Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2133/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı şəhəri Xəzər rayonu Buzovna bələdiyyəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ 30.07.2019 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, İddiaçı və vəkili Vəkil qızının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinə qarşı torpaq sahəsinin naturada ayrılıb verilməsi haqqında iddia tələbinə dair işə üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 aprel 2019-cu il tarixli qərardadından iddiaçıtərəfindən verilmiş kassasiya şika yətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 mart 2007-ci il tarixli 131 nömrəli sərəncamına əsasən iddiaçıya 500 kv.m torpaq sahəsinin naturada ayrılıb verilməsi öhdəliyinin cavabdeh bələdiyyənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli qərarı ilə (hakim.Z.Tağıyev; iş No 2-1(82)-226/2016) iddianın təmin edilməsi; Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin 27 mart 2007-ci il tarixli 131 nömrəli sərəncamına əsasən, iddiaçıya 500 kvadrat metr torpaq sahəsinin naturada ayrıl ıb verilməsi öhdəliyi cavabdeh Bələdiyyəyə həvalə edilməsi qərara alınmışdır. Qərar qanuni qüvvəsini aldıqdan sonra məhkəmə tərəfindən icraya yönəldilmiş və icra mərhələsində bir sıra icra hərəkətləri yerinə yetirilmiş, o cümlədən, cavabdehə 03.03.2017-ci il tarixli xəbərdarlıq olunaraq qərarın icra edilmədiyi halda cərimə tətbiq olunacağı barədə məlumatlandırılmış, 20.04.2017-ci il tarixli növbəti qərardadı ilə barəsində 200 manat məbləğində cərimə tətbiq olunmuş (həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin 18.07.2017-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır), daha sonra, yenidən qərarı icra etmədiyi halda cərimə tətbiq olunacağı barədə ona 19 iyul 2018-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş və məhkəmə 15.08.2018-ci il tarixli digər bir qərardadı ilə cavabdehə tə krar 500 manat cərimə təyin olunmuşdur (cərimə ödənilmişdir). Bundan sonra İddiaçı 28.01.2018-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh bələdiyyənin ona verməyə torpaq sahəsi olmadığı üçün, həmin torpaq sahəsinin dəyəri gün qiyməti ilə qiymətləndirilərək torpağın pulunun qaytarılmasına köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 fevral 2019-cu il tarixli qərardadı ilə (hakim.Z.Tağıyev; iş No 2-1(82)-226/2016) iddiaçının ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 aprel 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev və A.Nuriyeva; iş № 21(103)-1013/19) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnziba tiİqtisadi Məhkəməsinin 07 fevral 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti verərək, qərardadı ləğv edərək, araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə yeni qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətin in təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 aprel 2019-cu il tarixli qərardadını ləğv edərək, araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçının nümayəndəsi İddiaçı vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh bələdiyyənin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ A zərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Araşdırılan qərardaddan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, inzibati prosessual qanunvericiliyə görə, inzibati mübahisələrə dair işlər üzrə məhkə mə icraatında Azərbaycan Respublikası MPM-nin və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları o halda tətbiq olunur ki, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmasın. Belə ki, Azərbaycan Respublikası İPM-nin 116.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Bu Məcəllə ilə isə həm dövlət və ya bələdiyyələrin xeyrinə icra (m.118,), həm onlara qarşı olan pul tələblərinin icra edilməsi (m.119), həm də həmin orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi (m.120) qaydaları nəzərdə tutulmuşdur. Konkret halda, icra sənədi (qərar) iddiaçının xeyr inə olan inzibati orqanın üzərinə qoyulmuş öhdəliyin (vəzifənin), daha konkret, İPM-in 34.1-ci və 73-cü maddələrində nəzərdə tutulan qaydada 500 kv m torpaq sahəsinin naturada iddiaçıya ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. İPM-in bununla bağlı 120-ci maddəsinin müddaları aşağıdakı icra qaydasını nəzərdə tutur: 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzif əsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. İş üzrə müəyyən edilir ki, məhkəmə tərəfindən Məcəllənin qeyd olunan normalarının müəyyən etdiyi qaydalar çərçivəsində icra sənədinin icra edilməməsinə görə cavabdeh barəsində iki dəfə «200» və «500» manat məbləğlərində cərimə tətbiq olunmuşdur. İşin hallarından g örünür ki, icra sənədinin icra edilməsi üçün Məcəllənin 120.3-cü maddəsi ilə müəyyən olunan icra tədbirlərinin həyata keçirilmək imkanları tükənməmiş, əksinə, öhdəliyini icra etməyən cavabdeh barəsində təkrar cərimə tətbiq etmək səlahiyyəti mövcuddur. Belə olan halda, MPM-in 231.1-ci maddəsinə istinadən icra sənədində nəzərdə tutulan icranın üsulu dəyişdirilə bilməz. Birinci instansiya məhkəməsinin qərarından da məhz görünür ki, iddiaçının icra üsulunun dəyişdirilməsi barədə ərizəsinin rədd edilməsi işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür; iddiaçının kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublika sı İPM-nin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 11 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2133/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2133/2019
30.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver