Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2131/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: məlumat vərəqəsinin tərtib edilməsi. GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), X1, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı məlumat vərəqəsinin tərtib edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-137/2019 saylı 16 yanvar 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 28.08.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 08.06.2017-ci il tarixdə İİ qrup əlillik təyin edilmişdir. İddiaçıya 08.06.2017-ci il tarixdən ikinci dərəcəli əlil kimi əmək pensiyası təyin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3662/2017 saylı, 19.10.2017-ci il tarixli qərarı ilə İddiaçı 11.11.1975-ci ildən 25.12.1977-ci il tarixinədək Sovet ordusu sıralarında hərbi xidmətdə olduğu, 1978-ci ilin fevral ayından 1978-ci ilin iyul ayınadək, 1978-ci ilin iyul ayından 1984-cü ilin dekabr ayınadək, 1984-cü ilin dekabr ayından 1987-ci ilin noyabr ayınadək, 03.11.1987-ci ildən 27.12.1993-cü ilədək işlədiyi dövrlər sığorta satj ına daxil edilməklə İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi DSMF-nun Suraxanı rayon Şöbəsinin üzərinə qoyulmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-540/2018 saylı 09.03.2018-ci il tarixli qərarı ilə DSMF-nun Suraxanı rayon Şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3662/2017 saylı, 19.10.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ona Daxili İşlər Nazirliyinin xətti ilə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinin 20.08.2018-ci il tarixli 027-3853C-3218 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, Daxili İşlər Nazirliyinin xətti ilə əlilliyə görə pensiya təyin edilmə si üçün xəstəliyin DİO-da xidmətkeçmə dövrü ilə bağlı alındığını təsdiq edən DİN-in Xüsusi həkim komissiyasının “xəstəlik haqqında şəhadətnaməsi” və əlilliyin DİO-da xidmətkeçmə dövrü ilə bağlı alındığını təsdiq edən Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarış təqdim edilməlidir. Bundan əlavə, xidmtə illərinin hesablanması əməkdaşın xidmətə etdiyi orqanın kadrlar qurumu tərəfindən aparılır. Müvafiq sənədlərin tərtib edilməsi barədə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə müraciət edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin 21.08.2018ci il tarixli 022/9-3564C-4218 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, AR DİN xətti ilə pensiya alınması üçün sonuncu xidmət yeri olan Rusiya Federasiyası DİN tərəfindən o na pensiya təyin olunmalı və pensiya işi rəsmi qaydada AR DİN-nin Maliyyə Plan İdarəsinə göndərilməlidir.Yalnız bu halda DİN xətti ilə pensiya təyin olunması məsələsinə baxıla bilər. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək stajının 08.06.2017-ci il tarixdən hesablanması və 12 ilə yaxın DİN-də çalışdığını nəzərə alaraq bu əmək stajının dövlət qulluqçusunun stajı kimi hesablanması barədə məlumat vərəqəsinin verilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4038/2018 saylı, 06 noyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin olunmamışdır. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin olunması xahiş edilmişdir. Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-137/2019 saylı 16 yanvar 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4038/2018 saylı, 06 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının işləmiş olduğu vəzifələrin təsnifatı “Dövlət qulluğu haqqında” Qanun ilə tənzimlənmir. Həmçinin iddiaçının xidmət illərinə görə pensiya hüququnun yaranması üçün zəruri xidmət illərinin mövcudluğu (20 təqvim ili və daha çox) iş üzrə müəyyən edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-137/2019 saylı 16 yanvar 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçıya münasibətdə 01.07.2017-ci ilədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun müddəaları nəzərə alınmalıdır. Bundan əlavə, "X2 iştirakçısı olan dövlətlərin daxili işlər orqanları əməkdaşlarının pensiya təminatı və dövlət sığorta qaydaları haqqında" Sazişə əsasən MDB dövlətlərinin DİO-da çalışmış xüsusi rütbəli əməkdaşlarının pensiya təminatı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsi tərəfindən həyata keçirilməlidir. Kassator İPM-nin 52, 68.2, 73.1, 82, 87.8-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-137/2019 saylı 16 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil1 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-137/2019 saylı 16 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-137/2019 saylı 16 yanvar 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası B akı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-137/2019 saylı 16 yanvar 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçının tələbi əmək stajının 08.06.2017-ci il tarixdən hesablanması və 12 ilə yaxın DİN-də çalışdığını nəzərə alaraq bu əmək stajının dövlət qulluqçusunun stajı kimi hesablanması barədə məlumat vərəqəsinin verilməsidir. “Dövlət qulluğu haqqında” AR Qanununun 2.3-cü maddəsinə əsasən daxili işlər orqanlarında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiy mətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. 21 iyun 2001-ci il tarixli 168-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. Həmin maddənin 1 sentyabr 2005-ci il tarixli 977-İİQD nömrəli Azərbaycan Respublikası Qanunu (Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 871) ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyasına əs asən, xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 25 il və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər (imtiyazlı hesablama ilə). Həmin Əsasnamənin 145-ci maddəsində qeyd edilir ki, daxili işlər orqanları əməkdaşlarının pensiya təminatı, pensiya təyin edilərkən xidmət müddətinin hesablanma qaydaları Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 29 aprel 1992-ci il tarixli Qanununun 12-ci maddəsinin «a» bəndinə əsasən, (01 sentyabr 2004-cü il tarixədək qüvvədə olmuş redaksiyası) xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. Həmin Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə 01 sentyabr 2004-cü il tarixli, 728-İİQD saylı Qanuna əsasən həmin Qanunun 12-ci maddəsinin «a» bəndindəki «20 il» sözləri «20 təqvim ili» sözləri ilə əvəz edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qanunvericiliyinin tələblərinə görə təqvimi hesablama ilə 20 təqvim ili xidməti olan şəxslərin xidmət illərinə görə pensiya hüququnun olması müəyyən edilmişdir. Hazırkı iş üzrə iddiaçının tələb olunan 20 təqvim ili xidmət keçməsi iş materialları ilə öz təsdiqini tapmır. Beləliklə, yuxarıda sadalanan normaların tələblərinə uyğun olaraq iddiaçının işləmiş olduğu vəzifələr dövlət qulluğuna aid olmadığından onun xidmət illərinin hesablanması da “Dövlət qulluğu haqqında” Qanunla tənzimlənməməklə yanaşı, onun hərbi qulluqçu kimi xidmət illərinə görə pensiya hüququnun da yaranması üçün zəruri xidmət illərinin mövcudluğu iş üzrə müəyyən edilmir. Belə olan halda, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. AR İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM- nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-137/2019 saylı 16 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2131/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2131/2019
28.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver