Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2131/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini, 61 yaş, nasos qurğularının maşinisti, texnoloji nasosların maşinisti peşəsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosia l Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1997/2021 saylı, 12 avqust 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.X-cü il tarixdə doğulmuşdur. İddiaçı 06.05.1976-ci il tarixdən 26.01.1984-cü il tarixədək 3-cü dərəcəli sürücü, 26.01.1984-cü il tarixdən 29.07.1993-cü il tarixədək 2-ci dərəcəli sürücü vəzi fəsində işləmiş, 23.02.2002-ci ildən 14.05.2002-ci ilədək “Zəka” Müstəqil Kiçik müəssisəsində təchizatçı vəzifəsində işləmiş, 02.06.2003-cü ildən H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsində Neftin və suyun kompleks hazırlanması və nəqli sexində 4-cü dərəcəli təmirçi çilingər vəzifəsində işləmiş, 30.03.2011-ci il tarixdən nasos qurğularının maşinisti peşəsində, 24.06.2015-ci ildən 12.04.2018-ci il tarixədək susuzlaşdırma və duzlaşdırma qurğusunun operatoru peşəsində işləmişdir.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsi tərəfindən iddiaçıya ünvanladığı 30.12.2019-cu il tarixli məktuba əsasən iddiaçıya 15.03.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur və hal-hazırda 251,02 manat pensiya alır. Güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığı halda Xüsusi şərtlərlə təyinat İdarəsinə müraciət etməsi tövsiyə olunmuşdur.
3. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdehin iddiaçıya göndərdiyi 28.4.2020-ci il tarixli məktubda “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İddiaçının idarəyə təqdim etdiyi 11 may 1976-cı il tarixli əmək kitabçasında qeyd olunanlara əsasən 30.03.2011-24.06.2015-ci il tarixləri arasındakı dövr ərzində “H.Z.Tağıyev” adına Neft və Qazçıxarma İdarəsində Neftin kompleks hazırlanması və nəqli sahəsində işlədiyi nasos qurğularının maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ərizəsində qeyd etdiyi əsaslarla yenidən hesablanması mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir.”
4. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi H.Z.Tağıyev adına Neft və qazçıxarma idarəsi tərəfindən 3 iyun 2020-ci il tarixdə iddiaçıya ünvanlanmış arayışdan görünür ki, o, həqiqətən H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsində Neftin və suyun kompleks hazırlanması və nəqli sexində 02.06.2003-cü il tarixdən 30.03.2011-ci il tarixədək təmirçi-çilingər peşəsində işləyib. “Əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi”nə əsasən Neftin və suyun kompleks hazırlanması və nəqli sexində “təmirçi-çilingər” peşəsinin iş yerində zərərlik amillərinin dərəcələri üzrə təyin olunmuş ballara əsasən əmək haqqının hesablanmasında zərərli əmək şəraitində işlədiyinə görə onun tarif maaşına 1,08 (səkkiz faiz) artım əmsalı tətbiq edilmişdir. Neftin və suyun kompleks hazırlanması və nəqli sexində 30.03.2011-ci il tarixdən 09.04.2014-cü il tarixədək və Neftin kompleks haz ırlanması və nəqli sahəsində 09.04.2014-cü il tarixdən 24.06.2015-ci il tarixədək “nasos qurğularının maşinisti” - peşəsində işləyib. “Əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi”nə əsasən Neftin və suyun kompleks hazırlanması və nəqli sexində “nasos qurğularının maşinisti” peşəsinin iş yerində zərərlik amillərinin dərəcələri üzrə təyin olunmuş ballara əsasən əmək haqqının hesablanmasında zərərli əmək şəraitində işlədiyinə görə onun tarif maaşına 1,08 (səkkiz faiz) artım əmsalı tətbiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 20 avqust 2020-ci il tarixdə iddia ərizəsi ilə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun 30 noyabr 2015-ci il tarixdə 61 yaşı tamam olduğu vaxtdan gü zəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi H.Z.Tağıyev adına Neft və qazçıxarma idarəsində zərərli işlə yəni “Neftin və suyun kompleks hazırlanması və nəqli sexində təmirçi çilingər, nasos qurğularının maşinisti, susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru vəzifələrində 2 iyun 2003-cü ildən 11 aprel 2018-ci il tarixədək işləmiş. “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə əsasən 2006-cı ilə qədər ümumi əmək stajı 25 il və həmin stajın 12 il 6 ay əmək fəaliyyəti zərərli işlə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarının 60 yaşdan g üzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Onun 60 yaşı 15.09.2014-cü il tarixdə olmuşdur. O, bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş və ona cavab olaraq bildirilmişdir ki, 30 mart 2011-ci il tarixdən 24 iyun 2015-ci il tarixə qədər dövrlər ərzində “H.Z.Tağıyev” adına Neft və Qazçıxarma İdarəsində Neftin kompleks hazırlanması və nəqli sahəsində işlədiyi nasos qurğularının maşınisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında” nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun 12 il 6 aydan az təşkil edir. O, 30 mart 2011-ci il tarixdən 24 iyun 2015-ci il tarixə qədər dövrlər ərzində zərərli işlə məşğul olmağının dəqiqləşdirilməsi barədə işlədiyi “H.Z.Tağıyev” adına Neft və Qazçıxarma İdarəsinə müraciət etmiş, cavab olaraq ona bildirildi ki, həmin dövrlərdə olan əmək fəaliyyəti zərərli işlə məşğul olmuş və “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında” nəzərdə tutulmuş vəzifələrlə əmək şəraiti eynilik təşkil edir. O, yenidən 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququ 2011-ci il tarixdən təmin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdi. Lakin, 29 iyul 2020-ci il tarixdə poçt vasitəsi ilə ca vab olaraq formal əsaslarla sənədləri geri qaytarılmışdır. Əmək fəaliyyəti 1976-ci ildən başlayaraq 2018-ci il tarixə qədər davam etmişdir ki, ümumilikdə 30 ildən artıqdır. Əmək stajının 12 il 6 aydan artıq zərərli işlə məşğul olmuşdur. Əmək stajının təxminən bütün 15 il müddətini təmirçi çilingər, nasos qurğularının maşinisti, susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru vəzifələrində işləmişdir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən ötrü sənədlərini cavabdehə təqdim etmiş, 28.4.2020-ci il tarixli məktubla ona güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir.
7. Məhkəmə sorğusuna cavab olaraq, H.Z.Tağıyev adına NQÇİ tərəfindən 26.10.2020-ci il tarixdə daxil olmuş məktubda qeyd edilmişdir ki, NQÇİ-nin keçmiş işçisi iddiaçının işlədiyi nasos qurğusu nun maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın Xİİ “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 2-ci “Neft və qaz kondensatının hasilatı yarımbölməsində nəzərdə tutulmamışdır. Lakin nasos qurğularının maşinistinin icra etdiyi işlər 2 №-li siyahının həmin bölmə və yarım bölməsində nəzərdə tutulan texnoloji nasosların maşinisti (kod: 20130200a-14259) peşəsinin icra etdiyi işlərlə oxşardır. Belə ki, nasos qurğularının maşinisti neft, su və digər qarışıq mayelərin vurulmasında nasos qurğularına xidmət edir. Texnoloji nasosların maşinisti isə neftin, neft məhsullarının və başqa özlü mayelərin hazırlanması və vurulmasında nasos qurğularına xidmət edir. İddiaçı işlədiyi Neftin kompleks hazırlanması və nəqli sahəsinin Neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsində nasos qurğusunun maşinisti quyudan hasil olunan qarışıq mayedən müxtəlif texnoloji proseslər aparmaqla əmtəə neftinin (neft xammalının) hazırlanması işlərində neft, su və digər qarışıq mayelərin vurulmasında nasos qurğularına xidmət etmişdir. Yəni əmtəə neftinin hazırlanması texnoloji prosesində nasos qurğularına xidmət etmişdir. Azərbaycan Respublikası neft sənayesi sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası hissə 36-ya (Bölmə: Neft və neft məhsullarının, qazın, şistin, kömürün emalı və magistral boru kəmərlərinə xidmə t) əsasən texnoloji nasosların maşinisti peşəsinin əsas icra etdiyi işlər neft və qaz emalı müəssisələrində, magistral neft kəmərlərində və ötürücü neft bazalarında neftin, neft məhsullarının və başqa özlü mayelərin hazırlanması və vurulması üçün olan nasoslara xidmət etməkdir.
8. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi H.Z.Tağıyev adına Neft və qazçıxarma idarəsi tərəfindən iddiaçıya ünvanlanmış 8 aprel 2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.X-cü il təvəllüdlü iddiaçı H.Z.Tağıyev adına Neft və Qazçıxarma idarəsində Neftin və suyun kompleks hazırlanması və nəqli sexində 02.06.2003-cü il tarixdən 30.03.2011-ci il tarixədək texnoloji qurğuların təmirində “təmirçi çilingər”, həmin sexdə 30.03.2011-ci il tarixdən 01.01.2012-ci il tarixədək, Neftin kom pleks hazırlanması və nəqli sexində 01.01.2012-cı il tarixdən 09.04.2014-cü il tarixədək, Neftin kompleks hazırlanması və nəqli sahəsində 09.04.2014-cü il tarixdən 24.06.2015-ci il tarixədək texnoloji proseslərin aparılmasında «nasos qurğularının maşinisti», həmin sahəsində 24.06.2015-cı il tarixdən 12.04.2018-ci il tarixədək “susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru” peşəsində işləyib və bu peşələrdə işlədiyi müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci ıl tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 10-cu «Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2-ci “Neft və qaz kondensatının has ilatı” yarımbölməsinin “a” (fəhlələr) bəndinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı sayılır.
9. Bakı İnzibati Məhkəməsinin (hakim X3, 2-1(112)-1453/2021 saylı iş) 6 may 2021-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək iddiaçıya 30 noyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət tarixindən (15.02.2020) geriyə 3 il üzrə yəni, 15.02.2017-ci il tarixindən pensiya məbləğinin 15.03.2018-ci il tarixdən yaşa görə aldığı əmək pensiyası məbləği nəzərə alınmaqla hesablanıb ona ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi nasos qurğularının maşinisti peşəsi xüs usiyyətlərinə görə zərərli peşə olduğundan, işlədiyi müddət ərzində də işəgötürən tərəfindən zərərli sahədə işləməsi ilə əlaqədar olaraq güzəştlər tətbiq edildiyindən cavabdehin imtina əsası sosial ədalət prinsiplərinə uyğun deyildir. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaranması üçün 12 il 6 ay zərərli iş stajı 30.11.2015-ci il tarixdə tamam olmuşdur. Baxmayaraq ki, həmin tarixdə iddiaçının yaşı 61-dən çox olmuş, lakin o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün zəruri olan şərtləri 30.11.2015-ci il tarixdə tamamladığından, ona həmin tarixdən pensiya təyin olunmalıdır.
11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul etməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəm əsindəki icraat
12. Bakı İnzibati Məhkəməsinin mövqeyi razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X4-məruzəçi, X2 və X1, 2-1(103)-2997/2021 saylı iş) 12 avqust 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 6 may 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri 14. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır ol an işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
15. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir.
16. İddiaçının təqdim etdiyi 11 may 1976-cı il tarixli əmək kitabçasında qeyd olunanlar a əsasən 30.03.2011-24.06.2015-ci il tarixləri arasındakı dövr ərzində “H.Z.Tağıyev” adına Neft və Qazçıxarma idarəsində Neftin kompleks hazırlanması və nəqli sahəsində işlədiyi nasos qurğularının maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil etdiyindən ona münasibətdə Qanunun 9.1-ci maddəsi tətbiq edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
9. Güzəştli şə rtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt-1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyası) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 19. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışa nlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 20. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim e dilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
21. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan son ra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayə tin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
22. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkə məsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
25. İddiaçı xx xxxxxxxx X-cü ildə doğulmuş, 15 sentyabr 2015-ci ildə 61 yaşı tamam olmuşdur.
26. İddiaçı güzəştli şər tlə əmək pensiyası hüququ olduğunu bildirib cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının işlədiyi nasos qurğularının maşinisti vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda mövcud olmadığına, bu səbəbdən 12 il 6 ay güzəştli şərtlə əmək pensiyası hüququ verən peşədə işləmədiyinə görə ərizəni təmin etməmişdir.
27. Cavabdehin şikayətinin dəlilləri imtinanın dəlilləri ilə eyni olmuşdur.
28. Kasasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
29. İddiaçı dəqiqləşdirilmiş iddia tələbində bildirmişdir ki, 61 yaşı tamam olduğu vaxt, 30 noyabr 2015-ci ildə 12 il 6 ay güzəştli şərtlə əmək pensiyası hüququ verən peşədə işlədiyindən onun həmin vaxtdan pensiya hüququ yaranmışdır.
30. İddiaçının 61 yaşı 15 sentyabr 2015-ci il tarixdə tamam olsa da, 30 noyabr 2015-ci il tarixdən iddiaçıya pensiya təyin edilməsi cavabdehə həvalə olunmuş, pensiya fərqinin ödənilməsi, müraciətdən əvvəlki son 3 il üçün, yəni 15 fevral 2017-ci il tarixdən hesablanmış, lakin bu hissədən iddiaçı müvafiq olaraq apelyasiya və kasasiya şikayəti verməmişdir.
31. Odur ki, 30 noyabr 2015-ci il tarixdə iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququn yaranması üçün iki element müəyyən edilməlidir: 1) 30 noyabr 2015-ci il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması; 2) 30 noyabr 2015-ci il tarixədək azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
32. Məhkəmə kollegiyası vurğulayır ki, 15.03.2018-ci il tarixdən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçının 1 yanvar 2006-cı ildən 30 noyabr 2015ci il tarixə qədər ümumi iş stajının onun sığorta stajına daxil edilməsi ilə bağlı cavabdeh mübahisə açmamışdır. Bu səbəbdən həmin dövrün iddiaçının sığorta stajına daxil edilməməsi ilə bağlı məhkəmə kollegiyası hər hansı səbəb görmür.
33. İddiaçının əmək kitabçasında olan məlumatlara görə 06.05.1976-ci il tarixdən 26.01.1984-cü il tarixədək 3-cü dərəcəli sürücü, 26.01.1984-cü il tarixdən 29.07.1993-cü il tarixədək 2-ci dərəcəli sürücü vəzifəsində işləmiş, 23.02.2002-ci ildən 14.05.2002-ci ilədək “Zəka” Müstəqil Kiçik müəssisəsində təchizatçı vəzifəsində işləmiş, 02.06.2003-cü ildən H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsində Neftin və suyun kompleks hazırlanması və nəqli sexində 4-cü dərəcəli təmirçi çilingər vəzifəsində işləmiş, 30.03.2011-ci il tarixdən n asos qurğularının maşinisti peşəsində, 24.06.2015-ci ildən 12.04.2018-ci il tarixədək susuzlaşdırma və duzlaşdırma qurğusunun operatoru peşəsində işləmişdir. 34. 30 noyabr 2015-ci il tarixə ümumi iş stajı 25 ildən çoxdur.
35. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi H.Z.Tağıyev adına Neft və qazçıxarma idarəsi iddiaçıya ünvanlandığı 24 oktyabr 2019-cu il tarixli arayışında bildirmişdir ki, iddiaçı H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsində Neftin və suyun kompleks hazırlanması və nəqli sexində 02.06.2003-cü il tarixdən 30.03.2011-ci il tarixədək təmirçi-çilingər peşəsində işləyib. “Əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi”nə əsasən Neftin və suyun kompleks hazırlanması və nəqli sexində “təmirçi-çilingər” peşəsinin iş yerində zərərlik amilləri nin dərəcələri üzrə təyin olunmuş ballara əsasən əmək haqqının hesablanmasında zərərli əmək şəraitində işlədiyinə görə onun tarif maaşına 1,08 (səkkiz faiz) artım əmsalı tətbiq edilmişdir. Neftin və suyun kompleks hazırlanması və nəqli sexində 30.03.2011-ci il tarixdən 09.04.2014-cü il tarixədək və Neftin kompleks hazırlanması və nəqli sahəsində 09.04.2014-cü il tarixdən 24.06.2015-ci il tarixədək “nasos qurğularının maşinisti” peşəsində işləyib. “Əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi”nə əsasən Neftin və suyun kompleks hazırlanması və nəqli sexində “nasos qurğularının maşinisti” peşəsinin iş yerində zərərlik amillərinin dərəcələri üzrə təyin olunmuş ballara əsasən əmək haqqının hesablanmasında zərərli əmək şəraitində işlədiyinə görə onun tarif maaşına 1,08 (səkkiz faiz) artım ə msalı tətbiq edilmişdir (səh.19).
36. Məhkəmə sorğusuna cavab olaraq, H.Z.Tağıyev adına NQÇİ tərəfindən 20.10.2020-ci il tarixdə daxil olmuş məktubda qeyd edilmişdir ki, NQÇİ-nin keçmiş işçisi iddiaçının işlədiyi nasos qurğusunun maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın Xİİ “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 2-ci “Neft və qaz kondensatının hasilatı” yarımbölməsində nəzərdə tutulmamışdır. Lakin nasos qurğularının maşinistinin icra etdiyi işlər 2 №-li siyahının həmin bölmə və yarım bölməsində nəzərdə tutulan texnoloji nas osların maşinisti (kod: 20130200a-14259) peşəsinin icra etdiyi işlərlə oxşardır. Belə ki, nasos qurğularının maşinisti neft, su və digər qarışıq mayelərin vurulmasında nasos qurğularına xidmət edir. Texnoloji nasosların maşinisti isə neftin, neft məhsullarının və başqa özlü mayelərin hazırlanması və vurulmasında nasos qurğularına xidmət edir. İddiaçının işlədiyi Neftin kompleks hazırlanması və nəqli sahəsinin Neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsində nasos qurğusunun maşinisti quyudan hasil olunan qarışıq mayedən müxtəlif texnoloji proseslər aparmaqla əmtəə neftinin (neft xammalının) hazırlanması işlərində neft, su və digər qarışıq mayelərin vurulmasında nasos qurğularına xidmət etmişdir. Yəni əmtəə neftinin hazırlanması texnoloji prosesində nasos qurğularına xidmət etmişdir. Azərbaycan Respublikası neft sənayesi sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası hissə 36-ya (Bölmə: Neft və neft məhsullarının, qazın, şistin, kömürün emalı və magistral boru kəmərlərinə xidmət) əsasən texnoloji nasosların maşinisti peşəsinin əsas icra etdiyi işlər neft və qaz emalı müəssisələrində, magistral neft kəmərlərində və ötürücü neft bazalarında neftin, neft məhsullarının və başqa özlü mayelərin hazırlanması və vurulması üçün olan nasoslara xidmət etməkdir (səh.48-49).
37. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi H.Z.Tağıyev adına Neft və qazçıxarma idarəsi tərəfindən iddiaçıya ünvanlanmış 8 aprel 2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı H.Z.Tağıyev adına Neft və Qazçıxarma idarəsində Neftin və suyun kompleks hazırlanması və nəqli sexində 02.06.2003-cü il tarixdən 30.03.2011-ci il tarixədək texnoloji qurğuların təmirində “təmirçi çilingər”, həmin sexdə 30.03.2011-ci il tarixdən 01.01.2012-ci il tarixədək, Neftin kompleks hazırlanması və nəqli sexində 01.01.2012-ci il tarixdən 09.04.2014-cü il tarixədək, Neftin kompleks hazırlanması və nəqli sahəsində 09.04.2014-cü il tarixdən 24.06.2015-ci il tarixədək texnoloji proseslərin aparılmasında “nasos qurğularının maşinisti”, həmin sahədə 24.06.2015-cı il tarixdən 12.04.2018-ci il tarixədək “susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru” peşəsində işləyib və bu peşələrdə işlədiyi müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci ıl tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyas ı hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2-ci “Neft və qaz kondensatının hasilatı” yarımbölməsinin a) (fəhlələr) bəndinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı sayılır (səh.91).
38. Nasos qurğularının maşinisti peşəsinin əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli peşə sayılıb sayılmaması ilə bağlı araşdırma aparmaq məqsədilə məhkəmə tərəfindən işəgötürənə müvafiq sorğular ünvanlamışdır. Sorğuya cavab məktubundan aydın olur ki, nasos qurğularının maşinistinin icra etdiyi işlər texnoloji nasosların maşinisti peşəsinin icra etdiyi işlərlə oxşardır. İddiaçının işlədiyi Neftin kompleks hazırlanması və nəqli sahəsinin Neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsində nasos qurğusunun maşinisti quyudan hasil olunan qarışıq mayedən müxtəlif texnoloji proseslər aparmaqla əmtəə neftinin (neft xammalının) hazırlanması işlərində neft, su və digər qarışıq mayelərin vurulmasında nasos qurğularına xidmət etmişdir. Yəni əmtəə neftinin hazırlanması texnoloji prosesində nasos qurğularına xidmət etmişdir. Həmçinin, nasos qurğularının maşinisti və texnoloji nasosların maşinisti peşəsinin xüsusiyyətləri barədə məlumat sorğuya cavab məktubuna əlavə edilmişdir. Göründüyü kimi, nasos qurğularının maşinisti neft, su və digər qarışıq mayelərin vurulmasında nasos qurğularına xidmət edir. Texnoloji nasosların m aşinisti isə neftin, neft məhsullarının və başqa özlü mayelərin hazırlanması və vurulmasında nasos qurğularına xidmət edir. Həmçinin, “Azneft” İB H.Z.Tağıyev adına NQÇİ-nin 24 oktyabr 2019-cu il tarixli arayışından görünür ki, “Əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi”nə əsasən Neftin və suyun kompleks hazırlanması və nəqli sexində “nasos qurğularının maşinisti” peşəsinin iş yerində zərərlik amillərinin dərəcələri üzrə təyin olunmuş ballara əsasən əmək haqqının hesablanmasında zərərli əmək şəraitində işlədiyinə görə onun tarif maaşına 1,08 (səkkiz faiz) artım əmsalı tətbiq edilmişdir.
39. Bəhs olunanlara əsasən iddiaçının işlədiyi 2 iyun 2003-cü il tarixdən 30 noyabr 2015-ci il tarix dövrü olan 12 il 6 ayı güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşə sayması barədə apelya siya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. 40. “Əmək pensiyaları haqqında” Qanunun hüquq münasibətlərinin yarandığı vaxt (30 noyabr 2015-ci ildə) qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına əsasən, iddiaçının 30 noyabr 2015-ci il tarixdə güzəştli şərtlə yaşa görə pensiya hüququ yarandığından, kasasiya şikayətinin dəlilləri əsaslı olmamışdır.
41. Odur ki, kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1997/2021 saylı, 12 avqust 2021-ci tarixli qərarı dəyişdirilməd