Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2133/2020 01.12.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “müharibə veteranı müavinətinin hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)-299/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi ilə bağlı olaraq iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixində 056454 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və həmin tarixdə iddiaçıya müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 641 nömrəli Fər manına uyğun olaraq iddiaçıya təyin edilmiş müavinət xx.xx.2019-cu il tarixindən 80 manat məbləğində Prezident təqaüdü ilə əvəz edilmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin 1991-ci ilin mart ayından hesablanaraq iddiaçıya birdəfəlik ödənilməsini xahiş etmiş, cavabdeh isə xx.xx.2020-ci il tarixli, **********5 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.
3. Cavabdeh orqan imtinasını belə əsaslandırmışdır ki, iddiaçının sözügedən müavinəti almaq hüququ ona “müharibə veteranı” adı və vəsiqəsi verildiyi xx.xx.2015-ci il tarixindən təyin olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciə t edərək müharibə veteranları üçün nəzərdə tutulmuş aylıq müavinətin 1991-ci ilin mart ayından xx.xx.2015-ci il tarixinədək ödənilməmiş müharibə veteranı müavinətinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı 1990-cı illərdə Azərbaycan Respublikası uğrunda gedən döyüşlərdə iştirak etmiş, xx.xx.2015-ci ildən ona müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət verilməyə başlanılmışdır. İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş aylıq müavinətin əvvəlki dövrlər üçün ödənilməmiş hissəsinin ödənilməsi ilə bağlı DSMF-nin Göyçay Rayon Şöbəsinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir.
6. Cavabdeh iddia ərizəsiə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya müha ribə veteranı vəsiqəsi aldığı xx.xx.2015-ci il tarixindən müavinət ödənilir və xx.xx.2019-cu il tarixindən etibarən həmin müavinət Azərbaycan Respublikası Prezident təqaüdü ilə əvəz edilmişdir. Odur ki, iddia tələbi rədd edilməlidir.
7. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-554/2020 nömrəli qərarına əsasən (hakim – V.K.Qasımov) iddia tələbinin qismən təmin edilməsi, iddiaçıya xx.xx.2012-ci ildən xx.xx.2015-ci ilədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
8. Məhkəmə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsini rəhbər tutaraq hesab etmişdir ki, iddiaçıya xx.xx.2015-ci il tarixindən müharibə veteranı statusu verilmişdir və mövcud qanunvericiliyə əsasən ən çoxu müraciət edi lməzdən əvvəlki üç il üçün, yəni xx.xx.2012-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinət hesablanaraq ona ödənilməlidir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-554/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-299/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – R.R.Rəfiyev, hakimlər – V.İ.Məlikov və İ.H.Şükürov) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-554/2020 nöm rəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, iddiaçının müharibə veteranı vəsiqəsini aldığı xx.xx.2015-ci il tarixindən əvvəlki üç il üçün müavinət almaq hüququ vardır.
12. Məhkəmə qərarını cavabdeh xx.xx.2020-ci il tarixində almışdır.
13. Cavabdeh həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)299/2020 nömrəli qərarının ləğv edilməsini və ya işin yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKA YƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə iddiaçının müavinət təyin edilməsi üçün cavabdehə təqdim etməli olduğu zəruri sənəd xx.xx.2015-ci il tarixində əldə edilmişdir. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə görə həmin tarixdən əvvələ ona müavinət təyin edilməsi mümkün deyil. Çünki, iddiaçı hüququnun yarandığı tarixdən müavinəti almışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi b arədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təm inat hüququna malikdir.
19. Həmin maddənin 4-cü bəndinə görə, təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. 20. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 37 manat məbləğində sosial müavinət təsis edilmişdir.
21. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 168 nömrəli Fərmanına əsasən sözügedən müavinətin məbləği 55 manat müəyyən edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanı ilə həmin yarımbənd ləğv edilmişdir.
22. Azərbaycan Respublikası Prezidentinin xx.x x.2019-cu il tarixli, 641 nömrəli Fərmanı ilə xx.xx.2019-cu ilədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. 23. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.
25. Həmin Qanunun müddəalarına müvafiq olaraq veteran vəsiqəsi veteranlıq statusunu təsdiq edən sənəddir.
24. Müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı a dlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin və Əsasnamənin Silahlı Qüvvələrə tətbiqinə dair Müdafiə Nazirinin 4 saylı xx xxxxxx 1998-ci il Əmri ilə təsdiq edilmiş ‘Təlimat’ın tələblərinə uyğun olaraq verilir. 25. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
27. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Hazırkı qərarın 18-21-ci bəndlərində göstərilən normalara əsasən hər bir vətəndaşın qanunla nəzərdə tutulmuş hallarda sosial təminat hüququ var, sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir və qanunvericiliyə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət müəyyən edilmişdir.
32. Hazırkı qərarın 22-ci bəndində göstərilən Prezident təqaüdü təsis edildikdən sonra müharibə veteranlarına sözügedən müavinətin verilməsi dayandırılmış, onun əvəzində Prezident təqaüdü verilməsinə başlanılmışdır.
33. Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə görə də Prezident təqaüdünün təsis edildiyi tarixdən, yəni xx.xx.2019-cu il tarixindən sonra “müharibə veteranı” adı və vəsiqəsi almış şəxlərə “müharibə veteranı” vəsiqəsi aldığı tarixdən əvvəlki üç ilə görə müavinətin verilməsindən imtina edilir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1133/2020 nömrəli qərarı), həmin tarixdən əvvəl “müharibə veteranı” adı və vəsiqəsi almış şəxslərə münasibətdə isə işin halları nəzərə alınmaqla “Sosial müavinətlər haqqın da” Qanunun 9.1-ci maddəsi tətbiq edilir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1563/2020 nömrəli qərarı).
34. Hazırkı işin mübahisəsiz hallarından məlum olduğu kimi iddiaçı xx.xx.2015-ci il tarixində, yəni Prezident təqaüdü təsis edilməmişdən əvvəl “müharibə veteranı” adı və vəsiqəsi aldığına görə ona münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun tələbləri tətbiq olunmalıdır.
35. Hazırkı qərarın 26-cı bəndində göstərilən normanın məzmunundan aydın olur ki, aylıq müavinətlər onun almaq hüququnun yarandığı gündən, lakin “Sosial müavinətlər haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra təyin edilir və ən çoxu müraciət edilməzdən əvvəlki 3 il üçün ödənilir. Belə olan halda, hazırkı iş üzrə cavabdehin “iddiaçının sosial müavinət alması hüququnun on un veteran vəsiqəsinın aldığı vaxtdan yaranması” ilə bağlı mövqeyi əsassızdır.
36. Belə ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etdiyinə görə ona Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixində müharibə veteranı vəsiqəsi verilmişdir. “Sosial müavinətlər haqqında” Qanun isə xx.xx.2006-cı il tarixindən qüvvəyə minmişdir. Odur ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçının müraciət etməzdən əvvəlki 3 il üçün ona təyin olunmuş müavinəti tələb etmək hüququ vardır.
37. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inz ibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
38. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir.
39. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Qeyd olunanlara və İPM-in 96.8-ci maddəsinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-299/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.