Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2133/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa gö rə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.08.2021-ci il tarixli, 2-1(103)-2020/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1952-ci il tarixdə doğulmuşdur. İddiaçı 13.08.1975-ci ildə Kirov Elektrik şəbəkəsi “Azərbaşenerji”-də Nəsimi rayon stansiyasına növbətçi mühəndis qəbul olunmuş, 01.12.1975-ci ildə həmin yerdə dispetçer keçirilmiş, 01.04.1976-cı ildə həmin yerdə növbətçi mühəndis keçirilmiş, 01.01.1981-ci ildə İdarədə təhlükəsizlik texnikası və əməyin mühafizəsi üzrə stansiya mühəndisi keçirilmiş, 16.03.1985-ci ildə “Abşeron-500 kv” yarımstansiyasına rəis təyin olunmuş, 18.03.2002-ci ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmiş, 19.03.2002-ci ildə "xxxx" ASC "xxxx" MMC Mərkəzi YGEŞ 500 kv Abşeron YS-na rəis vəzifəsinə qəbul edilmiş, 31.01.2007-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin “e” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, 01.02.2007-ci ildə "xxxx" ASC-də İnkişaf və İnvestisiya İdarəsinin Təmir-Tikinti Şöbəsinin elektrik quraşdırma sahəsinə iş icraçısı vəzifəsinə təyin edilmiş, 17.09.2009-cu ildə “Elektrik avadanlıqlarının istismarına nəzarət və qəzaların təhlili xidmətinə mütəxəssis vəzifəsinə keçirilmiş, 01.06.2013-cü ildə Operativ Texniki Xidmətinə İ şəxs operativ personal vəzifəsinə keçirilmişdir. Əmək kitabçasında 28.02.2021-ci il qeydinə əsasən halhazırda işləyir. 2. "xxxx" ASC “X1 Şəbəkəsi” MMC-nin 02.07.2019-cu il tarixli arayışına əsasən iddiaçı həqiqətən 13.08.1975-ci il tarixdə (əmr №127-K, 12.08.1975) Azərbaşenerji Kirov Elektrik Şəbəkəsinin Nəsimi şəbəkə rayonuna növbətçi mühəndis vəzifəsinə işə qəbul edilmişdir. 16.03.1985-ci il tarixdə 500 kV-luq Abşeron YS-na rəis vəzifəsinə (əmr № 61, 07.03.1985) təyin edilmişdir. Əmək haqqına zərərli iş şəraitinə görə-10%, susuzluq şəraitinə görə isə - 20% əlavə əmək haqqı almışdır. 3. "xxxx" ASC “X1 Şəbəkəsi” MMC-nin iddiaçıya ünvanladığı 31.03.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı 16.03.1985-ci il tarixdə (əmr № 61 07.03.1985) 500 kV-luq “Abşeron” YS-na rəis vəzifəsinə təyin edilmiş, əmək haqqına zərərli iş şəraitində işlədiyinə görə əlavə 10% (500 kV-luq “Abşeron” YS-da işlədiyi müddətdə) hesablanara q hesabına köçürülmüşdür.
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona 57 yaşının tamam olduğu tarixdən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
5. Cavabdeh 10.09.2019-cu il tarixli məktubla bildirmişdir ki, iddiaçının “X1 Şəbəkəsi” MMC-də işlədiyi növbətçi mühəndis və yarımstansiya rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Bakı İnzibati Məhkəməsinə (bu ndan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, ona 57 yaşının tamam olduğu 2009-cu il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi, 2009-cu il tarixdən indiyədək pensiya ödənişində yaranmış fərqin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1985-ci il mart ayının 15-dən "xxxx"nin 500 kv-luq “Abşeron” y/s-da işləmişdir. İşlədiyi müddətdə zərərli iş şəraitinə görə əsas əmək haqqına 10% əlavə almışdır. Zərərli iş şəraitində 12 il 6 aydan çox işlədiyinə görə ona 57 yaşından pensiya verilməlidir. Bu barədə o, 2015-ci ildə DSMF-nun Xətai rayon Şöbəsinə, 2019-cu ildə DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ərizə ilə müraciət etmi ş və hər iki inzibati orqandan imtina almışdır.
8. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Etirazın məzmunu imtina məktubunun məzmununa uyğun olmuşdur.
9. Birinci instansiya məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(112)-356/2021 nömrəli (sədrlik edən hakim Pərviz Hüseynov) qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 01.05.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçının müraciət etdiyi tarixdən əvvəlki üç il üçün yaranmış pensiya məbləğindəki fərqin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, iddianın digər hissədə təmin edilməməsi qərara alınmışdır
10. Məhkəmə hesab etmişdir ki, cavabdeh həm iddia ərizəsinə yazılı etirazda, həm də imtina məktubunda iddia çının işlədiyi dövrü qəbul etməsə də, bunun əksini sübut edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir.
11. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
12. Birinci instansiya məhkəməsinin qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası 05.08.2021-ci il tarixli, 2-1(103)-2020/2021 nömrəli (hakimlər Azər Hüseynov - sədrlik edən və məruzəçi, Bəktaşi Səadət və Vidadi Məmmədov) qərarla cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 14.04.2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahi ş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayəti imtina məktubunun, iş materiallarında olan yazılı etirazın və apelyasiya şikayətinin məzmununa uyğundur. Belə ki, kassasiya şikayətinə əsasən iddiaçı tələb olunan 12 il 6 ay güzəştli iş stajına malik deyildir. İddiaçının “X1 Şəbəkəsi” MMC-də işlədiyi növbətçi mühəndis və yarımstansiya rəisi vəzifələri güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahısında yoxdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına ma lik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 18. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Ax ırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
19. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
20. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən ol unması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, və zifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1237/2019 saylı iş üzrə 14.05.2019-cu il tarixli qərarında X2 Təchizatı və Satışı İdarəsinin struktur tərkibinə daxil olan Yarımstansiya xidmətində aparıcı mühəndis vəzifəsi, eyni zamanda 330/230 kV-luq “İmişli” yarımstansiyasının xidmət rəisi, baş mühəndisi və rəis müavini vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsinin (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) “b” bəndində (rəhbərlər və mütəxəssislər) avadanlığın yerində təmiri üzrə vəzifələrdə görülən işlərin xarakteristikasına uyğun olduğu qeyd olunmuş və şəxsin həmin vəzifələrdə işlədiyi dövr güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı kimi qiymətləndirilmişdir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
23. Kassasiya mümkündür. Şika yət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Hazırkı mübahisəyə münasibətdə cavabdehin kassasiya şikayətinin əsas dəlili iddiaçının tələb olunan 12 il 6 ay güzəştli iş stajına malik olmaması, eyni zamanda onun “X1 Şəbəkəsi” MMC-də işlədiyi növbətçi mühəndis və yarımstansiya rəisi vəzifələrinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulmaması ilə bağlıd ır.
27. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlillərinə münasibətdə qeyd edir ki, iş üzrə materiallara iddiaçının iş yerindən müvafiq arayış əlavə edilmişdir və iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyə görə əmək stajının müəyyən olunması zamanı həmin sənəd nəzərə alınmalıdır.
28. Yuxarıda istinad olunan normalara əsasən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun 01.01.2006-cı il tarixədək azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajına malik olması tələb olunur.
29. İddiaçının tələb olunan 25 il ümumi iş stajına malik olması işin mübahisələndirilməyən halıdır.
30. İddiaçının “X1 Şəbəkəsi” MMC-də işlədiyi növbətçi mühəndis və yarımstansiya rəisi vəzifələrinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrin Azərbay can Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulmadığı barədə şikayətin dəlili ilə bağlı qeyd olunmalıdır ki, "xxxx" ASC-nin iş üzrə materiallara əlavə olunmuş arayışlarından iddiaçının yerinə yetirdiyi işin zərərli iş şəraitində yerinə yetirilən iş hesab olunduğu və zərərli iş şəraitində işlədiyinə görə iddiaçıya əmək haqqına əlavələr ödənildiyi görünür.
31. Bundan başqa, kassasiya instansiyası məhkəməsinin analoji işlər üzrə qərarlarında, o cümlədən yuxarıda istinad olunan 2-1(102)-1237/2019 saylı iş üzrə 14.05.2019-cu il tarixli qərarında iddiaçı ilə eyni peşədə işləmiş şəxslərə münasibətdə iddiaçının işlədiyi vəzifələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə kimi qəbul edilmişdir.
32. Həmçi nin nəzərə almaq lazımdır ki, mühəndis anlayışı ümumi anlayışdır, peşənin və ya vəzifənin növünü və onun peşə məzmunu ifadə edir. Növbətçi mühəndis anlayışı isə funksional anlamda vəzifəni və onun statusunu ifadə edir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, mühəndis anlayışı məzmun baxımından həm də baş və ya böyük, eləcə də növbətçi mühəndis vəzifəsini də ehtiva edir.
33. Yuxarıda istinad olunan normaların tələbinə görə, şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri ödənilmiş olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajın a malik olmalıdır. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Belə ki, güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iddiaçının 01.01.2006-cı ilə qədər 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajını topladığı məhkəmələr tərəfindən müəyyən edilmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hüququnun yarandığı tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır.
35. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsind ə nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
36. Nəticə etibarı ilə, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğundur. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.
37. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.08.2021-ci il tarixli, 21(103)-2020/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.