Məhkəmə qərarları › İş №2-1(102)-2133/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2133/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2133/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinin mülkiyyət hüququnun mərhum şəxsə məxsus olması barədə arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanın da Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli, 21(103)-124/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər X10 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 11/387 nömrəli qərarına əsasən kollektiv bağçılığın yaradılması məqsədi ilə Azərbaycan Neft və X4 qəsəbəsinin şimal-qərbində bağçılıq yoldaşlıq massivinin ərazisində 50 üzv üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır.

2. Azərb aycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasının 11 saylı 20 oktyabr 1989-cu il tarixli protokoluna əsasən Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 11/387 nömrəli qərarına əsasən Nardaran qəsəbəsi yaxınlığında Ləhiş torpaq sahəsində «Gülüstan-2» bağ sahəsində 17 saylı torpaq sahəsinin (500 kv.m) X2 adına hesab olunması və ona BY üzvlük vəsiqəsinin verilməsi qərara alınmışdır.

3. Bakı şəhər İcra Hakimiyyəti başçısının «Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə» xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamına əsasən Bağlar təsərrüfatı idarəsinin bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti aparatının d eputatları ilə birlikdə bağ-tikinti kooperativlərinin tərkibində iki və daha çox il bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən belə vətəndaşlar barədə yerində akt tərtib etməsi, akt əsasında da abadlıq və becərmə işləri görməyən belə vətəndaşlardan həmin bağ sahələrinin geri alınması və onlardakı orderlərin etibarsız sayılması, geri alınmış bağ sahələrinin Bağlar təsərrüfatı idarəsində növbədə dayanan vətəndaşların istifadələrinə verilməsi qərara alınmışdır.

4. «Gülüstan-2» bağçılıq yoldaşlıq təsərrüfatına dair xx.xx.2005-ci il tarixli akt tərtib edilərək Ləhiş ərazisində Azərbaycan Dövlət Neft Akademiyasına ayrılmış torpaq sahələrinə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamına əsasən baxış keçirilmiş və həmin bağ sahələrinə dair kitabçaların və orderlərin ləğv olunması məqsədəuyğun hesab edilmişdir.

5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində yerləşən 17 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

6. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Bakı ŞlHB-nın xx.xx.1992-ci il tarixli, 941 saylı sərəncamının icrası ilə bağlı tərtib edilmiş və Bağlar idarəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli Akta əsasən Azərbaycan Dövlət Neft Akademiyasına xx.xx.1989-cu il tarixdə 11/387 saylı qərarla verilmiş bağ sahələrinə dair kitabçaları və orderləri ləğv edilmişdir. Həmçinin, bu m əsələ ilə bağlı aidiyyəti üzrə göndərilmiş sorğuya cavab verilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir.

7. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində yerləşən 17 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizəyə baxılmışdır. Belə ki, bağ sahəsi ilə bağlı xx.xx.2020-ci il tarixli məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. “Daşınmaz əmlakın dövlət reyes tri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1989-cu il tarixli, 11/387 saylı sərəncamı və keçmiş Azərbaycan Neft və X1 İttifaqının 20 oktyabr 1989-cu il tarixli, 11 saylı protokoluna əsasən Nardaran qəsəbəsi, "Ləhiş bağları" adlanan ərazidə, "Gülüstan-2" bağ sahəsində 17 saylı tor paq sahəsinə (500 kv.m) mülkiyyət hüququnun mərhum əri X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1989-cu il tarixli, 11/387 saylı sərəncamı və keçmiş Azərbaycan Neft və X1 İttifaqının 20 oktyabr 1989- cu il tarixli, 11 saylı protokoluna əsasən Nardaran qəsəbəsi, "Ləhiş bağları" adlanan ərazidə, "Gülüstan-2" bağ sahəsində 17 saylı torpaq sahəsi (500 kv.m) mərhum əri X5 ayrılmışdır. Keçmiş Azərbaycan Respublikasının Dövlət və Xəritəçəkmə Komitəsi tərəfindən 28 yanvar 2013-cü il tarixdə həmin torpaq sahəsinin plan və ölçüsü verilmişdir. 08 oktyabr 2019- cu il tarixdə əri X9 vəfat etmişdir. Bundan sonra o, həmin torpaq sahəsini vərəsəlik qayda sında öz adına keçirmək üçün 38 saylı notariat kontoruna müraciət etmişdir. Həmin notariat kontorunun cavabdehə ünvanladığı 30 dekabr 2019- cu il tarixli, 1763 saylı məktubla onun mərhum əri X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsinin təmin edilməsi xahiş edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi isə xx.xx.2020-ci il tarixli məktubla hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina etmişdir. İmtinaya əsas kimi Azərbaycan Dövlət Neft Akademiyasına xx.xx.1989-cu il tarixli, 11/387 saylı sərəncamla verilmiş bağ sahələrinə dair kitabça və orderlərin ləğv edildiyi göstərilmişdir. Lakin imtina məktubuna xx.xx.1989-cu il tarixli, 11/387 saylı sərəncamın ləğvini təsdiq edən heç bir sənəd əlav ə edilməmişdir. Buna görə də 02 fevral 2021-ci il tarixdə yenidən cavabdehə müraciət edərək 10 iyun 2020-ci il tarixli imtina məktubunda istinad olunan sənədlər verilmədiyi üçün imtinanın əsassız olduğuna görə göstərilən torpaq sahəsinə mərhum əri X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. Lakin cavabdeh yenidən 09 mart 2021-ci il tarixli məktubla göstərilən torpaq sahəsinə mərhum əri X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsindən imtina etmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh guya Bakı ŞİHB-nın xx.xx.1992- ci il tarixli, 941 saylı sərəncamının icrası ilə əlaqədar tərtib edilmiş və Bağlar idarəsinin rəisi tərəfindən təsdi q edilmiş xx.xx.2005-ci il tarixli akta əsasən Azərbaycan Dövlət Neft Akademiyasına xx.xx.1989-cu il tarixdə 11/387 saylı qərarla verilmiş bağ sahələrinə dair kitabçaların və orderlərin ləğv edildiyini bildirmişdir. Lakin dəfələrlə müraciət etsə də, həmin akt ona təqdim edilməmişdir. Həmin akt ümumiyyətlə yoxdur. Belə bir akt olsaydı cavabdeh bunu ona təqdim edərdi.

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.

11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-847/2022 nömrəli qərarı ilə (hakim: X6) iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi geri alınmış və torpaq sahəsinə dair sənədlər etibarsız sayılmışdır. Bu səbəbdən də iddia tələbi əsassızdır və təmin edilməməlidir.

13. İddiaçı həmi n qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli, 2-1(103)-124/2023 nömrəli qərarı ilə (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X7 və X8) Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. - Bundan əlavə məhkəmə kollegiyası sərəncamın mötəbərsizliyi ilə bağlı şikayətin dəlilinə münasibətdə qeyd etmişdir ki, şikayətdə qeyd olunan dəlillər Bakı şəhər İcra Hakimiyyəti başçısının «Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsilə təmin e dilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə» xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamının nə qanunsuz inzibati akt, nə etibarsız inzibat akt olması dəlili kimi qəbul oluna bilməz. - Şikayətdə mübahisələndirilən Bakı şəhər İcra Hakimiyyəti başçısının «Bağtikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə» xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamının cavabdeh tərəfindən təqdim edilmiş nüsxəsində də (i/v-36) "Bağlar təsərrüfatı idarəsi bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti aparatının deputatları ilə birlikdə bağ-tikinti kooperativlərinin tərkibində “iki və daha çox bağ sahəsi ilə təmin edilib...” sözləri deyil “iki və daha çox il bağ sahəsi ilə təmin edilib...” sözləri yazılmışdır. - xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamda "...vətəndaşlar barəsində yerində akt tərtib etsinlər" ifadəsi iddiaçının mərhum əri X2 iştirakı ilə akt tərtib edilməsi ilə şərtləndirilmədiyindən iddiaçının mərhum əri X5 məlumat verilmədiyi dəlili də təsdiqini tapmır. Həmçinin məhkəmə Kollegiyasının iddiaçıya verdiyi suala cavab olaraq iddiaçının cavabından müəyyən olunmuşdur ki, ötən 30 ildən artıq müddətdə bağ sahəsi hasarlanmamış, hər hansı abadlaşma və inşaat işləri aparılmamışdır.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlillərinin əsasın ı apellyasiya şikayətində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçının mərhum ərinin adına Azərbaycan Respublikasının Dövlət və Xəritəçəkmə Komitəsi tərəfindən 28 yanvar 2013-cü il tarixli "torpaq sahəsinin plan və ölçüsü" verilməsi ilə bağlı dəlilə də səthi şəkildə münasibət bildirmişdir. Belə ki, məhkəmə göstərir ki, torpaq sahəsinin planı və ölçüsünün verilməsinə əsas hüquq müəyyənedici və hüquqi qüvvəsini saxlayan sənədlər mövcud deyildir. Məhkəmə nəzərə almır ki, hazırkı iş üzrə cavabdeh 28 yanvar 2013-cü il tarixli "torpaq sahəsinin plan və ölçüsü" vermiş Azərbaycan Respublikasının Dövlət və Xəritəçəkmə Komitəsinin hüquqi varisidir. Əgər əsas hüquq müəyyənedici sənəd ləğv edilmişdirsə, belə olan halda tor paq sahəsinin plan və ölçüsü verilə bilməzdir. Apellyasiya instansiyası məhkəməsinin qərarı “İnzibati icraat haqqında” qanunun 67.1 və 67.2-ci maddələrinin, Mülki Məcəllənin 139- 1.1.7-ci maddələrinin və İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinin tələbləri pozularaq qəbul edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

18. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra ha kimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı ba rədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ma ddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bil ər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏ HKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi bağ sahəsinin mülkiyyət hüququnun mərhum şəxsə məxsus olması barədə arayışın verilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkə mə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Həmçinin iddiaçının torpaq sahəsinin plan və ölçüsünün verilməsi barədə dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin verilmiş 17 saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı və ölçüsü tərtib edilib X12 kitabında xx.xx.2013-cü il tarixdə 33386 nömrə ilə uçota alınsa da torpaq sahəsinin planı və ölçüsü mülkiyyət hüququnun mərhum əri X5 məxsus olması barədə arayışın verilməsinə – hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına əsas deyildir.

28. İş materiallarından da müəyyən olunduğu kimi, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamına və «Gülüstan-2» bağçılıq yoldaşlıq təsərrüfatına dair xx.xx.2005-ci il tarixli akta X5 ayrılmış torpaq sahəsi geri alınmış və torpaq sahəsinə dair sənədlər etibarsız sayılmışdır.

29. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli, 2-1(103)-124/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar