Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2131/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin Şəki şəhər filialına qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-2131/2020) (Açar sözlər: əlilliyə görə pensiya təyin olunması, xx.xx.2017-ci il tarixədək əlil sayılmış şəxslərə əlilliyə görə pensiya təyin olunması üçün pensiya kapitalının nəzərə alınmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mü dafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Şəki şəhər filialına qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi, müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsi tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(107)-316 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1977-ci il tarixdə doğulmuşdur və uşaqlıqdan üçüncü qrup əlil olduğuna görə ona 2005-ci ildən ömürlük müavinət təyin olunmuşdur.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və xx.xx.2019-cu il tarixli məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən onun tələb olunan pensiya kapitalı olduğu halda əlilliyə görə pensiya almaq hüququ vardır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ona xx.xx.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2017-ci il tarixdən ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin ona əlilliyə görə pensiya təyin etməkdən imtinası əsassızdır. Çünki 1999-cu il tarixdə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu bitirdikdən sonra xx.xx.2001-ci il tarixdə Şəki rayon Aşağı Göynük kənd orta məktəbinə musiqi müəllimi ixtisası üzrə işə qəbul olunmuş və həmin vaxtdan hal-hazıradək bu məktəbdə müəllim işləyir. İİİ qrup əlilldir və ayda 110 manat məbləğində sosial müavinət alır.
7. Cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçı əlilliyə görə əmək pensiyası təyin olunması üçün xx.xx.2019-cu il tarixdə müraciət et mişdir. İddiaçının tələb olunan pensiya kapitalı olmadığından əmək pensiyası almaq hüququ olmamışdır. «Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsinə istinadən müraciət tarixinə 42 yaşı tamam olduğundan əmək pensiyası təyin olunması üçün 9 il sosial sığorta stajı və 16200 manat pensiya kapitalı tələb olunur. İddiaçının əmək kitabçasına və fərdi uçot məlumatlarına əsasən xx.xx.2006-cı il tarixədək təhsil müddəti də daxil edilməklə 8 il 1 ay sosial sığorta stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 10 il sosial sığorta stajı müəyyən olunmuşdur. İddiaçıya hazırda İİİ qrup əlilliyə görə sosial müavinət ödənilir.
8. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-484/2020 nömrəli qərarı ilə (hakim İ.Cabbarov) iddia təmin edilərək, cavabdeh Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı xx.xx.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2017-ci il tarixdən ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1977-ci il tarixdə doğulmuşdur onun hüququ yarandığı xx xxxx 2017-cı il tarixdə 40 yaşı olmuşdur. Həmin tarixdən ona əlilliyə görə pensiya təyin edilməsi üçün 8 il 4 ay sosial sığorta stajı tələb olunurdu (40 il - 15 il = 25 x 4 ay / 12 = 8 il 4 ay). İddiaçının məhkəməyə təqdim etdiyi ******* nömrəli əmək kitabçasına və AB-İİ seriyalı 048927 nömrəli diplomuna əsasən isə iddiaçının həmin tarixə tələb olunan 8 il 4 ay sosial sığorta stajı var. xx.xx.2006-cı il tarixinə kimi təhsil müddəti də daxil edilməklə 8 il 1 ay, xx.xx.2006-cı ildən xx.xx.2017-ci il tarixinə kimi PAS-da qeyd olunan fərdi uçot məlumatlarına əsasən 10 il sosial sığorta stajı vardır. İddiaçıya xx.xx.2017-ci il tarixdən qüvvədə olan qanunvericiliyə əsasən onun sığorta stajı pensiya təyin edilməsinə əsas verirdi.
10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 21(107)-316 nömrəli qərarı ilə (hakimlər R.Rəfiyev (sədrlik edən və məruzəçi), V.Məlikov və A.Mahmudov) apelyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxla nmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyini əsaslı saymış və onunla razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri 14.1. Kassasiya şikayətində göstərilir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. Təqdim edilmiş sənədlərə baxılmış, xx.xx.2017-ci il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə istinadən müraciət tarixinə tələb olunan 16.200 manat pensiya kapitalı olmadığı üçün iddiaçının əmək pensiyası almaq hüqu qunun yaranmadığı müəyyən olunmuşdur. 14.2. Bundan başqa, əmək pensiyasının xx.xx.2017-ci il tarixindən təyin edilməsi və habelə yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Nəzərə almaq lazımdır ki, iddiaçı bu vaxta qədər əlilliyə görə sosial müavinət almışdır. Məlumdur ki, sosial müavinətlər dövlət büdcəsindən, əmək pensiyaları isə Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən maliyyələşdirilir. Göründüyü kimi məhkəmə qərarı ilə müxtəlif büdcələr üzrə əvəzləşdirmə aparılmışdır. b. Kassasiya şikayətinə qarşı etiraz
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə tərə flərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə
149. Normativ hüquqi aktlar Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliy yətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə
11. Əlilliyə görə əmək pensiyası 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qruplar, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğu n olaraq müəyyən olunur. Maddə
12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir (xx xxxx 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada).
19. «Vətəndaşların pensiya təminatı haqqında» qanun Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri ğ) ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Ma ddə 42. (İİİ hissə) On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz.
21. İnzibati icraat haqqında Azərbaycan Respublikasının qanunu Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə
17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü m addələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Belə ki, iddi a tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə hazırki iddianın təmin olunması üçün iki şərt:
1. İddiaçının əlil olması;
2. İddiaçının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması zəruridir.
27. İşə baxmış məhkəmələr işin hallarını bu normanın dispozisiya şərtləri əsasında araşdıraraq müəyyən etmişdir ki, iddiaçıya uşaqlıqdan üçüncü dərəcəli əlillik təyin olunmuşdur və bu, işin mübahisəsiz halıdır. Yəni Qanunun 12.1-ci maddəsində nəzərdə tutlmuş birinci dispozisiya şərti mövcuddur. 28. məhkəmlər həmçinin müəyyən etmişdir ki, iddiaçı xx.xx.1977-ci il tarixdə doğulmuş, xx.xx.2017-ci il tarixdə 40 yaşı ol muşdur. Həmin tarixdən ona əlilliyə görə pensiya təyin edilməsi üçün 8 il 4 ay sosial sığorta stajı tələb olunurdu (40 -1 5 = 25 x 4 / 12 = 8 il 4 ay). İddiaçının ümumi iş stajı isə xx.xx.2006-cı il tarixinə kimi təhsil müddəti də daxil edilməklə 8 il 1 ay, xx.xx.2006-cı ildən xx.xx.2017-ci il tarixinə kimi PAS-da qeyd olunan fərdi uçot məlumatlarına əsasən 10 il sosial sığorta stajı təşkil edir.
29. Məhkəmələrin bu qənaəti iş materiallarına və əlilliyə görə pensiya təyin olunmasını tənzimləyən maddi hüquq normalarına (“Əmək pensiyaları haqqında” Qanunun 11, 12.1-ci maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin ğ) bəndinə və Əmək Məcəlləsinin 42-ci maddəsinə) uyğundur.
30. Cavabdeh iddiaçıya əlilliyə görə pensiya ödənilməsini mümkünsüz edən hal kimi həm də iddiaçının fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olmamasına istinad etmişdir. Lakin cavabdehin bu etiraz dəlili əsasızdır. Çünki “Əmək pensiyaları haqqında” Qanunun əlilliyə görə pensiya təyin olunması şərtlərini müəyyən edən 12.1-ci maddəsinin xx xxxx 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasında əlillərə pensiya təyin edilməsi üçün pensiya kapitalının olması tələb olunmurdu. İddiaçı xx.xx.2017-ci ilədək üçüncü qrup əlil idi və xx.xx.2006-cı il tarixdə ona əlilliyə görə pensiya təyin olunmasına imkan verən sosial sığorta stajına malik idi.
31. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmə tərəfindən müxtəlif büdcələr üzrə əvəzləşdirmə aparılması barədə dəlili ilə bağlı qeyd edir ki, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşən sosial təminat hüququnun növlərinin konkretləşdirilməsində dövlətin mülahizə sərbəstliyinə sosial təminat hüququnun Konstitusiya ilə təmin olunması qanunvericinin mülahizə sərbəstliyinə müəyyən məhdudiyyətlər qoyur. 32 Birincisi qanunverici bu hüququn səmərəli realizəsinin təmin olunmasından imtina edə bilməz. Bu səbəbdən də həmin hüququn tənzimlənməsi zamanı qanunda nəinki bilavasitə Konstitusiyanın 38-ci maddəsində göstərilən sosial təminat növlərini müəyyənləşdirmək, həmçinin proporsional sosial təminat meyarlarına cavab verən, pensiya və müavinətlərin ödənilməsi üçün vacib olan vəsaitlərin akkumulyasiyasına imkan verən, o cümlədən müvafiq ödəmələri həyata keçirən sabit, gözlənilən, səmərəli və ədalətli sosial müdafiə sistemini müəyyən et mək öhdəliyi qanunvericinin üzərinə düşür.
33. İkincisi, sosial hüquqların təmin edilməsi dövlətin maddi imkanlarından asılı olsa da, Konstitusiyanın 38-ci maddəsinin İV hissəsinin məzmununa əsasən dövlət bu hüquqları minimum səviyyədə təmin etməlidir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, bilavasitə Konstitusiyanın 38-ci maddəsindən irəli gələn, göstərilən pozitiv öhdəliklərdən başqa, qanunverici özünün konstitusion səlahiyyətləri çərçivəsində sosial təminatın konkret növünün məzmununu qanunlarda konkretləşdirmişdirsə, onun müdafiəsi də konstitusion əhəmiyyət qazanır. Şəxs tərəfindən sosial təminatın bu və ya digər növünün alınmasının qanunla müəyyən edilmiş şərtlərinə riayət edildikdə, dövlət onların realizəsinə təminat verməlidir.
35. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qa nunun 1.0.2, 21 və 23-cü maddələrinə istinad olunmaqla bildirilir ki, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas şərt – işlədiyi dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir.
36. Lakin kassator nəyə görə bu məsələdən bəhs etdiyini sonradan açıqlamır, iddiaçı tərəfindən işlədiyi müddətdə sosial sığorta haqlarının ödənilmədiyini bildirmir (mübahisələndirmir), bu barədə hər hansı sübut təqdim etmir və ya bu xüsusatın araşdırılmasını tələb etmir. Əksinə, cavabdehin Şəki İnzibati Məhkəməsinə ünvanlandığı xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək 5577,08 manat pensiya kapitalı vardır. Buna gərə də məhkəmə kollegiyası “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 21 və 23-cü maddələ rinə istinadı, apelyasiya məhkəməsinin qərarının ləğvinə əsas saymır.
37. Məhkəmə kollegiyası apelyasiya instansiyasının əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən maddi hüquq normalarına uyğun hesab edir. İddiaçının kassasiya şikayətində irəli sürdüyü dəlillər əslində onun əvvəlki instansiya məhkəmələrində irəli sürdüyü dəlillərlə oxşardır və məhkəmələr həmin dəlillərə əsaslı cavab vermişdir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsas vermir.
38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.x x.2020-ci il tarixli 2-1(107)316 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.