifadəsindəki fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verildiyini bəyan edir. Eyni zamanda, torpaqların qanunvericiliklə müəyyən edilmiş qayd ada verilməli olduğunu təsbit edir. 9-cu maddənin adından, 10-cu maddənin isə məzmunundan da göründüyü kimi, burada, söhbət torpaq sahəsinin özəlləşdirilməsindən, bağ torpaq sahələrinin özəlləşdirilməsi zamanı həmin torpaq sahələrinin üzərində olan tikililərin, ağacların və digər obyektlərin hüquqi taleyinin həllindən gedir. Başqa sözlə, qanunvericinin bəyan etdiyi hüquqlara sahib olmaq üçün torpaq sahəsinin özəlləşdiriliməsi proseduruna (həm də, istifadəsində torpaq sahəsi olan vətəndaşın öz arzusu ilə) əməl olunması tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 №-li Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının id arəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 786 №-li Fərmanı ilə ləğv edilmişdir) müddəalarına görə, bu Əsasnamə «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərr üfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları isə hər bir kooperativ üzvünün mülkiyyətinə verilir.
2. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir.
4. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir.
5. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində döv lət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
6. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir.
7. Həmin torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır. Qeyd olunan normaların tələbləri və hazırkı işin faktiki halları, o cümlədən, 1957ci ildə Gürcüstanda doğulmuş, hazırda Gürcüstan vətəndaşı olan iddiaçının vaxtilə Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olduğunu təsdiq edən sənədin, mənsub olmuşsa, Azərbaycan Respublikasının vətəndaşlığına hansı vaxtdan xitam verildiyinə dair məlumatın işdə olmadığı, lakin Gürcüstan Dövləti tərəfində n iddiaçıya 2017-ci il 28 mart tarixdə verilmiş şəxsiyyət vəsiqəsinə görə onun ən azından həmin tarixdən Gürcüstan vətəndaşı olduğu, 1994-cü ildə onun (hüquqmüəyyənedici sənədin iddiaçıya məxsus olduğu qəbul edildikdə) qanuni istifadəsinə verilmiş bağın altındakı torpaq sahəsini yuxarıda istinad edilən normativ aktların tələblərinə uyğun olaraq özəlləşdirmək (torpağı öz mülkiyyətinə keçirmək) üçün Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olduğu vaxtda səlahiyyətli orqana ərizə ilə müraciət etmədiyi nəzərə alındıqda, iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etməmişdir. Məhkəmə tərkibi də təsdiq edir ki, torpaq islahatı zamanı iddiaçının həmin torpaq sahəsini özəlləşdirmək üçün qanuni imkanı olmuş, lakin iddiaçı həmin imkandan istifadə etmədən digər dövlətin vətənda şlığını qəbul etmişdir. Beləliklə, iddiaçı istifadəsində olan torpaq sahəsini, bunun üçün qanuni imkan olduğu halda, özəlləşdirməmiş, torpaq sahəsi dövlət mülkiyyətində qalmış, digər dövlətin vətəndaşlığını qəbul etdikdən sonra isə, həmin torpaq sahəsini özəlləşdirmək (öz mülkiyyətinə keçirmək) imkanını itirmişdir. Belə olan halda, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməzdi. məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməli idi. Hakim İlqar Hüseynov Apellyasiya instansiyası